Sual Dastani Əhməd Hərami də Əhməd Hərami və Güləndəmın müqayisəli səciyyəsi


*24 sual-Rükünəddin Məsud Məsihinin “Vərqa və Gülşa” poemasının məzmunu və ideyası*



Yüklə 55,49 Kb.
səhifə21/25
tarix24.04.2022
ölçüsü55,49 Kb.
#56228
1   ...   17   18   19   20   21   22   23   24   25
ədəbiyyat tarixi

*24 sual-Rükünəddin Məsud Məsihinin “Vərqa və Gülşa” poemasının məzmunu və ideyası*

“Vərqa və Gülşa” əsəri 10 min misradır. Əsər minacatla, nətlə, meracnamə və Əlinin tərif edən qəsidələr, qələmə xitab, saqinamələrlə başlayır, Şah Səfinin tərifi ilə qurtarır. Bunlar 800 misraya yaxındır. Əsərin məzmunu belədir:



Şeybə qəbiləsinin əmiri Haris öləndən sonra iki oğlu qalır. Böyüyünün adı Hümam, kiçiyinin adı Hilaldır. İki qardaş mehribanlıqla ölkəni idarə eyməyə çalışırlar. Ancaq övladları olmadığından kədərli həyat keçirirlər. Nəhayət təmiz qəlblilərin duaları nəticəsində Hümanın oğlu, Hilalın isə qızı olur. Oğlana Vərqa, qıza isə Gülşa adını qoyub onları nişanlayırlar. Onlar birgə böyüyür, məktəbə gedir və sevişirlər. Qızın anası bundan xəbərdar olur. O, qızına nəsihət edir, Vərqa ilə görüşməyi məsləhət bilmir. Qız sevgisini gizlədirsə də, anasının da sözündən çıxmır. O da Leyli kimi pərvanə ilə, şam ilə söhbət edir, qəzəllər söyləyir, dərd çəkir.Vərqa da bu ayrılıqdan Məcnunlaşır. Guşənişin olur, Ay, Günəş və ulkduzlarla söhbət edir, qəzəl söyləyir. Gülşanın soyuqluğunu bilmək üçün dayəsi ilə məktub göndərir. Gülşa ona cavab yazır, onu dəlicəsinə sevdiyini bildirir. Dayə hadisəni Vərqanın anasına xəbər verir, atası da hadisəni bilir, qardaşı Hilala müraciət edir. Qızın anası istəməsə də atası razılıq verir. Toya başlayırlar.Köçəri ərəblərdən qarətlə məşğul olan Əmru adlı bir tayfa başçısı Gülşanın gözəlliyini eşidib, ona vurulur. Toy gecəsi qəflətən hücum edib, qızı qaçırır. Səhər Vərqa atası ilə birlikdə şəbxunçuları təqib edir. Əmru təkbətək döyüş təklif edir. Vərqanın atası oğlunun döyüşməsinə etiraz edir, özü döyüşür. Axşama qədər vuruşurlar, heç kim qalib gəlmir. Gecə ikən Vərqa düşmən tərəfə keçib Gülşanı qaçırır. Son vuruşmada Vərqanın atası öldürülür, Əmru da ölür, qoşunu da qaçıb dağılır. Vərqa atasını dəfn edib, matəm saxlayır. Bu hadisədən istifadə edən əmisi hakimiyyəti ələ alır. Qızın anası Vərqadan qiymətli şeylər tələb edir. Vərqa çarəsiz qalıb dayısı Səlim Şahın yanına gedir. Səlim şah Yəmənin hökm darıdır. Yolda Vərqa dayısının əsir düşdüyünü, vəzirinin isə mühasirədə olduğunu eşidir. O, vəzirin olduğu qalaya yetişib, qoşunu nizama salır, özü döyüş meydanına çıxır. Əntərin pəhləvanlarını məğlub edir. Əntəri əsir alır. Dayısı ilə Əntəri dəyişir. Əntər azad olandan sonra hiylə ilə Vərqanı yenidən müharibəyə çağırır. Vərqa əsir düşürsə də, dayısının adamları onu xilas edirlər. Vərqa dayısına hər şeyi danışır. Dayısı onu özünə varis elan edib, geri göndərir. Vərqa ayəməndə ikən Şam əmiri Möhsün şah Gülşaya elçi göndərir. Gülşanı ərə getməyə məcbur edirlər. Gülşa Möhsün şaha hər şeyi söyləyir. Möhsün onları qovuşdurmağa söz verir. Vərqa Yəməndən qayıdıb Gülşanı tapmır. Ona nişanlın dərddən öldü deyirlər. Hətta, yalançı bir qəbir göstərirlər. Bir gecə Gülşanın kənizi Vərqanın yanına gəlib hər şeyi söyləyir. Vərqa Şama gedir, yolda quldurlarla vuruşur, huşsuz yıxılıb qalır. Ova çıxmış Möhsün şah onu görür. Vərqa başına gələnləri danışır. Möhsün şah onun kim olduğunu bilib Gülşanı aparmağı təklif edir. Vərqa bu təklifi rədd edir. Gülşanın da sözünə baxmır. Möhsün şaha “Mənə kömək etmisən, səni biabır etmərəm” deyir. Qayıdır. Yaralandığı yerə çatanda Allahdan ölüm diləyir. Duası qəbul olunur. Qulam qayıdıb Möhsün şahı xəbərdar edir. Şah Gülşanı Vərqanın qəbri üstə ziyarətə gətirir. Gülşa qəbrə döşənib ölür. Nəhayət, onlar Məhəmmədin duası ilə dirilirlər. Onlar birləşirlər. Vərqa şah olur. Möhsün şah da ata kimi onlarla yaşayır. “Vərqa və Gülşa” poemasının əsas mövzusunu məhəbbət, gözəllik və hünər təşkil edir. İdeyası xoşbəxtlikləri uğrunda mübarizə aparan iki aşiqin əsil məhəbbətə qovuşmaq üçün çətinliklərdən qorxmayaraü mübarizə aparması


Yüklə 55,49 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin