Sual Dastani Əhməd Hərami də Əhməd Hərami və Güləndəmın müqayisəli səciyyəsi


Sual 30‼️M.P.Vaqifin “Hayif ki, yoxdur” qoşmasının təhlili



Yüklə 55,49 Kb.
səhifə25/25
tarix24.04.2022
ölçüsü55,49 Kb.
#56228
1   ...   17   18   19   20   21   22   23   24   25
ədəbiyyat tarixi

Sual 30‼️M.P.Vaqifin “Hayif ki, yoxdur” qoşmasının təhlili

Şairin ilk yaradıcılıq dövründə qələmə aldığı nikbin əhvali-ruhiyyəli şeirlərdə də ictimai motivlərə rast gəlmək mümkündür. Bu baxımdan «Hayıf ki, yoxdur» qoşması Vaqif yaradıcılığında xüsusi yer tutur. Bu şerin yazılma tarixi haqqında xalq arasında belə bir rəvayət vardır ki, İbrahim xan bir dəfə öz rəiyyəti ilə Kür qırağında köç salıb dincəlirmiş. Xanın burada çox qalacağını hiss edən el ağsaqqalları kömək üçün Vaqifə müraciət edirlər. Vaqif də bu şeiri yazaraq xanın məclisində oxutdurur və beləliklə, xanı saraya qayıtmağa həvəsləndirir.«Hayıf ki, yoxdur» qoşmasında Vaqif əsrarəngiz təbii gözəlliklərə malik olan Kür qırağında abad bir kənd görmədiyinə təəssüflənir, belə gözəl yerdə yaşayan insanların kasıb və fərəhsiz həyat keçirməsi şairi kədərləndirir.Şair bu əsərdə Kür qırağının bənzərsız təbiətinə, onun qız-gəlinlərinin təbii gözəlliyinə olan vurğunluğunu və heyranlığını da, belə əsrarəngiz bir diyarda yoxsul həyat tərzi keçirən insanların acınacaqlı yaşayışından doğan kədər və təəssüfünü də eyni dərəcədə şirin və səmimi bir dillə ifadə etmiş, gözəl sənət nümunəsi yaratmışdır. 
Yüklə 55,49 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin