Sual Dastani Əhməd Hərami də Əhməd Hərami və Güləndəmın müqayisəli səciyyəsi


Sual 29‼️ M.P.Vaqifin “Görmədim” müxəmməsinin təhlili



Yüklə 55,49 Kb.
səhifə24/25
tarix24.04.2022
ölçüsü55,49 Kb.
#56228
1   ...   17   18   19   20   21   22   23   24   25
ədəbiyyat tarixi

Sual 29‼️ M.P.Vaqifin “Görmədim” müxəmməsinin təhlili

Görmədim” yalnız Molla Pənahın yaradıcılığında deyil, ümumiyyətlə, ədəbi fikir tarixində bəşərin şə­rinə, insani cinayətlərə, ictimai varlığın eybəcərliklərinə, naqis insan ehtiraslarına, nəfsi istək və əməl­lərə qarşı yazılmış ən kəskin ittiham şeirlərindəndir, ictimai lirikanın dəyərli örnəklərindəndir. Müxəm­məs əruz vəzninin rəməl bəhrindədir. Burada sanki müəllif yalnız bütün sosial gerçəklikdən deyil, öz yaradıcılığından, ömrü boyu yazdıqlarından, orada təbliğ və təlqin etdiyi fikirlərdən də imtina edir. Həyatı boyu vəsf etdiyi insan gözəlliyindən yox, insan şərindən və eybəcərliyindən söhbət açır.Şair bəşəri bir küll halında seyr edir, onun istək və əməllərini sadalayır və göstərir ki, sultandan  gədaya, əqidə yolçusu sayılan dərvişə qədər hər kəs dünya malının əsiridir. Da­nışılan sözlərin hamısı yalan və böhtandan ibarətdir. Deyilənlər bütünlüklə hiylə, fitnə fənnidir. Onlarda gözəllik varsa da, bu, zahi­ridir. Niyyətlər, sözlər və əməllər ancaq pul, sərvət, mal-dövlət qazan­mağa yönəlmişdir. Nə başçılar layiqli əməl sahibi, nə də itaətkarlar dürüst itaət əhlidir. İxtiyar sahiblərinin insafı və səxavəti, insaf və səxavət sahiblərinin isə sərvəti, pulu yoxdur. Yəni xeyirlə şərin yeri tərsinə düşmüşdür. Cəmiyyət üzvlərinin bədxahlığa, pisliyə yön alması şairi sarsıdır. O, görür ki, nə yaxşılıq etməyin faydası, nə kiminləsə səmimi dostluğun aqibəti yoxdur.  Müəllif cəmiyyətin bütün təbəqələrini, zümrələrini, mənsəbli-mənsəbsiz üzvlərini nə­zərdən keçirir. Elm, din, iman və etiqad sahibi, yəni guya əqidə, bilik, saf mənəviyyat və əməl sahibi he­sab olunanları da Təhlil süzgəcindən keçirir. Təəssüf ki, onların da “nəfsi-əmmarə” əlində “sərbəsər” əsir olduqla­rını, həqqi batil edib böyük günahlar işlətdiklərini, şeyxlərin hiyləgər, kələkbaz, abidlərin isə onlardan da betər olduqlarını görür. Heç kəsdə həqqə layiq ibadət görməyən şair belə hesab edir ki, yer üzündə ədalətdən, insafdan, xeyirxahlıqdan, sədaqətdən danışmaq mümkün olmadığı kimi, saf iman və pak etiqaddan da söh­bət açmaq mümkün deyil…“Görmədim” müxəmməsində sənətkar cəmiyyətə qarşı müxalif və inkarçı mövqedədir. Sanki sosial bəlalara, insan fitrətin­dəki pisliyə qarşı uzun illər içərisində yığılan mənfi enerji ömrünün sonunda bir vulkan kimi püskürür.




Yüklə 55,49 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin