Sual 27‼️ Molla Vəli Vidadinin lirikası
XVIII əsr Azərbaycan ədəbiyyatı tarixində Vidadinin də özünəməxsus bir yeri vardır. Onun məhəbbət və insanpərvərlik lirikası, tarixi mövzuda yazdığı “Müsibətnamə” əsəri ideya məzmunu və bədii gözəlliklərinə görə fərqlənir.Şairin yaradıcılığı, dünyagörüşü Azərbaycan şifahi və yazılı ədəbiyyatı əsasında təşəkkül tapmışdır. Hər ikisindən baş alan ənənələr Vidadi şerində yeni məna qazanır.O həm qoşma, gəraylı, bayatı, həm də qəzəl, müxəmməs formasında şeirlər yaradır. Şairin hər iki üslubda yazdığı şeirlərdə məhəbbət və insanpərvərlik motivləri xüsusi yer tutur. O, yüksək sənətkarlıq məharəti ilə orta əsr insanı, onun əxlaqi-mənəvi gözəlliklərini qələmə alır, müasirlərinin həyatı və taleyi haqqında düşüncələrə dalır. Buna görədir ki, Vidadi yaradıcılığında dərin bir kədər vardır. O, qəriblik, qürbət, ayrılıq mövzularında yazır, əsrin ictimai-siyasi hadisələrinin, xanlıqlar dövrü ziddiyyət və faciələrinin şair qəlbində oyatdığı duyğuları əks etdirir. Əlbəttə ki, Vidadi kədəri ictimai kədər idi, dünyəvi, bəşəri səciyyə daşıyırdı, onun həyata, orta əsrlər dünyasına münasibətinin özünəməxsus forması idi. Onun kədəri insana məhəbbətin, qayğının yeni bir təzahürü kimi mənalı səslənirdi.XVIII əsrdə xalqımız Vaqif şerində bir anlıq müstəqillik və sərbəxtliyindən sevinir, Vidadi şerində isə tarixi faciəsinə göz yaşı axıdırdı.XVII-XVIII əsrlərdə həm yazılı, həm də şifahi ədəbiyyatda qürbət şeirləri yazılırdı. Vətən və qürbət anlayışları məhdud şəkildə başa düşülsə də, hər halda bu ruhda yazılmış şeirlər ictimai duyğu və düşüncələrin ifadəsinə çevrilir, onlarda şair-vətəndaşın könül çırpıntıları, hiss və həyəcanları duyulurdu. “
Dostları ilə paylaş: |