Sual 16‼️ Şah İsmayıl Xətainin “Dəhnamə” əsərinin obrazları haqqında
Məsnəvidəki hadisələr vahid xətt üzrə cərəyan edir. Süjet birxətlidir. Epizodlarla bağlı təsvir olunan lövhələr əlvan, tutumlu, bər-bəzəkli olsa da, süjet yığcamdır. Obrazların sayı da çox deyil. Personajlar iki qrupa ayrılır. İnsan surətləri: Aşiq, Məşuq, bağban, Aşiqin rəfiqi (məktəb dostu); Alleqorik obrazlar: Səba, Huş, Ah, Göz yaşı. Personajlardan hər birinin məxsusi funksiyası vardır. Əsas surətlər Aşiq və Məşuqdur. Öz vəzifəsini sədaqətlə yerinə yetirən bağban əvvəl tanımadığı Aşiqi icazəsiz bağa girdiyi üçün kötəkləsə də, həqiqəti öyrəndikdən sonra tamamilə xeyirxahlıq missiyasına başlayır və bunu sona qədər davam etdirir. O, Aşiqin dərd və iztirablarını başa düşür, ona hər vəchlə köməklik göstərməyə çalışır.Aşiqin dostu məsləhətçi, sirdaş vəzifəsini icra edir. Öz rəfiqinə təsəlli və məsləhətlər verir, ona məqsədi uğrunda mübarizə aparmağı, Yara yenidən elçi və xəbərlər göndərməyi tövsiyə edir. Elçi-qasid rolunda çıxış edən Səba, Huş, Ah və əsərdə göz bəbəyinin övladı kimi təqdim olunan Göz yaşı da dərd əhli Aşiqin yardımçısı, vasitəçi kimi işıqlı, pozitiv fəaliyyət və məqsədləri ilə yadda qalırlar. Bunlar klassik ədəbiyyatımızda ustalıqla yaradılmış alleqorik obrazlar kimi diqqəti cəlb edirlər.Təbii ki, əsərdə Aşiq və Məşuqun mövqeyi daha genişdir. Hadisələrin mərkəzində onlar dayanırlar. Hadisələr Aşiqin dilindən danışıldığından o, öz əhvali-ruhiyyəsini, düşdüyü vəziyyəti, keçirdiyi hissləri, mənəvi sarsıntı və əzabları öz dili ilə danışır. Onun danışığı, təhkiyə tərzi quru və soyuq deyil. Əksinə obrazlı dillə, məcazlarla bəzədilmişdir. Şirəli və canlıdır. Elə buna görə də təsirli, sirayətedici, cəlbedici ovqata malikdir. Məsələn, Aşiq onu şad ikən qəmgin edən, ehtiyatsız ikən acizə çevirən, qəmü məlala salan qəlbinə nifrət etdiyini söyləyərkən bu cür şirəli, obrazlı, poetik dildən yararlanır:
Sual 17‼️ Məhəmməd Füzulinin həyatı və Bağdad mühiti
Məhəmməd Füzuli əsl adı: Məhəmməd ibn (oğlu) orta əsr Azərbaycan şairi, mütəfəkkir və filosof, Azərbaycan ədəbiyyatı tarixində divan janrının ən məşhur və görkəmli nümayəndələrindən biri. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Mənbələrdə digər adı Molla Məhəmməd Bağdadidir. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində doğulduğu məlumdur.Məhəmməd Füzuli Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasındandır. Bəzi mənbələrə görə, Məhəmmədin atası Süleyman İraqa Azərbaycanın Ərəş mahalından köçmüşdür. Sonralar şairin oğlu Fəzli Ərəşə dönərək, yaxın qohumlarının yanında yaşayıb. O, burada özünün alimliyi ilə geniş şöhrət tapıb. Füzulinin özü də kamil təhsil görmüşdü. Elə bunu nəzərə alan tədqiqatçılar belə hesab edirlər ki, şairin atası kifayət qədər varlı adam olmuşdur. Eləcə də onun ziyarətgah sayılan Hillə və Kərbəla kimi şəhərlərdə yaşaması Süleymanın ruhani olduğuna dəlalət edir. Həqiqətən də belə bir rəvayət var ki, Füzulinin atası Hillə şəhərinin müctehidi olmuşdur.XI əsrdə İraqın səlcuqlar, daha sonralar isə monqollar və teymurilər tərəfindən işğalından sonra Bağdadda və onun ətraflarında türklərin sayı getdikcə artır. Bu durum sonralar da davam edir. 1508-ci ildə I İsmayıl təntənəli şəkildə Bağdada girərək İraqı Azərbaycana birləşdirir, 1534-cü ildə isə bu şəhər uzun bir müddətə Osmanlı İmperiyasının tərkibinə daxil olur. Beləliklə, Füzulinin həyat və yaradıcılığının ilk dövrləri İraqi-Ərəbin Səfəvilər hakimiyyətinə tabe olduğu illərə düşür.Məhəmməd Füzuli 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat etmişdir. Şairin qəbri də Kərbəladadır.Şairin ölümünün 400 illiyi dünya miqyasında qeyd edilmişdir. Əsərləri toplanaraq ən qədim nüsxələr əsasında Azərbaycanda beş cilddə nəşr olunmuşdur.
Dostları ilə paylaş: |