Sual 15‼️ Şah İsmayıl Xətainin lirik və epik yaradıcılığı
Əsərlərini həm lirik, həm də epik növdə, həm əruz, həm heca vəznində yazmışdır. Heca vəznli şeirləri qoşma, gəraylı, varsağı, bayatı, əruz vəznli şeirləri isə qəzəl, qəsidə, qitə, mütrəbbe, tərcibənd janrlarındadır.Şairin ədəbi irsi ana dilində yaratdığı “Divan”, didaktik mənzumələr, “Nəsihətnamə” və “Dəhnamə” adlı məsnəvilərdən ibarətdir.Əsərlərinin az qismi fars, ərəb, əsas hissəsi isə Azərbaycan-türk dilindədir. Xətai lirik şairdir. Onun şeirlərinin, xüsusilə qoşma və gəraylılarının ana xəttini şiə-qızılbaşlıq təriqətinin tərənnümü təşkil edir. Xətai şeirlərinin bir qismi də sufilik görüşlərinin təbliğinə həsr olunmuşdur. Şairin sufizmə dair şeirlərinə güclü bir humanizm xasdır. O, məhəbbət lirikasında eşqə yüksək, ali hiss kimi baxır, onu mənəvi ucalıq yolu hesab edir. Onun həm əruz, həm də heca vəznli şeirlərində məhəbbəti “yeri-göyün dirəyi kimi” vəsf edir. Digər qism şeirləri isə təbiətin tərənnümünə aiddir. Əsərləri poetik dilinin sadəliyi, təbiiliyi, orjinal üslubu ilə diqqəti cəlb edir. Azərbaycan ədəbi dilinin inkişafında Xətainin mühim xidməti var.O, anadilli poeziyanın inkişafına müstəsna əhəmiyyət vermiş, Azərbaycan dilində yazan şairlərə hamilik etmiş, sarayında şairlər məclisi yaratmışdı.
Dostları ilə paylaş: |