Mühüm sənaye mərkəzləri Yava, Cakarta, Surabaya, Cokyakarta, Palembanq, Madiun şəh. Aviasiya sənayesi Bandunq, hərbi sənaye Taksimalaya inkişaf etdirilir.
Yüngül sənaye müəssisələri ölkənin hər yerində yayılmışdır. Toxuculuq mərkəzləri Yava adasında daha çoxdur. Bunun əsas səbəbi ucuz işçi qüvvəsinin olmasıdır.
Kənd təsərrüfatı. ÜDM-da aqrar bölmənin payının getdikcə aşağı düşür, əhalinin əsas məşğuliyyət sahəsi olaraq qalır. k/tda əmək qabiliyyətli əhalinin 44 %-i çalışır.
Aqrar bölmə ənənəvi suvarma əkinçiliyinə əsaslanır. Becərilən torpaqların ümumi sahəsi 20 mln. ha,1/3-i suvarılır. Orta kəndli təsərrüfatları üstünlük təşkil edir. Sıx məskunlaşmış Yava adasında torpaq problemi vardır. Mühüm ərzaq məhsulları çəltik, qarğıdalı, kassava, batat, yer fındığı, soyadır.
Çəltik Yavada əkilir və yerli tələbatı ödəyir. tütün, qəhvə, çay, kakao, pambıq, ədviyyat (mixək, cövüz, istiot və s.), şəkər qamışı becərilir. İndoneziya dünya bazarına geveya , palma yağı, kinə ağacı qabığı, hind qozu ləpəsi çıxarır.
Kauçuk plantasiyalarda və kəndli təsərrüfatlarında Sumatra və Yavada yetişdirilir. Hind qozu ağacı Kiçik Zond və Molukka adalarında geniş yayılmışdır.
Dostları ilə paylaş: |