Heyvandarlıq xırda buynuzlu mal-qara və quşçuluq inkişaf etmişdir. Balıqçılıq mühüm sahə olmaqla dəniz sahillərində yaşayanların əsas məşğuliyyəti hesab olunur. Dəniz xərçəngi və balıq ovuna görə dünyada birinci onluğa daxil olan dövlətlərdən biridir.
SUAL 50. Sinqapur sosial-iqtisadi coğrafi səciyyəsi
Coğrafi mövqe. Cənub-Şərqi Asiyada yerləşən şəhər-dövlət.Ərazisi 710 kv.km
Malayziyanın cənubunda Sinqapur boğazının sahilində yerləşir. Şimalda Yohor boğazı Sinqapur ilə Malayziyanı, cənubda Sinqapur boğazı Sinqapur ilə İndoneziyanı ayırır. Ekvatordan 137 km şimaldadır. Meliorasiya tədbirləri ilə sahəsi böyüdülür. Bu layihələrin arasına daha böyük adaların yaradılması və kiçik adaların birləşdirilməsi də daxildir. Ərazi inzibati cəhətdən əyalətlərə bölünməmişdir. Sinqapur şəhər dövlətdir. Eyni zamanda ada-dövlətdir. Sinqapur 63 xırda adadan və Sinqapur adasından ibarətdir. Şimalda Yohor-S, qərbdə Malayziya-S keçidləri vasitəsilə Malayziya ilə iqtisadi əlaqə saxlanılır.
Səth Quruluşu. dənizsahili bölgələri alçaqda, mərkəzi hissələri yüksəkdə yerləşir. Ən hündür nöqtəsi Timah dağıdır (166 metr). Yerləşdiyi ərazi coğrafi mövqe baxımdan əlverişlidir. Yaponiyadan Avropaya gedən əsas dəniz yolları bu ərazidə kəsişir. Sinqapurda dünya standartlarına cavab verən müasir port fəaliyyət göstərir.
Dostları ilə paylaş: |