Tarixi. ilk məlumat III əsrə aid Çin salnamələrində verilmişdir. Ada, mərkəzi Sumatra olan Şrivicaya imperiyasının ərazisi olmuşdur. Yava dilində bu imperiya Temasek adlanırdı. Temasek müəyyən dövr ərzində mühüm ticarət mərkəzi olmuş, sonralar öz əhəmiyyətini itirmişdir.
XI-XVI əsrlərdə Sinqapur Coxor imperiyasının tərkibinə daxil olmuşdur. 1617-ci ildə Malayziya-Portuqaliya müharibəsi zamanı Sinqapur Portuqaliya ordusunun hücumuna məruz qaldı.
1819-cu il 6 fevralda Ost-Hind şirkətinin nümayəndəsi Tomas Stemford Raffl Sinqapura mühacirət edən müxtəlif etnlk qrupların ticarət zonalarının təşkili haqqında Coxor sultanı ilə müqavilə imzaladı.