Sual məktəbəqədər təhsildə təhsilləndirici mühit anlayışı



Yüklə 129,61 Kb.
səhifə15/58
tarix24.12.2022
ölçüsü129,61 Kb.
#77729
növüTəhsil proqramı
1   ...   11   12   13   14   15   16   17   18   ...   58
MÜHITIN TƏŞKILI. IMTAHAN.

4. Psixoloji yanaşma.
Psixoloji yanaşma cəmiyyətdə baş verən hadisələrə ,insanların düşüncələrinə, fikirlərinə psixoloji cəhətdən yanaşma tərzidir. Psixoloji yanaşmada baş verən hadisəyə hər bir insam müxtəlif tərzdə psixoloji cəhətlidir. Hər kəsin özünəməxsus fikri, yanaşma tərzi vardır.


SUAL 13. Məktəbəqədər təhsil standartlarında inkişafetdirici mühitin təşkilinə qoyulan tələblər

14, 15, 16 cı sualın birləşməsi




SUAL 14.Uşaqyönümlü mühitin yaradılmasında əsas olan prinsiplər
İnkişafetdirici təlim mühiti uşaqların təfəkkür, sosial, emosional, fiziki və yaradıcı inkişafına böyük təsir göstərir. Fiziki və psixoloji baxımdan təhlükəsiz və həvəsləndirici mühit yaradılaraq uşaqların müstəqil və qrup fəaliyyətləri, oyunlar, müxtəlif vasitələr və böyüklərlə qarşılıqlı əlaqə vasitəsilə inkişafı dəstəklənir.
Uşaqyönümlü mühitin yaradılması işində aşağıdakı prinsiplər nəzərə alınmalıdır:
1. Uşaqların ətraf mühitdə olan əşyalar və onları əhatə edən insanlarla qarşılıqlı əlaqə quraraq öyrənməsi və biliklər qazanması;
2. Uşaqların inkişafı və öyrənməsinin təmini üçün onların maraq, ehtiyac və güclü tərəflərinin nəzərə alınması.
Qrup otağı “tədqiqat laboratoriyası” kimi təşkil edilir ki, uşaqlar müxtəlif rollarda: tədqiqatçı, aktyor, rəssam, tamaşaçı, inşaatçı, həkim, aşbaz, müəllim, ata, ana və s. özlərini sınayırlar. Elementar tədqiqatların aparılması, yeniliklərin kəşf edilməsi və fikir mübadiləsinə şərait yaradan mühitin qurulması məsuliyyəti tərbiyəçilərin üzərinə düşür. Belə mühitdə tərbiyəçinin rolu uşaqların özünü ifadəsini dəstəkləməkdən və arzu olunan davranış və şəxsi keyfiyyətləri: “niyə” və “nə üçün” suallarının verilməsi, ətrafdıkalara qarşı hörmət və qayğının göstərilməsi, məsuliyyət hissinin təmin olunmasından ibarətdir.
Uşaqyönümlü inkişafetdirici mühitdə tərbiyəçi uşaqların irəli sürdükləri fikirlərə, təşəbbüslərə hörmət və diqqətlə yanaşır və onları, xüsusilə məşğələlərin planlaşdırılması və həyata keçirilməsi zamanı nəzərə alır. Təşəbbüskar uşaqlar dəstəklənir, bir qədər çəkinən və passiv olan uşaqlar isə təşəbbüs göstərməyə həvəsləndirilir. Bunun üçün tərbiyəçi “sən nə ilə məşğul olmaq istəyərdin? ”, “sən nə fikirləşirsən?”, “çəkdiyin şəklin mənasını mənə başa sal” və s. kimi sual və təkliflərlə uşaqları fəallaşdıra bilər. Uşaqlar yalnız eşitmək və deyilən kimi hərəkət etmək deyil, fikir yürütmək, faktlar axtarmaq, səbəb-nəticə əlaqələrini soruşmaq, izah etmək və qurmaq, sadə tədqiqatlar aparmaq, həmyaşıdları ilə ünsiyyət qurmaq, fəaliyyəti marağına görə seçmək və sərbəst davranmaq hüquqlarına malikdirlər.
İnkişafetdirici və dəstəkləyici mühitin yaradılması üçün məktəbəqədər təhsil müəssisələrində müxtəlif guşələr (fəaliyyət mərkəzləri) təşkil olunur.
Guşələr 2 əsas şərti nəzərə almaqla tərtib olunur:
1. Uşaqların maraq və inkişaf ehtiyacları;
2. Məktəbəqədər təhsil müəssisələrində mövcud olan təlim resursları.
Fəaliyyət mərkəzləri (guşələr) dedikdə, əsasən, aşağıdakılar nəzərdə tutulur:
- riyaziyyat guşəsi,
- kitab guşəsi,
- stolüstü oyunlar guşəsi,
- elm guşəsi,
- təsviri fəaliyyət guşəsi,
- qum və su guşəsi,
- tikinti materialları guşəsi,
- sujetli-rollu oyunlar guşəsi,
- məişət-təsərrüfat guşəsi,
- milli guşə,
- gəlincik guşəsi,
- nəqliyyat guşəsi,
- təbiət guşəsi,
- əl əməyi (məktəbəhazırlıq qrupunda) guşəsi.
Fəaliyyət mərkəzləri bir-birindən ayrı təşkil edilir, xüsusi materiallarla təchiz olunur. Mərkəzlərdə qoyulan materiallar (kitablar, oyuncaqlar, həndəsi fiqurlar, oyuncaq qablar, mətbəxə aid oyuncaqlar, kağız, qələmlər, karton, boyalar, plastilin, pazl oyuncaqları, müxtəlif bitkilər, yarpaqlar) uşaqların əli çatan vəziyyətdə qoyulmalıdır və uşaqlar həmin materiallarla yaradıcı və müstəqil oynamağa həvəsləndirilməlidir. Fəaliyyət mərkəzləri (guşələr) elə yaradılmalıdır ki, orada uşaqlar kiçik qruplarda bir-birilə oynayıb ünsiyyət qura, istədikləri fəaliyyət mərkəzlərini özləri seçə bilsinlər.
Dəstəkləyici təlim mühiti uşaqların müstəqilliyinə imkan yaradır, onların təhsil uğurunun təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Təlim mühitinin xarakteristikası:
• Bütün uşaqlar üçün səmimi mühit olmalıdır.
• Mühit cəlbedici və zövqlü olmalıdır.
• Mühit dəstəkləyici olmalı, ünsiyyət və əməkdaşlığı təmin etməlidir.
• Bütün uşaqlar üçün kifayət qədər materiallar təmin olunmalıdır.
• Uşaqların materialı müstəqil tapması, istifadə etməsi və qaytarmasına imkan yaradılmalıdır.
• Mühit müxtəlif oyun növlərinə həvəs yaratmalıdır.
• Mühit uşağın qrup otağının bütün tərəflərini görməsinə və asanlıqla hərəkət etməsinə imkan verməlidir.
• Uşaqların bir sahədən digər sahəyə material və vəsaitləri gətirərək oyun zamanı istifadə edə bilməsi təmin edilməlidir.



Yüklə 129,61 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin