SUAL 16. Məktəbəqədər təhsil müəssisəsinin əsas proqramının strukturu və standartların tələblərinə uyğun olaraq ətraf mühitin təşkili Məktəbəqədər təhsil müəssisəsinin əsas proqramının strukturu və standartların tələblərinə uyğun olaraq ətraf mühit:
• Təhsilin inkişafı prinsipinə uyğun olmalıdır. Bu prinsipin məqsədi isə uşağın inkişafıdır; • Elmi əsaslandırma və praktik tətbiqetmə prinsiplərini birləşdirməlidir;
• Tamlıq, zərurət və yetərliliyin (kafilik) meyarlarına cavab verməlidir (qoyulmuş təhsil məqsəd və vəzifələri yalnız zəruri və kifayət qədər material üzərində həll etmək və ağlabatan minimuma maksimal yaxınlaşmağa imkan verməlidir);
• Uşaqların yaş imkanları və xüsusiyyətləri, təhsil sahələrinin spesifikası və imkanlarına uyğun olaraq təhsil sahələrinin inteqrasiyasını təmin etməli və təhsil prosesinin kompleks-tematik prinsipinə əsaslanmalıdır;
• Böyüklər və uşaqların birgə fəaliyyətində proqram təhsil vəzifələrinin həlli və təhsilləndirici mühit nümunəsi uşaqların müstəqil fəaliyyətinə yalnız birbaşa təhsil fəaliyyəti çərçivəsində deyil, həm də məktəbəqədər təhsilin spesifikasına uyğun olaraq rejim anları keçirməlidir;
• Tərbiyəçi-müəllim və uşaq arasında yaşa uyğun qarşılıqlı əlaqə formaları üzrə tədris prosesini qurmalıdır;
• Yaş, gender, fərdi tələbatlar, maraq və qabiliyyətlər nəzərə alınmaqla uşaqların oyun fəaliyyətinin dəstəklənməsi və inkişafı üçün tam şəkildə şəraiti təmin etməlidir.
SUAL 17. Təhsil mühitinin strukturu və funksiyaları
SUAL 18. Məktəbəqədər pedaqogikada inkişafetdirici mühit Təhsil məkanını elə qurmaq lazımdır ki, uşaqlar özləri öz inkişaf təşəbbüsləri ilə çıxış etsinlər. Uşaqların maraqlarının hansı sahədə olduğunu görən böyüklər onların mənəvi, maddi və intellektual dəstəyini təmin etməli, müzakirə bacarığının formalaşması, kollektivlə müsbət ünsiyyət və uğura nail olmağına kömək etməlidirlər. Uşaqların fəaliyyəti üçün rahat mühit qaydaya salınır və məlumat mənbəyi, material və avadanlıqla təchiz olunur, ideyalar verilir və nümunələr nümayiş etdirilir.
Məktəbəqədər pedaqogikada inkişafetdirici mühit dedikdə, uşaq və böyüklərin həyatının təşkilini təmin edən maddi-texniki, sanitar-gigiyenik, erqonomik (insanın fiziki və zehni xüsusiyyətlərinə əsaslanaraq məkan, əşya və obyektlərin ən etibarlı və effektiv şəkildə uyğunlaşdırılması), estetik və psixoloji-pedaqoji şərait kompleksi başa düşülür. İnkişafetdirici mühitin mərkəzində inkişaf rejimində çalışan və öz məqsədi ilə uşağın şəxsiyyətinin formalaşması, onun fərdi imkanlarının açılması və idrak fəallığının formalaşdırılması proseslərini həyata keçirən təhsil müəssisəsi dayanır.
İnkişafetdirici mühitdə əsas komponentlər aşağıdakılardır:
• Əşya-məkan (fiziki mühit);
• Sosial (insan faktoru);
• Psixo-didaktik (təlim proqramı).
Əşya-məkan mühiti təlim sahələrinin inteqrasiyası prinsipinin nəzərə alınması ilə seçilməlidir. Bir təlim sahəsi üçün material və avadanlıqlardan digər sahələrin həyata keçirilməsi zamanı da istifadə edilə bilər. Hər yaş qrupunun əşya məkanı uşaqların ümumi və fərdi tələbatlarını əks etdirən spesifik xüsusiyyətləri daşıyır. Bütün oyun və oyuncaqlar uşaqlar üçün əlçatan yerdə, oyun və təlim vəsaitləri uşaqların göz səviyyəsində yerləşdirilir. Oyun zonalarında xüsusi təşkil olunmuş, təlim prosesində istifadə olunan material yerləşdirilmişdir. Uşaqlara qarşı bəzi ümumi prinsip və yanaşmalarda uşağın fərdi inkişafı, hər bir uşağın inkişaf tempi və fəaliyyətinin nəzərə alınması, onun öz seçimi və sərbəst fəaliyyətinə diqqət yetirilir. Burada eyni zamanda müəllimin fəaliyyəti mühüm rol onayır.