lizə burulanda, güclə eşidiləcək “fahişə” sözünü duydum.
Dərhal geri döndükdə, bu ağsaç qadının metal çubuqlu he-
sablama taxtasında, səssizcə nəyisə hesabladığını gördüm.
Hardansa axıb gəlmiş utancaqlıq, hiddət, inciklik, həyə-
can və anlaşılmazlıq məni bürümüşdü. Bu vəziyyətdən necə
çıxmaq barədə düşünə-düşünə, yuxusuz bir gecə keçirdim.
Səhər tezdən tez yeməyimi yeyib, holla çıxdım. Çəkiliş
qrupunun balaca avtobusu artıq getmişdi. Mən çəkilişlər cəd-
vəli asılmış divara yaxınlaşdım. Gündüz növbəsində məşğul
olan aktyorların içində mənim soyadım yox idi. Mən yün-
güllük hiss etdim: Karmenin sifətinə baxmaq lazım gəlməyə-
cəkdi, yatmalı və özümə gəlməli idim. Elə dənizə getmək də
günah olmazdı: Moskva solğunluğu mənə yaraşmırdı.
Növbəti gün – yenidən mənim istirahət günümdür. Həm
də öyrəndim ki, Roman Lazareviç çıxıb gedib. Yüngüllük
hiss etdiyimi demək azdır. Çiynimdən dağ götürülmüşdü!
Mənəvi ağırlıq götürülmüşdü: izah etməyə ehtiyac yoxdur,
unutmaq olar, bir də gördün, o da vaz keçib, bəlkə də unu-
76
dub. Axı hər halda o, dahidir, deməli, həm də böyük ürəkli
insandır. Yaxşı, axmaq qız nəsə törədib, nə olsun – mənim
təsəlliverici fikirlərim belə idi. İnanmaq istəyirdim ki, hər
şey ötüb keçəcək. Dayəmin tez-tez dediyi kimi, zaman hər
şeyi unutdurur. Anam isə mənim teatr institutuna daxil ol-
mağımı istəmədiyindən, başqa sözlər deyirdi: “Bütün aktri-
salar fahişədirlər”.
- Necə belə deyə bilirsən? – hiddətdən səsim dəyişirdi.
- Əlbəttə fahişədirlər, - anam inamla dediyində israr edir-
di. – Gah bədənləri ilə alver edirlər, gah da prinsipləri ilə,
gah məhəbbəti təqlid edirlər, gah da ehtirası.
- Hər cür istedadsızlar aktyorlar haqqında böhtanlar ya-
yırlar, sən də onları təkrarlayırsan. Ayıbdır, - ana vicdanını
oyatmağa çalışırdım. – Bax, aktrisalığa gedəcəyəm və bütün
həyatımla sənin düzgün danışmadığını sübut edəcəyəm. İs-
tedad, yalnız istedad hər yerdə özünə yol açır. Yalnız istedad
əsas meyardır.
- Get-get, mən isə baxaram, görüm bu meyarı sonra hansı
divara asacaqsan, - anam təslim olmurdu. – Lakin ağıllı məs-
ləhətə qulaq as: əvvəlcə sənət qazan, özünə dayaq düzəlt,
sonra get – istərsən aktrisalığa, istərsən direktrisalığa.
Lakin mən ağıllı məsləhətə qulaq asmadım. Və budur,
mən gənc aktrisayam. Və budur, ilk rol, ilk problem.
“Ümid edək ki, hər şey qaydasına düşəcək”, - özümü sa-
kitləşdirirdim.
Amma mənim istirahət günlərim şübhəli tərzdə uzanırdı.
Mən artıq üç gün idi ki, çəkilmirdim. Mənim yaradıcı orqa-
nizmim özünüifadə tələb edirdi.
Bu haqda düşünərkən, mən mehmanxanaya girən Sebast-
yanla toqquşdum.
- Sebastyan, - sevindim, - mənim səhnəm nə vaxtdır? Siz
indi nə çəkirsiniz?
Rejissor mənə cavab verərkən karıxdı. Gözlənilmədən
güclənmiş ləhcə ilə mənim səhnələrimin Moskvada pavil-
yonda çəkilməsi haqqında qərar qəbul edildiyini, nəyinsə
dəyişdiyini danışmağa başladı.
“Yalan danışır”, - hiss etdim. Bu qəfil ifşadan ürəyim ayaq-
77
“Mosfilm” kinostudiyası. Sovet “xülya fabriki” və
aktyor talelərinin emal olunduğu “ət maşını”
78
larımın altına düşdü. Amma möhkəm səslə söylədim:
- Deməli, belə çıxır ki, mən burada daha işləməməliyəm?
Deməli, gedə bilərəm?
Dünyada hər şeydən çox haqlı olmadığımı eşitmək istər-
dim. İstərdim ki, o, etiraz etsin: “Hara gedirsən? Necə gedir-
sən? İşləmək lazımdır. Nə qədər işsiz avara-avara gəzə bilər-
sən?” Amma bunun əvəzinə o dedi:
- Bəli. Sən azadsan və Moskvaya qayıda bilərsən.
- Nə vaxt? Əgər belədirsə, elə bu gün gedə bilərəm. – Elə
incimişdim ki, həmin dəqiqə getmək istəyirdim.
- Əgər təyyarə varsa, bu gün də olar. Mən Marona (o, filmin
direktoru idi) deyərəm ki, bilet dalınca adam göndərsin.
- Bəs material? – zəif səslə soruşdum. – Çəkilmiş materiala
nə vaxt baxacağıq?
- Hər şeyə Moskvada. Biz bir həftə sonra qayıdacağıq, - Se-
bastyan tələsik gedərkən, mənə cavab verdi.
Bilet axşama alınmışdı. Mən yağışlı Moskvaya qayıtdım və
bir həftə gözlədim. Həmin həftəni necə yaşaya bilmişəm? Hələ
də başa düşə bilmirəm. Mən heç kimə heç nə danışmaq istə-
mirdim. Aleksey səfərdə idi. Mən də heç kimi görmək istəmir-
dim. Evdə oturmuşdum və siqareti-siqaretə calayırdım. Ağlı-
ma dəhşətli mənzərələr gəlirdi.
Nəhayət, “Mosfilm”ə zəng edib öyrəndim ki, qrup bazar
ertəsi, yəni artıq dünən gəlib, çərşənbə axşamı (yəni bu gün)
saat 11-ə baxış təyin olunub. Amma mənə heç kim zəng etmə-
mişdi, heç kim məlumat verməmişdi ki, baxış harada, hansı
zalda olacaq. Baxış vaxtını da mən təsadüfən öyrəndim.
On birə on beş dəqiqə qalırdı. Baxışın əvvəlinə yetişmək
demək olar ki, mümkün deyildi. Lakin xoşbəxtliyimdən, alaqa-
pının qarşısında taksi tutdum. Sürücü maşını dəlisovcasına idarə
edirdi. Bəzi yerlərdə mən qorxudan hətta gözlərimi yumurdum.
O, öz toyuna gecikən bəy kimi maşını qovur, zarafat edir, zər-
bi-məsəllər, çastuşkalar söyləyirdi. Çox qısa müddətdən sonra
məni mənzil başına çatdırdıqda, hətta bəxşişdən də imtina etdi:
- Lazım deyil. Bəlkə siz xalq artisti olacaqsınız. Sonra müsa-
hibədə sizi ilk baxışa çatdıran İqoryoku xatırlayarsınız.
Mən ona gülümsəyərək, bunu taleyin xoş işarəsi kimi qəbul
79
etdim.
İş otağına gəldikdə, gördüm ki, orada heç kim yoxdur.
Külqabında hələ də siqaret qalıqları tüstüləyirdi. Deməli, in-
dicə gediblər, - Şerlok Holms kimi gəldiyim nəticə belə oldu.
Mən sonsuz uzun dəhlizlərlə gedir, bir binadan digərinə ke-
çirdim. “Mosfilm” ayrıca şəhər-labirintdir, bəzən orada işləyən
adamlar da olduqları yerin səmtini çətinliklə müəyyənləşdirirlər.
Amma mən onları tapmalı idim. Hansısa qapını özümə tərəf
çəkdim və ekranda tanış kadrları gördüm: budur, tanklar tanış
küçə ilə gedirlər, budur, yaralı insan qaçır, onu hərbçilər izləyir,
mən isə onunla alaqapıda toqquşuram və nəsə deyirəm.
İşçi material olduğundan, səsləndirilməmişdi. Ekrandan gö-
zümü çəkmədən, sakitcə boş kresloda əyləşdim.
Budur, biz Qriqori Qriqoriu ilə bir saniyəlik göründük.
Həyəcandan ölərək, yataq səhnəsini gözləyirəm. Çəkilmiş pl-
yonka fırlanır, həmin səhnə isə yoxdur. Vidalaşma səhnəsi də
yoxdur. Həbs səhnəsi də yoxdur, demək olar ki, heç nə yoxdur!
Bu anda zalda işıq yandı. İlahi, sən demə, Sebastyanın ya-
nında oturmuşammış.
O da məni burada görəcəyini gözləmirdi.
Salam, - o, deyir. – İşlər necədir? – Dərhal da zalı tərk etdi.
- Pisdir, Sebastyan. Bəs mən hardayam? Özümü görmədim.
Mən filmdə varam?
- Bilirsən, materiala Sizov (“Mosfilm”in baş direktoru) baxıb.
O, bizə dedi: “Sizin filminiz “Baş əyməyən qəhrəman Çili xalqına
həsr edilir” ithafı ilə gedir. Müqavimət xəttini gücləndirin”. Buna
görə də bizə əmr edilib ki, onu sənin iştirakınla olan lirik səhnələr
hesabına gücləndirək. Yəni, onları qurban verək.
- Necə yəni qurban verək? – dərhal başa düşmədim.
- Yəni kəsib ataq.
Mən çaşıb qalmışdım. Bu anda hardansa yandan mənə Roman
Lazareviç yaxınlaşdı.
- Nədir, qorxaq dovşan? – O, salamlaşırmış kimi əlini üç dəfə
yanaqlarıma toxundurdu.
- Xoşuna gəldi? – O, gülümsəyərək mənə baxırdı, amma göz-
ləri heç gülümsəmirdi.
Mən hər şeyi anladım. Və bu yanağıma toxunmanı... İldırım
80
sürətilə əlim havaya qalxdı və sillənin cingiltili səsi dəhlizdə
uğultulu əks-səda verdi. Heç kim, özüm də nəyisə başa düş-
məyə macal tapmamış.
- Mən sizə nifrət edirəm. Bilirsiniz nəyə görə, - astaca pıçıl-
dadım.
Başa düşürdüm ki, bu sondur. Həmin saniyədə mənim hələ
başlanmamış karyeramın üstündən xətt çəkildi. Onun ağırlığı
üstümə çökdü və elə bir hiss vardı ki, sanki məni ayaqlayıblar.
Bədənim sanki boşaldı, elə bil həcmi dəyişdi, ayrıldı və başqa
həyatla yaşamağa başladı. Bu bədən birtəhər yolu keçdi, trolley-
busa çatdı. Beynimdə isə ancaq döyəclənirdi: “Ola bilməz, ola
bilməz, ola bilməz”.
Başa düşmürdüm ki, necə bu dahi, əfsanəvi insan məndən –
məktəbi yenicə bitirmiş uşaqdan, sadəlövh qızdan belə xırda qisas
ala bilər. “Ola bilməz” – demək olar ki, hündürdən hönkürdüm.
Trolleybusda gedən insanlar heyrətlə mənə tərəf döndülər.
İki dəqiqədən sonra dayanacaq idi. Mən trolleybusdan düşdüm
və uzun müddət piyada getdim.
Həyatımda ilk dəfə olaraq heç nə haqqında düşünmürdüm.
Başımda da bədənimdəki kimi boşluq vardı. Mən yola baxma-
dan gedirdim. Çox getdim. Yolun kənarı ilə gedirdim, hansısa
maşınlar dayanır, hansısa insanlar məni mənzil başına çatdır-
mağı təklif edirdilər. Amma mənim üzümdəki ifadəni görən
kimi, çox tez sürüb gedirdilər.
Mən parklardan, məktəb həyətlərindən, mikrorayonlardan,
binaların qarşısında əyləşmiş qarıların yanından keçib getdim.
Çay boyunca, körpülərdən, dəmiryol keçidlərindən keçdim. Mən
şəhəri tanımadan gedirdim. Məni ancaq qaranlıq dayandırdı.
Gördüm ki, Çistoprudnıy bulvarında öz alaqapımızın qar-
şısında dayanmışam. Mərtəbəmizə qalxdım, qapını açıb, otağı-
ma girdim və elə paltarlı-paltarlı çarpayıma yıxıldım. Ancaq
yay ayaqqabılarımı çıxartdım.
Mən demək olar ki, iki sutka yatdım. Hərdən yuxudan dur-
duqda, gözümü açmadan su içir və yenidən yuxuya gedirdim.
Bu sanki letargiya yuxusu idi. Mən nə ona kimi, nə də ondan
sonra belə yatmışam.
Yalnız cümə axşamı gecəsi şüurum real dünyaya qayıtdı.
81
Gecə yarısı mehmanxana nömrəsinə rejissorun yanına
məşq etməyə gedəndə necə sadəlövh imişəm
Baxış isə çərşənbə axşamı olmuşdu.
Mən ümumi dəhlizə çıxdım. O vaxt kommunal mənzildə iki
otaq kirayə tutmuşdum. Məni gördükdə qonşum qorxdu və
əlini yellədi:
- İlahi, Nina?! Biz elə bilirdik ki, sən çəkilişə getmisən. Biz
hamımız sənin qapını döyürdük. Sənə “Mosfilm”dən zəng
edirdilər. Budur, mən telefonu yazmışam.
Nə olsun ki, zəng ediblər? Çaydanı yenicə qoymuşdum ki,
telefon zəng etdi.
- Gəl, yəqin sənədir! Sevinəcəklər, - qonşu gülümsədi.
- Mən yemək istəyirəm, - dedim.
- Mən dedim axı, - səni. Evdədir, evdədir, indi gəlir! – Qon-
şu eyni zamanda həm mənimlə, həm də telefondakı adamla
danışırdı. – Ninoçka, dəstəyi götür. Orada necə sevindilər.
Mən ayaqlarımı güclə sürüyərək, giriş qapısının yaxınlığın-
da asılmış telefonun yanına sürünə-sürünə getdim.
- Bəli? Kimdir?
- Nina, qulaq as – zəif, naməlum qadın səsi söylədi. – Biz
hamımız burada birtəhər olmuşuq. Biz sənə zəng edirdik. Qu-
laq as, afərin sənə. Biz elə edə bilmədik. Sən bizim hamımızın
qisasını aldın.
Mən dəstəyi asdım və həvəssiz düşündüm: “Amma Tanrı
doğrudan da mənim istəyimi yerinə yetirdi”.
83
GENERAL XLUDOV VƏ FARS QIZI
Elə görüşlər olur ki, insanın ən mühüm məsələlər haqda
təsəvvürlərini dəyişir. Sən kim olmalısan, necə olmalısan və
bu həyatda nə etməlisən? Bu sualları cavablandıran görüşün
baş verəcəyi meridianı əvvəlcədən hesablamaq mümkün
deyil. Amma yer kürəsi sanki bu anda sənin taleyinə doğru
fırlanmaqdadır.
Mənim həyatımda belə bir görüş Vladislav Dvorjetski ilə
olub.
Əminəm ki, Mixail Bulqakovun “Qaçış” pyesi əsasında
çəkilmiş filmə baxmayan yoxdur. Və bu filmin tamaşaçısı
adamları edam edən general rolunu oynayan Dvorjetski-
ni heç vaxt unuda bilməz. Biz bu filmə o qədər baxmışdıq
ki. “Qırmızı”ların ölkəsinə uduzan və tapdalanan “ağ”lar
haqqında bütün təsəvvürləri alt-üst edən zadəgan Xludov
soxulur. O, öz ölkəsinin elə bir dramının, faciəsinin daşı-
yıcısıdır ki, uzun-uzadı şərhlərə ehtiyac yoxdur. Hündür,
arıq qamətli, çuxura düşmüş, az qala sifətinin yarısı boyda
olan gözlər. İnsanın bu adama necə rəhmi gəlməyə bilər? Və
heç kimi onun ekranda “qırmızı”ların, yəni “bizimki”lərin
qanını tökməsi, tamamilə başqa, düşmən düşərgəsindən ol-
ması narahat etmirdi. Biz o vaxt məhz Xludovun sayəsində
valideynlərimizin öz valideynlərilə pıçıltı ilə müzakirə et-
dikləri faciədən xəbər tutduq.
İstər “Müqəddəs Lukanın qayıdışı”, istər “Solyaris”,
istərsə də “Sannikovun torpağı” olsun, ya da hər hansı bir
başqa film – Dvorjetskinin həmin filmdə görünməsi onu ha-
disəyə çevirirdi. Elə onun özü də bir hadisə idi.
Omskda mama həkimi işləyib. Sonra isə elə oradaca uşaq
teatrında. Daha sonra paytaxta gəlib və çətinliklə Moskvaya
öyrəşib. Çox filmlərə çəkilsə də, nə mənzili, nə də pulu var-
dı. Uşaqlarını, əsl ailə dramını qoyub gəlmişdi və bu barədə
danışmağı sevmirdi. Onusa sevirdilər. Qadınları cəlb etmək
84
üçün yaramayan xarici görünüşü, dazlaşmış kəlləsi, solğun
rəngi, xəstəhal arıqlığı ilə o, heç kəsi məftun etməyə çalış-
masa da. Lakin yer kürəsinin quru hissəsinin altıda birini
tutan SSRİ adlı ölkənin qadınları ona heyran idilər.
O cəmi 39 yaşında dünyanı tərk etdi. Onun ölümündən
cəmi il yarım əvvəl qarşılaşdıq. O vaxt onun cəmi 37 yaşı
olsa da, çox qoca görünürdü. Qoca demək azdır! Dazbaş,
qədim allah Savaof! Mənim o zaman çəkildiyim film “Uzaq
meridianda görüş” adlanırdı. Çəkilişlər Moskva yaxınlığın-
da, Çernoqolovkada keçirilirdi. Məhz orada Vladislav Vats-
lavoviç mənim qapımı döyən tale oldu.
Amma hər şey barədə ardıcıllıqla.
“Çili epopeyam” kədərli sonluqla başa çatsa da,
“Mosfilm”də məni “xarici qız”, “özgə planetdən gələn”
ampluasında görürdülər. 1976-cı ildə “Belarusfilm” studiyası
Mitçell Uilsonun romanı əsasında “Uzaq meridianda görüş”
teleserialını çəkəndə məni amerikalı Evelin roluna təsdiq
etdilər.
Sovet İttifaqında Uilson tərəqqipərvər müəllif kimi qə-
bul edilirdi. O, 1975-ci il Helsinki sazişlərinin ruhuna uy-
ğun olaraq Amerika və sovet nüvə alimlərini düşmən kimi
deyil, həmkar kimi göstərirdi. Bəsit və o qədər də maraq-
lı olmayan romanın süjeti əsasında yazılmış ssenaridə so-
vet-Amerika əməkdaşlığına böyük yer verilmişdi. Fizik Ni-
kols Rennet SSRİ-yə gəlir. Burada onu bir sıra ciddi elmi,
həm də əxlaqi problemlərin həlli, başlıcası isə qarşılaşacağı
böyük məhəbbəti gözləyir. Sovet kinosunda ilk dəfə olaraq
müasir amerikalı obrazı bu qədər humanist və müsbət idi.
Filmdə Vasili Lanovoy, Janna Bolotova oynayırdılar,
Rennet roluna isə Vladislav Dvorjetski dəvət olunmuşdu.
Bu təsadüf deyildi. Uilson öz qəhrəmanını belə təsvir edir-
di: “O, öz hesablamalarından ayrılanda və stulun arxasına
söykənəndə, onun arıq və üzgün siması elə ciddiliklə nəfəs
alır, elə qəm və ağrı ilə dolu olurdu ki, sanki, o, gülüm-
səməyi bacarmır. Lakin elə ki, gülürdü, bu heyrətamiz gü-
lüşdə kədərin bütün izləri itir və o, nadinc oğlan uşağına
oxşayırdı”.
85
Bulqakovun “Qaçış” romanındakı general Xludov – Dvorjetskidir.
Başqası olmayıb və olmayacaq
86
Əlbəttə, mənə, təzə çəkilməyə başlayan aktrisaya məşhur
Dvorjetskini çəkiliş meydanında görmək maraqlı idi. Axı, yal-
nız böyük aktyorun yanında olmağın özü artıq gözəl məktəb-
dir.
Həm də “Çili üzərində gecə”dən sonra mən çox sevinir-
dim ki, epizodik rol da olsa, məni yeni filmə dəvət ediblər.
Çəkilişlərə yüksək əhvali-ruhiyyə, tam ümidlə gedir, bütün
vaxt ərzində özümü inandırırdım: “Hər şey yaxşı olacaq. Mə-
nim çəkilməməyimlə bağlı sərəncam yoxdur”. Hadisələrin
necə inkişaf edəcəyini bilsəydim! Yox, belə bir hadisəni əl-
bəttə ki, əvvəlcədən görə bilməzdim – ümumiyyətlə, heç kim
bacarmazdı.
Beləliklə, soyuq noyabr axşamında, Moskvaya ilk qar düşən-
də, mən Çernoqolovkaya – nüvə fizikləri şəhərciyinə gəldim.
Həmin yerə axşamdan keçmiş çatdım və dərhal ikinci rejis-
sorun əlinə düşdüm. O, hələ Çernoqolovkaya gəlməmiş quru-
luşçu rejissoru əvəz edirdi.
Marina Nikolayevna adlandıracağımız köməkçi, qırx yaşlı
boy-buxunlu qadın idi. Məni dərhal kostyumçunun otağına
apardı və amerikasayağı geyindirmək üçün geyim axtarmağa
başladılar.
Mən onun yanında əynimi dəyişməli oldum. Qeyd etmək la-
zımdır ki, o vaxt mini-ətəklər dəbdə idi, sviteri isə büstqaltersiz
geyinirdilər. Mən bu qadından qətiyyən çəkinmədən, əynimi
dəyişdim.
Biz bir neçə variantı sınadıq, amma heç biri onun xoşuna gəl-
mədi.
- Yox, bu yaramaz. Bu da pisdir. Çıxart. Gəl, bunu yoxla, -
məni tamamilə təngə gətirdikdən sonra qərara gəldi: - Qulaq
as, bəlkə geyinib gəldiyin paltarda çəkiləsən? Bu, tamamilə
amerikasayağıdır.
Mən buraya gəldiyim paltarda qaldım: qısa ətəkdə və çıl-
paq bədənə geyindiyim nazik sviterdə.
Artıq axşamdan keçmişdi və Marina Nikolayevnanın san-
ki yol yorğunu olan, üstəlik yeni yerə hələ düz-əməlli öyrəş-
məmiş qıza yazığı gəldi və məni öz nömrəsinə dəvət etdi:
- Gedək, mənim otağımda heyva mürəbbəsi ilə çay içək.
87
Moskvadan uzaq, balaca şəhərcikdə bu vaxtlar işləyən
kafe, yaxud ərzaq mağazası tapmaq mümkün deyildi. Burada
isə ətirli heyva mürəbbəsi ilə çay, qış gecəsinin qaranlığında
kiçik ada və çəkiliş qrupunda bir çox məsələləri həll edə bilən
qadın! Mən sadəcə olaraq xoşbəxt idim.
Marina çayı dəmləyənə, buterbrodlar hazırlayana və
mürəbbə bankasını çıxarana kimi, mən ona maraqla baxa-
raq düşünürdüm: “Necə də gözəldir! Zövqlə geyinib.
Özünə baxandır”. Ümumiyyətlə, o, belarusa oxşamırdı
– mən isə çəkilişlərdə əyalətdən olan adamlarla görüşəcə-
yimə hazırlaşmışdım. Marina sadədil əyalət qadınına qə-
tiyyən oxşamırdı. Mənim nədənsə ona yazığım gəldi. “İşə
bax, - düşünürdüm, - bəxti gətirməyən aktrisalar beləcə
rejissor köməkçiləri olurlar”. Gəncliyə xas olan iddialı yel-
beyinliklə özümə vəd etdim ki, mən heç vaxt belə olmaya-
cağam.
Bu arada, Marina həssaslıqla mənə qulluq edirdi. O, fa-
siləsiz olaraq saçlarımı tumarlayır və deyirdi: “Sənin bu
uzun saçlarınla nə edəcəyik? Sabah tezdən qrimçinin ya-
nına getmək lazım gələcək”. Mənə elə xoş idi ki! Mən heç
bir təhlükə hiss etmirdim. Bunu kişi-rejissor edəndə ayrı
məsələdir, qadın sığallayanda isə ayrı. Xüsusilə bunu zə-
rifliklə, bacı, ana kimi edirsə.
Mən çay içdim, yemək yedim.
- İndi isə meyvə arağı. Çaydan sonra əladır. Məndə çox
dadlı evdə hazırlanmış meyvə arağı var, dadına bax.
Mən tamamilə ləms düşdüm, meyvə arağından qızar-
dım. Məni belə yaxşı qarşılayan gözəl qrupa düşdüyümə
elə sevinirdim ki.
Marina çarpayıda oturmuşdu, mən isə kamodun yanın-
da, stulda.
- Bəsdir mənə “siz” dedin, - o, nəyəsə sevinirmiş kimi
səsləndi və əlini mənə uzatdı. – Gəl, biz səninlə bruderşaft
içək. Yaxın gəl.
Bilirdim ki, ona “sən” deyə bilməyəcəyəm, amma bu
gözəl qadını incitmək istəmirdim, ona görə də çarpayıda
oturdum. Biz əllərimizi “bruderşaft üçün” qovuşdurduq
88
və o, məni öpdü.
Bu, qətiyyən dost öpüşü deyildi. Belə öpüşdən gərildim
və yüngülvari qorxdum.
İndi həyatımız elə dəyişib ki, heç kimi qeyri-ənənəvi
seksual orientasiya ilə heyrətləndirmək və şoka salmaq
mümkün deyil. Gey-paradlar açıqca gedir, lesbiyanların öz
klubları mövcuddur. Lakin sosializm dövründə belə şey-
lərə tamamilə başqa münasibət vardı. Bundan utanır, nəin-
ki normadan kənara çıxmaq kimi baxır, ən böyük əxlaq-
sızlıq hesab edirdilər. Bunu gizlədir, ört-basdır edirdilər,
uzun müddət homoseksualizmi qanunla cəzalandırırdılar.
Qeyri-ənənəvi orientasiyalı insanlar haradasa yaxınlıq-
da olsalar da, sanki başqa bir planetdə yaşayırdılar. Bu
hadisəyə qədər isə mən ağlıma da gətirməzdim ki, həyat
yolumda seksual azlığın nümayəndəsi ilə qarşılaşacağam.
Özü də o mənimlə maraqlanacaq.
Ziyalı sovet ailələrindən olan qızlar Svetayeva, Axma-
tova, Pasternakın məhəbbətin titrək hisslər kimi qələmə
verildiyi poeziyası ilə böyümüşdülər. Məhəbbətə pərəstiş
edirdik. Ondan məhrum olmaq, sevməmək zəiflik göstəri-
cisi idi. Hər kəs hökmən öz sevgisini tapmağa çalışırdı –
amma ənənəvi forma və normalar çərçivəsində. “Bircinsli”
aşiqlik bizim dəyərlər sisteminə qətiyyən uyğun gəlmirdi.
- Sən! Mənə sən de! – Marina təkid edir və hissiyyatla
əlimi tumarlayırdı. – Nə gözəl dərin var! Sənin dərin atlaz
kimidir.
Belə komplimentdən sonra başa düşdüm ki, getmək la-
zımdır.
Mən getməliyəm, - durmağa cəhd etdim. – Hər şeyə
görə sağ olun.
Amma o, mənim əlimi buraxmırdı. Hiss edirdim ki, iliş-
mişəm. Hadisələrin belə inkişafı məni heç açmırdı. Məsələ-
ni necə çözməliyəm? Özüm də başa düşmürdüm. Mən onu
incitmək istəmirdim, hər şeyi sakitcə bitirməyə çalışırdım.
Amma necə? Elə suallar var ki, onları birbaşa, müqəddimə-
siz-filansız vermək olmur axı... Mən beynimə gələn ilk və
ən axmaq sualı verdim:
89
Nə mən, nə də Dvorjetski bir neçə saatdan sonra
başımıza nə gələcəyini bilmirdik
90
Deyin, mən sizin xoşunuza gəlirəm?
O istək dolu xırıltılı səslə “bəli” dedi. Adətən kişilər belə
səslə sevgi etirafını edirlər. Amma mən hələ də nəyisə başa
düşmədiyimə ümid edirdim. Bəlkə mən sadəcə olaraq insan
kimi onun xoşuna gəlirəm?
- Yəni necə xoşunuza gəlirəm?
- Sən mənim tale kimi xoşuma gəlirsən. Sən – mənim ta-
leyimsən!
Amma mən belə tale istəmirəm! Mən bunun əleyhinəyəm!
Birdən yerimdən qalxdım. Güllə kimi nömrədən çıxaraq, zəh-
lətökən kişinin təcavüzündən xilas olan kimi, qaçıb qurtul-
dum. O, bütün mehmanxana boyu ardımca qışqırdı:
- Dayan, səfeh qız! Mən sənə izah edərəm! Səfeh, qaçma!
Niyə belə axmaqsan?!
Nömrəmdə qapını arxadan bağladım və uzun müddət
özümə gələ bilmədim. Sarsıntı keçirdiyimdən, gecə gözümə
yuxu getmədi. Yuxuda da nə görsəm yaxşıdır? Marina Ni-
kolayevna mənə sataşır, üstəlik o qadın deyil, qadın paltarı
geymiş kişidir! Qorxu filmlərini xatırladan yuxudan ayılanda
bu çətin vəziyyətdən qurtulmaq yolunu bilmirdim.Yenidən
yuxuya getdikdə isə təkrar həmin yuxunu gördüm.
Səhər mən əlbəttə ki, hazır deyildim. İlk çəkiliş günündə,
özümü gücsüz, inamsız hiss edirdim. Görəsən işləyə biləcək-
dimmi? Üstəlik, qorxurdum, görəsən, Marina Nikolayevna
özünü necə aparacaq?
Rejissor hələlik gəlməmişdi: o, hələ Minskdə idi, hansısa
səbəbdən yubanırdı. Marina çəkiliş meydanının əsl sahibəsi
kimi çıxış edirdi. Mən gələn kimi, o, bütün diqqətini mənə
yönəltdi və operatora göstəriş verməyə başladı:
- Feliks! Gör necə məftunedici təbəssümü var, oradan çək-
mə, çəkmə. Rakursu dəyiş. İşıq ver bura. Zəif işıq ver.
O, mənim ətrafımda fırlanır, bütün meydançanı mənə uy-
ğun qururdu, elə bil yaxınlıqda başqa birisi yox idi. Meydan-
çada, yaxınlıqda isə Dvorjetskinin özü dayanmışdı. Elə ekran-
da gördüyüm kimi: iki göl kimi gözlər, sifətin yarısı boyda iki
burulğan. Adama elə gəlirdi ki, sənin daxilinə nüfuz edir...
Utandığımdan üzüm qırmızı ləkələrlə örtülmüş, qıpqırmızı
91
qızarmışdım: “İlahi! İndi hamı fikirləşəcək ki, mən də bunun
tayıyam! İlahi, mən nə edim?”
Dvorjetski kresloda oturmuşdu, diqqətlə qarşısına baxırdı,
sanki baş verənləri duymurdu, sonra ayağa qalxdı və dedi:
- Marina, gəl işləyək. Qız da başlayacaq.
Düşündüm: “İlahi, mənim bu filmdə həyatım necə drama-
tik başlayır”.
Fasilə elan olunan kimi, yeməkxanaya qaçdım. Səhnələr
Çernoqolovkadakı elmi institutlardan birində çəkildiyindən,
bizə orada bir neçə otaq ayrılmışdı. Heç kəs bizim üçün süfrə
açmağa hazırlaşmırdı. Amma sovet dövründə nüvə şəhər-
ciyindəki qapalı elmi müəssisənin yeməkxanasında məhru-
miyyətlərə öyrəşmiş kino işçiləri yaxşıca nahar edə bilərdilər.
Ən çox ondan qorxurdum ki, Marina Nikolayevna arxam-
ca qaçıb gələr. İnstitutun uzun dəhlizləri ilə gedəndə hətta
arxadan onun addımları qulağıma gəldi və ürəyim sıxılmağa
başladı. Yeməkxanada kassaya növbəyə durdum və bu anda
arxamda Vladislav Vatslavoviçin səsi eşidildi:
- Nədir? Onun sənə gözü düşüb?
Rahatlıqla geri döndüm, iki dərin gölü xatırladan gözlərə
baxa-baxa şikayətləndim:
- Bilirsiniz, dünən dəhşətli hadisə yaşadım. Bu fövqəladə
hadisə idi! Güclə qaçıb qurtuldum.
- Aydındır, mənə heç nə danışma. Sənin senturionun ol-
malıyam. Deməli, belə. Bu axşam səni öz yanıma yox, məni
qonaq çağırdıqları yerə dəvət edirəm. Mənimlə gedəcəksən.
Çəkilişlər 5-də bitir, sənin dalınca 5.10-da gələcəyəm. Sənə 10
dəqiqə bəsdir?
- Bəli! – demək olar ki, qışqırdım. – Elə çəkiliş qurtaran
kimi də gedə bilərik!
- Yox, mən çəkilişdən gedə bilmərəm, -dedi. – Amma 5.10-
da sənin dalınca gələcəm. Sən hansı nömrədəsən?
Mən nömrəmi dedim.
Çəkiliş günü qurtaran kimi, güllə kimi pavilyondan çıx-
dım. Paltomu düymələyə-düymələyə, küçəyə atıldım. Artıq
hava qaralsa da, küçə işıqlarını yandırmamışdılar. Yolu ins-
titutun uzun binası işıqlandırırdı. Pəncərənin işıqları yenicə
92
yağmış noyabr qarının üstünə süzülürdü. Heç şəhər havasına
oxşamırdı. Yaxınlıqda böyük meşə massivinin olması duyu-
lurdu. Bu dərhal əhval-ruhiyyəmi düzəltdi.
Vaxtım çox az idi. Duş qəbul etmək, sviterimi dəyişmək
istəyirdim, hər halda hava soyuyurdu. Həm də Moskvaya
zəng etmək, Alyoşaya Dvorjetski ilə tanışlığımdan, onun
məni qonaq dəvət etməsindən danışmaq istəyirdim. Marina
haqqında heç nə demək fikrim yox idi. Onu pis yuxu kimi az
qala unutmuşdum.
Qonaq otağına girən kimi, bir saniyənin içində paltarımı
soyunub, saçlarımı dəsmala bükərək, duşun altında dur-
dum. Vanna otağında həmişə mahnı oxuyurdum. Özümsə
götür-qoy edirdim, Vladislav Vatslavoviçdən nəyi soruşa-
cam – axı o, böyük aktyor idi! “Ay, ana!” çığıraraq, buzlu
suyu başıma əndərib, tez özümü ovuşdurdum. Şəhər kə-
narındaki evlərin borularında su buz kimi olur. Yorğunlu-
ğu da götürür. Dəsmala bürünərək, saçımı qurutmaq üçün
otağa qaçanda yerimdə dondum: Marina mənim çarpayımda
qaşqabağını sallayıb oturmuşdu.
- Hə, nədir, - ölgün səslə dedi, - səni Dvorjetskinin yata-
ğında axtarmaq lazımdır?
- Necə cürət edirsiniz? Xahiş edirəm, çıxın!
İçimdə hər şey qırıldı. Çəkiliş meydançasında münasi-
bətlərin aydınlaşdırılmasının yeni raundu başlayır. Roman
Karmenlə olan əhvalat yaddaşımda hələ yaşayırdı. Burada
da həmin şey... Yalnız əsas surətlər, eyni cinslilərlə əvəzlən-
mişdi.
Birdən Marina çarpayıdan qışqıraraq qalxdı: “Məni tərk
etmə! Bütün kişilər - əclafdır! Görərsən, biz bir-birimizi necə
sevəcəyik, sən hələ sınamamısan... Sən bilmirsən!..”
O, mənim çiyinlərimi öpməyə, məni qucaqlamağa başla-
dı. Birdən dizi üstə çökərək, mənim ayaqlarımı qucaqladı.
Mən elə qışqırdım ki, elə bil yanğın başlayıb: “Qalxın, dər-
hal qalxın!! İlahi! Bu nədir belə?!”
Mən gah hönkürən Marinanı döşəmədən qaldırmaq istə-
yirdim, gah da qorxu içində dəsmaldan yapışırdım ki, onu
mənim əynimdən dartıb salmasın.
93
“Tanış olun, Bembi”, - Dvorjetski bayramsayağı bəzənmiş masa-
nın arxasında oturanlara məni belə təqdim etdi
94
Elə bu anda dəhlizdən Dvorjetskinin səsi eşidildi:
- Qızlar, siz elə möhkəm qışqırırsınız, qorxuram ki, milis bu
səs-küyə gələ. Marina, gəl çıxaq, qıza geyinməyə mane olmayaq.
Sənin isə ordudakı kimi 45 saniyə vaxtın var, - mənə işarə etdi.
- Mən heç yerə getmirəm, - Vladislav Vatslavoviçin hündür
qamətinin arxasınca çıxan Marina donquldandı.
Mən tək qaldım. Deyəsən, hətta 45 saniyəyə yox, 5 saniyəyə
geyindim. Cizgi filmindəki kimi hərəkət edirdim. Palto və şarfımı
götürüb, gedə-gedə geyinərək, qapını örtdüm. Mənim qonaqları-
mı aparan liftin uğultusu yaxınlıqda eşidilirdi. Düşdüyüm əsmə-
cəli vəziyyət liftin qayıtmasını gözləməyə imkan vermədi. Sürətlə
pilləkənlərlə vestibülə düşdüm. Aşağıda heç kim yox idi.
Küçəyə çıxdım. Şaxta daha da güclənmişdi. Amma soyuğu
hiss etmirdim. Arxamda qapı açıldı və astanada qış papağının
qulaqlarını açmış Dvorjetski göründü. Mən onun hündür qamə-
tinə baxdım və qəfildən ürəyim sıxıldı.
- Saçlarını şarfla bağla, başının üstündə istilik elektrik stansiya-
sı kimi buxar buludu yaranıb, - o, gülə-gülə dedi və mehmanxa-
nadan əks tərəfə getdi.
- Hə, mən axı saçımı qurutmamışam, pilləkənlə qaçmışam,
ümumiyyətlə, hə... – nəsə dolaşıq cavab verdim və çalışdım ki,
onunla ayaqlaşam.
Gəldiyimiz mənzil adamla dolu idi. Hamı məşhur aktyoru öz
gözlərilə görmək istəyirdi. Öz uzun paltosu ilə astanada peyda
olan kimi, kimsə astadan fit çaldı: “Həqiqətən Xludovdur”. Mə-
nim ürəyim yenidən sıxıldı – o, mehmanxanadan çıxanda bu,
mənim də gözümə dəymişdi. Bilmirəm, palto, yaxud şinel bu ox-
şarlığı daha da gücləndirirdi. Hətta zarafat edib, güləndə də göz-
lərində elə bir faciəvilik vardı ki... Mən onun dramını duyurdum.
Amma ətrafda hamı şənlənirdi. Mənim yoldaşımı alqışladılar,
mənə isə maraqla baxırdılar.
- Bembi, - o, məni belə təqdim etdi.
- Deməli, maral balası, - həm fizikə, həm də barda oxşayan
saqqallı gitaraçı bas səsi ilə dedi.
- Keçin, xahiş edirəm, əyləşin, - ev sahibəsi dəvət etdi. Camaat
yol verdi və biz üzərində qızardılmış kartof, salat, iki nimçədə
duzlu balıq, kolbasa, pendir və araq düzülmüş masanın yanına
95
keçdik.
Masanın üstündə o qədər araq şüşəsi var idi ki, mən qorxdum:
“Doğrudanmı bunların hamısını içəcəklər? Bəs sonra?”
- Çox sağ olun, - Vlad təşəkkür etdi.
Dvorjetski hamıdan xahiş etdi ki, ona Vlad desinlər.
- Qadınlar üçün isə sadəcə olaraq Vladik, - hamını süzdükdən
sonra bildirdi.
Hamı razı halda özünə yemək qoymağa başladı, masa arxa-
sında yer tapmayanlara nimçələri oturanların çiyinləri üzərindən
ötürürdülər. Kimsə artıq içməyə macal tapmışdı, kimsə spirtli iç-
kini stəkanlara, fujerlərə, qədəhlərə süzürdü. Hətta bir neçə təmiz
mayonez bankası da vardı (onlar eynilə indi yoqurt satılan ban-
kalara oxşayırdılar).
- Tost, tost! Vladik, tost deyin.
Vladislav Vatslavoviç ayağa qalxdı və qısaca dedi:
- Məhəbbət naminə. Bir də bizimlə olanların sağlığına.
Məclis təqdiredici tərzdə uğuldadı.
- Məhəbbət naminə, məhəbbət naminə... – müxtəlif tərəflərdən
eşidilirdi.
Mən öz qədəhimə toxunmadan, ciddi-cəhdlə “olivye” salatına
girişmişdim.
- Sən niyə içmədin? – ciddi surətdə mənə baxıb, Vlad soruşdu.
- Mən xoşlamıram.
- Xoşlayırsan, xoşlamırsan, insanlara hörmət etmək lazımdır, -
Vlad sakitcə təkid edirdi.
O, özünə qızardılmış kartof qoydu, yaxınlıqda əyləşmiş qa-
dınların kimisi ona turşuya qoyulmuş xiyar, kimisi duzlu balıq,
kimisi də həvəskar kolbasası təklif etməyə başladı. Qarşıda əy-
ləşmiş və artıq çoxdan “dəmlənmiş” gombul qadın ağlını itirmiş
gözlərilə həyasızcasına nəzər salaraq, masanın o başından içində
donuz piyi olan nimçəsini uzatdı:
- Vlad, sarımsaqlı donuz piyi ilə qüvvətlənək? Soyuqdur...
- Nadya, özünü ədəbli apar, - yanında oturmuş kişi onun ipini
çəkdi.
- Gəlin, sizin istedadınız naminə içək, qoy sizin bütün rolları-
nız baş rollar olsun, sağ olun və hər kəs sizi sevsin! – ev sahibəsi
təklif etdi.
96
- Həm də lovğalanmasın və belə sadə qalsın, - Nadya hün-
dürdən əlavə etdi.
- Sağ olun, çox sağ olun, - Dvorjetski təşəkkür etdi. Və yeni-
dən məndən soruşdu: - Sən bu sağlığa da içməyəcəksən?
- Bəs siz niyə donuz piyi götürmədiniz? – gözlənilmədən,
özüm də öz kobudluğuma heyrət edərək soruşdum. – Bilirsiniz,
mən indi gedəcəyəm, ötən gecə pis yatmışam.
- Mən də gedəcəyəm. Bu qədər çox adam olacağını gözləmir-
dim. Onlar bizsiz də şənlənəcəklər. Məndən iki dəqiqə sonra
çıxarsan.
O, ayağa qalxdı və əllərini iki dəfə ciblərinə apardı. Belə təəs-
sürat yaranırdı ki, o, kibrit, yaxud alışqan axtarır. “Bizdə masa
arxasında çəkirlər”, sözlərinə əhəmiyyət vermədən dəhlizə çıx-
dı.
İki dəqiqə sonra mən də qalxdım. Astanada o, üç qadının ara-
sında dayanmışdı. Papağını artıq başına qoymuşdu, paltosunu
isə məlum deyil, haradansa peyda olmuş gombul Nadya möh-
kəmcə tutmuşdu.
- Yox, getməyəcəksiniz! – öz “qarpız”ları ilə ona söykənən,
Nadya təkrar edirdi.
- Qızlar, sabah bizim çəkilişlərimizdir. Birinci növbədə....
- Nadka, paltonu ver, - ev sahibəsi ciddi əmr etdi. – Görmür-
sən, gedirlər?
Bu anda o, mənə baxdı.
- Hə, aydındır, necə növbə olacaq! – Nadya incikcəsinə mı-
zıldandı və gedərkən Dvorjetskinin paltosunu mənə uzatdı. O,
asılqandan mənim paltomu götürdü və biz paltarlarımızı bir-bi-
rimizə verdik.
Dinməzcə küçəyə çıxdıq. Vlad gözlənilmədən söylədi:
- Şarfı boğazından aç, başını bürü. Çox soyuqdur.
- Yox, saçım çoxdur, mənə istidir.
- Sənin şarfın çox gözəldir və toxunuşu maraqlıdır. Kim bunu
sənə toxuyub?
- Özüm, - cavab verdim. – Uşaqlıqda dayəm öyrədib toxuma-
ğı, indi vaxtım olanda və ya maraqlı saplar əlimə düşəndə, tez
toxuyuram.
- Başa düşmədim, nənən öyrədib?
97
İnsanları evlərindən quldursayağı belə qovurdular
98
- Xeyr, nənəm yox idi. Dayəm – nənəm kimi idi.
- Bəs nənələrin hanı? Ölüblər?
- Nənələrim həbs olunmuşdular. Onlardan biri fars qızı idi.
Onun əri – mənim babam Roman – Kuban kazak ordusunun dö-
yüşçüsü 1912-ci ildə çar ordusunun İran yürüşündə iştirak edib,
oradan əsir yox, sevimli qanuni arvadını gətirmişdi. Onu əzizləyir,
gəlincik kimi geyindirirdi. Ailəsi varlı idi.
Adı – Nuşami idi, fars dilindən tərcümədə “xoşbəxtlik” demək-
dir, xaç suyuna salınarkən adını Nataliya qoymuşdular. Üç uşaqla-
rı doğulmuşdu. Mənim gələcək anam sonbeşikləri idi.
İnqilabçılar gəldilər və 1927-ci ildə onların hamısını “düşmən
element” kimi tutdular və qışın oğlan çağında hərəsini bir yerə
apardılar. Yalnız ən kiçiyi, üçyaşlı qızcığazı saxlayıblar. O, ayaq-
yalın anasının dalınca qaçıb. Nuşami-Nataliya öz keçə çəkmələrini
onu aparan xizəkdən, şaxtada anasınan arxasınca qaçan ayaqyalın
qızına atıb. Onu heç hara apara bilməyiblər – yolda donvurmadan
ölüb. Onun rus “xoşbəxtliyi” bax, beləcə sonuclanıb.
İkinci nənəm isə Ploskdan olan polyak qadın idi. Onu 1947-ci
ildə həbs ediblər.
Mən ona, tanımadığım insana ailə sirlərini danışırdım. Mənim
etimadımı necə qazana bilmişdi? Biz elə hey gedirdik, gedirdik.
Artıq mehmanxananı, parkı, ins-cins olmayan küçələri, icraiyyə
komitəsinin binasını arxada qoymuşduq. Mən hey danışır, bu qey-
ri-adi, yadplanetliyə oxşayan adam isə qulaq asırdı.
Birdən hiss etdim ki, donuram. Hətta titrəməyə başladım. Diş-
lərim bir-birinə dəyirdi.
- Bu soyuqdan deyil, yaşadıqlarına görədir, - Vlad əminliklə
söylədi.
- Axı bunları mən yaşamamışam. Onlar yaşayıblar.
- Sən, sən, - həmsöhbətim tərəddüd etmədən təkrarladı. – De-
dim axı, araq içmək lazım idi, - əsəbiliklə məni məzəmmət etdi.
Şükür tanrıya, biz artıq mehmanxanaya çatmışdıq.
- Gedək mənim otağıma, sənə qızınmaq lazımdır.
Biz Vladislav Vatslavoviçin nömrəsinə qalxdıq, o, bütün yolbo-
yu təkrarlayırdı:
- İşə bax, polşalı və fars qızı. Nəsə hiss edirdim...
Nə hiss etdiyini o, demədi. Mən isə soruşmadım. Başqa şey so-
99
ruşdum:
- Bəs nə üçün siz məni orada Bembi adlandırdınız?
- Bu gün sən mənə tərəf dönəndə, gözlərin hürküdülmüş maral
balasının gözlərinə oxşayırdı. Bax belə, Bembi.
Biz onun otağına girdik. Bu otaq mənimkindən böyük idi,
amma əslində heç nə ilə fərqlənmirdi. Yalnız geniş idi və yazı ma-
sası qoyulmuşdu. Masanın, stulların üstündə çoxlu kitab və kağız-
lar vardı. Stulda oturmağım üçün o, üstündəki kitabları götürdü.
Bunlar fantastların kitabları idi: Bredberi, Azimov, Stanislav Lem...
- Nədir, məğrur polşalı, araq içəcəksən? – gülməli tərzdə soru-
şaraq, ancaq özünə süzdü.
- İçəcəm, - mən meydan oxuyurmuş kimi cavab verdim.
- Jeszcze Polska nie Zginela – o, polyak dilində elan etdi.
- Kiedy my zyjemy, - tanış ifadəni göydə tutdum və kiçik qə-
dəhdəki soyuq arağı başıma çəkdim.
Gözləyirdim ki, araq acı və yandırıcı olacaq. Xoş olmayan hiss-
lərə hazırlaşmışdım. Amma o soyuq və hətta şirintəhər idi. Qətiy-
yən acı deyildi.
- Sizin şüşədəki doğrudan araqdır? – soruşdum. – O nəsə dadlı-
dır. İlk dəfədir ki, bu, mənim xoşuma gəlir.
- Çünki mən sehrbazam. Məndəki odlu su ən yaxşısıdır. – O,
onsuz da iri olan gözlərini genişləndirdi və “Sannikovun torpağı”
filmindəki qəhrəmanına oxşadı.
- Siz sehrbaz deyilsiniz, - mən də Vlad kimi gözlərimi geniş-
ləndirərək, elə onun kimi təkrar etdim. Kiçik dozaya baxmayaraq,
araq mənə təsir edir, xumarlanırdım. Mən artıq qızınmışdım.– Siz
sehrbaz deyilsiniz, siz başqa planetdən gəlmisiniz, - ağzımdan qa-
çırdım.
O, elə qəhqəhə çəkdi ki. Mən tez fikrimi düzəldərək “başqa
planetdən gələnə oxşayırsınız” desəm də, Vlad gülməyə davam
edərək, söylədi:
- Mən başqa planetdən gələnə oxşayıram? Nəyə görə? Mənə
bunu hec vaxt söyləməyiblər.
- Bəs necə, - indi artıq mən qəhqəhə çəkirdim, - sizin belə böyük
alnınız var, saçlarınız tökülüb, onların, havaya görə saçları olmur
axı, gözləri irəli çıxır... – mən sərxoşluqla sadalayırdım.
- Qulaqlarım isə arxadadır, - Vlad əlavə etdi, - çünki orada hava
100
yoxdur, sən necə deyirdin? Hə, havaya görə. Bax belə. Mənim yer-
dəki bacım, gəl mənim yoxsul planetimin şərəfinə içək... – Biz
yıxılana kimi güldük. Qədəhlərimizi toqquşdurduq.
- Mənim atam da fantastikanı sevirdi. Nişanlım da sevir, - ki-
tablara baxaraq dedim.
- Bəs nə üçün sevirdi? İndi yoxsa sevmir?
- Bilmirəm. Bəlkə də sevir. O, bizdən gedib.
- Nə vaxt gedib? – Vladislav Vatslavoviçin sifəti ciddiləşdi.
- Mənim beş, bacımın iki yaşı olanda.
- Bəs sonra?
- Heç nə. Anam yenidən ərə getdi. İndi biz üç nəfərik – yəni,
üç bacıyıq. Onların da bir qızı doğulub.
- Bəs atalığın? Sən onu sevirsən? O, sizə yaxşı münasibət bəs-
ləyir?
- Mən atamı sevirəm.
- Sən atanı sevirsən? Nədir, indiyə kimi onu sevirsən? Axı,
o, sizi atıb! – O sanki mənə təzyiq edir və üzümə baxırdı. Gözü-
nü qırpmadan baxırdı. Başa düşmürdüm ki, bu adi əhvalat niyə
onu belə maraqlandırır.
- O ki, sizi atıb... İki balaca qızı... Bəs sən? Onu doğrudan se-
virsən? Sən onu bağışladın?
- O atmayıb, gedib. Və mən onu doğrudan da sevirəm.
Hər ikimizi bürüyən yüngülvari sərxoşluq halı harasa uç-
muşdu. Sanki birdən ayılmışdıq. Elə bil ki, biz aramızdakı han-
sısa problemi həll etməli olan qohumlar idik.
- Mən də getmişəm, uşaqlarımı tərk etmişəm, - boğuq səslə
dedi.
Onun sifəti bu anda kəskin surətdə qocalmışdı. O, aşağı, diz-
lərinin üstündə tutduğu əllərinə baxırdı. Mən onun gicgahın-
dakı damarın necə vurduğunu, qırçınlı boz pərdəyə oxşayan
uzanmış gözlərini görürdüm.
İndi o danışırdı. Uşaqları, özü, tərk etdiyi arvadları haqqında
danışırdı. Sanki danışdıqlarını min dəfələrlə içində təkrarlamış-
dı. Səsi də daxildən gəlirdi.
Bax, mən o daxili səsi eşidirdim. Düşünürdüm ki, mənim
atam da yəqin beləcə öz günahlarını və ağrılarını dilə gətirir ki,
içərisini dağıtmasın. Öz-özünə, ya da təsadüfi həmsöhbətinə -
101
Vladimir Naumov (solda) – “Qaçış” filminin rejissoru həyat
yoldaşı Natalya Beloxvostikova ilə. Sağda – “Oskar”lı Vladimir
Menşov. Ərimi “Postskriptum” proqramının 15 illiyi münasibətilə
təbrik etməyə gəliblər.
102
vacib deyil.
Mən onda yəqin nadir hal kimi gördüm ki, günah kişiyə
necə əzab verir. Onlar özlərinin necə cəlladı ola bilərlər. Qa-
dınların zəhərli danlaqları bununla müqayisə edilə bilməz.
Qışqırmaq, qalmaqal salmaq üçün bəhanə heç nədir. İnsan
özü-özünü günahlandırır. Bir də onu gördüm ki, kişilər tam
“əcl...” deyillər.
- Bax belə, sanki tövbə edirəm, - Vladislav Vatslavoviç özü-
nü saxladı. – Sən hər halda atanı xatırlayırsan? – pauzadan
sonra soruşdu. – Heç nəyə baxmayaraq, sevirsən?
- Sizi də sevirlər. Onlar sizi çox sevir. Sizinlə fəxr edirlər.
Sizi, qoyub getdiyinizə baxmayaraq, öz atanızı sevdiyiniz və
onunla fəxr etdiyiniz kimi. Biz axı hamımız ittiham edən və
müttəhimlərik, - heç kimi mühakimə etmək olmaz, - inamla
söylədim.
- Çox şey bilirsən...
- Bəli, çox, - qızğınlıqla etiraz edirmiş, yoxsa davam edir-
miş kimi dedim. – Bir də bilirəm ki, heç vaxt günah yalnız bir
adamda olmur. İki nəfərdirsə, hər ikisi günahkardır.
- Bütün bunlardan sonra sən Bembisən? – Dvorjetski yum-
şaq səslə dedi. – Sən əsil İzergil qarısan.
Birdən onun sifəti əyildi, kül ələnmiş kimi bozardı. Nəhəng
ovcunu sinəsinə sıxaraq, yataqda uzandı. Və ölürmiş kimi,
dondu. Mənə bir saniyəlik elə gəldi. Mən elə özümü itirdim
ki, heç nə deyə bilmədim. O isə sanki qorxutmaq istəmirmiş
kimi sakitcə dedi:
- Sən get. Halım pisdir.
- Necə yəni get? Heç hara getmirəm. Mən ancaq təcili yar-
dımı çağıracağam.
- Yox, heç kimi və heç kimə, eşidirsən... - əvvəlkindən də
sakit söylədi.
- Vladislav Vatslavoviç, - mən az qala ağlayırmış kimi, yal-
vardım. – Bu, ürəyinizdir. Mən yarımçıq təhsilli həkim kimi
dəqiq deyirəm. Bu, bəlkə infarktdır. Qoyun mən aşağı qaçım.
Təcili yardım lazımdır.
- Sən yaxşısı budur, təhsilini başa vurmamış həkim kimi
həb ver, - gözlərini açmadan, zarafat etdi. – Orada, masanın
103
üstündə, dəftərin altındadır.
Mən dərman şüşəsini götürdüm. Bu nitroqliserin idi. Mən
hər şeyin ötüb keçməsi üçün tanrıya dua edərək, həbi onun
ağzına qoydum. Baş verənlər mənə hansısa filmin səhnəsi
kimi gəlirdi. O, yataqda uzanmışdı, mən isə həbləri sinəmə
sıxaraq, başının üstündə durmuşdum və sifətinə baxırdım.
Mən onun sözündən çıxmağa qorxurdum: birdən onunla
bağlı hansısa xoşagəlməz hadisə ola bilər, yaxud onu roldan
çıxararlar. Tanrı bilir, nəyə görə heç kimə heç nə deməməyimi
tapşırdı. Digər tərəfdən isə əgər bu infarktdırsa, hər dəqiqə-
nin öz hökmü var.
Xatırlamıram, bu sükut nə qədər davam etdi. Nəhayət, o,
gözlərini açdı:
- Nədir, səni qorxutdum?
- Bəli, - qorxulu hər şeyin geridə qalması ümidilə səmimi
cavab verdim.
- Sən təhsilini başa vurmamış həkim haqqında nə danışır-
dın?
- Mən əvvəllər tibb institutunda oxuyurdum. Anam istə-
yirdi ki, həkim olum. Mən hətta anatomiyadan imtahan da
vermişəm, - onun danışmasından, rəng-ruhunun özünə gəl-
məsindən sevincək halda tez-tez dedim.
- Bəlkə anan doğrudan da haqlı idi? Yaxşı, aydındır. Artıq
gecdir. Get, yat.
- Bəs siz? Özünüzü necə hiss edirsiniz?
- Artıq yaxşıyam. Mən də təhsilini başa çatdırmamış hə-
kiməm. Görürsən, bizim nə qədər oxşarlığımız var.
Onun sözlərindən dəhşətli dərəcədə xoşallanırdım. Belə
bir dahi insandır, amma oxşarlıqlarımızın olmasını söyləyir.
Elə bütün bu gecə mənə sehrli kimi görünürdü.
Azdanışan, qapalı, yetkin, çox şeylər görmüş bu kişi bir-
dən öz həyat qapısını mənim üzümə açmışdı. Başa düşürdüm
ki, qoyub getdiyi uşaqları, tərk etdiyi qadınları haqqında da-
nışdıqları onun sirləridir. Bu etirafın səbəbləri haqqında dü-
şünmədən qürurlanırdım, insan hiss və həyəcanlarının vəl-
vələsindən isə mənim özümün ürəyimdə ağrı başlayırdı.
- Yaxşı, get yat, - Dvorjetski təkrar etdi. – Doyunca yata
104
bilməyəcəksən axı. Artıq saat dörddür.
Amma mən qətiyyən yatmaq istəmirdim.
- Qorxuram, bəlkə Marina Nikolayevna orada, qapının qar-
şısında gözləyir, - yalandan dedim. Mən onu bu halda qoyub
getmək istəmirdim. – Mən sizin vəziyyətinizin tam qaydasın-
da olduğuna əmin olmayana kimi, yanınızda oturacağam.
- Yaxşı, onda uzan, - o, gözlənilmədən təklif etdi.
- Necə yəni? - anlamadım. – Harada uzanım?
- Bura uzan. O, çarpayıda mənim üçün yer etmək üçün bir
az kənara çəkildi.
- Bilirsiniz... Mən noyabrın sonunda ərə gedəcəm, - ciddi
surətdə dedim.
- Lap yaxşı. Mən səni nikah masasının yanından oğurla-
mayacağam. Nişanlın kimdir?
Mən ona Aleksey – Alyoşa haqqında danışmağa başladım.
- Zəhmət olmasa, pəncərəni aç və uzunboğaz çəkmələrini
çıxart, - o, bir dəqiqəliyə sözümü kəsdi.
Doğrudan da stulda oturmaq rahat deyildi. Elə uzunboğaz
çəkmələrimi də məmnuniyyətlə çıxarıb kənara atdım.
Pəncərənin yarısı boyda olan böyük sosialist nəfəsliyindən
otağa daxil olan təmiz hava içərini tez bir zamanda soyutdu.
Dvorjetski çarpayının örtüyünü mənə uzatdı.
Mən ayaqlarımı uzatdım, ədyala bürünüb, kürəyimin al-
tına qoyduğum yastığa söykəndim. Biz çarpayıda baş-ayaq
uzanmışdıq.
Mən bu insana münasibətdə nədənsə minnətdarlıq qarışıq
elə yaxınlıq, qohumluq duyurdum ki.
Fiziki yaxınlıq belə həyəcanlandırmır. Bu, mənəvi yaxın-
lıq idi. Bir-birinə açılmış iki daxili aləm. Mənfəət güdmədən,
gənclikdən, şöhrətdən, imkanlardan istifadə etmədən. Görür-
düm ki, o da bunu hiss edir.
- Biz səninlə iki köhnə, xarab robot kimiyik, - o, zarafat etdi.
- Niyə köhnə? – mən heyrətləndim.
- Doğrudan da. Birimiz köhnə, birimiz yeni, amma hər iki-
miz xarabıq, - Vladislav Vasloviç dəqiqləşdirdi. – Sən öz Al-
yoşanla şənbə günü tamaşaya gəl. Savva Kuliş kinoaktyor te-
atrında “Müqəddəs Antoninin möcüzələri”nə quruluş verib.
105
“Qaçış” filminin rejissoru Vladislav Dvorjetski hər bir
rolu ürəyindən buraxırdı. Ürəyi dözmədi...
106
- Gələrik, - vəd etdim.
Əlbəttə, biz tamaşaya getdik. Mən və gələcək həyat yolda-
şım. Biz Vladislav Vatslavoviçi gələcək toyumuza dəvət et-
dik. Mən xoşbəxt idim ki, onlar tanış olublar – mənim sevimli
Alyoşam və bir neçə gün ərzində mənə əziz olan insan. Mə-
nim Dvorjetskiyə olan hisslərim çoxtəbəqəli idi.
Mən bizim açıq söhbətimizdən sonra çox tez yetkinləşdim.
Biz aktyor həyatı və aktyor aləmi haqqında çox danışırdıq.
Mən ona “Çili üzərində gecə”nin başıbəlalı çəkilişlərindən
danışırdım, o, isə Floberdən sitat gətirirdi: “Heç vaxt pərəstiş
etdiklərinizə yaxınlaşmayın – onların bütün zərləri barmaq-
larınızda qalacaq”.
- Bembi, bil ki, bir çox “dahilər” – kifayət qədər xırda və qi-
sasçı adamcıqlardır. Ümumiyyətlə, bizim peşəmiz vicdansız
və alçaq peşədir. Ondan qaç, qurtul.
- Necə yəni? Siz kədərlisiniz, ona görə belə deyirsiniz.
Nəyə görə alçaq? – Bu, incəsənətdir! İnsanlara yaşamağa
kömək edən, güc və qüvvə, ilham verən, qəlbini genişlən-
dirən yüksək incəsənət...
- Hə, hə, - o, mənim ehtiraslı monoloqumu yarıda kəsdi. –
Qaç, Bembi, bu aləmdən get. Sən bacarmazsan.
- Siz demək istəyirsiniz ki, mən istedadsızam? Mənim
müəllimlərim səhv ediblər? –Hiddətdən, inciklikdən az qala
hönkürəcəkdim.
- Əlbəttə, yox, səfeh. İstedadlısan sən, istedadlısan. Amma
istedadın çox fərdidir. Başa düş, aktyorlar çox asılı insanlar-
dır. Onlar rejissorlardan, onların arvadları və məşuqələrin-
dən, rəhbərliyin zövq və şıltaqlıqlarından asılıdırlar. Əgər
tanınmış aktyor deyilsənsə, hətta aktyorlar üzrə assistentdən
də. Çünki o, sənin fotoşəklini aktyor şöbəsindən tapmaya
bilər. Onlar, xüsusilə aktrisalar operator və işıqçılardan da
asılıdırlar. Elə çəkə bilərlər ki, özün-özündən utanarsan. Həm
də başqasının sözlərini söyləmək öz nitqini inkişaf etdirmir.
Hə, aktyora heç fikirləşmək də o qədər lazım deyil. Bu artıq
rejissorun vəzifəsidir.
Taleyin Dvorjetskinin faciəvi şəxsiyyətini mənim həyatıma
buraxdığı qısa müddət ərzində, o, mənə çox şey danışdı. La-
107
kin onun şəxsiyyətinin və aktyor aləmini tərk etmək haqqın-
da çağırışının təsiri çox boyük oldu. Demək olar ki, onun söy-
lədiyi kimi baş verdi. Mən kinodan getdim, o, isə həyatdan.
* * *
P.S. Onda, Çernoqolovkada, qarlı noyabrda o, hər halda
infarkt keçirmişdi və mən bunun səssiz şahidi olmuşdum.
O vaxt ölmədi. Amma ölüm başı üzərindən asılmışdı.
Ölüm onu il yarımdan sonra apardı. Həmin il yarım mənim
ailə həyatı təcrübəmin zənginləşməsi dövrü oldu. Mən kino
və dostlarımı unudaraq, məmnuniyyətlə özümü bu həyata
həsr etmişdim, çünki bizim qızımız Daşa doğulmuşdu. Sonra
isə biz xarici ezamiyyətə getdik. Bir neçə il sonra qayıtdıq-
da isə aptekdə təsadüfən görüşdüyüm tanışımdan öyrəndim
ki, Dvorjetski çoxdan həyatda yoxdur. Ölüm onu qastrolda,
deyəsən Qomeldə yaxalamışdı. O, həmişəki kimi, uşaqları,
qadınları, həyatı boyu sahiblənə bilmədiyi evi üçün pul qa-
zanırdı.
Danışırdılar ki, onu uzanmış vəziyyətdə deyil, masa arxa-
sında oturmuş halda tapıblar. O, başını kitabların və nə isə
yazdığı dəftərin üstünə qoyduğundan, içəri girənlər elə bi-
liblər ki, o, yuxuya gedib. Görünür, o vaxt mənim xoşbəxt tə-
sadüf üzündən yanında olduğum və xilasedici nitroqliserini
verdiyim uzaq gündəki kimi, ölüm ona qəfildən yaxınlaşıb.
Onda mən dayanıb, nəfəsinə qulaq asaraq onu həyat üçün
qorumuşdum. Görünür, tanrıya onu saxlamaq lazım imiş. O
vaxt o, oğlunun Moskvaya gəlişini gözləyirdi və tanrı mənim
şəxsimdə qoruyucu mələk göndərmişdi.
İl yarım sonra Qomeldə isə onun yanında heç kəs olmayıb.
Meyitin yarılması göstərdi ki, həmin sonuncu və məşum
üçüncü infarkta kimi olan iki infarktı o, ayaq üstündə keçirib.
Onların izi yeni idi və hələ axıra kimi sağalmamışdı.
Mən hətta ağlamadım. Bu xəbəri alınca mən sadəcə olaraq
bir müddət tərpənə bilmədim. Mən əvvəllər eşitmişdim ki,
insanlar bəzən yerində donur və əlləri, ayaqları sözlərinə qu-
laq asmır. Həmin gün, aptekin pillələrində mən bunu özüm
yaşadım. Mən sadəcə olaraq çöməldim və anladım ki, nə
qalxa, nə gedə, nə də hərəkət edə bilmirəm.
Pillələrdə donmuşdum, yanımdan insanlar məni ötüb ke-
çirdilər. Kimsə canıyananlıqla soruşdu:”Ay qız, halın pisdir?
Bəlkə həkim lazımdır?” Mən tərpənməyə qorxaraq, cavab
vermirdim. Onun ürək ağrısı tutanda tərpənməyə qorxduğu
kimi.
Rəfiqəm həm də dedi ki, onu Moskvada dəfn etmək istə-
mirlərmiş. Rejissorlar Alov və Naumov dövlət mükafatlarını
taxaraq, şəhər partiya komitəsinə gediblər və Moskva qey-
diyyatı olmayan məşhur aktyoru paytaxt qəbirstanlıqların-
dan birində dəfn etməyi xahiş ediblər.
Mən indiyə kimi onun məzarına getməmişəm. Heç ora
getmək də istəmirəm. Bəzən insanlar deyir: “Mənim üçün
bu adam ölməyib”. Bununla da onlar sanki həmin adamı bu
dünyada sağ saxlayırlar.
İndiyə kimi başqa planetdən bizim dünyamıza qısa müd-
dətə möcüzə sayəsində gəlmiş insanın sifətinin yarısı boyda
olan gözləri mənə baxır.
109
Tezliklə ərimlə xaricə getdik və kino aləmindən bir
müddət aralanmalı oldum
110
ROMAŞİNİN SAHƏSİ
Bir dəfə kimyəvi təmizləmə məntəqəsinə girən kimi – qısa
müddətə və işlə əlaqədar internetə daxil olmuşdum. Birdən
Anatoli Romaşinin rejissor kimi çəkdiyi yeganə filmə yazılan
rəyi gördüm. Bu çox gözlənilməz olduğundan, emosional
şok keçirdim. Axı, bu filmdə mən onunla tərəf-müqabil ol-
muşdum.
Yeri gəlmişkən, əvvəlcə yalnız zay edilmiş, yaxud itirilmiş
əşyalarla bağlı qalmaqalların deyil, həm də olduqca maraqlı
hadisələrin baş verdiyi kimyəvi təmizləmə məntəqəsi barədə.
Kimyəvi təmizləmə məntəqəsində bir həftə öncə itirilmiş
əlcəyimi tapanda sevincimin həddi-hüdudu yox idi. Əlcək
nazik metal asılqandan sancaqla asılmışdı. Bu sürrealist etü-
dü xatırladırdı: yan tərəfindəki balaca dəri üçbucaqda relyefli
qızılı hərflərlə “Prada” yazılmış balaca qara əlcək barmağın-
dan asılıb.
- İlahi! Bu ki, mənim əlcəyimdir! –gözlərimə inanmadan
çığırdım.
- Onda götürün! – əşyaları qəbul edən qadın etinasızlıqla
cavab verdi. – O artıq beşinci gündür ki, burada atılıb qalıb.
- İşə bax! Mənsə artıq onun itməyi ilə barışmışdım. Hər
yerdə axtarmışam, sizi isə unutmuşam. Heç kim də götürmə-
yib!
- Kimin nəyinə lazımdır? Tək tay...
- Elə deməyin, o hətta tək də gözəldir. – Mən “Prada”nın
yerinə yüngülvari incidim. – Sadəcə olaraq bizim insanlar
vicdanlıdırlar.
- Yox bir, vicdanlıdırlar – qadın təslim olmurdu. – Budur,
bir gün əvvəl biz yataq örtüklərini dəyişik salmışıq. Daha
yaxşı olanını düz bir gün, özü də itlərlə axtarıb tapmışıq.
Onu götürən müştəriyə zəng etmişik, o isə qaytarmaq istə-
mir. «Mənimdir, - deyir, - vermərəm. Əgər mənim yataq ör-
tüyüm yeni sahibinin xoşuna gəlmirsə, özünüz pulunu ödə-
111
yin. Öz səhvinizdir, özünüz də ödəyin». Dəstəyi də asdı. Belə
insanlar əmələ gəlib. Tamam qudurublar.
Gözlənilməz hadisə nəticəsində düzəlmiş ovqatımı sərt re-
allıqla korlamaq istəmədim. Kimyəvi təmizləmə məntəqəsinə
getmədiyim beş gün ərzində orada ancaq vicdanlı adamların
olduğunu düşünmək mənə daha çox xoş gəlirdi. Doğrudan-
mı, vicdanlılar ancaq yad ölkələrdə olurlar?
Yeri gəlmişkən, yad ölkələr haqqında. Bir dəfə həyat yol-
daşım öz pencəyini BMT-nin Cenevrədəki qərargahındakı
ayaqyolunda yaddan çıxarıbmış. Hava isti olduğundan. İş
gününün sonunda yadına düşüb ki, pencək harada unudub.
Və aşkar edib ki, pencək, cibində olanlarla birlikdə bütün
günü asılıb qalıb. Qeyd etmək lazımdır ki, BMT-də vicdanlı
insanlarla yanaşı, hazırcavab adamlar da çalışırdılar. Elə hə-
min ayaqyolunda makinada çap edilmiş elan asılmışdı: “Prie-
re de ne pas jetter les megots dans les toilettes” (Xahiş olunur,
siqaret qalıqlarını unitaza atmayasınız). Altında isə hansısa
hazırcavab əllə əlavə etmişdi: “İl est improssible de les fumer
apres” (Sonra onları çəkmək mümkün olmur).
Qadın tualetində də unitazın üzərində məzəli epitafiya
gözə dəyirdi: “Burada ən dadlı kulinariya inciləri uyuyur”.
BMT-nin Cenevrə bölməsi – keçmiş Millətlər Liqası gözəl
bir yerdədir – İsveçrədəki ən böyük dağ gölünün sahilində.
Gölün suyuna təmiz demək azdır, o həddindən artıq şəffaf-
dır.
Bir dəfə bu göldə mində-yüz mində bir faiz qədər civə
olduğu aşkarlanmışdı. Moskvada belə suyu sakitcə içirlər.
Amma İsveçrədə, Cenevrə gölündə civə! Məlum oldu ki,
hansısa zavod gölə nəsə axıdırmış. Və başlandı! Təlatümlər,
vəlvələlər! Cenevrə və Lozannanın sakinləri uzun müddət
özlərinə gələ bilməmişdilər.
Qədim ağacların olduğu nəhəng park göldən şəhərə doğ-
ru uzanır. BMT-nin ərazisi böyük yaşıl çəmənlikləri olan bu
parkın bir hissəsidir. Burada dünya siyasətinin problemləri-
ni müzakirə edərək gəzişmək, yaxud nahardan sonra yaşıl
çəmənlikdə pencəyi büküb başının altına qoymaq və sadəcə
olaraq uzanmaq çox xoşdur. Hətta rəhbər işçilər də belə edir-
112
lər. Ətrafda hər şey təravətlidir və insana təhlükəsiz yerdə
təlqin edilir.
Yəqin elə buna görə də 1970-ci illərin sonlarında Baa-
der-Maynhoff qrupunun üzvləri növbəti terror aktını hazır-
layarkən öz görüşlərini gölə və Monblan dağına baxan gözəl
panoramlı kafedə keçiribmişlər.
Bütün Avropa polisi onları axtarırmış, onlarsa gələcək
əməliyyatlarını BMT-nin Cenevrədəki binasında müzakirə
edirlərmiş.
Bunları mənə növbəti dəfə bu yerlərin sakitliyindən vəcdə
gəldiyimi bildirən zaman Aleksey söyləyib. O vaxt, ötən əs-
rin 60-70-ci illərində müasir terrorizm başlayıb: maksimum
sayda qurbanlarla metro və bazarlarda partlayışlar, onlarla
və yüzlərlə girovlarla təyyarə və avtobusların ələ keçirilməsi.
Sonralar Yaxın Şərqdə müasir dünyada adi hadisə olan
“canlı bomba”lar – ölümə gedən terrorçular da peyda oldu.
O vaxt isə dünya daha dərdsiz, qayğısız və təhlükəsiz idi.
Buna görə də terrorçuların həyasızlığından sarsılmış təhlükə-
sizlik xidmətləri uzun müddət inanmırdılar ki, əslində onla-
rın “yuva”sı qulaqlarının dibində olub.
Bu hadisəni illər sonra BMT-də işləməyə gələnlərin ha-
mısına danışırdılar. Kafedən gölə və dağa açılan mənzərəyə
heyran olan və “Necə də gözəldir!” söyləyənlərə deyirdilər:
“Bəli, bu görüntü Baader-Mayhoffun qrupundan olan uşaqla-
rın da xoşuna gəlirdi”.
Xarici ezamiyyətə yollanan sovet vətəndaşlarına hər şey
xoş gəlirdi, onlar xaricdəki həyatdan eyforiyaya qapılırdılar.
SSRİ dövründə beynəlxalq təşkilatlarda çalışanların əmək
haqlarının ödənmə sistemi də yeri gəlmişkən, fərqli idi. BMT-
nin sovet əməkdaşı ona ödənilən əmək haqqının hamısını
özündə saxlaya bilməzdi. O, bütün məbləği sovet nümayən-
dəliyinin kassasına gətirir və yalnız burada ezamiyyətə gələnə
sovet standartlarına uyğun olaraq çatası məbləği ödəyirdilər.
Məsələn, BMT-nin Cenevrə bölməsində tərk-silah komitə-
sində çalışan Aleksey on min İsveçrə frankı alırdı. Bu, çox
böyük məbləğ idi. O, əskinaslara baxır, həcmini dəyəndirilib
bizim mühasibə aparırdı. Sovet nümayəndəliyindən çıxanda
113
“Ümidsiz umid edirəm” filmində
114
isə ona ancaq min dörd yüz yetmiş frank qalırdı. Səkkiz min
yarımı isə dövlət özünə saxlayırdı!
Bəs necə? Səni pulsuz oxudublar, xaricə getmək imkanı
qazanmısan, Cenevrədə mehmanxana, yaxud mənzil üçün
pul ödəyirlər, nəqliyyat xərcləri qismən ödənilir. Orada mən-
tiq və riyaziyyat bax, belə idi.
Amma bütün bunlar bizi fantastik dərəcədə qane edirdi.
Həm də müntəzəm olaraq şənbə-bazar günləri ekskursiyalar
olurdu. Nümayəndəliyin avtobusunda İsveçrənin ən mən-
zərəli yerlərinə getmək mümkün idi.
Moskvada həyətlərdə hələ də qar yağdığı, mağazalarda isə
seçimin sadə və miskin olduğu vaxtda, səhər yeməyinə gedib
vetçina, yaxud təzə çiyələk almaq imkanının olması bayram
təəssüratı yaradır, ürəyin Tanrıya, taleyinə, ərinə və hətta
sovet hökumətinə minnətdarlıqla dolur. Hətta qazandığının
yalnız 20 faizinin sənə çatdığını bilsən də.
Ədalət naminə, axı doğrudan da pulsuz oxudurdular.
Həm də necə oxudurdular! Necə tələb edirdilər!
Biz o vaxt da, indi də xaricilərlə ünsiyyət zamanı anlayır-
dıq ki, nə qədər təhsilliyik, məlumatlıyıq, gözüaçığıq. Onlar
da bunu etiraf edirdilər.
Mətləbdən çox uzaqlaşdım. Axı fəslə mən Anatoli Romaşi-
nin filminə rəylə başlamışam. Əvvəlcə təsadüfən İnternetdən
tapdığım həmin məqaləni təqdim edirəm.
ÜMİDSİZ ÜMİD EDİRƏM
Rejissor: Anatoli Romaşin
Aktyorlar: Anatoli Romaşin, Boris Beket, Valentin Nikulin,
Valentina İzbeşuk, Svetlana Toma, Boris Xmelnitskiy, Yevge-
ni Lazarev, Nina Puşkova
Ssenari müəllifi: Georgi Malarçuk
Film haqqında: Yazıçı Kostaş ekoloji forumda çıxış ərəfə-
sində yerli hakimiyyəti qonaqların gələcəyindən xəbərdar
etmək və onların hazırlıq səviyyəsini şəxsən yoxlamaq üçün
doğma rayonuna səfər edir. Lakin həmyerlilərinin mənəvi
təmizliyinə və əməksevərliliyinə inanan yazıçını üzləşdiyi
115
sünilik və bayağılıq tamamilə çətin vəziyyətə salır. Filmdə
hadisələr səksəninci illərin sonlarında baş verir.
Anatoli Romaşinin “Ümidsiz ümid edirəm” filmi Berdya-
yevin tam yerində işlədilmiş iqtibası ilə başlayır. Bu iqtibas
- günahın mənbəyi özümüzdədir mərkəzi fikri ilə müvafiq
musiqi fonunda və poetik tərzdə səslənir. Kadrarxası səs qa-
baqcadan bildirir ki, “müqəddəs od həbsxananı da, laqeydlik
evini də yandıracaq”. Bütün bunlar fəlsəfi münasibətə köklə-
yir.
Filmdə düşüncə həqiqətən var. Bu gün üçün vacib olan,
ətrafda baş verənlərə görə hamının günahı, məsuliyyəti, gü-
nahlardan təmizlənmə mövzuları var. Bununla belə demək
istəyirsən: “Cansıxıcıdır, qardaş, cansıxıcıdır!”
Axı, hər şey necə də tanışdır: qırılmış yüzillik ağaclar, əl-
dən salınmış torpaq, qanlı irin kimi axıb tökülən baxımsız
pomidor sahələri, zəhərlənmiş çaylar, məhv edilmiş üzüm-
lüklər (film moldav materialı əsasında çəkilib). Amma bu
həqiqət ağrı doğurmur. Bəlkə ona görə ki, bizə onu nümayiş
etdirirlər, elan edirlər, amma hiss etməyə imkan vermirlər.
Ehtirasların qızışması təəssübkeşlik doğurmur. Tamaşaçı öz
kreslosu ilə ekran arasındakı məsafəni aşmır.
Əsas süjet sadədir. Məşhur yazıçı Kostaş (A.Romaşin) res-
publika MK-nın üzvü olduqdan sonra “İnsan, cəmiyyət, tə-
biət” mövzusunda dəyirmi masa təşkil etmək tapşırığı alır.
Tapşırığı yerinə yetirmək üçün uşaqlıq dostunun rayon parti-
ya komitəsinin rəhbəri olduğu doğma yerlərə yollanır. Kos-
taş insanların tamamilə vicdansızlaşdığını, cəmiyyətin pozul-
duğunu və təbiətin öldüyünü, çirkləndirildiyini aşkarlayır.
Raykomun tam seksual xidmət göstərilən yeraltı “cənnət”inə
baş çəkir. “Yaradıcı əməyin” bəhrəsinə doyunca tamaşa edən
yazıçı mənəvi böhran keçirir və bütün bu biabırçılıqların sə-
bəbləri ilə bağlı olduqca cəsarətli nəticələrə gəlir.
A.Romaşinin zəhmətini qeyd etmək lazımdır. O, hər halda
“ölü” ssenarini dirildə bilib. Film bəzi fikir və alleqoriyalar
hesabına canlanır. Ən əsaslarından biri isə bizim qəbristanlıq
həyat tərzimizdir. Bizdə sadəlövhlülüklə “inzibati amirlik”
adlandırılan ictimai sistemi təbiət, canlı olan heç nə qəbul et-
116
mir. Bu sistemin hələ sona kimi korlamadığı insanlar da onu
qəbul etmirlər. Əslində bütün film şəxsi günahımızı dərk et-
məyə, bizim vicdanımızı günahlardan təmizləməyə çağırış,
müraciətdir.
Sözsüz ki, final səhnəsi alınıb. Qarşımızda barbarcasına
şumlanmış sahə var. Ay landşaftına bənzəyən sahədəki qalx-
mış torpaq parçalarının fonunda səbəbkarlar növbəti qurul-
taydan, yaxud plenumdan xatirə fotosu çəkdirəcəklərmiş
kimi qalstuklar və qızıl ulduzlar taxaraq təntənə ilə əyləşiblər.
Görünür ki, elə buraya gəlmiş insanların onlara çinayətkar
kimi baxmalarından qətiyyən utanmırlar. Ancaq gözlənilmə-
dən hardansa qalxan külək mane olur, onların saç düzümlə-
rini dağıdır, gözlərini qıymağa, əllərilə gözlərini bağlamağa
məcbur edir. Adama elə gəlir ki, indicə külək dayanacaq və
hər şey əvvəlki kimi olacaq. Lakin xeyr – külək alov kimi şahə
qalxır, qara tüstü qəhrəmanlarımızı udur.
Beləliklə, tutaq ki, “müqəddəs alov” “laqeydlik evi”ni
yandırır. Bəs sonra? Antiteza hanı? Lentdə o yalnız qırıq-qırıq
qeyd olunub. Kilsə, din? Bəli, bu başqa dünyadır. Və rejissor
onun üçün rəng əsirgəmir. Amma bu hamı üçün çıxış yolu-
durmu? Qurtuluş bərəsi çox kiçik deyilmi?
Filmin yaradıcıları sanki bunu hiss edərək özlərində əbə-
diliyi tərənnüm edən iki personaj daxil edirlər. Bu bir əlində
İncil, digərində isə köhnə tüfəng tutaraq üzümlüyü vandal-
lardan qoruyan, Allahın yaratdığı hər şeyin müqəddəs oldu-
ğuna inanan qocadır (V.Nikulin). Yazıçının arvadı Mariya
(N.Puşkova) isə zərifliyin, analığın və gözəlliyin rəmzidir.
Ssenari zəif olmasına rəğmən, kinomuz üçün yeni olan bu
aktrisanın fədakarlığı, əziz adamı üçün ağrı çəkməyi, iztirab
və ümidsizliyi necə oynamağa nail olması heyrətamizdir. Və
o bütün bunları demək olar ki, sözsüz edir. Filmin finalından
əvvəl qadın qarşımızda əri üçün təmiz ağ köynəklə dayanır,
sanki onu vicdan məhkəməsinə yola salır. Daha doğrusu, cəl-
lad kötüyünə. Bəli, məhz cəllad kötüyünə, Mariyanın üzün-
dəki səmimi göz yaşları da buna görədir.
Mühakimə etmək, hər şeyi olduğu kimi vermək, qisas yanğı-
sını ifadə etmək – yalnız işin yarısıdır. Bu gün artıq bunlar çey-
117
Anatoli Romaşin narahat yazıçı rolunda.
Mənim filmdə ərim
118
nənib. Bu gün bizə lazım olan necə, nəyə söykənib yaşamağa
davam etməyi bilməkdir.
N.Topuridze
“Sovetskiy ekran” №13, 1990-cı il
Haqqında söhbət açılan filmi Anatoli Vladimiroviç 1989-cu
ildə çəkməyə başlayıb. Biz xarici ezamiyyətdən yenicə qayıtmış-
dıq. Kinoya geri dönməyə hazırlaşmırdım. Mənim xaricdə yaşa-
maq təcrübəm,təhsilim vardı, iki yeni dil - fransız və çex dillərini
bilirdim. Tamamilə başqa iş haqqında düşünürdüm. Və birdən
“Mosfilm”dən dəvət.
Deməliyəm ki, tam alınmamış kinematoqraf keçmişim məni
rahat buraxmırdı. Anatoli Vladimiroviçi mən əlbəttə ki, tanıyır-
dım, sevirdim və ona heyran idim. Onun güllələnən çar rolunda
oynadığı filmə, Elem Klimovun populyar “Can vermə” filminə
hamı baxmışdı. O, sonralar II Nikolay haqqında başqa bir filmə
çəkilmiş Oleq Yankovskidən daha çox, heyrətamiz dərəcədə II
Nikolaya bənzəyirdi.
Anatoli Vladimiroviç ÜİDKİ-nin professoru idi. Bizim tanışlı-
ğımız anında o, subay idi. Qadın gözəlliyinin böyük bilicisi olan
Romaşinin tərcümeyi-halındakı beş nikah qətiyyən təsadüfi fakt
deyildi.
Onunla görüşə ağappaq geyimdə getdim – hətta ayaqlarımda
da ağ rəngli, yüngül yay uzunboğazları vardı. O vaxt çox az adam
belə geyinirdi. Bunlar təsadüfi, tələsik alınmamışdı, seçilmiş, ide-
al səviyyədə mənə yaraşan geyim əşyaları idi. Və mənim “Mosfil-
m”də görünməyim həqiqətən effektli alındı.
Otağa daxil olanda Anatoli Vladimiroviç söylədi:
- Necə də təmizdir! Sanki Moskva üçün deyil! Venesiyalıya ox-
şayır! Gözləri mavi, saçları kürən!
Mənim gur və uzun kürən saçlarım vardı. O vaxt saçlarımı yu-
yanda hənadan istifadə etməyi xoşlayırdım. Bax, bu İran hənası
möcüzələr yaradırdı. Mənim saçlarımda Süleyman şahın saqqalı
kimi parlaq sarı-qırmızı misdəki 38 rəng çaları oynayırdı. Mən öz
qüvvəmi hiss edirdim və kişi həyəcanını duymaqdan xoşallanır-
dım. Ani rəğbət və meylinin yaranmasından aydın idi ki, Mariya
rolunu mənə etibar edəcək.
119
Anatoli Vladimiroviç inanılmaz dərəcədə tez aşiq ola bilirdi.
Həm də bunu sadəlövhcəsinə nümayiş etdirərərək. Ondan iki
dəfə gənc olsam da, onu az qala uşaq kimi qəbul edirdim. Çə-
kilişlərdən sonra tez-tez kimsə moldavan şərabı gətirirdi (axı çə-
kilişlər Moldovada aparılırdı) və aktyorların əyləncə məclisləri
başlayırdı.
- Sən nə üçün ərdəsən? – xumarlanmış Romaşin soruşurdu.
– Bir kişi ilə bu qədər yaşamaq olar? – qəzəblə məni məzəmmət
edirdi.
- Anatoli Vladimoroviç, bax siz beş dəfə evlənmisiniz. Nədir,
elə yaxşıdır? – özümü doğrultmağa çalışırdım.
- Bəli, - tərəddüd etmədən təsdiqləyirdi. – Həzərə al ki, arvad-
larımdan biri ilə iki dəfə evlənmişəm. Həm də rəsmi qaydada.
– Sanki tanrını şahidliyə çağırırmış kimi, barmağını yuxarı qal-
dırırdı.
- Mənim isə kişiləri şarf kimi dəyişmədən, hər gün özümdə və
ərimdə yeni-yeni nələrisə kəşf etmək xoşuma gəlir, - deyə təkid
edirdim.
- Ona görə ki, sən özündən uyduran və oyunbazsan. Hamı
belə edə bilmir. Yaxşı, Alyoşan səni bezdirəndə, yanıma qaçar-
san, - bədxahlıqla əlavə edirdi.
- Bəs əgər bezdirməsə?
- Sən bu gözəlliklə bir neçə müxtəlif həyat yaşaya bilərdin.
Ümumiyyətlə, aktyor aləmi həyəcanlar, ehtiraslar, aşiqliklər,
ayrılıq ağrıları, ümidlər, onların sarsılması ilə doludur. Peşənin
mahiyyəti belədir. Hisslər palitrası nə qədər zəngindirsə, bu təc-
rübənin aşkar edilməsi bir o qədər maraqlı olur. Əlbəttə, bir şərtlə
ki, sən yalnız intriqalar dəstinə deyil, həm də istedada maliksən.
Anatoli Vladimiroviç məni rola asanca təsdiq etdi. Öz taleyimi
sınağa çəkməmək üçün, mən təxirə salmadan Anatoli Vladimiro-
viçi öz ərimlə tanış etdim.
- Yaramaz qız, bilirəm, bilirəm bunu nə üçün etdin. Eybi yox-
dur. Mənim də belə xoşuma gəlir, - çox tez bir zamanda təsəlli
tapdı.
Mən çox razı idim ki, münasibətlərimizi dostluq məcrasına
salmışdım. Biz Alekseylə Romaşinin Vspolnı döngəsindəki bala-
ca mənzilinə getdikdə diqqət yetirdik ki, mənzildə necə gözəl me-
120
bellər qoyulub, bəzi yerlərdə isə onlar elə bil ki, bura doldurulub.
O, yüksək maaşlı aktyor idi və böyük həvəslə antikvar mebel
alırdı. Bu, onun çox böyük ehtirasına çevrilmişdi. Mən də belə
mebeli sevirdim. Öz mebellərini Anatoli Vladimiroviçə köhnə rus
məktəbini təmsil edən və ölüm astanasında olan aktyorlar ucuz
qiymətə satır və yaxud bağışılayırdılar. Həmin aktyorlar sonuncu
çarı xatırlayırdılar. Romaşini çarla oxşarlığına və istedadlı oyu-
nuna görə sevir və keçmiş həyatlarına dair hədiyyələri ona verir-
dilər.
Mənim köhnə mebelə olan sevgimi bildiyindən, mənim rə-
yimə, xüsusilə də ezamiyyətlərdən gətirdiyimiz kitab və kataloq-
lara çox etibar edirdi.
Biz onunla saatlarla ağacların xüsusiyyətləri və həyatı barə-
də danışa bilərdik. Əllərimizlə köhnə əşyaları elə sığallayırdıq
ki, sanki onlar canlıdır. Bir-birimizə sonradan aydınlaşdığı kimi,
müxtəlif vaxtlarda həyatımızdan keçmiş, artıq vəfat edən, yaxud
mühacirətə gedən insanlar haqqında əhvalatlar danışırdıq.
- Yox! Bax nəyə görə sən ərindən ayrılmırsan? –Anatoli Vladi-
miroviç insanı gözlənilmədən təəccübləndirə bilərdi. – Sən artıq
neçə ildir ərdəsən? – Özü də cavab verirdi: - Ona görə də bəsdir!
Səninlə mənə çox maraqlıdır.
- Gəl sevək - gözlənilmədən təklif edə bilərdi. – Gəl! Mən yox-
lamaq istəyirəm ki, hər şey bir flakonda ola bilərmi, - o, etimadla
və məftunedici tərzdə dərdini bölüşürdü. – Yoxsa öləcəm və bil-
məyəcəm. Mən axı çox yaşamayaçağam. Sən conra öz Alyoşana
qayıda bilərsən. Ninka, gəl yoxlayaq.
- Müsibətə bax. Elə dilə tutursunuz ki, çox inandırıcı olmaq
üçün ölümü də bura qatırsınız, - əsəbiliklə ona deyirdim.
- Yox, mən doğrudan da çox yaşamayacağam. Ölümüm də
dəhşətli olacaq. Mən yuxuda özümü dəhşətli tərzdə ölən gör-
müşəm, - və onun mavi gözləri yaşla dolurdu.
- İlahi! Sevməyi təklif edir və ölümdən kədərlənir. Siz necə in-
sansınız?
- Məhz belə! Sən beləsini sevmirsən! Axmaq deyilsən ki? Yeri
gəlmişkən, mən əminəm ki, - yaltaqcasına davam edirdi, - sən
məni sevəcəksən.
- Bəli, olan kimi, o... onda... o dəqiqə sevəcəyəm! – mövzunu
121
Mən doğrudan da çox yaşamayacağam və ölümüm
dəhşətli olacaq
122
məntiqi sonluğuna kimi inkişaf etdirirdim.
- Fu! – Romaşin gülürdü. – Deyirəm ki, ağıllısan, ağıllısan,
amma səfehsən! Sən məni sevəcəksən, çünki mən artıq sevirəm.
Sevgi isə sirayətedicidir. Göyöskürək kimi, - o, uşaq xəstəliyini
xatırlatdı.
Onun nə dərəcədə ciddi olduğunu anlamaq çətin idi. O, sözün
əsil mənasında aktyor idi. Bir vəziyyətdən digərinə asanlıqla ke-
çirdi. Həyəcanlanmağa, hiss etməyə, oynamağa, inanmağa hazır
idi.
Tezliklə bizim çəkilişlərə 17 yaşlı qız qoşuldu. O deyəsən, Ki-
yevdən idi. Arıq, solğun olduğundan, ömründə bir dəfə də öpüş-
məmiş yeniyetməyə, məktəbliyə oxşayırdı. Amma ilkin təəssürat
aldadıcı oldu.
Çəkiliş meydançasında qız asanlıqla lüt soyundu və çaya gir-
di. Romaşin öz filmində bütün kinematoqrafiya simvollarını: at-
ların çimizdirilməsini, çaydakı çılpaq rahibəni, qəbirstanlıqda ya-
nan xaçları çəkmək istəyirdi. Onun rejissor fantaziyası simvollar
tələb edirdi.
Ertəsi gün o, özünə xas manerada elan etdi:
- Bax, sən məni sevmirsən, amma Yulka ayağımı öpür.
Mən kimin haqqında söhbət getdiyini, ümumiyyətlə Romaşi-
nin ayağını kimin və harda öpdüyünü anlamadım.
- Yulka, dünən çayda çılpaq çimən. Sən demə, o, teatr institu-
tundan kəsilib. Mən ona Moskvada görünməyə kömək etməyə
söz vermişəm. Ağlayır, deyir ki, sizə vurulmuşam. Və ayaqlarımı
öpür. – O, deformasiyaya uğramış şişlər olan pəncələrini göstər-
di. – Mən ona deyirəm ki, Yulka, tfu, murdardır... – o, həyəcanla
danışırdı. – O isə sığallayır və öpür. Necə fikirləşirsən? Düz de-
yir? – Yenidən bicliklə mənə baxır.
Başa düşmürsən ki, özü nə vaxt düz danışır?
Çəkilişlər başa çatdıqdan sonra artıq Moskvada Kino evində
qarşılaşanda, o mənə dedi:
- Mən Yulka ilə evləndim. Sən istəmədin, görürsən... Yeri gəl-
mişkən, mən Yulkanın valideynlərindən iyirmi yaş böyüyəm,
amma o, məni indiyə kimi sənə qısqanır. Təsəvvür edirsən? – və
qəhqəhə çəkir. – Yulka indi hamilədir. Necə bilirsən, məndəndir?
Və kədərlə:
123
- Amma təəssüf ki, biz səninlə evlənmədik. Sən heyfsilənmir-
sən ki?
- Bir buna bax! Biri hamilədir, digərinə isə evlilik təklif edir!
Sizin Göy saqqallı kimi arvadlarınızın sayı-hesabı yoxdur. Yeri
gəlmişkən, onlar hamısı sağdır? Siz axı onların taleyi haqqında
heç vaxt danışmırsınız.
- Ay şeytan! Get, yoxsa yenidən sənə aşiq olacağam. Hər halda
səndə bir flakondadır. Ərinin bəxti gətirib. O, heç olmasa bunu
başa düşür?
Mənə doğrudan da Romaşinin bu qədər çox evlənməsinin sə-
bəblərini öyrənmək maraqlı idi. Nə üçün ayrılırdı? Axı o əxlaqsız
deyildi, amma altı dəfə evlənmişdi! Həm də altıncı dəfə nəvəsi
yaşda qıza. O, mənim suallarıma həmişə müxtəlif cür, demək olar
ki, “yaradıcılıq”la cavab verirdi. Mən hətta bəzən onu kələkbaz-
lıqda günahlandırırdım. Amma mənim bəzi suallarıma inam və
qətiyyətlə cavab verirdi.
Öz çoxsaylı nikahlarından danışanda, anasının sözlərini təkrar
etməyi sevərdi: “Tolya, sən vicdanlı adamsan! Sevdin – evlən!”
Boşanmalarından danışarkən isə hətta xəyanətdən yox, darıx-
mağından gileylənirdi.
- Mənim qadınlara sevgimə rəğmən, onlarla başa düşürsən,
az şey haqqında danışmaq olardı. Faktiki olaraq, bu mənasız əy-
ləncədir, çünki onun nə deyəcəyini, yaxud edəcəyini əvvəlcədən
bilirsən. Əgər onun haqqında və ya onun əvəzindən xəyala qapıl-
masan, tez darıxacaqsan. Bax sən ilk və yeganə qadınsan ki, sə-
ninlə darıxmıram, halbuki mənim yaşım çoxdur! Başa düşürsən,
BEYİN – KİŞİNİN EROGEN ZONASIDIR!
Bu sarsıdıcı kəşf Anatoli Vladimiroviçin ölümündən bir çox
illər sonra məni valeh etdi. Bunun təsdiqini mən gözlənilmədən
tanınmış Moskva bərbər-stilistindən, onlar özlərini belə adlandı-
rırlar, aldım.
Anadangəlmə malik olduğu zövqü, fantaziyası, yaradıcılığını
inkişaf etdirmək meyli onu uzaq – çox uzaq əyalətdən Moskvaya
gətirmişdi.
İlk dəfə onu görəndə, forumdakı Roma patrisisinə oxşatmış-
dım: sarışın, qısa kəsilmiş saçları yüngül dalğalarla yığılmışdı.
Kaliqula kimi. Nazik qaytanla düyün vurduğu açıq rəngli xirqə
124
geyinmiş, qırxılmış ayaqlarında dəri qayışları və qızılı toqqası
olan, dizinin altında bağladığı səndəl vardı. Belə səndəllər satış-
da yox idi. Kostya deyirdi ki, bunu o, dostu ilə birlikdə yaradıb.
Mənə elə gəlirdi ki, çəkiliş meydançasına düşmüşəm. Hər yer-
də işıq zəiflədilmişdi, boğuq musiqi səsi gəlirdi. Bir sözlə, aydın
idi: fantaziyalı stilist magiyası. Ümumiyyətlə, sözsüz də başa dü-
şülürdü ki, bu ağbəniz gözəl oğlan həmişəlik qadın sevgisi üçün
itirilib.
Münasibətlərimiz asanlıqla alındı, o, mənə özü haqqında çox
danışırdı. Saşlarımı uzun-uzadı darayırdı. Niyə belə uzun müd-
dət daradığını soruşduqda, dedi:
- Mən bunu çox tez də edə bilərəm, amma sizinlə söhbətləş-
mək çox maraqlıdır.
Onun necə işləməsi çox xoşuma gəlirdi, deməliyəm ki, heç
kim və heç vaxt əyalətdən olan Kostyanın saçlarımla elədiyini
təkrarlaya bilməyib.
Bir dəfə yenidən yanına gəldikdə, onu çarpayının yanında di-
vara vurulan xalçadan tikilmiş ətəkdə gördüm. Bu cür ceyranlı,
marallı və saçaqlı xalçalar uzaq, köhnə illərdə kommunal mənzil-
lərdə və yataqxanalarda asılırdı. Bunlar sovet “qobelen”ləri idi.
Sonralar onları zövqsüzlük və əyalətçilik rəmzləri kimi atdılar.
Lakin sosartın bu əsərini Kostyanın əynində görəndə sadəcə ola-
raq, heyranlığımı gizlədə bilmədim.
- Kostya, bunu düşünən və tikən adama alqışlarımı çatdır, -
dedim.
- Oy, Nina, çox sağ ol, bunu mən etmişəm. Beləsini daha kim
düşünə bilər?
- Mən isə elə bildim ki, arvadın. Sənin barmağında üzük var.
Yeri gəlmişkən, sən evlisən?
- Burada necə evlənmək olar! – o, lətifədəki kimi cavab verdi.
– Onlar hamısı özlərini ləyaqətli sayırlar! Amma nəyə layiqdir-
lər? Elə bilirlər ki... layiq olmaq asandır. Qəlbləri isə bom-boşdur.
Hələ üstəlik kütbeyindirlər! Müasir qızlar ancaq sənin pul qabına
vurulurlar, mənsə öz biznesimi qurmalıyam. Üstəlik, onlarla bir
yerdə olanda adam darıxır. Bax, sən bu yaxınlarda mənə öz yuxu-
nu danışdın, mən sanki kinoya baxırdım – maraqlıdır. Onlar isə
heç maraqlı əhvalat da uydura bilmirlər. Kədərli, hüznlüdürlər.
125
Romaşinin həyatına 17 yaşlı Yulya daxil olandan sonra, dostca-
sına ünsiyyətimiz bitdi
Mən hətta xahiş edirəm: “Bir şey fikirləş, heç olmasa uydur!” “Nə
uydurum axı?” – cavab verir. Necə kütbeyindirlər! Ancaq pul
haqqında uydururlar, onu da bacarıqsızlıqla.
Kostya bu qəzəbli monoloqu ilə öz yaşıdları olan qızlara
hökm çıxarırdı.
Başa düşürdüm ki, onun yaradıcı naturası inkişaf istəyir,
ona yeni bilgi, yeni təcrübə verəcək, məsləhət göstərəcək birisi-
ni axtarır. Bir sözlə, onun mənəvi, yaradıcı və insan kimi inki-
şafına səbəb olacaq birinin axtarışındadır.
Bunu qadınlardan almağa nail ola bilmədikdən sonra, bir-
cinsli sevgiyə üstünlük vermişdi. Elə bir aləmə ki, orada eh-
tiraslar gurlayır, rollar yenidən düzülür, fantaziyalar coşur.
Orada onlar özlərinə yeni adlar verirlər: buradakı Mahmud
yeni dünyada Marsel, buradakı Vanya, orada Jandır. Bu, onları
həyəcanlandırır, darıxdırıcı gündəlik həyatlarına qeyri-adilik
gətirir. Bu qayda ilə onlar Anatoli Romaşinin bir neçə il əvvəl
haqqında danışdığı darıxqanlığı aradan qaldırırlar.
Lakin Anatoli Vladimiroviç qadın dünyasını öz ətrafında
dəyişməyə cəhd edən, qadınların inkişafına təsir göstərməyə
və yardım etməyə çalışan kişi idi. O, Piqmalion kimi, özünün
heyran olduğu və ilham aldığı Qalateyasını yaratmaq istəyirdi.
Gənc qızla evlənməsi də görünür, özünə ideal yaratmaq istə-
yində axırıncı cəhd idi. Bilmirəm, o buna nail ola bildimi. Çünki
aşiqlik hissi olmadan yaşaya bilməyən Anatoli Vladimiroviçin
həyatına 17 yaşlı Yulya daxil olduqdan sonra bizim dostcasına
ünsiyyətimizə son qoyuldu.
* * *
P.S. Anatoli Vladimiroviçin ölümü dəhşətli oldu. Bağında
kəsdiyi ağac üstünə düşərək, onu əzmişdi.
127
SOV. İKP MK DÖVRÜNÜN UYDURULMAMIŞ
ƏHVALATLARI
Dostları ilə paylaş: |