ŞÜKÜr mustafa, İLTİfat ləTİfov ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 3,97 Kb.
Pdf görüntüsü
səhifə4/30
tarix28.04.2017
ölçüsü3,97 Kb.
#15925
1   2   3   4   5   6   7   8   9   ...   30

d
-də sink) uğrayır, əsas məmulat (dəmir gövdə) isə mühafizə edilir: sinkin 
elektronları  dəmir  gövdə  vasitəsilə  suda  həll  olmuş  oksigenə  keçərək  OH

  ionları 
əmələ gətirir. Bu üsulun catışmayan cəhəti ondan ibarətdir ki, protektor dövri olaraq 
dağılıb qurtardıqdan sonra yenisi ilə əvəz olunmalıdır (korroziyanın növləri ilə yuxarı 
siniflərdə tanış olacaqsınız).   
 
 
4. Mühitin tərkibinin dəyişdirilməsi. Korroziyanın qarşısını almaq və ya onun sü-
rətini azaltmaq üçün metalın təmasda olduğu mühitə inhibitor adlanan maddə qatılır. 
Məsələn,  sulfat  turşusunun  polad  qablarda  saxlanması  və  daşınmasında  inhibi-
torlardan istifadə olunur.  
 
 
 
(d) 
Protektor mühafizəsinin sxemi 
Protektor mühafizəsi üsulu  
Sual: 
Nə üçün dəmiryol relslərini, torpaq-
altı və sualtı qaz və neft kəmərlə-
rini, gəmi gövdələrini korroziyadan 
qorumaq üçün qoruyucu 
örtüklərdən yox, protektor 
mühafizəsi üsulundan istifadə 
edilir?  
Cavab: 
Göstərilən dəmir məmulatların qoruyucu 
örtükləri istismar şəraitində ya çox davamlı 
olmur və ya dağıldıqda yenisi ilə əvəz 
olunması praktik olaraq mümkün deyil.  
Protektor üsulunda isə dəmir konstruk-
siyaya fəal metalın yenidən pərçim edil-
məsi kifayət qədər tez və asan həyata keçi-
rilir. 
 
Tapşırıq. Protektor mühafizəsi üsulunun çatışmayan cəhətini göstərin. 

mu

 

 
 
 

21 
 
•   I  fəsil  •  
Metalların ümumi xarakteristikası  

 
 
 
1. Səhv ifadəni müəyyən edin.  
A) korroziya – metal səthində metalın oksidləşmə məhsullarının əmələ gəlməsidir  
B) paslanma – dəmir və polad məmulatların korroziyasıdır 
C) dəmirin ətraf mühitdə korroziyasında həm oksigen, həm də su iştirak edir  
D) mühitdə duzun olması korroziyanı sürətləndirir 
E) korroziya metalın səthində əmələ gələn oksid təbəqəsinin xassəsindən asılı deyil 
 
2.  Polad  məmulatlarını  korroziyadan  mühafizə  etmək  üçün  onların  səthi  hansı  metallarla 
örtülür? 
1. Hg         2. Cr            3. Sn           4. Ni           5. Ca          6. Li 
 
3. Hansı metalların polada əlavə edilməsi poladın korroziyaya qarşı davamlılığını artırır? 
1. Cr           2. K            3. Ni          4. Ba 
 
4. Nə üçün qaynadılmış suya salınmış dəmir mismar ağzıbağlı ampulada paslanmır? 
 
5. Nə üçün dəniz kənarında istismar olunan avtomaşınlar daha tez korroziyaya uğrayır? 
 
6.  Nə  üçün  atmosferi  H
2
S,  HCl,  SO
2
,  NO  və  NO
2
  kimi  qazlarla  çirklənmiş  ərazilərdə 
korroziya daha sürətlə baş verir? 
7. Sizcə, korroziya homogen, yoxsa heterogen prosesdir? Nə üçün? 
8. Mühitin temperaturu və oksidləşdiricinin mühitdəki qatılığı korroziyanın sürətinə necə 
təsir göstərir? Nə üçün? 
9. Nə üçün sink və xrom metalları dəmirdən daha fəal olmasına baxmayaraq onlar korro-
ziyaya daha davamlıdır?  

 
korroziya  • qoruyucu örtük • inhibitor  • protektor  mühafizəsi  •  
 
Açar sözlər
 
 
 
Öyrəndiklərinizi tətbiq edin və yoxlayın 

 
 
22 
 
 
 
1Doğru ifadələri müəyyən edin. Yer qabığında ...  
 
 
 
2. Filiz haqqında deyilənlərdən səhv ifadəni müəyyən edin. 
A) sənayedə metalın alınması üçün yararlı olan təbii birləşmədir
 
B) tərkibcə oksid və duzlardan ibarət ola bilər
 
C) metalların alınması zamanı sulfidli filizlər əvvəlcə oksidlərə çevrilir 
D) metalların filizlərdən alınmasında 3 üsuldan istifadə edilir 
E) filizlərdən fəal metallar hidrometallurgiya üsulu ilə alınır 
 
3. Gəminin poladdan 
hazırlanmış gövdəsini 
korroziyadan qorumaq 
üçün gövdəyə protektor 
kimi hansı metal lövhə 
pərçim edilməlidir? 
A) Mg  
B) Pb 
C) Cu 
D) Sn 
E) Ag 
 
4. Metalın alınması 
mümkün olan 
reaksiyaların 
sxemlərini dəftə-
rinizə köçürün və 
tamamlayın. 
1. Fe
3
O

+CO


 
t
 
2. Fe
3
O
4
 +Al 


 
t
 
3. K
2
O + H
2


 
t
 
4. ZnO + C


 
t
   
5. CaO + C


 
t
 
 
5.  Doğru ifadələri müəyyən edin. Metalların elektrokimyəvi gərginlik sırasına əsasən ...   
 
 
 
6.  Kalsium-bromid  və  kalium-xlorid  ərintilərinin  hər  birinin  elektroliz  tənliklərini 
tərtib edin. 
 
7. Sxemləri dəftərinizə köçürün və tamamlayın. 
a. Ba  +  H
2
O  
 
  
         
c. MoO
3
 + H



 
t
 
b. Mg  + CuSO
4  
 
 
d. Cr
2
O
3  
+ Al 


 
t
 
 
8. 234 kq natrium-xlorid ərintisinin tam elektrolizindən neçə kq natrium metalı alınar? 
A
r
(Na) = 23; A
r
(Cl) = 35,5. 
 
9. 90% mis və 10% qalaydan ibarət olan 200 q tunc almaq üçün metalların hər birindən 
neçə qram götürmək lazımdır? A
r
(Cu) = 64,  A
r
(Sn) = 119. 
 
10. Mis(II) sulfat məhluluna salınmış sink lövhənin kütləsi 0,2 q azalmışdır. Sink lövhə-
nin üzərinə neçə qram mis çökmüşdür? A
r
(Cu) = 64,  A
r
(Zn) = 65. 
 
Ü m u m i l ə ş d i r i c i   t a p ş ı r ı q l a r
 
 
1. alüminium ən çox yayılmış metaldır 
2. dəmir ən çox yayılmış metaldır 
3. natrium yalnız duzların tərkibində rast gəlinir 
4. gümüş və qızıl sərbəst halda tapılır 
5. alüminium və dəmir yalnız oksid şəklində tapılır
A) 1,3,4,5               
B) 2,3,4,5                     
C) yalnız 3              
D) 1,3,4                
E) yalnız 4
1. litium ionu ən zəif oksidləşdiricidir 
2. kalium ən asan kation əmələ gətirən metaldır  
3. sink metalı qurğuşun ionunu reduksiya edir 
4. qızıl ən çətin oksidləşən metaldır. 
А) 2,3,4                     
B) 2,3                   
C) 2,4              
  
D) 1,3,4                   
Е) yalnız 1 

 
 
 
23 
•   II  fəsil  •  
Əsas yarımqrup metalları 


 
 
 L
İTİUM YARIMQRUPU ELEMENTLƏRİ. NATRİUM, KALİUM VƏ 
ONLARIN BİRLƏŞMƏLƏRİ 
 
 
 
Dövri  sistemdə  mövqeyi.  Litium*  yarımqru-
punda litium Li, natrium Na, kalium K, rubidium 
Rb, sezium Cs və fransium Fr elementləri yerləşir. 
Onların hidroksidləri qələvi olduğundan bu metal-
lar qələvi metallar adlanır.  
 
Təbiətdə yayılması. Qələvi metallar çox fəal olduqla-
rından  təbiətdə  yalnız  birləşmələr  şəklində  rast  gəlinir. 
Onlardan  yalnız  natrium  və  kaliumun  birləşmələri  geniş 
yayılmışdır. Fransium süni yolla alınmışdır. 
Fiziki xassələri. Qələvi metallar çox yüngül (Li, Na, K 
sudan yüngüldür) və yumşaq metallardır. Litiumdan başqa 
qalanları bıçaqla kəsilir (
a
). Onlar metal parıltısına, yüksək 
istilik  və  elektrik  keçiriciliyinə  malik,  nisbətən  aşağı 
temperaturda əriyən maddələrdir. Litiumdan seziuma doğru 
onların sıxlıqları, əsasən, artır, ərimə temperaturu isə azalır. 
Kimyəvi  xassələri.  Qələvi  metallar  güclü reduksiya-
edicilərdir. Onlar  ən  aktiv metallardır  və  qeyri-metalların 
bir çoxu ilə bilavasitə qarşılıqlı təsirdə olur. Alınan birləş-
mələrdə rabitə, əsasən, ion xarakterli olur. 
 
Fəsil
 
ƏSAS YARIMQRUP METALLARI 


 
– Sizcə, nə üçün qələvi metallar ən fəal metallardır? 
– Hər bir dövrdə soldan sağa elementlərin atom radiusları necə dəyişir? 
– Hansı qələvi metalın duzlarından məişətdə geniş istifadə olunur?
 
(a) 
Na metalının ağ neftdə 
saxlanması və lansetlə  
kəsilməsi 
Cədvəli nəzərdən keçirin və suallara cavab verin. 
Element
 
3
Li 
11
Na 
19

37
Rb 
55
Cs 
87
Fr 
Valent elektronları 
2s
1
 
3s
1
 
4s
1
 
5s
1
 
6s
1
 
7s
1
 
Oksidləşmə dərəcəsi 
+1 
+1 
+1 
+1 
+1 
+1 
 
– Nə üçün bu elementlər s-elementləri adlanır? 
– Qələvi metallardan ən fəalı hansıdır? Səbəbini izah edin. 
– Birləşmələrində onlar üçün kimyəvi rabitənin hansı növü xarakterikdir? Nə üçün? 
– Sizcə, bu metallar hansı fiziki və kimyəvi xassələrə malikdir? 
– Qələvi metallara təbiətdə sərbəst halda rast gəlinirmi? Cavabınızı əsaslandırın.
 
 
 
Fəaliyyət 
Qələvi metallar haqqında 
Litium adı latınca “litos” – 
“daş”, natrium ərəbcə “natrun” 
– “soda”, kalium isə ərəbcə 
“alkali ” – “qələvi” sözlərindən 
əmələ gəlmişdir.
 
*

 
 
24 
 
 
 
Oksigendə yandırıldıqda litium metalı – oksid (Li
2
O), natrium metalı – peroksid 
(Na
2
O
2
), kalium, rubidium və sezium isə MO
2
 tərkibli superoksidlər əmələ gətirir: 
    4Li + O
2


 
t
2Li
2
O              2Na + O
2


 
t
Na
2
O
2                       
K + O
2


 
t
KO
2
 
                            litium-oksid                                 natrium-peroksid                         kalium-superoksid        
 
Qələvi metalların oksidləri su ilə qarşılıqlı təsirdə olaraq qələvilər əmələ gətirir: 
Na
2
O + H
2

 2NaOH 
Qələvi metallar halogenlər və kükürdlə duzlar, hidrogenlə hidridlər əmələ gətirir: 
2Na + Cl

 2NaCl                    2Na + S  Na
2

2Na + H

 


 
t
2NaH 
Litium azotla otaq temperaturunda, qalanları isə qızdırıldıqda nitridlər əmələ gətirir: 
6Li + N

 2Li
3
N                     6Na + N
2


 
t
2Na
3

Qələvi metalların və onların hidridlərinin su ilə qarşılıqlı təsirindən hidrogen ayrılır: 
2Na + 2H
2

 2NaOH + H
2
              LiH +  H
2

 LiOH + H
2
 
Qələvi metallar aktivliyi az olan metalları onların duzlarının suda məhlulundan 
sıxışdırıb çıxarmır, çünki ilk növbədə qələvi metal su ilə reaksiyaya daxil olur.  
Tətbiqi. Qələvi metallardan natrium əlvan metallurgiyada reduksiyaedici, nüvə 
reaktorlarında isə istilikdaşıyıcı kimi tətbiq edilir. Ondan həmçinin kauçukun alın-
masında katalizator kimi istifadə olunur. Sezium işıq enerjisini elektrik enerjisinə 
çevirən fotoelementlərdə tətbiq edilir. 
Qələvi metallardan ən çox əhəmiyyət kəsb edəni natrium  kaliumdur
 
Natrium, kalium və onların birləşmələri 
 
Təbiətdə yayılması. Natriumun ən mühüm minerallarından qaliti NaCl, silviniti 
NaCl·KCl, Çili şorasını NaNO
3
krioliti  Na
3
[AlF
6
] və s.-ni göstərmək olar. 
Kaliumun silvin KCl, silvinit NaCl·KCl və kainit KCl·MgSO
4
·3H
2
O kimi mine-
ralları geniş yayılmışdır.
 
 
Alınması.  Sənayedə  natrium  və  kalium  onların  xloridlərinin  (NaCl,  KCl), 
natrium isə həmçinin natrium-hidroksidin ərintisinin elektrolizindən alınır: 
 2KCl 


z
-
el
 2K + Cl
2
                    4NaOH


z
-
el
 4Na + 2H
2
O + O
2
 
         ərinti   
 
 
                                              ərinti 
                                                                                                                                                                                                                
 
Fiziki və kimyəvi xassələri (bax: qələvi metalların fiziki və kimyəvi xassələri). 
Na
2
O  və  K
2
O  –  əsasi  xassəli  bərk  maddələrdir;  onlar  adi  şəraitdə  havanın  su 
buxarı və karbon qazı ilə reaksiyaya daxil olur.  
 
 
Bilik  qutusu
  •  Adi  şəraitdə  qələvi  metallar  havanın  oksigeni  ilə  oksidləşdiyindən, 
səthləri  M
2
O  tərkibli  (Li,  Na,  K)  oksid  təbəqəsi  ilə  örtülür.  Ona  görə  də  Na  və  K  ağ 
neftdə saxlanılır. Litium isə ağ neftdən yüngül olduğundan vazelində saxlanılır.     

 
 
 
25 
•   II  fəsil  •  
Əsas yarımqrup metalları 


NaOH və KOH çox hiqroskopik maddələrdir.  Ona görə natrium və kaliumun 
həm oksidləri, həm də hidroksidləri ağzı kip bağlanmış qablarda saxlanılır. 
 
 
Natrium-hidroksid neft məhsullarının təmizlənməsində, kağız istehsalında, turşu-
ların neytrallaşdırılmasında və müvafiq duzların alınmasında, üzvi maddələrin hidro-
lizində, bərk sabun istehsalında, akkumulyatorlarda elektrolit kimi, boya alınmasında 
və bir çox üzvi və qeyri-üzvi sintezlərdə tətbiq olunur. 
Kalium-hidroksid, əsasən, maye sabunun alınmasında istifadə edilir. 
 
 
Natrium və kalium duzları – ion quruluşlu, suda həllolan kristal maddələrdir. 
Natrium-xlorid NaCl (xörək duzu) – xörəklərin hazırlanmasında, qida məhsulları-
nın  konservləşdirilməsində,  keramika  sənayesində,  buzla  soyuducu  qarışıq  kimi  və 
təbabətdə tətbiq edilir. Sənayedə natrium-xloriddən – natrium-hidroksid, xlor, natrium 
metalı,  hidrogen,  xlorid  turşusu,  soda,  natrium-hipoxlorit  (NaClO),  natrium-xlorat 
(NaClO
3
), natrium-sianid (NaCN) istehsalında xammal kimi istifadə olunur. 
Natrium-sulfat qlauber duzu Na
2
SO
4
·10H
2
O şəklində şüşə, soda, natrium-sulfid, 
dərman maddələri istehsalında, pambıq parçaların boyanmasında tətbiq olunur.  
Natrium-karbonat kristallik soda Na
2
CO
3
·10H
2
O şəklində şüşə, kağız və sabun 
istehsalında tətbiq edilir.  
Natrium-hidrokarbonat NaHCO
3
 (çay sodası) – məişətdə, yeyinti sənayesində və 
təbabətdə istifadə olunur. 
Kalium-xlorid KCl kənd təsərrüfatında gübrə kimi işlədilir. 
 
 
Bilik qutusu 

 
Na
2
O və K
2
O peroksidin və ya superoksidin müvafiq  metalla közərdil-
məsindən alınır:  
2Na  +  Na
2
O
2
2Na
2
O                         3K  +  KO
2
 
2K
2

Natrium-peroksid (və kalium-superoksid) həmçinin oksigen almaq və havanı regene-
rasiya (bərpa) etmək üçün sualtı və kosmik gəmilərdə istifadə edilir:  
2Na
2
O
2
 + 2CO
2  

 
 2Na
2
CO
3  
+ O
2
       
 
Natrium birləşmələrinin kimyəvi xassələrinə aid hesablamalar 
78 q natrium-peroksid neçə litr (n.ş.)  karbon qazı ilə reaksiyaya daxil olar? Bu zaman 
neçə litr oksigen ayrılar? M
r
(Na
2
O
2
) = 78. 
Həlli:  
1.  Reaksiyanın  tənliyinə  əsasən  78  q  natrium-peroksidlə  neçə  litr  (x)  karbon  qazının 
reaksiyaya daxil olduğunu və bu zaman  neçə  litr oksigen ayrıldığını hesablayaq: 





l
l
l
l
q
q
y
22,4
 
x
 4
,
2
2
2
 
78
78
2
2
3
2
2
2
2
O
CO
2Na
 
 
2CO
  
+
 
O
2Na
      
l
l
x
 
22,4
q
 
156
  
44,8
q
 
78



                      
l
l
у
2
,
11
q
 
156
q
78
 
22,4



 
Məsələ. 12 q natrium-hidridin artıqlaması ilə götürülmüş su ilə qarşılıqlı təsirindən neçə 
litr (n.ş.) hidrogen qazı ayrılar? A
r
(Na) = 23, A
r
(H) = 1. 

mu


 
 
26 
 
Kalium-karbonat K
2
CO
3 
(potaş) – maye sabunun və çətinəriyən şüşənin istehsa-
lında, həmçinin ağac və torf  külünün tərkibində gübrə kimi istifadə olunur. 
Təyini. Natriumun birləşmələri alovu sarı rəngə, kaliumun birləşmələri isə bənöv-
şəyi rəngə boyayır. 
 
 
 
 
 
 
1. Yarımqrupda yuxarıdan aşağıya doğru qələvi metalların hansı xassələri artır?      
     
 
 
2. Qələvi metalların (R) binar birləşmələrindən hansının formulu səhv verilmişdir? 
A) RH                B) RO           
C) RCl               D) R
3
N       
E) R
2

 
3. Natrium haqqında hansı ifadə doğrudur?  
     
 
      
 
4. Natriumu havada uzun müddət saxladıqda onun səthində hansı birləşmələr əmələ gələ bilər? 
1. NaOH                        2. NaHCO
3
                   3. Na
2
CO
3
                        4. Na
3
N
 
5. Nə üçün qələvi metallar ən fəal metallardır? 
6. Qələvi metallar qeyri-metallarla, əsasən, hansı tip birləşmələr əmələ gətirir? 
7. Nə üçün natrium və kaliuma təbiətdə sərbəst halda rast gəlinmir? 
8. Reaksiya sxemlərini tamamlayın. 
a. ...   +  CO

 
 K
2
CO
3
 
b. 2Na + 2H
2

 2...  +  ... 
c. ...  +  ...  
 2KCl + BaSO
4

 
 
9. 0,1 mol qələvi metalın su ilə qarşılıqlı təsirindən neçə litr (n.ş.) hidrogen qazı ayrılar? 
10. Çevrilmələrin tənliklərini tərtib edin.  
Na


1
Na
2
O
2


2
Na
2
O


3
NaOH


4
Na
2
SO

 
Natrium və kalium ionları canlı orqanizmdə mühüm rol oynayır: qanın 
təzyiqini tənzimləyir, bitkilərdə duz məhlullarının kökdən yarpaqlara doğru 
yerdəyişməsini  təmin  edir,  kalium  isə  həmçinin  ürək  əzələlərinin 
fəaliyyətində iştirak edir. 
Ən çox miqdarda kalium ərik qurusunda, soya, paxla, yaşıl noxud, qara 
gavalı və üzümün tərkibində mövcuddur. Bitkilərdə kalium lazımi qədər 
olmadıqda fotosintez prosesi zəifləyir. 
Bu maraqlıdır 
• qələvi metallar • peroksid və superoksidlər •  
 
Açar sözlər
 
 
Öyrəndiklərinizi tətbiq edin və yoxlayın 
1. ionlaşma enerjisi  
2. metallıq  xassəsi 
3. reduksiyaedicilik xassəsi  
4. atom  radiusu 
A) 1,2,3,4 
B) 1,2    
C) 1,2,3    
D) 1,3 
E) 2,3,4  
1. nüvə reaktorlarında istilikdaşıyıcı kimi istifadə edilir   
2. alovu bənövşəyi rəngə boyayır 
3. sənayedə  elektroliz üsulu ilə alınır              
4. ionu zəhərlidir                     
5. hidrogendən güclü reduksiyaedicidir 
A) 1,2,3,4,5  
B) 1,2,3,4   
C) yalnız 3   
D) 3,4,5    
E) 1,3,5  

 
 
 
27 
•   II  fəsil  •  
Əsas yarımqrup metalları 


 B
ERİLLİUM YARIMQRUPU ELEMENTLƏRİ. KALSİUM
 
 
 
 
Berillium yarımqrupuna 6 element – berillium Be, maqnezium Mg, kalsium Ca, 
stronsium Sr, barium Ba və radium Ra daxildir.  
 
 
Berillium yarımqrupu elementləri atomlarının xarici energetik səviyyəsində iki s-
elektron (ns
2
) vardır. Bu elementlər s-elementləridir. Xarici səviyyədəki iki elektronu 
verərək onlar birləşmələrində +2 oksidləşmə dərəcəsi göstərir. 
Qələvi-torpaq  metalları güclü reduksiyaedicilərdir,  lakin bu xassə eyni  dövrdə 
yerləşmiş qələvi metala nisbətən bir qədər zəifdir. Bu onunla əlaqədardır ki, qələvi-
torpaq metallarının atomlarında valent elektronları nüvəyə daha güclü cəzb olunur. 
Be
MgCaSrBaRa  istiqamətində  ionlaşma enerjisi azalır  və  metallıq 
xassəsi artır. 
Be yarımqrupu elementləri havada oksidləşərək RO tipli oksidlər əmələ gətirir ki, 
onlara R(OH)
2
 tipli hidroksidlər uyğundur. Hidroksidlərin əsasi xassələri və suda həll 
olması berilliumdan radiumadək artır; Be(OH)

və BeO amfoter birləşmələrdir
Su ilə Be qarşılıqlı təsirdə olmur, Mg qızdırıldıqda, qalan metallar isə adi şəraitdə 
reaksiyaya girir: 
 
Be + H
2
O                                   R + 2H
2

 R(OH)
2   
+  H
2
; 
  
                                                                                               
R = Mg (qızdırıldıqda), Ca, Sr, Ba 
Be yarımqrupunun bütün elementləri hidrogenlə ümumi formulu
  
1
+2
2
RH
 

olan hidridlər 
əmələ gətirir. Be hidrogenlə bilavasitə birləşmədiyindən BeH
2
 dolayı yolla alınır.
Yüklə 3,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin