ŞÜKÜr mustafa, İLTİfat ləTİfov ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün


II. Qatı sulfat turşusunun kimyəvi xassələri



Yüklə 3,97 Kb.
Pdf görüntüsü
səhifə14/30
tarix28.04.2017
ölçüsü3,97 Kb.
#15925
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

II. Qatı sulfat turşusunun kimyəvi xassələri. Sulfat turşusunun xüsusi xassələri: 
A)  Qatı sulfat turşusunun oksidləşdirici xassələri.  Qatı  sulfat  turşusu  qüvvətli 
oksidləşdiricidir. Qızdırıldıqda o, əksər metallarla reaksiyaya girir (qızıl, platin və 
bəzi metallar istisna olmaqla). Bu reaksiyalarda oksidləşdirici rolunu H
+
 ionu deyil, 
+6 oksidləşmə dərəcəsinə malik kükürd (SO
4
2– 
ionu) görür və bu səbəbdən metalların 
təsirindən qatı sulfat turşusundan hidrogen qazı ayrılmır. 
Qatı sulfat turşusu aktiv metallarla (Li, Na, K, Ca, Sr, Ba) H
2
S, Cu, Hg, Ag ilə 
SO
2
 qazı ayırmaqla qarşılıqlı təsirdə olur. İkinci halda reaksiya qızdırıldıqda gedir: 
8Na+5H
2
SO
4(q)
4Na
2
SO
4
+4H
2
O+H
2
S
    Cu+2H
2
SO
4(q)


 
t
CuSO
4
+2H
2
O+SO
2
 
Digər  metallarla  reaksiyalarında  qatı  sulfat  turşusu  özünün  qatılığından,  metalın 
aktivliyindən və temperaturdan asılı olaraq SO
2
, S və H
2
S-ə qədər reduksiya olunur.                            
Adi şəraitdə qatı sulfat turşusu dəmir, xrom, alüminium və nikeli passivləşdirir 
və ona görə onlarla qarşılıqlı təsirdə olmur. Qızdırıldıqda bu metallar yuxarıda gös-
tərilən qaydalara uyğun olaraq sulfat turşusu ilə reaksiyaya daxil olur.
  
2Fe + 6H
2
SO
4(q)
 


 
t
Fe
2
(SO
4
)

+ 6H
2
O + 3SO
2
 
Qızdırıldıqda qurğuşun qatı H
2
SO
4
 ilə SO
2
 qazı ayırmaqla turş duz – Pb(HSO
4
)
2
 
əmələ gətirir.    
B) Dehidratlaşdırıcı xassəsi. Qatı sulfat turşusu su ilə şiddətli reaksiyaya girir və 
müxtəlif  hidratlar əmələ gətirir: 
H
2
SO
4
 +
  
nH
2

 H
2
SO

 nH
2
O + Q
 
 
 
 
Bilik qutusu 

 
Dehidratlaşdırıcı maddə kimi qatı sulfat turşusu üzvi maddələri dehid-
ratlaşdıraraq bəzilərini (şəkəri, kağızı, oduncağı və s.) kömürləşdirir (bax: fəaliyyət), 
bəzilərini isə karbonun başqa birləşmələrinə çevirir: 
HCOOH 
  CO  +  H
2
O (H
2
SO
4
·H
2
O) 
                        qarışqa turşusu                        dəm qazı 

 
 
86 
 
C) Qatı sulfat turşusu kükürd-trioksidlə oleum – H
2
SO
4
·nSO
3
 əmələ gətirir; n = 1 
olduqda pirosulfat (disulfat) turşusu əmələ gəlir: 
H
2
SO
4
(qatı
)
  

 
SO

 H
2
S
2
O
7    
                                                                   
pirosulfat turşusu
 
 
D) Sulfat turşusu uçucu olmayan qüvvətli turşudur. Ona görə də bir çox uçucu 
turşuların alınmasında istifadə edilir:
                
    2NaCl + H
2
SO
4


 
t
 
Na
2
SO
4
 + 2HCl     NaNO

+ H
2
SO



 
t
 
NaHSO

+ HNO
3
 
        quru         qatı                                                         quru          qatı 
 
Tətbiqi. Sulfat turşusu əksər turşuların (HCl, HF, H
3
PO
4
, CH
3
COOH və s.) alınma-
sında, mineral gübrələrin istehsalında, boyalar, partlayıcı maddələr, dərmanlar, süni 
ipək,  elektrolitik  misin  (elektroliz  üsulu  ilə 
saflaşdırılmış)  alınmasında  tətbiq  olunur.  O 
həmçinin akkumulyatorda elektrolit kimi, neft 
məhsullarının  təmizlənməsində,  maddələrin 
qurudulmasında istifadə edilir.
 
 
Təyini.  
1.  Qatı  sulfat  turşusunun  içərisinə  nazik 
çöp  salındıqda  o,  çöpü  (oduncağı)  kömür-
ləşdirir.  Qatı  sulfat  turşusunun  bu  xassəsinə 
görə onu başqa turşulardan fərqləndirirlər.  
2. Sulfat-ionunun (SO
4
)
2–
 təyini onun Ba
2+
 
ionu ilə suda və turşularda həll olmayan ba-
rium-sulfatın (BaSO
4
) ağ çöküntüsünü əmələ 
gətirməsinə əsaslanır (
b
).  
 
 
Sulfat turşusunun sənayedə  
kontakt üsulu ilə alınması                            
Sulfat turşusunun kontakt üsulu ilə alınması üç mərhələdən ibarətdir: 
I. Piritin və ya digər xammalın (S, ZnS, H
2
S və s.) yandırılması
 4FeS
2  

 
11O



 
t
2Fe
2
O
3  

 
8SO
2
  + 
 

 
II. Kükürd-dioksidin kükürd-trioksidə oksidləşdirilməsi:   
 2SO
2
 + O
2
 






5
2
O
V
 
t,
2SO
3
 + Q 
III. Kükürd-trioksidin qatı sulfat turşusu tərəfindən udularaq oleumun alınması. 
Alınmış oleumun 70%-li sulfat turşusu ilə qarışdırılmasından istənilən qatılıqda 
sulfat turşusu hazırlanır: 
 SO
3
(q)
 + H
2
O
(m)
 
 H
2
SO
4
 + Q 
 
 2Na
+
2Cl

 
   BaSO
4
 
       Cl

 
Ba
2+
  
      Cl

 
2Na
+
  
 
(SO
4
)
2–
 
 (b) 
 

 
 
 

87 
 
•  V  fəsil  •  
Oksigen yarımqrupu elementləri  

 
 
 
 
 
 
1. Qatı sulfat turşusu haqqında hansı ifadə səhvdir? 
A) sudan ağırdır                                     
B) uçucu olmayan mayedir 
C) suda həll edildikdə güclü qızma baş verir                      
D) havadan su buxarınu udur 
E) durulaşdırdıqda onu suyun üzərinə tökmək olmaz              
2. Hansı metallar duru sulfat turşusu ilə reaksiyaya daxil olmur? 
A) Ag, Cu, Hg      B) Zn, Fe, Hg   
C) Au, Ca, Cu  
D) Cu, Mg, Ca 
E) Hg, Cr, Ag 
3.  Sulfat  turşusunun  reduksiyasından  hansı  maddələr  alına  bilir?  Cavabınızı  həmçinin 
reaksiya tənlikləri ilə təsdiqləyin.           
1. S                       2. H
2
S                 3. SO
2
                    4. H
2
 
4. Doğru ifadələri göstərin. Sulfat turşusu ...      
1. qatı halda güclü oksidləşdiricidir          2. qatı halda Fe, Al və Cr-u passivləşdirir 
3. duru halda da oksidləşdiricidir              4. Ba
2+
 ionu ilə ağ çöküntü əmələ gətirir           
5. Sxemləri tamamlayın və yalnız duru sulfat turşusuna aid olan tənliyi qeyd edin. 
1. H
2
SO
4
 +  CaO   
  ... 
 
+   ...                   
2. H
2
SO
4
 + BaCl
2
  
  ...  +   ... 
3. H
2
SO
4
 + 2KOH 
  ...  +   ...                   
4. H
2
SO

 +  Zn     
   ...  +  ...            
5. H
2
SO
4
 + CaCO
3
 
  ...  +  ...   +   ... 
6. 980 q sulfat turşusu almaq üçün neçə mol pirit yandırmaq lazımdır? M
r
(H
2
SO
4
) = 98. 
7. 16 q kükürd(VI) oksidin 84 q
 
suda həll olmasından alınan məhlulda sulfat turşusunun 
kütlə payını (%) hesablayın. M
r
(SO
3
) = 80, M
r
(H
2
SO
4
) = 98.
 
 
 
Kimya və ətraf mühit. 
Sulfat turşusu istehsalı bir sıra ekoloji problem yaradır. Bu isteh-
salatda atmosferi çirkləndirən əsas maddələr – kükürd-dioksid, sulfat turşusunun dumanı və 
filizlərin emalı zamanı toz halında əmələ gələn bərk hissəciklərdir. Onlar insan və heyvan-
ların tənəffüs yollarının zədələnməsinə, bitki örtüyünün məhvinə, metal konstruksiyaların 
korroziyasının sürətlənməsinə, əhəngdaşı və mərmərdən hazırlanmış abidələrin və digər 
qurğuların dağılmasına, torpağın turşulaşmasına və s.-yə səbəb olur. 
Kükürd-dioksid, adətən, əhəng suyu ilə udulur. Sulfat turşusunun dumanını tutmaq üçün 
aparatların yüksək hermetikliyinə riayət edilir və xüsusi uducu süzgəclərdən, məsələn, lifli 
süzgəclərdən istifadə olunur. 
Sulfat turşusu istehsalında piritin kükürdlə əvəz edilməsi atmosferin bərk tullantı hissə-
ciklərlə çirklənməsinin qarşısını nəzərəçarpacaq dərəcədə alır. 
• oleum • sulfat turşusunun dehidratlaşdırıcı və oksidləşdirici xassələri • 
Açar sözlər
 
 
 
Öyrəndiklərinizi tətbiq edin və yoxlayın 

 
 
88 
 
 
 
1. Kükürdün təbii birləşmələrini müəyyən edin.   
1. CuFeS
2
               2. CS
2
                3. HgS                    4. K
2
S            5. CaSO
4
2H
2

     A) yalnız 1               B) 1,2             C) 1,2,3               D) 1,3,5              E) 1,3,4,5 
 
2. Kükürdə aid olmayan ifadəni müəyyən edin.
 
A) təbiətdə duzlar şəklində yayılmışdır                
B) adi şəraitdə kristallik kükürd plastik kükürddən daha dayanıqlıdır 
C) SO
3
 molekulunda rabitələrin əmələ gəlməsində kükürdün d-yarımsəviyyəsi iştirak edir 
D) sərbəst halda eyni zamanda həm oksidləşmə, həm də reduksiya reaksiyasına daxil olur 
E) sulfid ionu  Ca
2+
 ionu ilə təyin edilir 
 
3. Hansı halda kükürd tətbiq edilir? 
1. kənd təsərrüfatında və təbabətdə                2. kibrit və rezin istehsalında 
3. piritin alınmasında                                      4. sulfat turşusunun alınmasında 
    A) 1,2,3,4                    B) 1,2,3                  C) 1,2                   D) 1,2,4                     E) 1,4 
 
4. Hansı ifadələr sulfit turşusuna aiddir?  
1. davamsız birləşmədir                              2. oksidləşdirici xassə göstərir 
3. reduksiyaedici xassə göstərir                  4. normal və turş duzlar əmələ gətirir 
 
5. Sona qədər gedən reaksiyaların sxemlərini dəftərinizə köçürün və
 
tamamlayın.  
1. H
2
S  + CuCl
2
  
                                     2. H
2

 
+ Hg(NO
3
)

       
3. Nа
2
S
 
+ КNO
3    
                                        4. H
2
S  + Pb(NO
3
)

 
 
6. Hansı ifadələr kükürd-dioksidə aiddir?  
1. oksidləşdirici xassə göstərir   
 
    2. reduksiyaedici xassə göstərir 
3. ikiəsaslı turşu əmələ gətirir   
 
    4. zəhərli qazdır 
5. sulfat turşusu istehsalında aralıq məhsuldur 
 
7. Hansı tənliklər yalnız qatı sulfat turşusunun kimyəvi xassələrini əks etdirir?   
     1. H
2
SO
4     
+  BaCl
2
 
 BaSO
4   
+ 2HCl 
     2. 2H
2
SO
4  
+  Zn      
 ZnSO
4   
+ SO
2
 
 
+ 2H
2

     3. H
2
SO
4     
+  ZnO   
 ZnSO
4    
+ H
2

     4. 2H
2
SO
4  
+ C
12
H
22
O
11
(şəkər) 
11C  +  2SO
2
 + CO
2
 + 13H
2

 
8.  Sxemləri  dəftərinizə  köçürün  və  tamamlayın.  Kükürdün  oksidləşdirici  xassə  gös-
tərmədiyi tənliyi qeyd edin. 
1. Fe + H
2
SO
4
(duru) 
          2. Cu + 2H
2
SO
4
(qatı)
 


 t
       3. 8Na + 5H
2
SO
4
(qatı) 
 
 
 
9. Artıq  miqdarda  götürülmüş gümüşü tərkibində 196 q sulfat turşusu olan qatı turşu 
ilə qızdırdıqda neçə litr (n.ş.) qaz alınar?
 M
r
(H
2
SO
4
) = 98. 
 
10. Tərkibində 101 q kalium-nitrat
 
olan qara barıtın partlaması nəticəsində neçə litr 
(n.ş.) qaz qarışığı alınar? 
M
r
(KNO
3
) = 101. 
KNO

+ S + C 


 t
K
2
S + CO
2
 
 
+ N
2
 
 
Ü m u m i l ə ş d i r i c i   t a p ş ı r ı q l a r
 
 

 
 
 

89 
 
•  VI  fəsil  •  
Azot yarımqrupu elementləri  

 
 
 A
ZOT YARIMQRUPU ELEMENTLƏRİNİN İCMALI. 
AZOT VƏ ONUN OKSİDLƏRİ
 
  
 
 
 
Dövri sistemin V qrupunun əsas yarımqrupunda 5 element yerləşir: azot N, fosfor 
P, arsen As, stibium Sb və bismut Bi.  
 
 
Azot yarımqrupu elementləri atomlarının xarici energetik səviyyəsində 5 elektron 
yerləşir  – ns
2
np
3
. Halogen və xalkogenlər kimi bunlar da p-elementləridir. 
Azot atomunun xarici (2-ci) energetik səviyyəsində d-yarımsəviyyəsi olmadığı 
üçün o, kimyəvi rabitə yaradarkən maksimum dörd orbitalından (1 ədəd s və 3 ədəd 
p)  istifadə  edə  bilir  və  birləşmələrində  ən  yüksək  IV  valentlik  göstərir.  Azot beş-
valentli olmur. Yarımqrupun başqa elementləri isə sxemə uyğun olaraq xarici  ns
2
 
elektronlarının təklənməsi nəticəsində beşvalentli olur. 
Xarici  səviyyənin  ns
2
np

elektron  quruluşuna  uyğun  olaraq  azot  yarımqrupu 
elementləri birləşmələrində ən yüksək +5, ən aşağı –3 oksidləşmə dərəcəsi göstərir. 
Bu elementlər həmçinin +3 və s. aralıq oksidləşmə dərəcəsi də göstərir (cədv. 22.1). 
 
Azot  yarımqrupu  elemetləri  hidrogenlə  RH
3
  tərkibli  –  NH
3
  ammonyak,  PH
3
 
fosfin, AsH
3
 arsin, SbH
3
 stibin  birləşmələrini əmələ gətirir. Bu birləşmələr halogen 
və  xalkogenlərin  hidrogenli  birləşmələrindən  (HR,  H
2
R)  fərqli  olaraq  suda  həll 
olduqda H
+
 ionları əmələ gətirmir. RH
3
 tipli birləşmələr (əsasən, NH
3
) əksinə olaraq 
sudan H
+
 ionunu birləşdirərək əsasi xassələr göstərir. 
Fəsil
 
AZOT YARIMQRUPU ELEMENTLƏRİ 

22 
 
– Kəşf edildikdə “həyatsız” adlandırılsa da, əslində, həyat üçün “əvəzsiz” olan 
bu “ziddiyyətli” elementin adı nədir?
 
Azot yarımqrupu elementləri atomlarının xarici energetik səviyyələrinin quruluşun-
dakı fərqə diqqət yetirin və suallara cavab verin.            
 
 
 
      
 
 
 
      
 
 
 
 
– N, P, As, Sb və Bi atomlarının xarici səviyyələrinin quruluşundakı fərq nədən ibarətdir? 
– Cütləşmiş s-valent elektronlarının təklənməsi N, P, As, Sb və Bi atomlarının hamısı üçün 
mümkündürmü? Bu nə ilə əlaqədardır?  
– Atom quruluşlarındakı fərq N və P elementlərinin birləşmələrində  göstərdikləri valentlik-
lərdə öz əksini tapırmı? Cavabınızı misallarla təsdiqləyin
 
 
Fəaliyyət 
Azot yarımqrupu elementləri atomlarının valent imkanları 
  
 
о 
7
N… 
 
 
2p
 
2s
     
 
О
 
R… 
 
 
 
 
 
nd
 
 
np
 
   
ns
     
 
 

R… 
 
 
 
 
nd
 
 
np
 

   
 
 
ns
  

 
+
Е 
 
R = P, Аs, Sb, Bi 

 
 
90 
 
Cədvəl 22.1.  
Azot və fosfor elementlərinin bəzi xarakteristikaları 
Еlement 
Valent  
elektronları 
Nisbi  
elektromənfilik 
Оksidləşmə dərəcəsi 
(birləşmələrində) 
Аzоt,       N  
2s
2
2p

3,0 
–3, +1, +2, +3,
 
+4,
 
+5 
Fosfor,    P  
3s
2
3p

2,1 
–3, +3, +5 
 
RH
3
 tipli birləşmələrin davamlılığı yarımqrupda azotdan bismuta doğru getdikcə 
azalırreduksiyaedicilik xassəsi isə artır
Azot yarımqrupu elementləri oksigenlə R
2
O
3
 və R
2
O
5
 tərkibli oksidlər əmələ gə-
tirir. Bu oksidlərə müvafiq olaraq fosfor elementi H
3
PO
3
, H
3
PO

və s., azot isə HNO
2
 
və HNO

 tərkibli turşular əmələ gətirir.
 
 
Göstərilən turşularda R elementinin oksidləşmə dərəcəsi artdıqca turşunun qüv-
vətliliyi artır. Məsələn, nitrat turşusu (HNO
3
) nitrit turşusuna (HNO
2
) nisbətən qüv-
vətli turşudur. 
Yarımqrupda oksigenli turşuların turşuluq xassəsi elementin sıra nömrəsi artdıq-
ca zəifləyir; məsələn: 
                                              
+5                     +5                       +5                         +5 
HNO

 H
3
PO
4
 
 H
3
AsO
4
 
 H
3
SbO
4
 
                                                    Yarımqrupda turşuluq xassəsi zəifləyir. 
Azot və onun oksidləri            
Kəşfi. Azot ilk dəfə 1772-ci ildə kəşf edilmişdir (D.Rezerford, İngiltərə). 
Birləşmələrində azotun oksidləşmə dərəcəsi –3-dən  +5-ə kimi dəyişir. 
Dövri sistemdə mövqeyi və atomunun quruluşu (bax: səh. 89). 
 
 
Təbiətdə  yayılması.  Azot  təbiətdə  həm  sərbəst,  həm  də  birləşmələr  şəklində 
yayılmışdır. Havanın həcmcə 78%-ni azot (N
2
) təşkil edir. Az miqdarda azot  nitrat-
lar (Çili şorası NaNO
3
, Hindistan şorası KNO
3
, Norveç şorası Ca(NO
3
)
2
) şəklində 
Yer qabığının üst səthində yayılmışdır. O həmçinin zülalların və bir çox təbii üzvi 
birləşmələrin tərkibinə daxildir. 
Alınması.  Laboratoriyada  azotu  ammonium-nitritin  NH
4
NO
2
  və  ammonium-
dixromatın  (NH
4
)
2
Cr
2
O
7
  termiki  parçalanmasından,  həmçinin  mis(II)  oksidin  am-
monyakla reduksiyasından almaq olur:  
NH
4

2


 
t
N
2
 + 2H
2
О 
3CuO + 2NH
3


 
t
3Cu + N
2
 + 3H
2
О 
(NH
4
)
2
Cr
2
О
7


 
t
Cr
2
О
3
 + N
2
 + 4H
2
О 
Sənayedə azot (N
2
) maye havanın fraksiyalı distilləsindən alınır.  
 
 
Bilik  qutusu 
•  Azot  atomunun  xarici  energetik  səviyyəsində  d-yarımsəviyyəsi  ol-
madığından o, V valentli olmur. Azot özündən aşağı elektromənfiliyə malik elementlərlə 
birləşmələrində  –3  (NH
3
,  Ca
3
N

və  s.),  özündən  yüksək  elektromənfiliyə  malik 
elementlərlə  birləşmələrində  +5 
  +1  arasında  (N
2
O
5
,  NO
2
,  N
2
O  və  s.)  oksidləşmə 
dərəcəsi göstərir. 
 

 
 
 

91 
 
•  VI  fəsil  •  
Azot yarımqrupu elementləri  

Fiziki xassələri. N
2
 – rəngsiz, iysiz və dadsız qazdır, havadan bir az yüngüldür. 
Oksigenə nisbətən suda az həll olur: 20°C-də (0,1MPa)  1l suda 15,4 ml azot həll 
olur. 0,1MPa təzyiqdə və –196°C-də azot mayeləşir.          
 
                                         
Kimyəvi xassələri. Azot (N
2
) adi şəraitdə az fəaldır; buna görə azot təbiətdə sərbəst 
halda yayılmışdır. Azotun az fəal olması onun molekulunda N
N rabitəsinin kifayət 
qədər davamlılığı ilə bağlıdır. Bu səbəbdən azot (N
2
) yalnız yüksək temperaturda metal 
və qeyri-metallarla reaksiyaya girir. Litium azotla adi şəraitdə reaksiyaya daxil olur:  
 
6Li  +  N
2
 
ru
 -
 
temp
otaq

 

 2Li
3
N                                   O
2
  + N

 
   2000°C    
  
2NO 
                                      
                                           
3Ca  +  N



 
t
 Ca
3
N
2
                                      2B   +   N
2
 


 
t
  
2BN     
                               kalsium-nitrid                                                                           bor-nitrid   
                                                     
3H
2
  +  N
2
 



      
kat
 
t,
 
  2NH
3
                     2C  + N

 
   2000°C    
  (CN)
2
  
                                          ammonyak                                                                            disian 
 
 
 
Azot oksidləri 
 
Azot bir neçə oksid əmələ gətirir. Bu oksidlərdə azotun oksidləşmə dərəcəsi +1-dən 
+5-dək dəyişir: 
 
                                         +1                             +2                          +3                            +4                                +5 
                         N
2
O             NO             N
2
O
3
           NO
2
                N
2
O
5
 
                              diazot-                 azot-             diazot-               azot-                    diazot- 
                         monooksid          monooksid        trioksid             dioksid                pentaoksid 
 
Oksidlərdən N
2
O və NO duzəmələgətirməyən, qalanları isə turşu oksidləridir. Bu 
oksidlərdən yalnız azot-monooksid NO azotun oksigenlə bilavasitə qarşılıqlı təsirin-
dən  alınır.  O,  yüksək  temperaturda  və  ya  atmosferdə  ildırım  çaxarkən  yaranan 
elektrik boşalması zamanı əmələ gəlir. 
Diazot-trioksidə  N
2
O
3
  –  nitrit  turşusu  HNO
2
,  diazot-pentaoksidə  N
2
O
5
  –  nitrat 
turşusu HNO
3
 uyğun gəlir. Azot-dioksid NO
2
Yüklə 3,97 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin