Fiziki xassələri. Xlorid turşusu rəngsiz, kəskin iyli məhluldur. Qatı xlorid turşusu
nəm havada “tüstülənir”. Ən qatı xlorid turşusu 40%-li olur. Satışda olan xlorid
turşusunda hidrogen-xloridin kütlə payı 37%-ə qədərdir. Mədə şirəsinin tərkibində
xlorid turşusunun qatılığı 0,3% olur.
Kimyəvi xassələri. Xlorid turşusu turşuların ümumi xassələrini göstərməklə
yanaşı, həm də xüsusi xassələrə malikdir.
I. Xlorid turşusu qüvvətli turşudur. O, məhlulda tamamilə dissosiasiya edir. İndi-
katorların rəngini dəyişir, gərginlik sırasında hidrogenə qədər yerləşən metallarla,
əsasi və amfoter oksidlərlə, əsaslarla, sulfat, nitrat və ortofosfatlardan başqa digər
duzlarla qarşılıqlı təsirdə olur (AgNO
3
istisna olmaqla):
Fe + 2HCl
FeCl
2
+ H
2
CaO + 2HCl CaCl
2
+
H
2
O
Fe(OH)
3
+ 3HCl
FeCl
3
+ 3H
2
O CaCO
3
+2HCl
CaCl
2
+ H
2
O + CO
2
AgNO
3
+ HCl
AgCl + HNO
3
II. Xlorid turşusunun xüsusi xassələri.
1. “Qatı” xlorid turşusu ammonyak qazı ilə qarşılıqlı təsirdə olduqda hissəcikləri
havada ağ tüstü əmələ gətirən ammonium-xlorid alınır (t.
a
):
(a)
NH
3
+
HCl
NH
4
Cl
2. Xlorid turşusu və onun həllolan duzları AgNO
3
məhlulu ilə suda və turşularda
həll olmayan ağ rəngli AgCl çöküntüsü əmələ gətirir ki (t.
b
), bu da xlorid turşusu
və onun duzlarının təyinində istifadə edilir:
(b)
AgNO
3
+ HCl
AgCl + HNO
3
3. Xlorid turşusu (xlorid ionu) reduksiyaedici xassəyə malik olduğundan oksid-
ləşdiricilərlə reaksiyaya daxil olur. Onun bu xassəsindən xlorun alınmasında istifadə
olunur:
K
2
Cr
2
О
7
+14HCl
2KCl
+ 2CrCl
3
+ 3Cl
2
+ 7H
2
O
2
67
• IV fəsil •
Flüor yarımqrupu elementləri
•
Tətbiqi. Xlorid turşusundan onun duzlarının, boyaların alınmasında, lehimləmə
işində metal səthinin oksidlərdən təmizlənməsində, yeyinti sənayesində (qlükoza və
jelatin almaq üçün), dəri sənayesində (dərini aşılamaq üçün), təbabətdə (dərmanların
alınmasında) istifadə olunur.
Hidrogen-xloridin və xlorid ionunun təyini. Hidrogen-xlorid ammonyakla ağ
tüstü (t.
a
), xlorid anionu isə Ag
+
ionu ilə ağ rəngli AgCl çöküntüsünü (t.
b
) əmələ
gətirməsinə görə təyin edilir.
1. Hansı sxem üzrə hidrogen-xlorid müvafiq olaraq sənayedə və laboratoriyada alınır?
1. Cl
2
+ HBr
2. NaCl(krist.) + HNO
3
(q)
3. H
2
+ Cl
2
t
4. NaCl(krist.) + H
2
SO
4
(q)
t
A) 2,1
B) 1,2
C) 3,4
D) 2,3
E) 1,4
2. Sxemləri tamamlayın və xlorid turşusunun xü-
susi xassələrini əks etdirən tənlikləri qeyd edin.
1. HCl + Mg
2. HCl + Cu(OH)
2
3. HCl + BaO
4. HCl + MgCO
3
5. HCl + AgNO
3
6. HCl + MnO
2
3. Xlorid turşusu ilə qarşılıqlı
təsirdə olmayan maddələri
müəyyən edin.
1. Fe
2
O
3
2. Ag
3. SiO
2
4. K
2
Cr
2
O
7
5. SO
2
6. NH
3
7. BaSO
4
8. CaCO
3
4. HCl + KMnO
4
Cl
2
+
MnCl
2
+
KCl + H
2
O oksidləşmə-reduksiya reaksiyasını araşdırın
və tənliyi elektron balansı üsulu ilə əmsallaşdırın.
5. Hidrogen-xloridin 2 üsulla alınması reaksiyasının tənliklərini tərtib edin. Nə üçün natri-
um-xlorid və sulfat turşusunun duru məhlullarını bir-biri ilə qarışdırdıqda məhluldan
hidrogen-xlorid ayrılmır?
6. Xlorid turşusunun oksidləşdirici və reduksiyaedici xassələri hansı ionların məhlulda
olması ilə əlaqədardır?
7. 1 həcm suda 448 həcm (n.ş.) hidrogen-xlorid qazının həll edilməsindən alınan xlorid
turşusunun faizlə qatılığını hesablayın. Suyun sıxlığını 1q/sm
3
götürməli. M
r
(HCl) = 36,5.
Bilik qutusu
•
Xlorid turşusunun duzlarından: NaCl – məişətdə, natrium-hidroksid,
xlorid turşusu, xlor, natrium metalı, soda, sabun, boya maddələri istehsalında, KCl –
qiymətli mineral gübrə kimi, ZnCl
2
– çürümənin qarşısını almaq üçün taxta məmulatlara
hopdurulmaq məqsədilə, BaCl
2
– kənd təsərrüfatı ziyanvericiləri ilə mübarizə vasitəsi
kimi, CaCl
2
– qazların qurudulmasında, AlCl
3
– üzvi sintezlərdə katalizator kimi istifadə
olunur.
• hidrogen-xlorid • xlorid turşusu • xlorid turşusunun xüsusi
xassələri •
Açar sözlər
Öyrəndiklərinizi tətbiq edin və yoxlayın
68
H
ALOGENLƏRİN MÜQAYİSƏLİ XARAKTERİSTİKASI
Kəşfi. Flüor 1886-cı ildə maye hidrogen-flüoridin elektrolizindən (A.Muassan,
Fransa), xlor 1774-cü ildə xlorid turşusunun manqan(IV) oksidlə oksidləşdirilməsin-
dən (K.Şeyele, İsveç), brom 1826-cı ildə (A.Balar, Fransa), yod 1811-ci ildə (B.Kur-
tua, Fransa) dəniz yosunlarının külündən alınmışdır.
Yunanca “flüoros”
– “axıcı”, “xloros” – “sarımtıl-yaşıl”, “bromos” – “üfunətli”,
“iodes” – “bənövşəyi” deməkdir.
Təbiətdə yayılması. Halogenlər təbiətdə yalnız birləşmələr şəklində rast gəlinir.
16
– Sizcə, diş məcununun tərkibinə hansı halogenin birləşməsi daxildir?
– Hansı halogenin etil spirtində 5%-li məhlulu yaraların dezinfeksiyasında istifadə
olunur?
– Xörək duzunun tərkibinə hansı halogen ionu daxildir?
Təchizat: NaF, NaCl, NaBr, NaI, CaCl
2
və AgNO
3
duzlarının məhlulları, 8 ədəd sınaq
şüşəsi, sınaq şüşələri üçün ştativ, iki ədəd pipet.
İşin gedişi:
a) 4 sınaq şüşəsinin hər birinə 2–3 ml NaF, NaCl, NaBr və NaI məhlullarını tökün. Hər
bir məhlulun üzərinə bir neçə damcı gümüş(I) nitrat məhlulu əlavə edin və baş verən
dəyişiklikləri müşahidə edin.
b) Eyni şəkildə digər 4 sınaq şüşəsində olan NaF, NaCl, NaBr və NaI məhlullarının
üzərinə kalsium-xlorid məhlulu əlavə edib müşahidə aparın.
Nəticəni müzakirə edin:
–
a
təcrübəsində AgNO
3
məhlulunu əlavə etdikdə hansı duzların məhlullarından çöküntü
ayrıldı? Cöküntülərin rənglərindəki fərq nədən ibarətdir?
–
b
təcrübəsində halogenid ionlarından hansı kalsium ionu ilə çöküntü əmələ gətirir?
– Baş verən reaksiyaların ion və molekulyar tənliklərini tərtib edin.
Fəaliyyət
Halogenid ionlarının gümüş(I) nitratla və kalsium-xloridlə
qarşılıqlı təsiri
Bilik qutusu
• Flüorun əsas təbii birləşmələri –
flüorit
(əridici şpat) CaF
2
,
kriolit
Na
3
[AlF
6
]
və
flüorapatitdir
3Ca
3
(PO
4
)
2
CaF
2
. Brom, əsasən, NaBr, KBr, MgBr
2
şəklində xlorun bütün
yataqlarında və dəniz yosunlarının tərkibində olur. İl ərzində dəniz suyu vasitəsilə havaya
4 mln. ton brom keçir. Məhz bu səbəbdən dənizətrafı rayonların havasında bromun
miqdarı o biri rayonlara nəzərən qat-qat çox olur. Yod, əsasən, kalium-yodid və natrium-
yodid şəklində, həmçinin brom kimi
laminariya
dəniz yosununda rast gəlinir.
• Azərbaycanda halogenlərin birləşmələrinə Naxçıvanda (əsasən, NaCl şəklində),
Bakı və Neftçala şəhərləri ətrafında buruq və dəniz sularında (yodid və bromidlər
şəklində) rast gəlinir.
(a)
Halogenlər təbiətdə:
1 – daş duz (NaCl),
2 – silvin (KCl),
3 – flüorit (CaF
2
),
4 – yodla zəngin olan
laminariya dəniz
yosunu.
3
4
2
1
2
69
• IV fəsil •
Flüor yarımqrupu elementləri
•
Alınması. 1. Flüoru kalium-flüorid və ya kalsium-flüorid ərintisinin elektrolizin-
dən almaq olar:
2KF
(ərinti)
z
-
еl
2K + F
2
CаF
2
(ərinti)
z
-
еl
Cа + F
2
2. Xlorun alınması ilə səh. 63-də tanış oldunuz.
3. Brom laboratoriyada bromid turşusu və ya onun duzlarına oksidləşdiricilərlə
(MnO
2
, KMnO
4
, KClO
3
və s.) təsir etməklə alınır:
6HBr + KClO
3
KCl + 3Br
2
+
3H
2
O
Sənayedə brom bromidlərə xlorla təsir etməklə alınır:
2NaBr + Cl
2
2NaCl + Br
2
4. Yod laboratoriyada yodid turşusu və onun duzlarına zəif oksidləşdiricilərlə
(Fe
3+
, Cu
2+
və s.) təsir etməklə alınır:
2FeCl
3
+ 2HI
2FеCl
2
+ 2HCl + I
2
Sənayedə yod yodidlərə xlorla təsir etməklə alınır:
2KI + Cl
2
2KCl + I
2
Fiziki xassələri. Flüor və xlor müvafiq olaraq açıq-sarı və sarımtıl-yaşıl rəngli,
zəhərli qazlardır. Brom – buxarı zəhərli olan qırmızı-qonur rəngli maye, yod – kəskin
iyli, qara-bənövşəyi rəngli, qızdırıldıqda asan-
lıqla sublimasiya edən bərk maddədir.
F
2
Cl
2
Br
2
I
2
istiqamətində molekullarara-
sı cazibə qüvvəsinin artması nəticəsində ha-
logenlərin rəngləri tündləşir, sıxlıqları, qayna-
ma və ərimə temperaturları ardıcıl artır.
F
2
Cl
2
Br
2
I
2
sırasında atom və molekul-
ların ölçüləri böyüdüyü üçün molekullararası
cazibə qüvvələri artır. Bunun nəticəsi kimi bu
sırada halogenlərin rəngləri tündləşir, sıxlıqları,
ərimə və qaynama temperaturları artır.
Halogenlər suda az, spirtdə, benzində və ağ
neftdə yaxşı həll olur. Flüor adi şəraitdə su ilə
(dönməyən şəkildə) qarşılıqlı təsirdə olduğun-
dan onun suda məhlulunu almaq mümkün deyil.
Kimyəvi xassələri. Halogenlərin kimyəvi aktivliyi flüordan yoda doğru azalır.
Ona görə flüor başqa halogenlərə nisbətən daha şiddətli reaksiyaya daxil olur; məsə-
lən, flüor adi şəraitdə karbon, fosfor, kükürd və bir çox metallarla şiddətli reaksiyaya
girir:
C
+
2F
2
CF
4
S + 3F
2
SF
6
2P + 5F
2
2PF
5
2Аl + 3F
2
2АlF
3
Digər halogenlər isə, əsasən, qızdırıldıqda reaksiyalara daxil olur.
Hidrogen flüorla qaranlıqda partlayışla, xlorla işıq şüasının təsiri ilə və ya
qızdırıldıqda, brom və yodla isə qızdırıldıqda qarşılıqlı təsirdə olur:
H
2
+
F
2
2HF H
2
+ Cl
2
2HCl H
2
+ Х
2
t
2HХ (Х = Br, I)
I
2
buxarı
kristallik
yod
Cl
2
Br
2
buxarı
F
2
maye
brom
1
2
3
4
(b)
Halogenlər:
1 – flüor, 2 – xlor, 3 – brom, 4 – yod.
70
Hidrogen-halogenidlərin suda məhlullarda turşu xassələri HF
HClHBrHI
sırası üzrə artır. Flüorid turşusu şüşənin tərkibində olan silisium-dioksidlə SiO
2
reaksiyaya girərək şüşəni aşındırır:
4HF + SiO
2
SiF
4
+ 2H
2
O
Onun bu xassəsindən
şüşə üzərində naxış və yazı həkk etmək məqsədilə istifadə edi-
lir.
Hidrogen-halogenid turşularının duzları flüorid, xlorid, bromid və yodidlər
adlanır. Bu duzları məhlulda fərqləndirmək üçün onların gümüş(I) nitratla reaksiya-
sından istifadə edilir (bax: səh.71).
Halogenlərin oksidləşdirici xassələri F
ClBrI sırası üzrə azalır. Ona görə
də HX və MeX (X = F, Cl, Br, I) tipli birləşmələrdən xlor – brom və yodu, brom isə
yalnız yodu sıxışdırıb çıxarır:
2KBr + Cl
2
2KCl + Br
2
2KI + Cl
2
2KCl + I
2
2HI + Br
2
2HBr + I
2
Məhlulda bu reaksiyalar flüor üçün xarakterik deyil, çünki flüor su ilə reaksiyaya
daxil olur.
Flüordan fərqli olaraq xlor və brom su ilə çox zəif qarşılıqlı təsirdə olur. Bu
zaman hidrogen-halogenidlə yanaşı, hipoxlorit (HClO) və hipobromit (HBrO) turşu-
ları əmələ gəlir:
H
2
O + Cl
2
HCl + HClO
H
2
O + Br
2
HBr + HBrO
Yod su ilə reaksiyaya daxil olmur.
Halogenid ionlarının reduksiyaedici xassəsi F
Cl
Br
I
sırası üzrə artır.
Halogenlərin tətbiqi. Halogenlərdən ən geniş tətbiq olunanı – xlordur (səh. 64).
Flüor və onun birləşmələrindən flüorüzvi (freon CF
2
Cl
2
) və polimer (teflon (–
CF
2
–CF
2
–)
n
) maddələrin sintezində, kriolitin Na
3
[AlF
6
] alınmasında, şüşələrin
aşındırılmasında, həmçinin diş pastalarının tərkibində istifadə olunur.
Bromun birləşmələrindən fotoqrafiyada (AgBr), əsəb sistemini sakitləşdirmək
üçün təbabətdə (NaBr, KBr) və bəzi boyaların istehsalında istifadə edilir.
Yodun birləşmələri xörək duzunun yodlaşdırılmasında (NaI), bəzi xəstəliklərin,
məsələn, zob xəstəliyinin müalicəsində, həmçinin yodun spirtdə 5%-li məhlulu ilə
yaraların dezinfeksiyasında geniş istifadə olunur. Yod insan orqanizminə su, hava
və qida – süd, çörək, yumurta, duz, dəniz kələmi və s. ilə daxil olur.
Bilik qutusu
•
HBr və HI az davamlı maddələr olduqlarından onlar dolayı yolla alınır.
Sənayedə hidrogen-flüorid flüorit mineralına qatı sulfat turşusunun təsiri ilə alınır:
CaF
2
+ H
2
SO
4
2HF + CaSO
4
Bilik qutusu
•
Flüorla bu reaksiyalar məhlulda baş vermir, çünki flüor su ilə reaksiyaya
girib, oksigeni sıxışdırıb çıxarır (bu zaman yanma hadisəsi müşahidə olunur):
2H
2
O + 2F
2
4HF + O
2
2
71
• IV fəsil •
Flüor yarımqrupu elementləri
•
F
, Cl
, Br
və I
ionlarının, həmçinin molekulyar yodun təyini
Fəaliyyətdə yerinə yetirilən təcrübələrdən aydın oldu ki, məhlulda F
, Cl
, Br
və
I
ionlarını təyin etmək məqsədilə gümüş(I) nitrat məhlulundan istifadə etmək olar.
Bu zaman Cl
və Ag
ionları
ağ rəngli AgCl, Br
və Ag
ionları sarımtıl rəngli AgBr,
I
və Ag
ionları isə sarı rəngli AgI çöküntülərini əmələ gətirir. AgF suda həll olduğu
üçün o, məhluldan çöküntü şəklində ayrılmır (sınaq şüşəsi 1):
(d)
Cl
–
, Br
–
və I
–
ionlarının təyini reaksiyaları
Lakin Cl
, Br
və I
ionlarından fərqli olaraq, F
–
ionu Ca
2+
və Mg
2+
ionları ilə suda
həll olmayan ağ rəngli CaF
2
və sarı rəngli MgF
2
çöküntüləri əmələ gətirir:
2F
+ Ca
2
CaF
2
2F
+ Mg
2
MgF
2
ağ çöküntü sarı çöküntü
Molekulyar yodun təyini yodun spirtdə duru məhlulunun nişastaya təsirindən
tutqun-göy rəngin əmələ gəlməsinə əsaslanır (bax: səh.184).
Na
+
F
–
Na
+
Cl
–
Na
+
Br
–
Na
+
I
–
Ag
+
NO
3
–
Ag
+
NO
3
–
Ag
+
NO
3
–
Ag
+
NO
3
–
Na
+
F
–
Ag
+
NO
3
–
Na
+
NO
3
–
AgCl
Na
+
NO
3
–
AgBr
AgI
Na
+
NO
3
–
Cl
+ Ag
AgCl Br
+Ag
AgBr I
+Ag
AgI
ağ sarımtıl sarı
çöküntü çöküntü çöküntü
1
2
3
4
4
3
2
1
Kimya və ətraf mühit. Halogenli törəmələr arasında ən çox ekoloji təhlükə yaradan
xlorlu pestisidlər, karbonxlorflüoridlər (CFCl
3
, CF
2
Cl
2
və s.) və torpaqların turşulaşdırıl-
masına gətirib çıxara bilən hidrogen-xloriddir. Xlor- və flüortərkibli karbohidrogenlərin
(freonların) fotoliz məhsullarının ozonla qarşılıqlı təsirdə olaraq atmosferdə “ozon
deşikləri”nin yaranmasına səbəb olması ozon qatını böyük təhlükə altında qoyur. Ona
görə də təhlükəli pestisidlərin və flüorlu törəmələrin tətbiqi hazırda ya qadağan olunur və
ya müəyyən normalara ciddi riayət olunmaqla onların atmosferdə miqdarlarına sistematik
şəkildə nəzarət edilir.
Fotoliz – işığın təsirindən maddələrin parçalanması hadisəsidir.
süd
yumurta
çörək
kahı
(c)
İnsan orqanizminə yod qida ilə daxil olur.
72
1. Səhv ifadəni müəyyən edin. F
2
– Cl
2
– Br
2
– I
2
ardıcıllığında ...
A) halogenlərin rəngləri tündləşir
B) halogenlərin ərimə temperaturları artır
C) halogenlərin kimyəvi aktivliyi azalır
D) halogenlərin sıxlıqları azalır
E) molekulda kovalent rabitənin uzunluğu artır
2. Səhv ifadəni müəyyən edin. Hidrogen-halogenidlərdən ...
A) HI ən qüvvətli reduksiyaedicidir
B) HF ən zəif reduksiyaedicidir
C) ən qısa R–H kovalent rabitəyə malik olanı HF-dur
D) HI məhlulda ən zəif turşudur
E) HF şüşənin aşındırılmasında istifadə edilir
3. Mümkün olan reaksiyaların sxemlərini tamamlayın.
1. CaF
2
(ərinti)
z
-
еl
2. C + Cl
2
3. C + F
2
4. S + F
2
5. P + 5Cl
2
4. Cl
2
O
7
oksidinə uyğun gələn turşunun molekulyar və quruluş formullarını yazın.
5. Halogenin alınması mümkün olan reaksiyaların tənliklərini tərtib edin.
1. NaCl
məh.
z
-
еl
2. KF
məh.
+ Cl
2
3. KI
məh.
+ Br
2
4. NaF
məh.
+ MnO
2
6. KBr, Cl
2
, BF
3
və HI birləşmələrində kimyəvi rabitənin tipini və atomların oksidləşmə
dərəcələrini müəyyən edin.
Dostları ilə paylaş: |