40
Rusiya, ABŞ, Türkiyə, Norveç və Yaponiya investorlarının yatırımları təşkil etmişdir.
2014-cü ildən başlayaraq iqtisadiyyatın neft sektorunun inkişafına yönəldilən
investisiyalrın miqdarı artmağa, qeyri-neft sahələri üzrə isə azalmağa başlamış və bu
tendensiya 2016-ci ilin sonunadək davam etmişdir.
Ölkədə olan maliyyə
dayanıqsızlığı ilə bərabər dünya bazarında neft qiymətlərinin kəskin surətdə aşağı
düşməsi və qlobal maliyyə böhranı bu prosesi daha da sürətləndirmişdir. Qeyri-neft
sahələrinə yönəldilən sərmayənin miqdarı 2014-cü ildə 11,5, 2015-ci ildə 8,8, 2016-cı
ildə isə 6,3 milyard manat təşkil etmişdir. 2014-cü ildə Azərbaycanda “Sənaye ili”
elan edilməsi, investisiya siyasətinin təkmilləşdirilməsi, 2016-cı
ildən etibarən
ölkəmizin postneft dövrünə qədəm qoyması və digər amillər qeyri-neft sahələrinə
yönəldilən investisiyaların həcminin 2017-ci ildən etibarən artması ilə nəticələndi.
2017-ci ilin statistik göstəricilərinə əsasən qeyri-neft sahələrinə qoyulan sərmayənin
miqdarı 7,1 milyard manatı bir qədər üstələmişdir ki, bu hesabat ili ilə müqayisədə
14% çoxdur və ümumi investisiyaların tərkibindəki xüsusi çəkisi 46 faizə yaxındır.
2018-ci ilin yanvar ayında ölkə iqtisadiyyatına yönəldilən investisiyaların həcmi 961
milyon manat olmaqla bərabər bu sərmayənin 48,7 faizi qeyri-neft bölməsinin payına
düşmüşdür.
Müasir şəraitdə Azərbaycan iqtisadiyyatında
qeyri-neft sahələrinin əsas
makroiqtisadi xarakteristikalarından biri də bu sektorun ixracdakı payının illər üzrə
dəyişməsi tendesiyasıdır. Bildiyimiz kimi uzun müddət ölkə iqtisadiyyatının tədiyyə
balansında ixrac olunan məhsullarda xam neft və neft məhsulları böyük çəkiyə malik
olmuşdur. Buna baxmayaraq keçid dövrünün başa çatdığı ildən başlayaraq ixracın
strukturunda mühüm dəyişikliklər baş verərək qeyri-neft məhsullarının ixracdakı payı
artmağa, neft məhsullarının payı isə azalmağa başladı. 2011-ci ildə qeyri-neft
sektorunun xüsusi çəkisi 7, 2012-ci ildə 8, 2013-cü ildə 10, 2014-cü ildə 12, 2015-ci
ildə 15, 2016-cı ildə 18, 2017-ci ildə isə 21 faiz təşkil etmişdir. Qeyd etmək lazımdır
ki qeyri-neft sektorunun ixracdakı payında olan spesifik
xüsusiyyət bu sektorda
istehsal olunan məhsulların getdikcə keyfiyyət dəyişikliklərinə daha çox məruz
qalmasıdır. Postneft dövründə Azərbaycanın həyata keçirdiyi iqtisasi siyasətin əsas
41
prioriteti neftdən asılılığın tamamilə yox edilməsidir
və getdikcə bu istiqamətdə
müəyyən uğurlar əldə edilməkdədir.
Tədqiqatımızın bu bölməsində son 6-7 il ərzində Azərbaycanda qeyri-neft
bölməsinin müasir inkişafının əsas makroiqtisadi xarakteristikaları barədə təhlil
aparılmışdır. Son nəticə olaraq qeyri-neft sahələrinin
ÜDM-dəki xüsusi çəkisi,
ixracdakı payı və bu sahələrə yönəldilən investisiyaların miqdarını müasir dövrdə
müəyyən qədər qənaətbəxş hesab etmək olar. Davos İqtisadi Forumunun hazırladığı
“Qlobal Rəqabətlilik 2017” hesabatında Azərbaycanın 51, 2017-ci ildə hazırlanan
“Sənayedə Rəqabətqabiliyyətliliyin Müqayisəli Təhlili” hesabatında isə 54-cü yeri
tutması bunları deməyə əsas verir. Lakin bu faktı mütləq qeyd etmək lazımdır ki,
Azərbaycan lazım olan iqtisadi siyasəti vaxtında yerinə yetirməyib və təqribən 10 il
gecikib. İstənilən halda orta və uzunmüddətli perspektivdə ölkəmizdə qarşıya
qoyulan məqsədlərə nail olmaq üçün lazım olan iqtisadi mühit və potensial
mövcuddur.
Dostları ilə paylaş: