Ⅱ FƏSİL. AZƏRBAYCANDA QEYRİ - NEFT SAHƏLƏRİNİN MÜASİR
İNKİŞAF VƏZİYYƏTİNİN SİSTEMLİ TƏHLİLİ VƏ
DƏYƏRLƏNDİRİLMƏSİ.
2.1. Qeyri-neft sahələrinin müasir inkişaf vəziyyətinin makroiqtisadi
xarakteristikası və onun dəyərləndirilməsi.
21-ci əsrin əvvəllərində Azərbaycan iqtisadiyyatında olan ən böyük problem
neftdən asılılıq dərəcəsinin həddən artıq olması və “Holland Sindromu” təhlükəsinin
yaranması məsələsi idi. Neftdən gələn gəlirlərin müəyyən müddət səmərəsiz istifadə
edilməsi belə bir halın ortaya çıxmasına səbəb olmuşdur. Misal üçün qeyd edək ki
,2005-2009-cu illər ərzində ÜDM-in artım tempinin yüksəlməsi və həcminin 4
dəfəyədək artması sadəcə olaraq dünya bazarında neft qiymətlərinin olduqca yüksək
olması və bununla əlaqədar olaraq ölkəyə gələn gəlirlərin çoxalması ilə bağlı
olmuşdur.
Artıq 15 ilə yaxın müddətdir ki Azərbaycan Respublikası prezidentinin uzaqgörən
siyasəti, hökümətin reallaşdırdığı tədbirlər, regional inkişaf proqramları, hüquqi
bazanın təkmilləşdirilməsi və başqa amillər öz nəticəsini tədricən göstərərək iqtisadi
sabitlik və yüksəlişə nail olmaqla yanaşı qeyri-neft sektorunun inkişafına, eləcədə
makroiqtisadi göstəricilərin nəzərəçarpacaq dərəcədə yüksəlməsinə səbəb olmuşdur.
Əvvəlcə qeyd edilən iqtisadi islahatların keçid dövrünün başa çatdığı dövrə qədər
ÜDM-ə və qeyri-neft sektorunun inkişafına olan müsbət təsirini qısaca şərh edək. Bu
dövrdə Aparılan düzgün, düşünülmüş və sistemli iqtisadi-sosial siyasət nəticəsində
ölkənin inkişafı dayanıqlı xarakter almışdır. 2010-2011-ci illərdə ÜDM-in artım
tempi əvvəlki illərə nisbətən 2 dəfədən çox artmışdır və məhz keçid dövrünün sona
çatdığı ildə qeyri-neft sahələrinin əsas makroiqtisadi xarakteristikası ondan ibarət
olmuşdur ki, artıq ÜDM-in tərkibində struktur dəyişiklikləri baş verərək neft sektoru
öz yerini tədricən qeyri-neft sektoruna verməyə başlamışdır. Xüsusilə 2011-ci ildə
qeyri-neft
sahələrinin
və
ölkə regionlarının inkişafında, iqtisadiyyatın
şaxələndirilməsində, investisiya, biznes, eləcə də sahibkarlıq mühitinin əlverişlilik
35
dərəcəsinin artırılmasında, regional infrastrukturun təkmilləşdirilməsində, beynəlxalq
əlaqələrin genişlənməsində və əhalinin həyat səviyyəsinin yüksəldilməsində xüsusi
nailiyyətlər əldə edilmişdir. Postneft erası dövrünün ssenarisinin yaranması dövründə,
daha doğrusu 2010-2011-ci illərdə qeyri-neft sektorunun ÜDM-dəki xüsusi çəkisi 45-
46 faiz təşkil etmişdir. Bizim tədqiqatımızın mühüm aspekti isə son 6 il ərzində
qeyri-neft sahələrinin inkişafının makroiqtisadi xarakteristikalarını təhlil etməkdən
ibarətdir.
2012-ci ildən sonra Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun ÜDM-dəki
xüsusi çəkisi artıq neft sektoruna(ənənəvi sektora) nəzərən daha çox paya sahib
olmağa başlamışdır ki bu halı müsbət bir irəliləyiş kimi xarakterizə etmək
mümkündür. Burada vacib olan nüanslar ondan ibarətdir ki, modern dövrdə
Azərbaycan iqtisadiyyatının neftdən asılılığının minimuma endirilməsi, iqtisadi
modernizasiya və sənayeləşmə siyasəti nəticəsində iqtisadiyyatda keyfiyyət
dəyişikliklərinin baş verməsi və ən əsası postneft dövrünə keçidin bünövrəsinin
qoyulması məsələsində atılan addımlar bu vaxtdan etibarən daha da
sürətləndirilmişdir.
2012-ci ildə ÜDM-in həcmi 2011-ci ilə nisbətən 2,23%, qeyri neft sektorunun artımı
isə əvvəlki ilə nəzərən təqribən 10%-ə qədər olmuşdur. Bu dövrdə ən maraqlı məqam
ondan ibarət idi ki, iqtisadiyyatın neft sektorunda geriləmə müşahidə olunmuşdur.
Bunun əsas səbəbi ölkəmizin qeyri-neft sahələrinin diversifikasiyasını ön plana
çəkməsi və neftdən gələn gəlirlərin qeyd edilən sektorun inkişafına yönəldilməsi
istiqamətində həyata keçirdiyi tədbirlərin özünü büruzə verməsi prosesi idi. 2012-ci
ildə Azərbaycan iqtisadiyyatının qeyri-neft sahələrində istehsal olunan əlavə dəyərin
miqdarı təxminən 28.573,8 milyon manat olmuşdur ki bunun da 56-57 %-i nəqliyyat
və rabitə, tikinti, ticarət və kənd təsərrüfatının payına düşmüşdür. Sənayenin qeyri-
neft bölməsində isə 6.601,3 milyon manat dəyərində istehsal olunan məhsul
ümumilikdə ölkə sənayesinin 5-də bir hissəsini təşkil etməklə yanaşı əvvəlki ilin
göstəricilərinə nisbətən 2,7% artımla qeyri-neft sektorunda xüsusi çəkiyə malik
36
olmuşdur. Aşağıdakı cədvəldə 2012-2017-ci illər, eləcə də 2018-ci ilin yanvar ayı
ərzində istehsal olunan ÜDM, neft və qeyri-neft məhsullarının həcmi, habelə adı
çəkilən sektorların ÜDM-dəki çəkisi əks olunmuşdur.
Cədvəl 2.1.
İqtisadiyyatda ÜDM-in, neft və qeyri-neft sektorlarının dəyəri(mln manatla) və bu
sektorların ÜDM-dəki çəkisi(%-lə).
2012
2013
2014
2015
2016
2017
2018(yanvar)
ÜDM(mi
lyon
manatla)
53.995,0
57.703,0
58.992,0
54.443,0
60.123,0
70.135,1
6.049,5
Neft
sektoru
25.520,1
25.043,8
23.006,4
22.263,2
20.441,9
26.090,8
2.770,7
Qeyri-
neft
sektoru
28.474,9
32.659,2
35.985,6
32.179,8
39.681,1
44.044,3
3.278,8
Neft
sektorunu
n ÜDM-
dəki
çəkisi(%-
lə)
47,3
43,4
39
37,3
34,3
37,2
45,8
Qeyri-
neft
sektorunu
n ÜDM-
dəki
çəkisi(%-
lə)
52,7
56,6
61
62,7
65,7
62,8
54,2
Qeyd: Cədvəl 2.1 ARDSK-nın statistik məlumatları əsasında magistrın özü
tərəfindən hazırlanmışdır.
Cədvəldən də göründüyü kimi, 2012-ci ildən 2014-cü ilədək qeyri neft sektorunun
sıçrayışlı artım tempi müşahidə olunmasına baxmayaraq, 2014-cü ildən etibarən həm
ÜDM-də, həm də iqtisadiyyatın neft və qeyri-neft sahələrində bunun əksi baş
vermişdir. Dünya bazarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi, qlobal
maliyyə böhranı və bu kimi xarici iqtisadi təhlükələr ölkə iqtisadiyyatına təsirsiz
ötüşə bilməzdi. Lakin istənilən halda bütün bu mənfi meyllərin təsirinin minimuma
endirilməsi istiqamətində atılan addımlar öz bəhrəsini verdi. 2013 və 2014-cü illərdə
37
qeyri-neft sahələrinin artım tempi əvvəlki dövrə nəzərən müvafiq olaraq 10,2 və 7,5
% olmuşdur. Diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, qeyri-neft
sektorunun həm özünün, həm də müxtəlif bölmələrinin ÜDM-dəki həcmi SSRİ
dağılmamışdan öncə Azərbaycan iqtisadiyyatı üçün xarakterik olan rəqəmlərlə
eyniləşməsidir. Aşağıdakı şəkildə neft və qeyri-neft sektorlarının ÜDM-dəki
çəkisinin 2012-2017-ci illər üzrə dəyişməsi əks etdirilmişdir.
Şəkil 2.1. Neft və qeyri-neft sektorunun ÜDM-dəki çəkisinin dəyişmə tempi.
Mənbə:
Azərbaycan
Respublikasının
İqtisadiyyat
Nazirliyi
(
www.economy.gov.az
)
2015-ci ildə 54,443 milyon manat dəyərində məhsul istehsal olunmuşdur ki, bu da
əvvəlki ilə nəzərən az olmaqla yanaşı, manatın devalvasiyası nəticəsində bir növ
bazar dəyərinin birdən-birə aşağı düşməsi ilə nəticələnmişdir. ÜDM-nin ümumi
həcmində geriləmə baş verməsinə rəğmən onun artım tempi 1,2% təşkil etmişdir.
2016-cı il isə əvvəlki ildə olduğu kimi ÜDM-in dəyişmə tendensiyası sabit qalaraq
həcminin bir qədər çoxalmasına gətirib çıxarmışdır. 2016-cı ilin üçüncü rübünün
yekunlarına əsasən qeyri-neft sahələrində istehsal olunan məhsulun bazar dəyəri 29
milyard manat olmuşdur və bu sektorun dəyişməsi hesabat ilinə nəzərən geriləmə ilə
2012
2013
2014
2015
2016
2017
Qeyri-neft sektoru
Neft sektoru
38
müşahidə olunmuşdur. Azərbaycan iqtisadiyyatının yeni bir inkişaf və yüksəliş
mərhələsi hesab edilən postneft erası dövründə qeyri-neft sektorunun əsas
makroiqtisadi xarakteristikası artıq qeyd edilən sektorun ÜDM-dəki xüsusi çəkisinin
yalnız kəmiyyət cəhətdən deyil, eləcə də keyfiyyət cəhətdən artması prosesinin
müşahidə olunmağa başlamasıdır. Neftdən sonrakı mərhələnin ikinci ilində, yəni
2017-ci ildə qeyri-neft sektorunda istehsal olunan məhsul 44 milyard manat
dəyərində olmaqla bərabər ÜDM-dəki xüsusi çəkisi 63 faizə qədər yüksəlmişdir.
Qeyd etmək lazımdır ki, 2017-ci ilin yekunları barədə statistik məlumatlara əsasən bu
ildə 2016-cı ilə nəzərən qeyri-neft sahələrində olan artım 12,5 % olmuşdur. 2017-ci il
Azərbaycan iqtisadiyyatında stabilləşmə və inkişaf, makroiqtisadi sabitlik, yeni
inkişaf mərhələsinin sütunlarının yaradılması və kompleks tədbirlərin həyata
keçirilməsi ili kimi xarakterizə edilir və bu heç də təsadüf deyil. Belə ki, bütün
bunların nəticəsində 2018-ci ilin yanvar ayında hesabat ilinin müvafiq dövrü ilə
müqayisədə ÜDM 2%, qeyri-neft sektoru 3,9%, adambaşına düşən ÜDM 1,1%,
qeyri-neft sənayesi isə 8,8 faiz artmışdır. Qeyd edilən mərhələdə ÜDM istehsalı
təqribən 6 milyard manat dəyərində olmuşdur ki, onun da 53 faizi qeyri-neft
sahələrinin payına düşür.
Qloballaşma tendensiyalarının müşahidə olunduğu şəraitdə iqtisadiyyatı güclü
inkişaf etmiş ölkələrin yürütdüyü iqtisadi siyasətin əsas faktorlarından biri də
müxtəlif sahələrə yatırılan əsas kapitalın həcmi və onun iqtisadi inkişafa verdiyi
töhfələr hesab olunur. Modern dünyada Azərbaycan Respublikası tərəfindən həyata
keçirilən iqtisadi tədbirlərin mühüm məqsədlərindən biri iqtisadiyyatın qeyri-neft
sektoruna xarici və daxili investisiyaların yönəldilməsi üçün əlverişli şərait
yaratmaqdır və bu tədbirlər artıq öz nəticəsini verməkdədir. Postneft dövründə
ölkəmizdə qeyri-neft sahələrinin inkişafının əsas makroiqtisadi xarakteristikalarından
biri də bu sektora yönəldilən investisiyaların illər üzrə dəyişməsidir. Aşağıdakı
cədvəldə 2012-2017-ci illər üzrə ümumilikdə iqtisadiyyata, eləcə də onun neft və
qeyri-neft bölmələri üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi
göstərilmişdir.
39
Cədvəl 2.2.
Azərbaycan iqtisadiyyatına, neft və qeyri-neft sektorları üzrə əsas kapitala
yönəldilən investisiyaların həcmi(mln manat) və həmin sektorlar üzrə çəkisi(%-lə).
2012
2013
2014
2015
2016
2017
İnvestisiyaların
həcmi(milyon
manatla)
15.338,5
17.872,1
17.615,8
15.957,0
14.903,4
15.550,8
Neft
sektoru
üzrə
3,648
4.824,8
5.964,2
7.160,7
8.617,4
8.448,6
Qeyri-neft
sektoru üzrə
11.690,5
13.047,3
11.651,6
8.796,3
6.286,0
7.102,2
Neft
sektoru
üzrə( %-lə)
23,8
26,9
33,9
44,9
57,8
54,3
Qeyri-neft
sektoru
üzrə(%-lə)
76,2
73,1
66,1
55,1
42,2
45,7
Dostları ilə paylaş: |