[ixdiyar], iştirak-[işdirak], məftil-[məfdil], taxta-[taxda] və s.
b)
Söz ortasında qoşa işlənən t samitlərindən ikincisi cingil-
tiləşir: əlbəttə-[əlbətdə], Fəttah-[fətda], hətta-[hətda], Səttar- [sətdar]
və s.
c)
t samiti sözün
sonunda tələffüzdən düşür; dost-[dos], neft-
[nef], resept-[resep], sərbəst-[sərbəs], manifest-[manifes] və s.
ç) son hecası st, ft, şt samitləri ilə bitən sözlərdən sonra samitlə
başlanan şəkilçi və ya söz gəldikdə həmin samitlərdən ikincisi düşür:
dostlar-[doslar],
sərbəstlik-[sərbəslik],
güzəştsiz-[güzəşsiz],
teştdə-[teşdə], üstdən-[üsdən], neftçi- [nefçi], növbətçi-[nö:bəçi],
xoşbəxt tələbə-[xoşbəx tələbə] və s.
Vurğulu qoşa samitlərdən sonra gələn bir sıra alınma
sözlərdə
samitlərdən biri tələffüzdən düşür, bəzi
şagird və tələbələr belə
sözlərin yazılışında həmin hərfi buraxırlar; attestat-[ates- tat],
akkord-[akord],
kollektiv-
[kalektiv],
effekt-[efekt],
korrektor-[karektor],
qrammatika-[qramatİka],
terror-[teror],
immunitet-[imunitet] və s.
iki kar samitlə bitən sözlərə samitlə başlanan şəkilçi artml- dıqda
həmin samitlərdən biri deyilmir. Bu tələffüz qaydasının təsiri altında
olan şagird və tələbələr yazıda da bu qayda ilə bağlı səhvə yol verir,
həmin hərfi yazmırlar.
Ümumiyyətlə, orfoqrafiya və orfoepiya qaydalanm düzgün
mənimsəməyən şagird və tələbələr kar samitləri
cingiltili samitlərlə
(astar-[asdar], şaftalı-[şafdalı]. Müşfiq-[müşvik], bitki-[- bitgi],
kəşfiyyat-[kəşviyat]), cingiltili samitləri də kar samitlərlə
(əhəng-[əhənk], avtomat-[aftamat], şübhəsiz-[şüphəsiz])
əvəz-
ləyirlər.
Dostları ilə paylaş: