Milli Kitabxana
174
EŞQ VƏ İNTİQAM
Beş pərdəli, yeddi şəkildə faciə
İŞTİRAK EDƏNLƏR
Ə l i m ə r d a n - quldur dəstəsinin atamanı.
İ b a d - onun yoldaşı.
P i r i b a b a - ovçu meşə qarovulçusu.
Y a s ə m ə n - Əlimərdanın arvadı.
X a l i s ə n ə n ə - Piri babanın arvadı.
Ç i n g i z - surətən Əlimərdanın oğlu,
Q ə m ə r - Əlimərdanın qızı.
C ə b i - Əlimərdanın nökəri.
Ş a h b a z b ə y - mülkədar bəy.
H ə c ə r x a n ı m - onun arvadı.
Ş ə m s i b ə y - onun oğlu
Z ö h r ə x a n ı m - onun qızı.
S ə f i b ə y - qəza naziri.
X a v ə r - xidmətci qız.
H e y d ə r q u l u -
}nökərlər
S ə f a
P r i s t a v.
S t r a j n i k l ə r.
BİRİNCİ PƏRDƏ
Səhnə meşə içində ağac çəpərlə hasarlanmış bir həyət göstərir. Həyətin sağ tərəfində Piri
babanın koması, sol tərəfdə meşə sahibi Həsənqulu ağanın ikimərtəbəli evi görünür,
Həyətde neçə yerdə skamyalar qoyulmuşdur. Yasəmən komanın onündə oturub özünü günə
verir. Yanında bir beşik. Pərdə qalxdıqda Piri baba çiynində tüfəng, əlində qırqovul daxil
olur.
P i r i b a b a. Yasəmən, gör sənə nə kök qırqovul ovlamışam.
Y a s ə m ə n. Ah, nə gözəl qırqovuldur.
P i r i b a b a. Qızım, gərək bu gün də durmayaydın. Özünü gözlə, yoxsa
üzülərsən.
Y a s ə m ə n. Baba, doğrudur, mən şəhərdə tərbiyə almışam, amma əslim
kürddür. Bizim arvadlar köç üstündə atdan düşüb, doğarlar, yenə
Milli Kitabxana
175
atı minib köçdən qalmazlar. Üç gün yatdığım kifayət edər. Ürəyim darıxdı, çıxdım
ki, özümü bir az havaya verim.
P i r i b a b a. Bəs, Xalisə haradadır?
Y a s ə m ə n. Xalisə nənə bulaqdan su gətirməyə, həm də çağanın əsgilərini
yumağa gedibdir.
P i r i b a b a. Topal gəlib çıxdımı?
Y a s ə m ə n. Xeyr.
P i r i b a b a. Görəsən, nə qəziyyə üz verdi ki, bu üç günün ərzində gəlib çıxa
bilmədi. (Tüfəngi ağacdan asıb Yasəmənin yanında oturur.) Yasəmən, Əlimərdanın
sədası bizim torpaqdan gəlir, görünür İrandan bu tərəfə keçmişdir.
Y a s ə m ə n. Ah, baba, bu nə ömürdür ki, mən sürürəm. Bu gün tamam yeddi
aydır ki, Əlimərdan məni burada qoyub özü qaçaq olmuşdur. Bu uzun müddətdə nə
gecə, nə gündüz xəyalımdan, ürəyimdən sevgili ərim çıxmır. (Ağlayır.)
P i r i b a b a. Yasəmən, səbir et, naşükür olma. Allaha dua et, ürəyin təsəlli
tapsın. Bu bəlalar, bu cəfalar ki, sən çəkirsən, hamısı Əlimərdanın ucundandır.
Rəhmətlik qardaşımın cəmi xasiyyəti oğlu Əlimərdana keçmişdir. Atası kimi
təkəbbürlü, kinli, höcət, qoçaq bir dəliqanlıdır. Hansı bir rəiyyət qızının irz-
namusuna ağaları toxunmamışdır?
Ya s ə m ə n. Allah o ağaları dünya üzündən məhv edəydi, ta bizlər də rahat
gün görəydik.
P i r i b a b a. Nə etməli, qızım, dünya belə gəlib, belə də gedəcəkdir. Qüvvətli
zəifi basacaq, əzəcək, zalım məzlumu incidəcək, məhv edəcək, dövlətli kasıbı
sıxacaq, boğacaqdır. Qızım, bunlar tək insanda deyil, heyvanda da belədir. Tamam
qırx ildir ki, mən bu meşədə ömür sürürəm. Bu bağlarda ov edirəm. Hər bir
heyvanın, quşun, həşəratın yaşayışına diqqət etmişəm. Bir də görürsən, bir tərlan
kəklik ovlayıb qaya başında yeməyə məşğuldur. Qəflətən ondan qüvvətli bir şahin
ildırım kimi şığıdı, onun əlindən aldı, havaya qalxdı. Bax, böcəkləri qurbağalar,
onlan ilanlar, ilanları da kirpilər yeyib tələf edirlər.
Y a s ə m ə n. Baba, onlar heyvandır, anlamır, ağılları yoxdur. Bəs bu insanlar
nə üçün bir-birlərini qırırlar?
P i r i b a b a. Qızım, biri dövlət üstə, biri şöhrət üstə, biri tamah üstə, səbəbləri
çoxdur. Mənim qardaşım oğlu Əlimərdan da qeyrət, namus üstə. Mənim
nəsihətimə qulaq asmadı, dedi gərək Şahbaz