22.PK-da ünvanlaşdırma
Hər bir modula ayrılan baytların sayı modulun tipindən asılıdır. Məsələn: 8, 16, 32 və 64 girişli diskret siqnalları daxil edən hər bir modula uyğun olaraq 1, 2, 4 və 8 bayt; 8, 16, 32 və 64 çıxışlı diskret siqnalları obyektə verən hər bir modula uyğun olaraq 1, 2, 4 və 8 bayt;və.s. Hər bir modula ayırılan baytların birincisinin yaddaşdakı mütləq nömrəsi modulun başlanğıc ünvanı adlanır və konfiqurasiya cədvəlində verilir.Prosesin surətlər cədvəllərində surəti olmayan modullara birbaşa müraciət edilir.Prosesin surətlər cədvəllərində surəti olan qurğulara isə iki üsulla müraciət etmək olar: birbaşa müraciət; onların surətlərindən istifadə etməklə müraciət.Birbaşa müraciət zamanı CPU-nun məlumatı təzələməsini gözləmədən qurğunun özündən məlumat götürülür və ya ona məlumat ötürülür.
Surətlər cədvəlində surəti olan qurğularla onların sürətləri ilə işlənməsi daha məqsədə uyğundur. Belə iş rejimi həm məlumatın qəbulu və ötürülmə vaxtını qısaldır, həm də real sistem mövcud olmadıqda belə layihə üzərində idarəetmə sistemini simulyasiya etməyə imkan verir.Diskret siqnalları qəbul edən və obyektə verən qurğular onların surətlərindən istifadə etməklə uyğun olaraq Im.n və Qm.n kimi ünvanlaşdırılır: m – ikimövqeli verici və ya icra mexanizminin qoşulduğu qurğuya ayırılmış baytın nömrəsi, n – həmin baytda verici və ya İM-nə uyğun bitin nömrəsidir. Şəkil 1 –də giriş və çıxış modullarının qoşulma sxeminin nümunəsi verilmişdir:
ikivəziyyətli na K kontaktı başlanığıc ünvanı 4-cü bayt olan DI16 tipli diskret siqnal qəbuledicisinin 11-ci girişinə qoşulmuşdur. Həmin qurğuya PGSC-də iki bayt ayırılmışdır və onların nömrələri 4 və 5-dir. DI16 qurğusunun 1-8-ci girişlərindən daxil olan ikilik (0 və ya 1) məlumat 4 nömrəli bayta, 9-16-cı girişlərindən daxil olan ikilik məlumat isə 5 nömrəli bayta yazılır. Beləliklə, K kontaktından qəbul edilən siqnal 5-ci baytın 2-ci bitində yerləşir və işçi proqramda həmin kontakt I5.2 kimi ünvanlaşdırılır;
- L lampası başlanığıc ünvanı 12-ci bayt olan DO16 tipli diskret çıxış modulunun 4-cü çıxışına qoşulmuşdur. Həmin lampa Q12.3 kimi ünvanlaşdırılır.
-Belə ünvanlaşdırma mütləq ünvanlaşdırma adlanır. Odur ki, simvolik (nisbi) ünvanlaşdırmadan istifadə etmək məqsədəuyğundur.
Şəkil 2.14
Dostları ilə paylaş: |