Sumqayit döVLƏt universiteti


PK-da nişan (label) və keçidlər



Yüklə 1,85 Mb.
səhifə37/75
tarix01.01.2022
ölçüsü1,85 Mb.
#50560
növüQaydalar
1   ...   33   34   35   36   37   38   39   40   ...   75
PMK.İmtahan sualları və cavabları 2021

29.PK-da nişan (label) və keçidlər

Proqramın icrasının təbii ardıcıllığını pozaraq bir nöqtəsindən digər nöqtəsinə keçmək üçün nişan və keçid bloklarından (əmrlərindən) istifadə edilir. Nişan, keçid ediləcək nöqtəyə verilmiş latın əlifbasının hərflə­rindən və rəqəmlərdən ibarət addır. Məsələn: alfa, kec1, a5b2 və s. Nişan hərflə başlamalıdır və maksimum 4 hərf və rəqəmdən ibarət ola bilər. Nişan və keçid blokları avadanlıqlar katalo­qunun Jumps qovluğunda yerləşir.



JMP blokunun girişinə “1” verdikdə, JMPN isə girişinə “0” verdikdə uyğun nişan üzrə keçid edir. Şəkil 2.22-də keçidlərə aid misala baxılmışdır: I124.1 kontaktı qapandıqda aa23 nişanına, əks təqdirdə Network 2-yə keçid edilir; I124.2kontaktı açıq olduqda kec nişanına, əks təqdirdə Network 3-ə keçid edilir; I124.3 kontaktı qapan­dıqda Q125.0 çıxışı işləyir və Network 4-ə keçid edilir; Network 4-dən isə bash nişanına (Network 1) keçid edilir; I124.5 kontaktı qapan­dıqda Q125.1 çıxışı işləyir və dövr üzrə Network 1-dən təkrarən əməliyyatlar davam etdirilir.

Misaldan göründüyü kimi JMP həm şərti, həm də şərtsiz keçid etməyə imkan verir. STL –də onların kodu fərqlidir: şərti JMP-ın kodu JC, şərtsiz JMP-ın kodu isə JU kimidir (şəkildə STL sütununa diqqət yetir). Qeyd etmək lazımdır ki, keçidlər yanız irəliyə edilə bilər.




Şəkil 2.22




Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin