Sumqayit döVLƏt universiteti


PK-da funksional blok (FB)



Yüklə 1,85 Mb.
səhifə35/75
tarix01.01.2022
ölçüsü1,85 Mb.
#50560
növüQaydalar
1   ...   31   32   33   34   35   36   37   38   ...   75
PMK.İmtahan sualları və cavabları 2021

27.PK-da funksional blok (FB)

PK-nın proqramlaşdırılması zamanı təşkilati blok (OB), funksional blok (FB), funksiya ( FC), kəmiyyətlər bloku (DB) tipli bloklardan istifadə edilə bilər.



Funksional blok (FB) altproq­ramla­rın və ya əsas proqramın müəyyən funksional hissəsinin yaradılması üçündür.Təkrar­lanan əməliyyatların bir dəfə proqramlaşdırılıb, istənilən qədər təkrar istifadə etmək məqsədilə istifadə ounur. FB əsas proqram (OB1) və ya digər OB, FC və FB tərəfindən çağırıla bilər. Bu zaman çağıran proqram çağırdığı altproqramın hesa­batına lazım olan kəmiyyətləri ona ötürür və hesabatın nəti­cəsini ondan qəbul edir.FB-də isə DB nüsxəsi adlanan yaddaş vardır.Funksional blok (FB) ilə onları çağıran proqram arasında mübadilə bilavasitə faktik-formal parametrlər vasitəsilə aparılır. Çağıran proqram tərəfindən ötürülən və qəbul edilən kəmiyyətlər faktik parametrlər,funksional blokda (FB) istifadə edilən dəyişənlər formal parametrlər adlanır.FB çağırılarkən faktik parametrlər uyğun formal parametr­lərə mənimsədilir.FB ilə misal həllinə baxaq. Fərz edək ki, əsas proqramda və ifadələri üzrə hesabat aparmaq lazımdır. Fun­k­siya kimi təşkil edilir.

Funksional blokun (FB) DB nüsxəsi adlanan yaddaşı vardır. Bu və ya digər funksiya bloku (FB) proq­ram xəttində yer­ləş­dirildikdə həmin blok üzərində ??? işa­rəsi peyda olur. Hər bir DB nüsxəsi yalnız eyni FB ilə bir və ya bir neçə dəfə əlaqədə ola bilər.FB çağırılarkən faktik parametr­lərin qiyməti uyğun formal parametrlərə mənimsədilir və DB nüsxəsində yadda saxlanılır. Onları yalnız proqram icra olunarkən uyğun DB nüsxəsini ekrana gətirib düyməsini tıqladıqdan sonra görmək olar. Əgər FB çağırılarkən giriş faktik parametrləri verilməzsə, onda uyğun DB nüsxəsindəki əvvəlki qiymətdən istfadə edilir. Yuxarıda baxılan misalın FB ilə həllinə şəkil 1 a,b,c –də baxaq.

Formal parametrlər funksiya blokunda (FB) lokal dəyişənlər, faktik parametrlər isə çağıran proqramda lokal dəyişənlər və ya sabitlər kimi təyin edilir. Lokal dəyişənlər giriş (İN), çıxış (OUT), qarışıq (İN_OUT) və müvəqqəti (TEMP) tipli olurlar. İN tipli dəyişənlərdən məlu­ma­tı yalnız qəbul etmək, OUT tipli dəyişənlərə yalnız yazmaq, İN_OUT tipli dəyi­şənlərdən isə həm qəbul etmək, həm də yazmaq olar. İN, OUT və İN_OUT tiplilər formal parametrlər kimi, TEMP tiplilər isə blok daxili istifadə üçündür.

Şəkil 1



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin