Sumqayit döVLƏt universiteti



Yüklə 1,85 Mb.
səhifə51/75
tarix01.01.2022
ölçüsü1,85 Mb.
#50560
növüQaydalar
1   ...   47   48   49   50   51   52   53   54   ...   75
PMK.İmtahan sualları və cavabları 2021

40.ARÇ və RAÇ-ın sazlanması

PK-nın tərkibinə daxil olan ARÇ bir neçə tip analoq giriş siqnalını qəbul, RAÇ isə iki növ analoq çıxış siqnalını hasil edə bilirlər. Prosesin idarə olunmasında istifadə edilən hər bir ARÇ və RAÇ həmin siqnallara sazlanmalıdır, yəni ARÇ-nin hər bir girişi ona qoşulacaq (və ya qoşulmuş) vericiyə (giriş siqnalının tipinə) və RAÇ-ın hər bir çıxışı uyğun icra orqanının giriş siqnalına uyğunlaşdırılmalıdır.

ARÇ-nin sazlanması üçün dayaqda və ya kon­fiqu­rasiya cədvəlində ona aid sətir üzərində 2 dəfə tıklandıqda açılan sazlama pəncərəsində İnputs tıklanır. Açılmış yeni pən­cərədə Measuning tipe (girişin tipi) sözləri qarşısındakı sazlanan giriş və ya girişlər qrupuna uyğun kiçik çərçivə üzərində tıklandıqda həmin ARÇ-nin işləyə biləcəyi giriş siqnallarının siyahısı verilir. Həmin siyahıdan lazım olan tip seçilir və onun üzərində tıklanır. Seçilmiş tipin dəyişmə həddini vermək üçün Measuning range (girişin dəyişmə həddi) sözləri qarşısındakı sazlanan giriş və ya girişlər qrupuna uyğun kiçik çərçivə üzərində tıklandıqda siqnalın mümkün dəyişmə hədləri­nin siyahısı verilir. Həmin siyahıdan lazım olan seçilir və tıklanır. Bu əməliyyat ARÇ-nin lazım olan hər bir girişi və ya girişlər qrupu üçün yerinə yetirildikdən sonra OK tıklanaraq sazlama başa çatmış olur. ARÇ-nin sazlanması həm də fiziki olaraq, yəni modulun özündə də aparılmalıdır. Bu məqsədlə moduldakı çevirgəclərdən istifadə edilir.

RAÇ-ın sazlanması üçün dayaqda və ya konfi­qurasiya cəd­və­­lində ona aid sətir üzərində iki dəfə tıklandıqda açılan sazlama pəncərsində Ouputs tıklanır. Açılmış yeni pəncərədə Tipe of Output (çıxışın tipi) sözləri qarşısındakı sazlanan çıxış və ya çıxışlar qrupuna uyğun kiçik çərçivə üzərində tıklandıqda həmin RAÇ-ın işləyə biləcəyi çıxış siqnallarının siyahısı verilir. Həmin siyahıdan lazım olan tip seçilir, onun üzərində tıklanır. Seçilmiş tipin dəyişmə həddini vermək üçün Output range (çıxışın dəyişmə həddi) sözləri qarşısındakı sazlanan çıxış və ya çıxışlar qrupuna uyğun kiçik çərçivə tıklandıqda siqnalın mümkün dəyişmə hədlərinin siyahısı verilir. Həmin siyahıdan lazım olan seçilir və tıklanır. Bu əməliyyat RAÇ-ın lazım olan hər bir çıxışı və ya çıxışlar qrupu üçün yerinə yetirildikdən sonra OK tıklanraq sazlama başa çatmış olur.

Məlum olduğu kimi kontrollerin avadanlıqlar katalounda müstəqil ARÇ və RAÇ-dan başqa hər ikisinin funksiyasını yerinə yetirən ARÇ/RAÇ kimi kombinə edilmiş modullar da vardır. Dayaqda və ya konfiqurasiya cədvəlində ona aid sətir üzərində 2 dəfə tıklandıqda açılan sazlama pəncə­rsində girişləri sazlamaq üçün İnputs, çıxışları sazlamaq üçün isə Ouputs tıklanır. Digər əməliyyatlar ARÇ və/və ya RAÇ-ın sazlanmasında olduğu kimi aparılır.


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin