Sumqayit döVLƏt universiteti


TİA-da şəbəkənin yaradılması



Yüklə 1,85 Mb.
səhifə68/75
tarix01.01.2022
ölçüsü1,85 Mb.
#50560
növüQaydalar
1   ...   64   65   66   67   68   69   70   71   ...   75
PMK.İmtahan sualları və cavabları 2021

53.TİA-da şəbəkənin yaradılması

İkinci fəsildə baxılan kontrollerin konfiqurasiyası və proq­ram­laş­dırılması, üçüncü fəsildə isə idarəetmənin vizuallaş­dı­rıl­ması uyğun olaraq hər biri müstəqil olan Step7 və WinCC Flexible proqram paketləri ilə yerinə yetirilir və onlar xarici Teglər vasitəsilə əlaqələndirilirdi.

TİA – kompleks avtomat­laş­dırma proqram paketi isə Step7 və WinCC Flexible paketlərini vahid paket halında birləşdirmişdir. TİA əlavə imkanlara malik olmaqla yanaşı idarəetmə sisteminin layi­hələndirilməsini müəyyən qədər asanlaşdırır.

Step7 və WinCC Flexible paketləri isə yalnız S7-300 və S7-400 kontrollerlərinin tətbiqi ilə idarəetmə sistemini qurmağa imkan verdikləri halda, TİA paketi Simatic tipli bütün kontrollerlərin – S7-300, S7-400, S7-1200 və S7-1500 vasitəsilə idarəetmə sistemini layihələndirməyə imkan verir.

Deyilənləri nəzərə alaraq hazırda texnoloji proseslərin avtomatlaşdırılmasının layihələndirilməsi əsasən TİA paketi ilə həyata keçirilir.

Yeni layihənin yaradılması üçün Create new project düyməsi sıxırıq.Həmin pəncərədə yeni layihənin adı Project name qarşısında yazılır (nümunədə Yeni_layihe adı verilmişdir) və Create düyməsini sıxırıq.Həmin pəncərənin sol və ya sağ tərəfində Devices & networks tıklıyırıq.

Bu pəncərədə Configure networks düyməsi sıxılaraq şəbəkə yaratma pəncərəsi açılır. Bu pəncərənin sağ tərəfində avadanlıqlar kataloqundan Controllers bölməsindən zəruri olan controllerin tipi (S7-300, S7-400, S7-1200 və ya S7-1500) seçilir. Seçilmiş controllerin arzu olunan mərkəzi prosessoru (CPU), HMİ bölməsindən isə zəruri oprator paneli seçilərək tıklanır. Seçilmiş kontroller və operator paneli pəncərənin orta hissəsində yerləşdirildikdən sonra Mousun sol düyməsi ilə onların qırmızı rəngli kiçik kvadratları birləşdirilərək şəbəkə yaradılır


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin