54.TİA-da kontrollerin konfiqurasiyası
Şəbəkə yaradıldıqdan sonra ona daxil edilmiş kontroller(lər)in konfiqurasiyası yerinə yetirilir. Bunun üçün ekranın sol tərəfində konfiqurasiya ediləcək kontrollerin qarşısındakı işarəsi tıklanaraq kontrollerə aid tərkib açılır.Açılmış hissədə Device configur... üzərində iki dəfə tıklandıqda pəncərənin orta hissəsində dayaq və onun üzərində mərkəzi prosessor, pəncərənin sağ tərəfində isə avadanlıqlar kataloqu peyda olur. Oradan zəruri avadanlıqlar dayaq üzərinə gətirilir. Konfiqurasiya nəticəsində kontrollerin tərkibinə daxil edilmiş modulların tipləri onların üzərində sistem tərəfindən qeyd edilir. Modulların ünvanlarını görmək üçün kontrollerin konfiqurasiya şəklinin aşağısındakı işarəni tıklamaq lazımdır.
Qeyd etdiyim tip kontrollerlərin konfiqurasiya qaydaları eynidir. Yalnız, S7-1200 tipli kontrollerin konfiqurasiyasında fərqlər aşağıdakılardır:
qida bloku dayaqda deyil, mərkəzi prosessorun üzərində yerləşdirilirir;
mərkəzi prosessorun sağ tərəfində (istifadəçiyə nəzərən) yalnız iki ədəd siqnal modulu, ön tərəfində isə bir ədəd sqnal lövhəsi (SB) yerləşə bilər.
- mərkəzi prosessorun sol tərəfində (istifadəçiyə nəzərən) yalnız üç ədəd komunikasiya qurğuları – profibus, AS-interfeys, telemexanika və ya “nöqtə-nöqtə” əlaqə gurğuları ola bilər.
S7-1500 tipli kontrollerlərin yalnız 31 modul yerləşə bilən bir dayağı vardır.
Şəbəkə və ya yalnız kontroller konfiqurasiya edildikdən sonra layihə tıklanmaqla yadda saxlanılır.
Dostları ilə paylaş: |