Funksional blokların yaradılması üçün FB, funksiya blokunun yaradılması üçün FC və kəmiyyətlər blokunun yaradılması üşün DB sıxılır.Bu blokların nömrələri avtomatik olaraq və ya proqramçı tərəfindən təyin edilə bilər. Bu və ya digər blok təyin edildikdən sonra həmin pəncərədə proqramlaşdırma dili (LAD, FBD, STL və ya SCL) seçilir və OK düyməsi sıxılır. Bu zaman yaradılan blok uyğun kontrollerin Program blocks bölməsinə daxil edilir. Eyni zamanda DB bloku yaradıldıqda isə kəmiyyətlər yaratma cədvəli (Şəkil 1), OB, FB və FC blokları yaradıldıqda onların proqramlaşdırma pəncərəsi ekrana gəlir.
Şəkil 1
DB blokunda dəyişənlərin adları, tipləri və başlanığıc qiymətləri təyin edilir.
Proqramlaşdırma pəncərəsində lokal dəyişənlər cədvəli işarələrindən istifadə etməklə açılır və ya yığılır. Hər hansı blokun proqramı tərtib edilməzdən əvvəl onun lokal dəyişənləri təyin edilməlidir.
Dostları ilə paylaş: |