57.TİA-nın proqram elementləri
TİA-də proqram elementləri ekranın sağ tərəfində 5 bölmədən ibarət İnstructions pəncərəsində yerləşir.
ibarət tez-tez istifadə edilən elementlər Favorites bölməsində, sayğaclar, taymerlər, komparatorlar, məntiq elementləri, riyazi funksiyalar və s. Basic instructions bölməsində, Scale və Unscale blokları həmin bölmənin Conversion operations qovluğunda, PİD tənzimləyicilər Technology bölməsidə yerləşir.
Komparatorlar CMP==, CMP<>, CMP<=, CMP>=, CMP< və CMP> bloklarından ibarət olub işarələri şəkil 1 a-dakı kimidir.
Şəkil 1 a,b
Şəkildə CMP>= bloku verilmişdir: blokun üst və altındakı ??? işarələrin yerində müqayisə olunan kəmiyyətlər yazılır. Ortadakı ??? işarənin yerində isə müqayisə edən blokun tipi (Real, İnt, Dint) ilk yazılan kəmiyyətin tipinə görə avtomatik olaraq təyin edilir. Əgər müqayisə şərti ödənərsə, onda blokun çıxışında “1” qiymət alınır. Şəkil 1b-də x 5.0 şərtini yoxlayan blok verilmişdir: x 5.0 şərti ödəndikdə Q1.3 diskret çıxışına qoşulmuş lampa yanacaqdır.
Hesab blokları ADD (toplama), SUB(çıxma), MUL(vurma) və DİV(bölmə) əməllərini yerinə yetirən bloklardan ibarətdir. Şəkil 2-də həmin blokların işarələri verikmişdir.
Şəkil 2
Blokların tipi (Real, İnt, Dint) onların girişlərinə və ya çıxışlarına ilk yazılan operandın tipi ilə avtomatik təyin edilərək ??? işarəsinin yerinə yazılır.
Riyazi funksiya blokları yalnız həqiqi ədədlər (Real) üzərində əməliyyat aparırlar.
Digər proqram elementlərinin işarələri və proqramlaşdırma qaydaları ikinci fəsildə olduğu kimidir. Tərtib edilmiş proqramı simulyasiya etmək üçün sol pəncərədə (Şəkil 3) PLC _1 tıklanaraq qeyd edildikdən sonra ekranın yuxarısında düyməsi tıklanır və ekrana çıxan pəncərədə “OK” düyməsi sıxılır.
Şəkil 3
Bundan sonra avtomatik olaraq əvvəlcə simulyator yüklənir, sonra isə simulyatora zəruri məlumatlar (konfiqurasiya məlumatı və proqram modulları) yüklənir. Ekrana çıxan pəncərədə “Load” düyməsini sıxdıqdan sonra simulyator Run-P rejiminə keçirilir. Proqramın işinin gedişini izləmək üçün (eynək) düyməsini tıklamaq lazımdır. Normalda Program blocks açıq olarsa bütün proqram modullarının sağ tərəfində yaşıl rəngli dairələr olur. Hər hansı bir dairə yaşıl deyilsə, deməli uyğun modulda dəyişiklik edilmiş və ya səhv vardır. Səhvi düzəltdikdən və ya zəruri dəyişiklikləri etdikdən sonra rəngi yaşıl olmayan proqram modulları tək-tək qeyd edilir və hər dəfə düyməsi sıxılaraq o, yenidən simulyatora yüklənir. Ekrana çıxan pəncərədə “Load” düyməsi, pəncərə bağlanmadıqda (bu hal iki və daha çox modulda düzəlişlər edildikdə alınır) “Finish” düyməsi də tıklanır.
Dostları ilə paylaş: |