Sumqayıt-2014 Məsləhətçi: Osman Musayev



Yüklə 4,61 Mb.
səhifə1/14
tarix09.03.2017
ölçüsü4,61 Mb.
#10792
  1   2   3   4   5   6   7   8   9   ...   14
GÜLƏMAİL MURAD

DAĞLARDA ŞƏHİD

SƏSİ


Sumqayıt-2014

Məsləhətçi: Osman Musayev

Atatürk Mərkəzinin direktor müavini,

«Dəli Kür» qəzetinin baş redaktoru.
Redaktor: Öttərxan Eltac

Şair-jurnalist


Korrektor: Arifə Alıyeva

GÜLƏMAİL MURAD

DAĞLARDA ŞƏHİD SƏSİ

Bu kitabda mən iki obraz gördüm. Bir ana - qadın olan Güləmail, bir də şair səciyyəsi olan şair Güləmail Murad. Hər ikisi yüksək vətəndaş duyğusu ilə bir-birini tamamlayır. Bir-birinə arxa, dayaq olur.

İnanırıq ki, ədəbi, bədii, avtobioqrafik, tarixi, sənədli səciyyə daşıyan bu kitab orta məktəblərimiz və digər təhsil müəssisələrimiz üçün çox vacib əyani vəsait olacaq.

Sumqayıt, “Bilik” nəşriyyatı, 2014, 168 səh.


Bilik” nəşriyyatı, 2014

UĞUR HƏYATIN NƏŞƏSİDİR
İSAYEVA GÜLƏMAİL NOVRUZƏLİ QIZI

(GÜLƏMAİL MURAD)
Ağstafa rayonunun (keçmiş Qazax) Sadıqlı kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Neft-Kimya İnstitutunu (İndiki Azərbaycan Dövlət Neft Akademiyası) bitirib. Ali dərəcəli mühəndis-müəllimdir. Hal-hazırda Bakı Dövlət Neft-Energetika Kollecində mühəndis-müəllim işləyir.

“Güldüm göynəyə-göynəyə, “Sənli - sənsiz”, “Gecələr ulduzlar üstümə tökülür”, “Qarabağ harayı”, “Anasızlıq fəryadı”, “Qələmim əlimdə lələkdən idi”, “Yazmadıqlarım qapımı döyür”, “Vətən sağ olsun”, “Balaca müdrik”, “Sevgi dastanı” və “Dostluq Körpüsü” şeir, hekayə, esse kitablarının müəllifidir. Şeirləri bir neçə dilə tərcümə edilməklə yanaşı, musiqi də bəstələnib. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin, Respublika Qadınlar və Dünya Türk Qadınlar Cəmiyyətinin üzvüdür. Güləmail Murad Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin İdarə Heyətinə üzv və Qadınlar Şurasına sədr müavini seçilib (2007).

İİR Mədəniyyət Mərkəzinin “İmam Rzanın doğum günü və Həzrəti Məsumə” ilə bağlı Urmiyada keçirilən Beynəlxalq şeir müsabiqəsinin qalibi olaraq Fəxri diploma layiq görülüb (2007).

2006-cı ildə “Sənli - sənsiz” şeir kitabı ilin “Lirika kitabı” Fəxri diplomuna layiq görülüb. 2009-cu ildə “Oskar-Ozan” Mükafatı Fəxri Diplomu ilə təltif edilib. 2010-cu ildə Türkiyədə, Əskişəhərdəki Şairlər Dərnəyinin “Onur Belgesi” diplomuna sahib olub, Misir Mədəniyyət Mərkəzi tərəfindən “Təşəkkürnamə” və “Fəxri fərman”la təltif edilib.

Gürcüstanın Qardabani şəhərindəki 3 saylı ictimai məktəb tərəfindən (2011) və eləcə də, Ağstafa rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən “Fəxri Fərman”a layiq görülüb (2012).

“Əliağa Şıxlınski”, “Cəfər Cabbarlı”, “İti qələm”, “Borçalı” və “Zirvə” ziyalılar təşkilatının “Vicdanlı qələm”, “Məhsəti”, “Qaratel”, “İsmət”, “Əsrin ziyalıları”, “Vətən Naminə” kimi müxtəlif fəxri diplomlara, mükafatlara və təşəkkürnamələrə layiq görülüb. “Məhsəti”, “Məcməüş-şüəra”, “Vahid” ədəbi məcli-sinin və “Bura Vətəndir” cəmiyyətinin üzvüdür. Şairə Güləmail Murad Azərbaycan Sərhəd Mühafizəsinin 93-cü ildönümünə həsr olunmuş müsabiqənin bədii-ədəbiyyat nominasiyasında 2-ci yeri tutaraq Fəxri diplomla təltif olunub. 2013-cü ilin may ayında şairəyə Beynəlxalq “Rəsul Rza” ədəbi mükafatı verilib. Azərbaycanın Milli Qəhrəmanı Rafiq Alıcanova həsr edilmiş “Vətən sağ olsun” kitabına görə isə, H.B.Zərdabi mükafatına layiq görülüb.

Prezident təqaüdçüsüdür.

BİR DAMLA GÖZ YAŞI
Oxucum bilirmi nələr gizlənib

Gözümdən süzülən bir damla yaşda.

Qəm-qüssə gizlənib, kədər gizlənib,

Gözümdən süzülən bir damla yaşda.


Bütöv Azərbaycan hicranı vardır

Yaralı Qarabağ məkanı vardır,

Şəhid oğulların fəğanı vardır,

Gözümdən süzülən bir damla yaşda.


Haqsız adamların haqsız savaşı

Didərgin kəslərin necə təlaşı

Yetim balaların gözünün yaşı

Gözümdən süzülən bir damla yaşda.


Nisgilli eşqimin hekayəti var

Həsrətli çağların məlaməti var

Yaralı qəlbimin şikayəti var

Gözümdən süzülən bir damla yaşda.


Qəlbimdə qəm, sevinc təndi, gəl ayır

Qələbə müjdəsi yerində sayır

Güləmail Vətən dərdi yaşayır

Gözümdən süzülən bir damla yaşda.

YAZILMAYAN ƏSƏRİMİ YAZ, QƏLƏM!
Güləmail Muradın “Dağlarda şəhid səsi”

kitabına ön söz
Güləmail Murad imzası geniş oxucu kütləsinə yaxşı tanışdır. Mən də uzun illərdir onu tanıyır, dövrü mətbuatda şeirlərini maraqla izləyirəm.

Bir neçə gün öncə mənə verdiyi “Dağlarda şəhid səsi” kitabının əlyazmasını oxudum və qənaətim bu oldu ki, doğrudan da, Güləmail Murad vətəndaş şairdir. O bir ana kimi, bir Azərbaycan qadını kimi öz duyğu və düşüncələrini şair təxəyyülünün süzgəcindən keçirərək, onu ədəbiyyat materialına çevirə bilir. Bu kitabda mən iki obraz gördüm. Bir ana, qadın olan Güləmail, bir də şair səciyyəsi olan şair Güləmail Murad. Hər ikisi yüksək vətəndaş duyğusu ilə bir-birini tamamlayır. Bir-birinə arxa, dayaq olur. Şəhidlərimizi ağlayan Güləmail, nəticədə şəhidlərimiz üçün gözəl şeirlər, poemalar, esselər, hekayələr yazan və onların adlarını ədəbiyyatda əbədiləşdirən şair Güləmail Murada çevrilir.

Bu kitab təkcə şeir kitabı deyil. Ədəbi, bədii, avtobioqrafik, tarixi, sənədli səciyyə daşıyan bu kitab orta məktəblərimiz və digər təhsil müəssisələrimiz üçün çox vacib əyani vəsait ola bilər. Burada təkcə söhbət Güləmailin kəndi Ağstafa rayonu Sadıqlı kəndinin 10 şəhidindən getmir. Burada əsas məsələ müharibənin və şəhidin fəlsəfəsidir. Şairin dünyaya yeni baxışıdır. Baxın, Sadıqlı kəndinin şəhidlərinə. Düz 10 nəfərdir.

Bayramov Rəhman Dursun oğlu

Bayramov Habil Şahvələd oğlu

İbrahimov Nazim Tofiq oğlu

Xələfov Qərib Telman oğlu

Məmmədov Məmməd Qara oğlu

Nuriyev Zabit Şamil oğlu

Ramizov Məcid Binəli oğlu

Əhmədov Əhməd Paşa oğlu

Əfəndiyev Mahir Əhməd oğlu

Omarov Ariz Nəriman oğlu
Güləmail Murad kitabda şəhidlərin tərcümeyi- halını yazmaqla yanaşı, həmçinin onların hər birinə şeir həsr eləyib. Onların həm tarixi, həm də bədii obrazını yaradıb. Məncə, hər bir yazıçı, qələm adamı öz kəndinin, bölgəsinin şəhid tarixini yazmalıdır və onların adları fiziki coğrafiyadan öncə, ədəbiyyat sahəsində əbədiləşməlidir. Güləmail Murad təkcə Sadıqlı kəndinin şəhidləri ilə kifayətlənməyib, o həm də Azərbaycanımızın digər bölgələrindən olan şəhidlərin nakam taleyini yazıçı ustalığı ilə qələmə alıb.

Güləmail Murad deyir: “Şəhidlərin hamısı eyni yaşdadır”. Kitabın əsas ideyası kimi səslənən bu fikir özündə çox böyük mətləbləri ehtiva edir. Dəxli yoxdur, şəhid 20–ci əsrin əvvəlində və ya sonundadır. Babəkin dövründədir və ya 21-ci əsrin əvvəlində. Fərqi yoxdur, şəhid həmişə şəhiddi, şəhidin köhnəsi və yenisi yoxdur.

Ona görə də Güləmail Murad Azərbaycanın başına gətirilən bəlaları təkcə yaxın keçmişlə bağlamır. O tarxin dərinliklərinə səyahət edir. Bu günü keçmişlə bağlayır. Bu gün keçmişin üzərində bərqərar olur. Şairin aşağıdakı iki misrasını kitabın proloquna bənzətmək olar.
Fərrux dağından

Yol alıb yola düzəldim...


Fərrux dağından yol başlayan şair Babək dövrünə qədər gedib çıxır. Kitab da Azərbaycan xalqının mübarizə tarixini sərgiləyir. Güləmail bu tarixi səfərdə ədəbi uğur qazanır. Ona görə ki, o, öz səfərini milli ruhumuzun dirçəlişi olan Fərrux dağından başlamışdır.

Kitabda şəhid anaları Zöhrə və Bənövşənin ana harayı vətən oğullarını vahid bir cəbhədə birləşməyə səsləyir. Bu haraydan doğan bir nida var: “Qoymayın vətəni şəhid olmağa.”

…Kitabda bütöv Azərbaycanın xəritəsi verilib. Hər başlığa uyğun şəkillər seçilib.

Güləmail xanım istər publisistik, istərsə də lirik şeirlərində doğulub boya-başa çatdığı Sadıqlı kəndinə böyük inam və məhəbbət bəsləyir.


Gül – çiçək burda da göz oxşamada,

Burda da qəlbimi söz oxşamada.

Di gəl ki, həmişə düşürsən yada,

Sadıqlım mənim!


Çeyrançöl adlanan guşə bir yanda,

Quzular döşənib döşə bir yanda,

Qarayazı adlı meşə bir yanda,

Sadıqlım mənim!


Amma şairin sevgisi təkcə öz kəndi ilə tamamlanmır, onun vətən məhəbbəti bir kəndin timsalında bütöv Azərbaycan sevgisinə çevrilir.

Kitabda şəhidlərin doğum və ölüm tarixindən sonra, şair sanki ruhunun əzilmiş qanadları ilə çırpınır.


Neylim, canda qüssə, fəğan yaşadı...

Üzülsə də yenə bu can, yaşadı.

Güləmail yaxşı – yaman yaşadı,

Vaxt – vədəsiz solanları neyləyim?


Şair ana taleyini yaşayır bu misralarda. Bir az yorulsa da, bir az ruhdan düşsə də, onun misralarının altında vulkan yatır.

Kitabdakı yazıların dili oxunaqlıdır, emosinaldır. Bəzən dramatizm, təhkiyələr Dədə Qorqudun dilinə qədər gedib çıxır.


Oy... oy... oy... oy Vətən!

Torpağı şəhidli Vətən!

Neçə -neçə igidli Vətən!
Şair Azərbaycanda gedən müharibənin məğzini bütünlüklə türkçülük kontekstində görür. Ona görə şairin Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsinin 90 illiyi münasibəti ilə yazdığı şeiri maraq doğurur.

Azərbaycanın Milli Qəhrəmanı Rafiq Cəfər oğlu Alıcanova həsr etdiyi “Hara gedirsən belə?”, Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovaya “ Gültəkin zirvəsi”, “Hacımahmudova Qaratelin 65 illiyinə” poemaları və Azərbaycanın Milli Qəhrəmanı, sərhədçi əsgər, baş leytenant Məmmədov Eldar Harun oğlunun xatirəsinə yazdığı, Dövlət Sərhəd Xidmətinin müsabiqəsində ikinci yerin qalibi olmuş “Qəhrəmanlıq dərsi” hekayəsi sənətkarlıqla yazılmış realist əsərlərdir. Hesab edirəm ki, bu əsərlər gənclərimizdə vətənpərvərlik hislərini formalaşdırır, onlarda vətənimizə, dövlətimizə, dövlətçiliyimizə məhəbbət duyğularını daha da gücləndirir.

Kitabın sonunda Güləmail Murad qələminə müraciətlə deyir:
Heç bilirsən nələr yazmaq istərəm?!

Qələbədən xəbər yazmaq istərəm!

Neçə - neçə əsər yazmaq istərəm,

Yazılmayan əsərimi yaz, qələm.


Mən də inanıram ki, bu qələm qədirbilən oxucularımıza çox maraqlı bir kitab yazıb və gələcəkdə də maraqlı əsərlər yazacaqdır.
Nizami Cəfərov,

AMEA-nın müxbir üzvü,

əməkdar elm xadimi, f.e.d., professor,

Milli Məclisin üzvü


jkj

SÖZ ARDI...
Şəhidlər haqqında şairə xanım Güləmailin yazdığı bu kitab şəhidlərimizin ruhu qarşısında layiqli hesabat kimi qiymətləndirilə bilər.

Kitabda şəhid anası Zöhrə ilə Bənövşənin ana harayı şairə anaların övladlarını düşmənə qarşı mərdliklə vuruşa çağırır, vətənin dar günündə vətən torpaqlarının hər qarışı uğrunda əzmlə müdafiə etməyə səsləyir.

Yaralı yoldaşlarını döyüş bölgəsindən uzaqlaşdırarkən sonuncu xilasetmə məqamında Əhməd Əhmədovun itkin düşməsi əsərdə yüksək bədii ifadəsini tapmışdır.

Bu kitabla şairə xanım şəhidlərmizin qəhrəmanlıqlarını təsadüfi deyil, məhz öz keçmiş qəhrəman babalarının - Ması, Meqi və Mustafaların 1905-1907-ci illərdə erməni alçaqlarına qarşı döyüş ənənələrinə sadiq qaldıqları da yüksək bədii ifadənin təzahürüdür.

Odur ki, bu əsər təhsil ocaqlarında tədris edilməklə yanaşı, gələcək nəslin yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmasına, o cümlədən, yeri gələndə vətən uğrunda candan keçməyə hazırlıq üçün yazılmış yüksək bədii keyfiyyətə malik olan xidməti kitablardandır.

Sadıqlı kənd orta məktəbinin keçmiş

direktoru Vəli Səməd oğlu Abdullayev

AZƏRBAYCANIMIZ BƏNZƏRSİZ ÖLKƏDİR. BİZ BU BƏNZƏRSİZLİYİ QANİÇƏN YADELLİLƏR TƏRƏFİNDƏN HƏMİŞƏ LAYİQİNCƏ QORUMAĞA ÇALIŞMIŞIQ. BU GÜN DƏ İŞĞAL OLUNMUŞ TORPAQLARIMIZI DÜŞMƏNDƏN AZAD ETMƏK ÜÇÜN QÜDRƏTLİ VƏ PEŞƏKAR ORDUMUZUN GÜCÜNƏ İNANIRIQ.

ÖLKƏMİZİN GƏNC, YORULMAZ ALİ BAŞ KOMANDANI, MÖHTƏRƏM PREZİDENTİMİZ İLHAM ƏLİYEV CƏNABLARI ORDUMUZUN GÜCÜNƏ ARXALANARAQ DEMİŞDİ:

BİZİM GÜCLÜ DÖVLƏTİMİZ VAR,



BİZİM GÜCLÜ ORDUMUZ VAR!”

Ey Azərbaycan əsgəri, Vətən səninlə güclüdür!

Vətəni qoru...

Hələ də torpaqlarmız işğal altındadır...

Qoymayın Vətəni şəhid olmağa...

245


QAN YADDAŞIMIZ
TARİXİN SİLİNMƏYƏN LƏKƏ
XANKƏNDİ ---- 26.12.1991
XOCALI ---- 26.02.1992
ŞUŞA ---- 08.05.1992
LAÇIN ---- 18.05.1992
XOCAVƏND ---- 02.10.1992
KƏLBƏCƏR ---- 02.04.1993
AĞDƏRƏ ---- 07.06.1993
AĞDAM ---- 23.07.1993
CƏBRAYIL ---- 23.08.1993
FÜZULİ ---- 23.08.1993
QUBADLI ---- 31.08.1993
ZƏNGİLAN ---- 29.10.1993

rgokmt
AZƏRBAYCANIM, YAŞA!
Ürəkdə qüdrətimsən,

Əməkdə şöhrətimsən,

Biləkdə qüvvətimsən,

Damarda qanım, yaşa,

Azərbaycanım, yaşa!
Qızıla zər deyiblər,

İgidə ər deyiblər,

Oda Azər deyiblər,

Azər cahanım, yaşa,

Azərbaycanım, yaşa!
Çox olubdu dərdlərin,

Az olmayıb mərdlərin,

Saysızdır comərdlərin,

Comərd məkanım, yaşa,

Azərbaycanım, yaşa!
Əzabım çoxalanda,

Ümidim yox olanda,

Son anda, son gümanda,

Sənsən gümanım, yaşa,

Azərbaycanım, yaşa!
Arxam, həyanım olmaz,

Tabım, tavanım olmaz,

Olmasan, canım olmaz.

Ay mənim canım, yaşa,

Azərbaycanım, yaşa!

01


DAĞLARDA ŞƏHİD SƏSİ
Dağlardan şəhidlərimizin

səsi gəlir,

Eşidirəm o səsləri...

Karmısınız, ay dağlar,

Məgər eşitmirsiniz?

Sizdən şəhidlərimizin

qisas nəğməsi gəlir...

Sizdən şəhidlərimizin

səsi gəlir, ay dağlar!

Şəhidlər sərhəddi vətənə!
Şəhiddən başlayır vətən,

Şəhiddə bitir vətən sərhədləri...

Ey vətənimin soydaşları!

Ey millətimin şəhidləri!

Qalxın, qalxın, qollarınızı

dolayın boynuma

sərhəd kimi.

Qalxın, birlikdə keçək hücuma,

Dayanaq vətənin keşiyində!

Şəhidlər oyaqdı vətən sərhədində...


Bu görüş nə görüşdü?!

Qara bir buludam,

Gözlərimdə qan...

Ey insanlar, oyanın!

Vətənin keşiyində dayanın.

Şəhidlər üşüməsin...
Eşitsin ana vətən.

Bilsin bütün insanlar!

Ürəyim göynəyir,

Sinəmdə yara...

duz basılmış kimi,

Sinə daşım göynəyir.

Yurdumun dağı, daşı göynəyir.

Oyanın, şəhidlərim, oyanın!

Siz ölməmisiniz!

Toxum olub yerə əkilmisiniz!

Təzədən cücərib, göyərmisiniz!..
Siz vətənin ən böyük sərhədisiniz!

Ey şəhidlərim, oyanın!

Durun ayağa!

Şəhidlik qismətinizdir.

Qoymayın vətəni şəhid olmağa...

d


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin