Beləki, Cavabdeh DƏDRX 4 saylı idarəsi tərəfindən 2014-cü ilt tarixdə şifahi olaraq; 31.03.2017-ci il tarixli məktubunda Fatmayı Bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli 15 saylı qərarı ilə mülkiyyətimə verilmiş 0,10 ha torpaq, planlaşdırılan və qeyri-müəyyən müddətə çəkilməsi dayandırılan, çəkilməsi şüphə doğuran və bəlkədə heş vaxt çəkilməyəcək Bakı dairəvi avtomobil yolun qorunma zolağına düşdüyü və göndərilən sorğuya Azəravtoyol ASC tərəfindən qeydiyata alınması və çıxarış verilməsi üçün müsbət rəy verilmədiyindən dövlət qeydiyyatı hazırki, halda məqsədə uğun hesab edilmir və16.11.2020-ci il tarixli təkrar müraciətimə isəyenədə çəkilməsi qeyri –müəyyən müddətə dayandırılan avtomobil yolunun mühvizə zolağına düşdüyü məqsədəuyğun hesab olmadığına və hazırki ərizəyə müvafiq icra hakimiyyəti orqanın memarlıq və tikinti şöbəsinin rəyinin əlavə edimədiyindən torpaq sahəsini satışının qanuna müvafiq qaydada həyata keçirilmədiyi müəyyən etdiklərinə istinad edir.
Tərəfimdən təqdim edilən 0,10 ha torpaq sahəsinə dair müvafiq sənədlərin və subutların movcudluğu təsdiq edirki, 7(yeddi)il müddətində 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində dövlət qeydiyatının aparılmasından imtina edilməsi qanunsuz və əsassızdlr.
Qeyd olunan maddələrın məzmununa əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının əldə edilməsinin ümumi qaydası kimi, onların açıq torpaq hərracları və ya müsabiqələri yolu ilə əldə edilməsi nəzərdə tutulmuş, bu qaydadan bir sıra istisnalar da müəyyən edilmişdir. Başqa sözlə, bələdiyyə torpaqları hərrac və ya müsabiqə keçirilmədən də mülkiyyətə verilə bilər. Bu istisna bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının yaşayış şəraitinin yaxşılaşdırılması üçün onların mənzilə ehtiyaclarının təmin edilməsi və s. məqsədlərə yönəlmişdir. Bu zaman onlara hərrac və ya müsabiqədən kənar, daha uyğun şərtlərlə torpaq sahəsinin satışı təmin olunur .
İşdə olan 26 otyabr 2004-cü il tarixli rəyin arxiv surəti göründüyü kimi, Fatmayi Bələdiyyəsi tərəfindən Qanunvericilikdə nəzərdə tutulan bütün Qaydaların tələbləri gözlənilmiş, qərarı qəbul edərkən daha oncə müvafiq icra hakimiyyəti orqanı olan DT və XK –nin rəyi alınmışdır. (Respublika üzrə Bələdiyyələrin özləri tərəfindən bələdiyyə torpaqlarının sərbəst satış hüququ 2007-ci il dekabrın 1-dən dayandırılmışdır.)
Digər hal, işin içində olan 26 oktyabr 2004-cu il tarixli səlahiyyətli orqan olan Abşeron DT və XK şöbəsi tərəfindən Fatmayi Bələdiyyəsinə verilmişFatmayi Bələdiyyəsi ərazisində daimi yaşayan 44 nəfər vətəndaşın mənzilə olan ehtiyaclarının təmin etmək məqsədilə Baş Planına uyğun, alqı-satqı predmeti olan torpaq sahəsindən 0,10 ha olmaqla ayrılmasına dair müvafiq müsbət rəyi nəzərə alınmaqla, Fatmayi Bələdiyyə iclasının qərarına uyğun olaraq Fatmayayi Bələdiyyəsi tərəfindən 29 oktyabr 2004-cü il tarixli 15 saylı sərəncamı ilə 44 şəxsə 0,10 ha olmaql müvafiq ayrılmış torpaq sahələri üzərində mülkiyyət hüquqlarımütləq əksəriyyəti, dövlət reyestrdəcavabdeh DƏDRX 4 saylı ərazi idarəsi tərəfindən qeydiyyatı aparılmış, müvfafiq çıxarış və plan –ölçüsü ilə təmin edilərək, rəsmiləşdirilmişdir.
Sözügedən torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmaması isə «İnzibati icraat haqqında» Qanunu ilə təsbit edilmiş ―bərabərlik prinsipinə ziddir. (Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır)
Hüquqi əsasları:Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş "Torpaqların alqı-satqısı" qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa qərar verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Akt müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir.