Süni İntellektin inkişaf mərhələləri


Müxtəlif Əmrlər Yığımı Olan Maşınlar



Yüklə 0,82 Mb.
səhifə14/24
tarix07.01.2024
ölçüsü0,82 Mb.
#202872
1   ...   10   11   12   13   14   15   16   17   ...   24
C fakepathSЬN NTELLEKT-mьh (1) (Repaired)

Müxtəlif Əmrlər Yığımı Olan Maşınlar
MƏYOM-haqqında maşınlar yarandı.Risk maşını təyininə ilk dəfə 75-ci ildə İBM firması tərəfindən başlandı.İlk tədqiqat 1987-ci ildə Corc Koks tərəfindən aparıldı.Yaradılması əsasən 3 prinsipə əsaslanır.
1.Maşının əmrlər sisteminə əmrlər daxil edildi.Bu əmrlər sadə maşın aktında rəallaşdırılır.
2.Elə yaddaş yaradılması təklif olunur ki, şərtli və şərtsiz keçid əmrlərini yerinə yetirmək mümkün olsun.
3.Elə komplyator təklif olunur ki,taktları minimallaşdıra bilsin və yüksək optimallaşdırma komplyatoru yaratsın .
Risk maşınları aşağıdakı xüsusiyyətlərə malik olur:
-1 taktda böyük hissə əmrləri icra edə bilir.
-Əmrin icrası zamanı yüksək dərəcədə konveyerləşmə prinsipi aparır .
-Yüksək səviyyəli yaddaşa malik olması.
-Əmrin formatını və ünvanlaşma rejiminin sadə olması.
-Böyük miqdar registrlərə malik olması.
Risk maşınlarıının layihələndirilməsində aşağıdakı mərhələlərdən istifadə olunur.
1.Tətbiq sahəsi analiz edilir və müvafiq əmrlər seçilir.
2.Seçilmiş əmrlərin icrası üçün prosessorun strukturu optimallaşdırılır.
3.Mürəkkəb struktura malik prosessor optimal istifadə üçün çox istifadə olunan əmrlər sisteminə daxil edilir.

9)Süni İntellekt sistemlərinin proqram vasitələri.


Süni intellekt sistemləri klassik metodlarla formalaşa bilməyən sistemlərdir.Bu sistemlərin yaradılması mürəkkəb və əmək tutumlu prosesdi.Bu mürəkkəblik də bu gün mövcud olan instrumental vasitələrdən asılıdır.İnstrumental vasitələr kimi müxtəlif vasitələr mövcuddur.
1)LİSP proqramlaşdırma dili.Bu dil 1960-cı illərdə John McCarthy tərəfindən yaradılmışdır.Dilin 20-dən artıq variantı mövcuddur.Bu dil sadə konstursiyaya malikdir.Və mürəkkəb simvollu informasiyanın emalı üçün istifadə olunur.Yüksək məhsuldarlıqlı kompüterlərin inkişafı bu dilin sayəsində mümkün olmuşdur.LİSP dili sadə sintaksisə malikdir.Atom və siyahıdan ibarətdir.Atom özünün mənası və adı ilə xarakterizə olunur.Lispin bəzi variantlarında atom siyahı ilə əlaqələndirilir.Məsələn, atoma misal olaraq hər hansı uçuşa hazırlaşan təyyarənin uçuş vaxtını, istifadə etdiyi yanacağın tipini misal göstərə bilərik.Siyahı isə bu atomlar çoxluğundan ibarət olur.Məsələn LİSP dilinin əsas xüsusiyyətlərindən biri xarici görünüşünə görə verilənlərdən seçilməməsidir.LİSP dili funksional dildir.Bu dil vasitəsilə hesabi,funksional məslələrin həllini yerinə yetirmək mümkündür.
A1 , A2, A3
(Plus A1 A2 A3 ) A1 , A2, A3 toplanması.
TİMES(A1 , A2, A3) hasilin toplanması
(CONS< S ifadə > <1) Bu o deməkdir ki, S ifadəsi siyahıya 1-ci element kimi əlavə olunur.
(COND(C1S1)(C2S2)(C3S3)...(CNSN) C1 şərtinin yoxlanması.
Bu yazılış o deməkdir ki, C1 şərti S1-dən fərqlənir.Onda C1 şərti icra olunur.Əks halda C2 yoxlanılır.Fərqlənməyənə qədər proses davam edir.Qeyd etmək lazımdır ki, LİSP dilinin bütün funksiyalarının öyrənilməsi hər bir versiya üçün müxtəlifdir.Hər hansı bir funksiyanı icra etmək üçün aşağıdakı ifadədən istifadə edilir.
DEFİNE ((VİVODC2) FRL dili-bu dil Freymə istiqamətlənmiş dildir.Biliklər təsvir olunur.Dilin əsas vahidi freymdir.Freym vahidi slot olduğundan konkret sahələr arasındakı əlaqəni göstərmək mümkündür.Slotlar adı və mənası ilə xaraktərizə olunur.Bu adı slotlara layihəçilər verir.FRL dilində freymlər FRL- yazılır. FASSERT strukturunda qurulur.Məsəlçün:
F ASSERT (VIP+C)(AKO(VALUE(VIPUSE))(AQENT(VALUE(AZ.NEFT)))(OBYEKT (VALUE(A_J-98)))(VAXT (VALUE (2003ill)))
3)OPS-5.Bu dil universal proqramlaşdırma dilləri sırasına aiddir.Əsasən ekspert sistemlərin yaradılmasında istifadə olunur.Son zamanlar OPS-5 dili sintaksisinə görə LİSP dilinə yaxınlaşdırılmışdır.OPS dilində güclü işçi yaddaşdan istifadə olunur ki, bu da verilənləri əks ətdirmək üçün yeganə mümkün variantdır.Bu dil fiksə olunmuş struktura malikdir.Atribut-məna birliyindən ibarətdir.Aşağıdakı misala baxaq:
klass
atribut-1
mənası
atribut-2
mənası
obyekt
adı
qurğu1
giriş
sex №1
ibarətdir
(k1,k2,k3)
xammal alır
rezervuar 5
xammalın növü
neft
istehsal edir
ağ neft
məhsulu verir.

OPS dilinin aşağıdakı xüsusiyyətləri var:


1.Çıxış strategiyası həllini proqramda idarə oluna bilməsi.
2.Verilənlərin struktur inkişafı.
3.Realizasiyanın prinsipal effektivliyi.
OPS dili produksiya sistemlər üçün tipik arxitekturaya malikdir.Bu arxitekturaya baza qaydaları ,işçi yaddaş,çıxarış mexanizmi aiddir.
4)REFAL.Bu dil maşından asılı olmayan dildir.Simvolları çevirməyə istiqamətlənmiş dildir.Bir dildən başqa bir dilə tərcümə,cəbri həsablamalar, informasiyaya əsaslanaraq məsələnin həlli kimi məsələləri həll edir.REFAL universal modeldir.Bir elektron maşından başqa kompüterə keçid və adaptasiya prosesini aparmaq mümkündür..Eyni zamanda bir dildən başqa dilə çevrilmə və yaxud translyator rolunu oynana bilir.
Prolog dili haqqında əsas anlayışlar.
Prolog dili ilk dəfə 1973-cü ildə Fransada Alen Kalmero tərəfindən yaradılmışdır.Bu dil Yaponiyada və Avropa dövlətlərində çox məşhur dildir.1981-ci ildə 5-ci nəsil EHM layihəsinin yaradılması zamanı yapon alimləri baza dili kimi PROLOG dilini seçdilər.Prolog dili süni intellekt dilidir.Bu dilin adı PROgramming in LOGic(məntiqin proqramlaşdırılması)sözlərinin baş hərflərindən əmələ gəlir.Dilin əsası riyazi məntiqdir.Bu dil simvol verilənlərin emalı üçün nəzərdə tutulur.Eyni zamanda bu dilin köməkliyi ilə obyektlər və onlar arasındakı əlaqəni formalaşdırmaq da mümkündür.Dilin işləmə mexanizmi beledir:
a)obrazların qoyulması
b)verilənlərin ağacvari təsviri
c)geriyə qayıtmaqla axtarış
Klassik proloq dili interpretasiya olunan dildir.Bu dilin ilk interpretatoru Fortran dili olmuşdur.Dilin müxtəlif versiyaları müxtəlif aparat vasitələrində hesablanmışdır.C++ və Pascaldan fərqli olaraq Prolog deklorativ dildir.Deklorativ dil özündə məntiqi təsvirləri birləşdirir.Deklarasiyalar məqsədi təyin edir.Prolog dilində yazılmış proqramın məqsədi,məsələnin formalaşdırılması və həllin tapılmasıdır.Məqsəd xaricdən klaviaturadan daxil edilə bilir.Daxilən isə proqramın mətnində yazıla bilir.Prolog dilində məqsəd faktlar və qaydalar şəklində yazılır.
Əgər < şərt > onda
,əgər <şərt>
Prolog dilində qayda əsas hissədən, faktdan, nəticədən ibarət olur.Prolog dilində qaydalar altqaydalar şəklində yazıla bilir.Bu zaman “and” məntiqi vurmadan istifadə olunur. Əksər hallarda vergüldən istifadə olunur.Bir sətirdən başqa sətrə keçmək üçün boşluqdan istifadə olunur.Aşağıdakı misalı nəzərdən keçirək.`
Bütün insanlar ölümə məhkumdur.Sokrat insandır.Deməli o ölməlidir.
ölüm(x);- insan(x)
insan(sokrat)
? ölümə məhkum(sokrat)
hə.
Prolog dilində proqramı işə buraxmaq üçün Prolog.Excel faylını işə salmaq lazımdır.Bu zaman 4 hissəli pəncərə açılır.
1-ci sağ küncdə yuxarıda proqram mətni yazılır.Sağ küncdə yuxarı hissədə dialoq pəncərəsidir.Aşağı pəncərədə səhvlər görülür.Sağ 4-cü küncdə isə trasirovka aparılır.Turbo proqram Prolog dilində aşağıdakı kimidir:
domains
database
predicat
goal
clauses
Domains bölməsində obyektin siniflərini əks etdirən atributlar yerləşir.Database bölməsində verilənlər bazasının yaradıldığı göstərilir.Predicate bölməsində proqramın təyinatı formalaşdırılır.Clauses bölməsində faktlar və qaydalar,goal-məqsədi göstərilir.Proqramda şərh əsas yeri tutur.Məsələn,hər bir obyekt haqqında məlumat yazmaq üçün predicate bölməsinə müraciət olunur.
Tələbə(Asif,1984)predicate aşağıdakı kimi yazılır:
predicates
tələbə(symbol,integer)
Bu o deməkdir ki,tələbə predikatı simvol,integer sinfinə aiddir.Prolog domenə malikdir:
1.simvol
2.tam ədəd
3.həqiqi ədəd
4.sətir tiplilər
5.simvolik adlar
6.fayl
Bu domenlər domains bölməsində mütləq elan olunmalıdır.Obyektlər arası əlaqəni əks etdirmək üçün Prolog dilindən istifadə olunur.Buna görə də relyasiya dil adlandırılır.Bu xüsusiyyətinə görə Prolog-dan verilənlər bazasının idarə sistemləri (VBİS) yaradılmasında istifadə edilir.
Valideyn predikatına baxaq.
(a) (b)


(c) (d)

(e) (f)

(g)
valideyn(a,c)
valideyn(b,c)
valideyn(b,d)
valideyn(c,e)
valideyn(c,f)
valideyn(f,g)
Burada a,b,c,d,e,f,g atomlardır,çəki sabitləridir.Prolog dilində sabitlər simvol, sətir tipli olurlar.Bəzi hallarda rəqəmnəndə istifadə olunur.
qadin(0)
kişi(b)
kişi(c)


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin