Süni İntellektin inkişaf mərhələləri



Yüklə 0,82 Mb.
səhifə15/24
tarix07.01.2024
ölçüsü0,82 Mb.
#202872
1   ...   11   12   13   14   15   16   17   18   ...   24
C fakepathSЬN NTELLEKT-mьh (1) (Repaired)

İntellektual agentlər
Kompüter elmində intellektual agent dedikdə kompüter istifadəçisi tərəfindən verilmiş tapşırığı sərbəst şəkildə yerinə yetirə bilən proqram başa düşülür.Kompüter virusunu,robotların axtarış sistemini intellektual agentə aid etmək olar.Lakin agentlər xüsusi intellektuallığa malik olmalıdır,başa düşmə və öyrənmə xüsusiyyətinə malik olmalıdır.
İntellektual sistemlərdə intellektual agent dedikdə ətraf mühiti müşahidə edə bilən rasional davranışa malik varlıq başa düşülür.İntellektuallıq dedikdə ətraf mühiti başa düşərək insan kimi hərəkət edən agentlər intellektual agentlər adlanırlar.Kompüter və suni intellekt elmində agent anlayışı müxtəlifdir və bunların heç bir əlaqəsi yoxdur.İntellektual agentlərin əsas xüsusiyyətlərindən biridə onların məsələni həll edərkən asılı olmamasıdır.UNİX əməliyyat sistemi ailəsində intellektual agentlər lokal şəbəkə və ya bir kompüter üçün nəzərdə tutula bilər.Süni intellekt sistemlərində bir neçə agent mövcuddur:
-fiziki agentlər-ətraf mühiti sensor vasitəsilə və ya monipulyatorlar vasitəsilə qəbul edir.
-zaman agentlər-bu tip agentlər zaman keçdikcə informasiyanın dəyişməsilə öz fəaliyyətini dəyişə bilən agentlərdir.
-sadə agent -proqramı riyazi şəkildə agent funksiyası kimi təsvir olunur.
-proqram agenti- yalnız fəaliyyət zamanı nəzərə çarpır.
Bütün agentləri 5 qrupa bölmək olar(qəbul olunan informasiyanı emal etmələrinə görə)
1.Sadə davranışlı agentlər
2.Modelə əsaslanan
3.Məqsədyönlü agentlər
4.Praktik agentlər
5.Təlimlənən agentlər
Sadə davranışlı agentlər cari biliklərə əsasən fəaliyyət göstərir.Bu agentlərin funksiyası şərt-hərəkət sxemi üzredir.
İf <şərt> Then
sxemi üzredir.
Modelə əsaslanan agentlər mühitin informasiyasına əsasən fəaliyyət göstərir.Agentin daxilində o mühiti təsvir edən obraz saxlanılır.Çünki təqdimat etməkçün onu əhatə edən mühitin strukturu haqqında və onun haqqında bütün informasiyaları agent bilməlidir.Və əlavə informasiyalar xüsusi kartlarda yerləşdirilir.
Məqsədyönlü agentlər ele informasiyaları özündə saxlayır ki,onlar üçün zəruridir.Bu da təklif olunan bütün yollardan istənilən yolu seçib məqsədə doğru getməyə imkan verir.
Praktik agentlər başqa agentlərdən yalnız vəzyəti ilə seçilir.Yəni məqsəd nə vaxt,necə yerinə yetirilir.Praktik agentlər müvcud vəzyəti fərqləndirmə xüsusiyyətinə malik olurlar.Bu qiymətləndirmə faydalılıq funksiyası vasitəsilə həyata keçirilir.
Təlimlənən agentlər bəzi yerlərdə aftonom intellektual agentlər də adlandırılırlar.Bu agentlər dəyişən mühitə uyğun tənzimləmə xüsusiyyətlərinə malikdirlər:
1.Ətraf-mühitlə qarşılıqlı əlaqədə təlimləmə və inkişaf xüsusiyyəti.
2.Real vaxt rejimində işləmə qabiliyyəti.
3.Böyük həcmli verilənlərə əsasən tez təlimlənə bilmə xüsusiyyəti.
4.Problemin həllinin yeni üsulunun tapıla bilmə xüsusiyyəti.
5.Modelləndirmə üçün parametrlərin olması.
6.Davranış nöqteyi nəzərdən müvəffəqiyyətlərin və səhvlərin analizi.
Agentlərin arasında ierarxik struktur mövcuddur.Bu da subagentlərin yaranmasına səbəb olur.İntellektual subagentlər aşağı səviyyənin funksiyalarını yerinə yetirirlər.İntellektual agent və subagent birlikdə mürəkkəb məsələnin həllini yerinə yetirmək üçün yaradılıblar.

Adi agentin struktur sxemi.



Həllin axtarılmasının ümumi metodları


Həllin axtarılması metodlarının realizasiyası üsulları və çıxarılış prosedurlarının qurulması bir sıra faktorlardan asılıdır:axtarış fəzasının ölçüsündən,təyinat sahəsinin spesifikasından,verilənlərin və biliklərin təyin olunması və etibarlılığı səviyyəsindən,biliklərin təsvir edilməsi üsullarından və s.
Vəziyyətlər fəzasında həllin axtarılması başlanğıc vəziyyətləri məqsədə çevirən operatorlar ardıcıllığının təyin edilməsidir.Vəziyyətlər fəzasında həllin axtarılmasını ümumi şəkildə aşağıdakı kimi göstərmək olar:
Fərz edək ki,başlanğıc məsələ (S,F,T) üçlüyü ilə təsvir edilir.Burada S-başlanğıc vəziyyətlər çoxluğu,F- bir vəziyyəti digərinə çevirən operatorlar çoxluğu,T-məqsəd vəziyyətləri çoxluğudur.Məsələnin həlli başlanğıc vəziyyətləri məqsədə çevirən f1,f2,.....,fk (fiϵF) operatorları ardıcıllığının tapılmasını tələb edir. Başlanğıc vəzyətin son vəzyətə keçməsini əks-etdirən operatorlar ardıcıllığını elə təyin etmək lazımdır ki, həllər prosesini aşağıdakı kimi təsvir etmək olsun.
G=(X,Y)
X={x0 , x1 ,..., xn}-qrafın təpə nöqtələrin və vəzyətlərin əks etdirir.
Y=(xi , xj)- vəzyətlər cütlüyüdür.
(xi , xj) cütlükləri nizamlanmış olduqda bu qövs qraf adlanır
Bu istiqamətlənməmiş qraf olur.Əgər xi , xj cütlükləri ardıcıllıqla verilibsə,daha bir cütlük qövs adlanır və istiqamətlənmiş olur.Vəzyətlər fəzasında əsasən istiqamətlənmiş qraflardan istifadə olunur. xi , xj cütlüklərinin olması f operatorunun olduğunu göstərir.f vəzyətin dəyişməsini əks etdirir.Vəzyətin dəyişməsi dedikdə xi təpə nöqtəsindən xj vəzyətinə keçid başa düşülür.Vəzyətlər fəzasında əsasən 2 axtarış üsulu mövcuddur:
1.Dərininə
2.Eninə
Böyük olmayan vəziyyətlər fəzası üçün ən sadə və etibarlı metod seçmə metodudur.Seçmə metodunun realizasiyasının bir neçə variantı mövcuddur:dərininə axtarış,eninə axtarış,tillərin qiymətləndirilməsi əsasında axtarış,qayıdışla axtarış(bektrekinq).
Dərininə axtarış
“Dərininə axtarış” dedikdə vəziyyətlər fəzasında alternativlərin baxılması ardıcıllığı nəzərdə tutulur.Bu axtarış metodunda bir neçə təpədən axtarışı davam etmək üçün ən böyük dərinliyə malik təpə başlanğıc təpədən ən uzaqda yerləşən təpədir.Aşağıdakı şəkildə dərininə axtarış alqoritmində təpələrdən keçməsi ardıcıllığı göstərilmişdir.


a


b

c

A

Burada a-başlanğıc təpə;f və j-məqsəd təpələridir.Bu misalda dərininə axtarışda təpələrdən bu ardıcıllıqla keçilir:a,b,d,h,e,i,j.[a,b,e,j] həlli tapılır.Qayıtdıqdan sonra digər həll [a,c,f] tapılır.


Dərininə aztarış sadədir və asan proqramlaşdırıla bilir.Lakin bir sıra hallarda vəziyyətlər fəzasının strukturundan asılı olaraq çətinliklər yarana bilir.Məsələn,baxdığımız misalda h-təpəsini d-ilə birləşdirən til əlavə etsək,axtarışda dövr alınacaqdır.




b

c

A


a-təpəsindən başlayaraq dərininə axtarış d-təpəsi ilə h arasında sonsuz sayda dövrlə nəticələnir:a,b,d,h,d,h,d,....


Bu çətinliyi aradan qaldırmaq üçün dərininə axtarış proqramlarına dövrün aşkar edilməsi mexanizmi əlavə edilir.Bu zaman başlanğıc təpədən başlayaraq axtarışın davam etməsi üçün heç bir təpə ikinci dəfə seçilmir.Lakin elə vəziyyətlər fəzaları mövcuddur ki,onlar sonsuzdurlar.Belə vəziyyətlər fəzasında dərininə axtarış alqoritmi sonsuz qrafda hərəkət edərək məqsədi itirə bilər.Bu çətinliyi aradan qaldırmaq üçün bir sıra hallarda dərinliyə məhdudiyyət qoyulur.
Dərininə axtarış zamanı əvvəlcədən açılmış qrafın son təpə nöqtəsi təyin olunur. Bu zaman ilk növbədə təpənin dərinliyi təyin edilir.İlk növbədə başlanğıc təpə təyin olunur və bu sıfırla işarə edilir.Bu təpənin dərinliyi 0-a bərabərdir.Başlanğıc olmayan təpənin nöqtəsi isə 1-ə bərabər götürülür.Əgər təpə nöqtələri olarsa bunlara doğma təpə nöqtələri deyilir və onların dərinliyi ilə ölçülür.Praktik olaraq dərininə axtarış aşağıdakı hallarda başa çatmış olur.1-ci məqsəd təpə nöqtələrinə çatdiqda,2-ci terminal təpə nöqtəsinə çatdiqda.Dərininə axtarışda 2 növ axtarış mövcuddur:
1.Verilənlərə görə
2.Məqsədə görə
Bu axtarışlardan 1-ci düzünə axtarış,2-ci isə əks axtarış adlanır.Verilənlərə və məqsədə görə axtarışı eyni vaxta təşkil etmək olar.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin