SüNİ İntellektli Pİlotsuz uçUŞ aparatlarinin iNKİŞaf aspektləRi



Yüklə 273,71 Kb.
səhifə2/6
tarix03.03.2022
ölçüsü273,71 Kb.
#53334
növüXülasə
1   2   3   4   5   6
PUA SUNİ İNTELLEKT 30082021

Giriş
Texnoloji baxımdan inkişaf etmiş aparıcı ölkələr (ABŞ, Çin, Rusiya, bəzi Avropa İttifaqı ölkələri, Türkiyə, İzrail, Cənubi Koreya, Yaponiya və s.) insan iştirakı olmadan fəaliyyət göstərən, süni intellekt əsasında yüksək avtonomluq imkanlarına malik texniki komplekslərin işlənməsi və istehsalı sahəsində aktiv elmi tədqiqatlar həyata keçirirlər [1].

Süni intellektlə (Sİ) bağlı şübhələrin olmasına baxmayaraq [1,2], 20172020-ci illərdə bir çox dövlətlərdə, xüsusilə, yuxarıda göstərilən ölkələrdə bu istiqamətlər üzrə çoxlu elmi tədqiqat işləri aparılmışdır [1,3]. Aparılan elmi tədqiqat işlərini təhlil edən bir çox ekspertlər Sİ-nin bəzi sahələrdə inqilabi effekt yaradacağı və bu sahənin hərb sahəsi olması qənaətindədirlər. Ordu quruculuğu sahəsində, qoşunların gündəlik fəaliyyətində və onların döyüş hazırlığının saxlanmasında, silah sistemlərinin inkişafında, silahlı münaqişələrdə silah və hərbi texnikanın, eləcə də qoşunların idarə edilməsində artıq Sİ tətbiq edilir. Bu baxımdan ABŞ silahlı qüvvələrində 2030-cu ilədək pilotsuz (ekipajsız) döyüş vasitələrinin ümumi döyüş maşınlarının 30% -nı təşkil edəcəyi planlaşdırılır. Amerika hərbi ekspertlərinin fikrincə, Sİ ilə təchiz edilmiş bölmələrin döyüş imkanları 2-2,5 dəfə artacaqdır [4]. Qeyd etmək lazımdır ki, Sİ ilə təchiz edilmiş silah komplekslərinin geniş tətbiqi müharibələrin aparılmasının əsas prinsiplərinin kökündən dəyişməsinə və ya yenidən baxılmasına gətirəcəkdir. Burada təkcə onların hərbi-texniki aspektləri deyil, həm də sosial-psixoloji amillər də əsas rol oynayacaqdır.

2020-ci ildə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusu tərəfindən pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiq edilməsi hücum əməliyyatlarında şəxsi heyətin itkilərinin minimuma endirilməsinə, düşmənə qarşı tətbiq edilən texniki vasitələrin effektivliyinin artmasına səbəb olmuşdur. Bu baxımdan Sİ texnologiyalarının tətbiq edildiyi PUA-lar üçün görünməyən düşmən obyektlərinin (hədəflərin) aşkar edilməsi, onların avtomatik tanınması və müşayiət edilməsi, nəticədə onun vurulması üçün avtonom qərar qəbul edilməsi perspektiv istiqamətlər hesab olunur.

Məqalədə PUA sistemlərinin inkişafının müasir meyilləri müəyyənləşdirilir, bu sistemlərdə süni intellektin tətbiqi üzrə müxtəlif ölkələrdə aparılan işlər qısa təhlil edilir, PUA sistemlərinin inkişafı üçün əsas müasir texnologiyalar nəzərdən keçirilir, bəzi PUA-ların döyüş tətbiqi və imkanları təhlil edilir.



Yüklə 273,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin