4.
Qanunvericilik sahəsində mövcud vəziyyət
4.1
YEM
VƏ
YEM
ƏLAVƏLƏRİNİN
İDXALINI
TƏNZİMLƏYƏN
QANUNVERİCİLİK AKTLARI
Quş və balıq yeminin idxalı prosesinin qanunvericlik bazası 4 qanundan, 2 məcəllədən və 14
qayda, təlimat və qərardan ibarətdir. Qanunlarda ümimi prinsiplər təsbit olunub ki, bunların da
əsasında hər bir dövlət strukturu öz konkret qaydalarını formalaşdırıb (Bax: Əlavə 10.8. Yem
idxalını əhatə edən qanunvericlik aktlarından tədqiqat zamanı istifadə olunmuş çıxarışlar).
Qaydalar Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunub. Təlimat və qərarlar isə Dövlət
Gömrük Komitəsi, Mərkəzi Bank və Azərbaycan Respublikası Tarif (Qiymət) Şurası tərəfindən
təsdiq edilərək hüquqi qüvvəyə minib.
İdxal prosesini tənzimləyən əsas qanunlar “Baytarlıq haqqında”, «Fitosanitar nəzarəti
haqqında», “Gömruk tarifi haqqında”, “Dovlət rusumu haqqında” Azərbaycan Respublikası
qanunlarıdır. Gömrük və Vergi məcəllələri idxal prosedurunun və ƏDV ödənişinin aparılması və
əvəzləşdirilməsi qaydaları haqda ümumi prinsipləri təyin edir.
Yem idxalının digər tənzimləyici qanunvericilik aktları olan qaydalar aşağıdakılardır: “Dövlət
baytarlıq nəzarətində olan məhsullara, o cümlədən, idxal və ixrac edilən yüklərə dövlət baytarlıq
nəzarətinin təşkili, idxal-izrac edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın
17
baytarlıq (baytarlıq-sanitariya) vəziyyətinin yoxlanılması və müvafiq baytarlıq sənədinin
verilməsi, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və
ölkə daxilində daşınması” Qaydaları, “Azərbaycan Respublikasında baytarlıq preparatlarının
aprobasiyası, ekspertizası, sınaqdan keçirilməsi, dövlət qeydiyyatına alınması və dövlət
reyestrinin aparılması, istehsalı, idxalı, saxlanması, daşınması, satışı və istifadəsi, habelə yeni
baytarlıq preparatlarının, avadanlıqlarının və yem əlavələrinin istehsalına və tətbiqinə dair
normativ texniki sənədlərin təsdiq edilməsi, onların keyfiyyətinə nəzarət edilməsi və
aprobasiyasına dair rəy verilməsi” Qaydaları, “Dövlət baytarlıq nəzarətində olan yüklərin
baytarlıq normalarının tələblərinə uyğunluğunun yoxlanılması və onlara baxış keçirilməsi”
Qaydaları, “Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, Azərbaycan Respublikasının
ərazisindən tranzit daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin və fitosanitar
sertifikatlarının verilməsi” Qaydaları, “Azərbaycan Respublikasında dövlət baytarlıq nəzarəti
vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına qanunla müəyyən edilmiş tədbirlərin
maliyyələşdirilməsinin qaydası və şərtləri”, “Vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə
alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit
hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-
nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydaları, Yük gömrük bəyannamələrinin
doldurulması Qaydaları.
Qanun, məcəllə və qaydalardan əlavə, yem idxalı prosesi Nazirlər Kabinetinin (NK), Azərbaycan
Respublikası Tarif (Qiymət) Şurasının, Dövlət Gömrük Komitəsinin (DGK) və Mərkəzi Bankın
(MB) aşağıda adları sadalanan qərar və təlimatları ilə tənzimlənir: “Azərbaycan Respublikasında
ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə
alınan yığımların miqdarı haqqında” NK-nın 80 №-li Qərarı, “Azərbaycan Respublikasının
ərazisinə gətirilən mallar uzrə gomruk idxal rusumlarının dərəcələri” haqda Nazirlər Kabinetinin
161 nomrəli qərarı, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət
Baytarlıq Xidməti tərəfindən baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti
hesabına maliyyələşdirilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan
Respublikası Tarif (qiymət) Şurasının 17 №-li qərarı, “Azərbaycan Respublikasının Kənd
Təsərrufatı Nazirliyi yanında Dovlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən gostərilən
xidmətlərin tariflərinin tənzimlənməsi barədə” (Azərbaycan Respublikasının Tarif (qiymət)
Surasının 18 saylı qərarı, MB-nin “Azərbaycan Respublikasinda nağdsiz hesablaşmalar və pul
köçürmələri haqqında təlimat”ı , DGK-nin “Xarici dövlətlərin avtonəqliyyat vasitələrinin
Azərbaycan Respublikası ərazisinə daxil olması və bu ərazidən sərnişin və yük daşınması üçün
istifadə etməsinə görə yol vergilərinin hesablanıb tutulması haqqında” Təlimatı.
4.2
İDXAL BAYTARLIQ İCAZƏSİNİN VƏ NƏZARƏTİNİN QANUNVERİCİLİK
ƏSASLARI
Yuxarıda sadalanan qanunvericlik aktlarının İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) ekspert qrupu
tərəfindən ekspertizası nəticəsində müəyyən olunub ki, yem idxalı prosesini tənzimləyən qanun
və qaydalarda bir-birinə zidd maddələr, eyni zamanda qeyri-müəyyənlik var. Heç bir
qanunvericilik aktında yem idxalının aydın prosedurunu izah edən konkret maddələr yoxdur,
fəsillər və maddələr ümumi şəkildə məlumat verilməsinə xidmət edir. Yem və yem əlavələrinin
18
idxalı üçün icazəni verən dövlət orqanları Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq
Xidməti, Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutudur. (Bax: Əlavə 10.8. Yem
idxalını əhatə edən qanunvericlik aktlarından tədqiqat zamanı istifadə olunmuş çıxarışlar. №
1,2,3,4, 15, 16,17)
Əvvəlcə “Yemlər” və “Yem əlavələri” anlayışlarının qanunvericilikdə verilmiş açılışlarına nəzər
salaq. Çünki müvafiq qanunvericilik aktlarında bu anlayışlara ikili yanaşma, onların bəzən
baytarlıq preparatlarına aid edilməsi ziddiyyətlərin meydana gəlməsinə, yem və yem
əlavələrinin idxalı ilə bağlı qanunvericilik aktlarında dolaşıqlığın yaranmasına səbəb olur.
“Baytarlıq haqqında” 1 aprel 2008-ci il tarixli Azərbaycan Respublikası Qanununda “Yemlər” və
“Yem əlavələri”nin ayrıca izahı verilməsə də, həm qanunun “Əsas anlayışlar” bölməsində
“Baytarlıq preparatları”anlayışına verilən izahdan (1.0.5. baytarlıq preparatları-yalnız heyvan
xəstəliklərinin profilaktikası, müalicəsi, diaqnostikası və heyvanların məhsuldarlığının artırılması
üçün istifadə olunan baytarlıq təyinatlı immunobioloci, bioloji, bitki, kimyəvi və kimya-əczaçılıq
mənşəli maddələr.), həm də qanunun 1.0.11-ci maddəsindən (dövlət baytarlıq nəzarətində olan
yüklər – heyvanlar, heyvan mənşəli məhsullar və xammal, baytarlıq preparatları, yem və yem
əlavələri) başa düşülür ki, “Baytarlıq preparatları” ilə “Yem” və “Yem əlavələri” fərqli, müstəqil
anlayışlardır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 21 aprel tarixli 66 nömrəli qərarı ilə
təsdiq edilmiş “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən
yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, idxal-ixrac edilən heyvanların, heyvan mənşəli
məhsulların və xammalın baytarlıq (baytarlıq-sanitariya) vəziyyətinin yoxlanılması və müvafiq
baytarlıq sənədinin verilməsi, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan
Respublikasına gətirilməsi və ölkə daxilində daşınması” Qaydalarında “Yemlər” və “Yem
əlavələri” müstəqil anlayışlar kimi verilib. Qaydaların 12.3 və 1.2.4-cü maddələrində birmənalı
şəkildə yazılıb:
“1.2.3. Yemlər – heyvan orqanizminin qida maddələrinə və bioloji fəal maddələrə olan
tələbatını ödəyə bilən və heyvanların yemlənməsi üçün istifadə olunan hər cür təbii bitki və
heyvan mənşəli məhsullar və onlardan heyvanların yemlənməsi üçün xüsusi hazırlanmış yem
əlavələri
və
bioloji
fəal
maddələrlə
zənginləşdirilmiş
qarışıq
yemlər.
1.2.4. Yem əlavələri – yemlərin qidalılığını və onlardakı bioloji fəal maddələrin miqdarını
heyvan orqanizminin tələbatına uyğun olaraq artırılması və yemlərin keyfiyyətinin qorunub
saxlanması və mənimsənilməsinin yaxşılaşdırılması məqsədi ilə yemlərə əlavə edilən qidalı
maddələr (ət-sümük unu, sümük unu, qan unu, balıq unu, toyuq unu, drojlar, (mayalar),
jmıxlar, şrotlar, yağlar, aminli turşular və s.), bioloji fəal maddələr (vitaminlər, minerallar,
mikroelementlər və s.), qoruyucular (stabilizatorlar, antioksidantlar, sorbentlər, antimikrob
agentlər və s.), fermentlər və s.”.
Yalnız bir sənəddə - Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunun fəaliyyəti ilə bağlı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66 nömrəli qərarı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasında baytarlıq preparatlarının aprobasiyası, ekspertizası,
sınaqdan keçirilməsi, dövlət qeydiyyatına alınması və dövlət reyestrinin aparılması, istehsalı,
19
idxalı, saxlanması, daşınması, satışı və istifadəsi, habelə yeni baytarlıq preparatlarının,
avadanlıqlarının və yem əlavələrinin istehsalına və tətbiqinə dair normativ texniki sənədlərin
təsdiq edilməsi, onların keyfiyyətinə nəzarət edilməsi və aprobasiyasına dair rəy verilməsi”
Qaydalarında “Yemlər” və “Yem əlavələri” müstəqil anlayış kimi deyil, baytarlıq preparatlarının
bir növü kimi verilib. Həmin qaydaların “Əsas anlayışlar” bölməsinin 2.1 maddəsində yazılır:
“2.1. baytarlıq preparatları - yem və yem əlavələri, heyvan xəstəliklərinin müalicəsi,
profilaktikası, diaqnostikası, heyvanların süni mayalanması, onların məhsuldarlığının
artırılması məqsədilə və heyvan embrionlarının transplantasiyası zamanı işlədilən bütün
preparatlar, maddələr, materiallar və s. vasitələr, heyvan və insanlar üçün ümumi olan
baytarlıq təyinatlı (müşayiətedici və ya istifadə təlimatlarında baytarlıqda tətbiq ediləcəyinə
dair məlumatlar olan) preparatlar, antiseptiklər, dezinfeksiya, dezinseksiya və deratizasiya
vasitələri, kimya, əczaçılıq mənşəli maddələr, vitaminlər, bioloji stimulyatorlar, yem məqsədilə
işlədilən kənd təsərrüfatı və sənaye tullantıları, heyvan orqanizminə və onun saxlandığı
mikromühitə təsir edə bilən hər cür maddələr və s.”
Bu da qanunvericlik aktlarında uyğunsuzluğun təzahürü olub qanun və qaydaları istənilən kimi
yozmağa əl yeri qoyur. Yem və yem əlavələrinə idxal icazəsinin verilməsi haqqında adları
sadlanan qanun və qaydalarda yalnız ümumi xarakterli məlumatlar verilir, konkret icazə
mexanizminin necə olması barədə danışılmır. Qanun və qaydalardakı bu boşluqlar son nəticədə
yem və yem əlavələrinin dərman preparatı kimi ciddi ekspertiza və sınaqdan keçirilib qeydə
alınmasına, farmoklojoi preparatlara şamil olunan tələblərə cavab verməsi yoxlanıldıqdan sonra
idxalına icazə verilməsinə gətirib çıxarır.
“Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun “Baytarlıq preparatlarının, yem və
yem əlavələrinin dövriyyəsinə dövlət baytarlıq nəzarəti” adlı 18-ci maddəsində yazılır:
“18.2. Hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan
Respublikasında qeydiyyatdan keçmiş, baytarlıq preparatları, yem və yem əlavələri idxal və
ixrac edə bilərlər. Qeydiyyatdan keçməmiş baytarlıq preparatları, yem və yem əlavələri
Azərbaycan Respublikasına sərgilərdə, yarmarkalarda, konfranslarda nümayiş etdirmək, elmi
və digər məqsədlər üçün satış hüququ olmadan gətirilə bilər.
18.3.
Baytarlıq preparatlarının, yem və yem əlavələrinin idxalı və ixracı qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”
Dövlət Baytarlıq Xidmətinin bu sahədəki fəaliyyətinin nizamlanması üçün qəbul edilmiş “Dövlət
baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq
nəzarətinin təşkili, idxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın
baytarlıq (baytarlıq-sanitariya) vəziyyətinin yoxlanılması və müvafiq baytarlıq sənədinin
verilməsi, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və
ölkə daxilində daşınması” Qaydalarının yalnız “İdxal edilən heyvanlara, heyvan mənşəli
məhsullara və xammala verilmiş baytarlıq sənədlərinə baxış keçirilməsi” adlı 4-cü maddəsində
yem idxalına dolayısı ilə və yalnız ümumi şəkildə toxunulur:
20
“4.3. Heyvanlar, heyvan mənşəli məhsullar və xammal ölkə ərazisinə daxil olduqda və
qüvvədə olan baytarlıq (baytarlıq-sanitariya) qanunvericiliyinin tələbləri pozulmadıqda belə
yüklərə verilmiş beynəlxalq baytarlıq sertifikatı əsasında yükün buraxılması baytarlıq haqqında
Azərbaycan Respublikası qanununda müəyyən olunmuş qaydada həyata keçirilir.”
Yem və yem əlavələrini qeydə almaq üçün təqdimat verməli orqan olan Dövlət Baytarlıq
Preparatlarına Elmi Nəzarət İnstitutun fəaliyyətini tənzimləyən yeganə qanunvericilik aktında -
“Azərbaycan Respublikasında baytarlıq preparatlarının aprobasiyası, ekspertizası, sınaqdan
keçirilməsi, dövlət qeydiyyatına alınması və dövlət reyestrinin aparılması, istehsalı, idxalı,
saxlanması, daşınması, satışı və istifadəsi, habelə yeni baytarlıq preparatlarının, avadanlıqlarının
və yem əlavələrinin istehsalına və tətbiqinə dair normativ texniki sənədlərin təsdiq edilməsi,
onların keyfiyyətinə nəzarət edilməsi və aprobasiyasına dair rəy verilməsi” Qaydalarında yem və
yem əlavələrinə baytarlıq preparatı kimi açılış verildiyindən onu qeydiyyata alınması üçün
farmokoloji preparatlara tətbiq edilən sərt tələblər şamil olunur.
Xatırladaq ki, qaydaların əvvəlki redaksiyası yem və yem əlavələrinin qeydiyyata alınmadan
idxalına icazə verirdi. Qaydaların əvvəlki redaksiyasında olan 5.6.-cı bəndində yazılırdı: “Ölkədə
və xaricdə istehsal edilən və dövlət baytarlıq nəzarətində olan yem və yam əlavələri yem
məqsədilə işlədilən kənd təsərrüfatı və sənaye tullantıları, heyvanlara qulluq əşyaları dövlət
qeydiyyatına alınmadan istehsal və idxal edilə bilər”.
Ancaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2008-ci il tarixli 125 nömrəli qərarı
ilə Qaydaların 5.6-cı bəndindən “yem və yem əlavələri,” sözləri çıxarılmışdır. Qaydaların köhnə
redaksiyası nəzərdə tuturdu ki, xaricdən idxal edilən yem və yem əlavələrinə Dövlət Baytarlıq
Xidməti tərəfindən icazə verilir, institut bu məsələyə qarışmır. O zaman qaydalarda göstərilirdi
ki, yem və ya yem əlavələri idxal olunub respublikaya çatdırıldıqdan sonra götürülən nümunə
Xidmətin idxala icazə məktubu, keyfiyyət sertifikatı və digər malı müşayiət edən sənədlərlə
birlikdə instituta təqdim edilməlidir. İnstitut nümunəni yoxlayıb müsbət rəy verdikdən sonra
yem və ya yem əlavələrinin satışına, istifadəsinə icazə verilirdi. O zaman qaydalara edilən
yarımçıq dəyişikliyin izlərini hələ də sənəddə tapmaq mümkündür ki, bu da qanunvericilik
aktında dolaşıqlığın yaranmasına səbəb olur.
Məsələn, qaydaların 4.1. –ci maddəsində yazılır ki, baytarlıq preparatlarının keyfiyyətinin
yoxlanılması və onların qeydiyyata (yenidən qeydiyyata) alınması məqsədilə həmin
preparatların nümunələri əvvəlcədən İnstituta təqdim edilməlidir.
Eyni zamanda, qaydalarda göstərilir ki, müraciət məktubu (əgər preparat qeydə alınmışsa,
preparatın qeydiyyat şəhadətnaməsinin nömrəsi göstərilməklə), nümunəgötürmə aktı,
keyfiyyət sertifikatı, Dövlət Baytarlıq Xidmətinin idxala icazə məktubu və ya qeydəalma barədə
ərizəçinin məktubu, malı müşayiət edən yol sənədləri ilə (invoys və müxtəlif sertifikatlar)
müşayiət edilməlidir.
Burda Dövlət Baytarlıq Xidmətinin idxala icazə məktubunun nə olması başa düşülmür. Əgər
institut yem gətirilməmişdən nümunəni sınaqdan, sənədləri ekspertizadan keçirəcəksə, yalnız
bundan sonra Baytarlıq xidməti idxal icazəsi verəcəksə, onda əvvəlcədən hansı icazə
21
məktubunun təqdim edilməsindən söhbət gedə bilər. Görünür ki, əvvəlki qaydalara dəyişiklik
edilən zaman həmin icazə məktubunu, eyni zamanda “malı müşayiət edən yol sənədləri”
sözlərini sənədlərin siyahısından çıxarmağı unudublar. Əgər mal hələ gəlməyibsə, onu müşayiət
edən yol sənədləri necə əvvəlcədən gələ və təqdim edilə bilər?
Məhz dəyişikliklərdən sonra Qaydaların 5-ci bölməsində (Xaricdə istehsal olunmuş baytarliq
preparatlari sənədlərinin və nümunələrinin qeydə alinmasi üçün ekspertiza) qeydiyyat üçün sərt
tələblər qoyulub:
“5.1. Xaricdə istehsal edilmiş preparatın qeydə alınması üçün baytarlıq preparatını işləyən
(layihələşdirən), onu hazırlayan firma və ya onların vəkaləti ilə başqa hüquqi və fiziki şəxslər bu
barədə İnstituta bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun olaraq rəsmən müraciət
etməlidirlər.
5.2. Müraciət məktubuna qeydə alınacaq preparata aid bu Qaydaların əlavələrinə uyğun
sənədlər komplekti daxil edilməlidir (2, 3, 4, 5 və 6 nömrəli əlavələr).
5.3. Ərizəçi ilə İnstitut arasında preparatın ekspertizası, sınaqdan keçirilməsi və qeydə
alınması üçün müqavilə bağlanılır.
5.4. İnstitutun rəhbərliyi preparatın qeydə alınmasına aid daxil olmuş sənəd və materiallar
toplusunun surətini preparatın nümunələri ilə birlikdə İnstitutun müvafiq laboratoriyasına
göndərir. Laboratoriya preparata aid sənədləri araşdırır, tələb olunan bütün sənədlərin təqdim
edilməsini, həmin sənədlərdə lazım olan informasiyaların tamlığını müəyyən edir və
çatışmayan sənədlərin və məlumatların əlavə olaraq verilməsini tələb edir.”
Həm sənədlərin çoxluğu (söhbət 100-dən artıq sənəddən gedir), həm də onu əldə etməyin
çətinlikləri (keyfiyyət, mənşə, baytarlıq sertifikatlarının əvvəlcədən alınması əlavə xərc, vaxt və
enerji tələb edir ) praktiki olaraq yem və yem əlavələrinin qanuni yolla qeydiyyatdan keçirilib
idxal olunmasını mümkünsüz edir.
Hazırki qaydaların 8-ci maddəsində (Baytarliq preparatlarinin qeydiyyata (yenidən qeydiyyata)
alinması) göstərilir ki, baytarlıq preparatının qeydiyyata alınma sənədlərinin və nümunələrinin
ekspertizadan və sınaqdan keçirilməsinin nəticələri əsasında (Bu işlərin həyata keçirilmə
müddəti qaydalarda göstərilməyib. Sorğu, fokus qrup müzakirələri və intervülərin nəticəsi kimi
demək olar ki, prosess ən azi 30 gün davam edir) İnstitut Dövlət Baytarlıq Xidmətinə 15 gün
müddətində preparatın qeydiyyata (yenidən qeydiyyata) alınması barədə təqdimat verməlidir.
Bundan sonra İnstitutun preparat barədə rəyinə Dövlət Baytarlıq Xidmətində və ya onun Elmi
Texniki Şurasında baxıldıqdan sonra institutun rəyinə və ya Elmi Texniki Şuranın qərarına əsasən
təqdimat verilmiş gündən bir ay müddətində Dövlət Baytarlıq Xidməti preparatı qeydiyyata
alaraq ərizəçiyə qeydiyyat şəhadətnaməsi verir və ya qeydiyyata alınmasından imtina barədə
əsaslandırılmış qərar çıxarır. Qeyd edək ki, Qaydaların tələbinə görə, qeydiyyat şəhadətnaməsi 5
il müddətinə verilir.
Əvvəlki qaydalarda malı gətirməmişdən 1 ay əvvəl müraciət olunması nəzərdə tutulurdu. Ancaq
göründüyü kimi, bu müddət qaydaların hazırki redaksiyasında yoxdur
22
Yem idxalçılarının gətirəcəkləri yemin nümunəsinin sınaqdan, sənədlərin ekspertizadan
keçirilməsinin, yemin qeydiyyata alınmasının qayda və şərtləri, ödəniləcək rüsumun məbləği
Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli qərarı ilə təsdiq edilən “Azərbaycan
Respublikasında dövlət baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti
hesabına qanunla müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsinin qaydası və şərtləri”, Tarif
(Qiymət) Surasının “Azərbaycan Respublikası Kənd Təsərrufatı Nazirliyi yanında Dovlət Baytarlıq
Xidməti tərəfindən baytarlıq nəzarəti vacib olan obyektlərin mulkiyyətcilərinin vəsaiti hesabına
maliyyələsdirilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə 17 saylı, 26 iyul 2007-ci il tarixli
qərarı və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.
Qayda və şərtlərin 2-ci “Mülkiyyətçilərin vəsaiti hesabına maliyyələşdirilən baytarlıq tədbirləri”
bölməsində bu tip baytarlıq tədbirlərinin siyahısı verilib. Həmin siyahıda yem və yem
əlavələrinin istifadə üçün təqdim edilən seriyalarının (partiyalarının) aprobasiyası, sınağı,
ekspertizası, qeydə alınması və nəzarət xərcləri də var. Qaydaların 3-cü bölməsində isə göstərilir
ki, baytarlıq xidmətlərinin göstərilməsinə görə alınan məbləğin miqdarı Azərbaycan
Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir. Bu bölmədə, eyni zamanda, konkret
şəkildə qeyd olunub ki, xidmətlərin göstərilməsi ödəniş həyata keçirildikdən sonra aparılır. Tarif
(Qiymət) Şurasının yuxarıda adıçəkilən qərarında bu xidmət üçün konkret məbləğ qeyd olunub.
Qərarın “Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutu tərəfindən həyata
keçirilən xidmətlər” adlı 5-ci bölməsində baytarlıq preparatlarının ekspertizası üçün 950 manat,
təkrar ekspertiza üçün isə 450 manat xidmət tarifi nəzərdə tutulub. 50 manat isə qeydiyyat
şəhadətnaməsinin və idxal icasənin verilməsi üçün Dövlət Baytarlıq Xidmətinə köçürülməlidir.
Bu isə Tarif (Qiymət) Şurasının qərarı ilə deyil, “Dövlət rüsumu haqqında” qanunla tənzimlənir.
Qanunun
18.66.3-cü
maddəsində
yazılıb:
“Baytarlıq
preparatlarının
qeydiyyat
şəhadətnaməsinin verilməsi (bir preparat) – 50 manat”.
Göründüyü kimi yem idxalçısı nəticədən asılı olmayaraq əvvəlcədən yemin sınaqdan keçirilməsi
üçün 950 manat xidmət tarifi ödəməlidir. Əgər ödəniş üçün müqavilə bağlanılmasa və vəsaitin
instituta aid olan hissəsi (950 manat) bütünlüklə ödənilməsə, institut yemin sınaqdan
keçirilməsi işlərinə başlamır.
Dostları ilə paylaş: |