4.3
İDXAL KARANTİN İCAZƏSİNİN VERİLMƏSİNİN VƏ FİTOSANİTAR
NƏZARƏTİN QANUNVERİCİLİK ƏSASLARI
Tərkibində heyvan mənşəli məhsullar, biloloji fəal maddələr (vitaminlər, minerallar,
mikroelementlər), fermentlər, qoruyucular (antioksiddantlar, sorbentlər, antimikrobelemenlər)
və sair olduğuna görə quş və balıq yeminə idxal icazəsini Dövlət Baytarlıq Xidməti verir. Ancaq
ekspert qrupunun araşdırması nəticəsində məlium olub ki, yem idxalı prosesinin qanunverici
əsasları sahibkarlara inzibati baryerlər yaratdığından onlar quş yeminin ayrı-ayrı
komponentlərini (buğda, arpa, qarğıdalı, soya və sair) idxal etməyə üstünlük verirlər.
Balıq yemini isə komponentlər şəklində idxal etmək mümkün deyil. Balıq yemi əsasən balıqların
növünə və yaşına uyğun olaraq müxtəlif kalibrlərdə bişirilmiş hazır məhsul kimi idxal olunur.
Quş yeminin bitki mənşəli komponentlərinin idxalına icazəni Dövlət Fitosanitar Nəzarəti Xidməti
23
verir. Qeyd edək ki, baytarlıq icazəsindən fərqli olaraq, bitkiçilik və bitki mənşəli məhsulların
idxalı prosesi müvafiq qanunvericilikdə aydın və sadə şəkildə əks etdirilib (Bax: Əlavə 10.8. Yem
idxalını əhatə edən qanunvericlik aktlarından tədqiqat zamanı istifadə olunmuş çıxarışlar, №
5,6, 17,18). İdxal karantin icazəsinin alınması proseduru sadədir. Bütövlükdə Dovlət Fitosanitar
Nəzarəti Xidmətinin bu sahədəki fəaliyyəti “Fitosanitar nəzarəti haqqında” Azərbaycan
Respublikasının Qanunu, Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarı ilə
təsdiq edilmiş “Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, Azərbaycan Respublikasının
ərazisindən tranzit daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin və fitosanitar
sertifikatlarının verilməsi” Qaydaları, Tarif (Qiymət) Surasının “Azərbaycan Respublikasının Kənd
Təsərrufatı Nazirliyi yanında Dovlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən gostərilən
xidmətlərin tariflərinin tənzimlənməsi barədə” 25 iyul 2007-ci il tarixli, 18 saylı qərarı və
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. “Fitosanitar
nəzarəti haqqında” qanunun 2-ci fəslinin (Fitosanitar nəzarətin təşkili) 10-cu maddəsində
(Dövlət Fitosanitar Nəzarəti Xidmətinin huquqları) və 3-cü fəslinin (Fitosanitar tədbirlər), 13-cü
maddəsində (İdxal olunmuş məhsullara tətbiq edilən fitosanitar tədbirlər) çərçivə prinsiplər
müəyyən olunub: “10.0.3. qanunvericiliklə muəyyən edilmiş qaydalara uyğun olaraq bitki və
bitkicilik məhsullarının idxalı və ixracına, Azərbaycan Respublikasının ərazisində tranzit
daşınmasına və dovriyyəsinə idxal karantin icazəsi və fitosanitar sertifikatları vermək;
13.2. Zərərli orqanizmlərin olkə ərazisinə daxil olmasının və yayılmasının qarşısının
alınması məqsədilə bitki və bitkicilik məhsullarının idxalı ilə bağlı dovlət fitosanitar nəzarəti
xidməti tərəfindən aşağıdakı fitosanitar tədbirləri həyata kecirilir:
13.2.1. analiz (test), muayinə, məhsulun saxlanması və məhv edilməsi məqsədilə bitki və
bitkicilik məhsullarını, digər karantin nəzarətində olan materialları və yukləri fitosanitar
nəzarəti məntəqələrində saxlamaq, geri qaytarmaq və onların idxalına məhdudiyyətlər
qoymaq.”
“Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, Azərbaycan Respublikasının ərazisindən
tranzit daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının
verilməsi” Qaydalarında göstərilib ki, yükü idxal etməzdən əvvəl müəyyən olunmuş siyahıya
uyğun olaraq karantin nəzarətində olan zərərli orqanizmləri yaya bilən bitki və bitkiçilik
məhsullarına idxal karantin icazəsinin alınması üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə rəsmi müraciət edilməlidir. Hüquqi
şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, fiziki şəxslər üçün - soyadı, adı, atasının adı,
şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən
verilmişdir, ünvanı) əks olunmalıdır. Ərizə ilə birlikdə hüquqi şəxslərin dövlət qeydiyyatı
haqqında şəhadətnamənin surəti, fiziki şəxslərin isə sahibkarlıq fəaliyyəti ilə məşğul olması və
vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti, idxal olunan bitki və
bitkiçilik məhsulları barədə məlumat təqdim edilməlidir. Təqdim olunan ərizə və sənədlər
Dövlət Xidməti tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir və qeydə alındığı gündən
başlayaraq 15 gün müddətindən gec olmamaq şərtilə baxılır, çatışmazlıqlar və ya imtina üçün
əsas olmadıqda, ərizəçiyə Xidmət tərəfindən qaydaların 1 nömrəli əlavəsindəki nümunəvi
formaya uyğun idxal karantin icazəsi verilir.
24
Qeyd edək ki, “Dövlət rüsumu haqqında” qanuna uygun olaraq idxal karantin icazəsinin
verilməsi rüsumu 3 manatdır. Yük ölkəyə daxil olanda vizual baxışdan sonra ehtiyac olarsa,
ondan nümunə götürülüb laboratoriyada yoxlanıla bilər. Bu proses də müvafiq qanunvericilik
aktı ilə tənzimlənir. Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasına gətirilən və Azərbaycan Respublikasından aparılan karantin
nəzarətində olan materiallara, o cümlədən baqajlarda, poçt bağlamalarında və sərnişinlərin əl
yüklərində gətirilən bitki və bitkiçilik məhsullarına fitosanitar karantin baxışının keçirilməsi və
laboratoriya ekspertizasının aparılması” Qaydalarında göstərilir ki, ölkəyə gətirilən karantin
nəzarətində olan materiallar müvafiq sənədlərlə müşayiət olunduğu və plomblanmış nəqliyyat
vasitələrində daxil olduğu halda gömrük tələblərinə riayət edilməklə, fitosanitar nəzarəti
məntəqələrində yük açılmadan üzərində vizual fitosanitar karantin baxışı həyata keçirilərək yola
salınmalıdır. Qaydalarda o da yazılıb ki, vizual fitosanitar karantin baxışı zamanı yükün üzərində
və ya daşındığı nəqliyyat vasitələrində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar
olunduqda, yük saxlanılaraq gömrük orqanlarının iştirakı ilə götürülür və sahibinin razılığı ilə
qanunvericiliklə müəyyən olunmuş qaydada zərərsizləşdirilir. Yük sahibinin razılığı olmadığı
halda dövlət fitosanitar müfəttişləri tərəfindən müəyyən olunmuş qaydada akt tərtib edilir və
yük geri qaytarılır. Bu barədə dərhal ixracatçıya (daşıyıcıya və ya digər səlahiyyətli şəxsə) rəsmi
məlumat verilir. Bu zaman Tarif (Qiymət) Surasının “Azərbaycan Respublikasının Kənd
Təsərrufatı Nazirliyi yanında Dovlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən gostərilən
xidmətlərin tariflərinin tənzimlənməsi barədə” qərarında göstərilən şəkildə xidmət haqqı alınır.
Qərarda “Karantin nəzarətində olan bitki və bitki mənsəli məhsullardan göturulmus
nümunələrin karantin ekspertiza laboratoriyasında muayinəsi” adlanan bölməsində bütün növ
yemlər, dənli və paxlalı bitkilərin 1 tonu üçün 1.20 manat (yüksək siyarətlənmə dərəcəsi), 0.60
manat, (orta siyarətlənmə dərəcəsi) və 0.10 manat (aşağı siyarətlənmə dərəcəsi) xidmət haqqı
alınması müəyyənləşdirilib.
4.4
GÖMRÜK PROSEDURLARINI TƏNZİMLƏYƏN QANUNVERİCİLİK AKTLARI
İdxal prosesini tənzimləyən gömrük qanunvericliyi
Azərbaycan Respublikasının Gömrük
Məcəlləsindən,
“Gomruk tarifi haqqında” Azərbaycan Respublikası Qanunundan, NK-nın 12 aprel
2001-ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük
rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında”,
80 №-li Qərardan, “Yük gömrük bəyannamələrinin doldurulması” Qaydalarından (17 iyun 1998-
ci il), Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 5 yanvar 2001-ci il tarixli 001
saylı əmri ilə təsdiq edilmiş “Xarici dövlətlərin avtonəqliyyat vasitələrinin Azərbaycan
Respublikası ərazisinə daxil olması və bu ərazidən sərnişin və yük daşınması üçün istifadə
etməsinə görə yol vergilərinin hesablanıb tutulması haqqında” Təlimatdan və Azərbaycan
RespublikasınınVergi Məcəlləsindən ibarətdir. Məcəllədə və “ Gomruk tarifi haqqında” qanunda
gömrük ödənişləri
(
gömrük rüsumu, əlavə dəyər vergisi, gömrük rəsmiləşdirilməsinə görə gömrük
yığımları, saxlanca görə gömrük yığımlari, əlavə dəyər vergisi və sair), gömrük ödənişlərinin ödənilmə
müddətləri, onlarin ödənilmə qaydasi, ödəniş valyutası, gömrük rəsmiləşdirilməsi məqsədi ilə mallardan
prob və nümunələrin götürülməsi, gömrük sərhədindən keçmə barədə və ya mallar və nəqliyyat
vasitələrinin gömrük ərazisindən kənara aparılması niyyəti barədə gömrük orqanlarına məlumat
verilməsi, malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin gömrük orqanının müəyyən etdiyi
25
yerlərə çatdırılması
,
malların və nəqliyyat vasitələrinin çatdırıldığı yerdə gömrük nəzarətinə təqdim
edilməsi, malları, nəqliyyat vasitələrini bəyanetmə və onun formaları, bəyanetmə yeri, gömrük
bəyannaməsinin qəbulu, deklarantın vəzifə və hüquqları, gömrük məqsədləri üçün lazim olan sənədlər,
əlavə məlumatlar və sair haqda ilkin çərçivə prinsiplər müəyyən olunub
(Bax: Əlavə 10.8. Yem idxalını
əhatə edən qanunvericlik aktlarından tədqiqat zamanı istifadə olunmuş çıxarışlar,
№ 6,7,8,9,10,11,12, 13, 14, 20)
.
İdxal rüsumları
Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli, 80 saylı qərarına əlavə olan 2003-cü
il 22 dekabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş “
Azərbaycan Respublikasının ərazisinə
gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri” ilə tənzimlənir. Sənəddə konkret olaraq yem
və yem əlavələr ayrıca mal mövqeyi kimi nəzərdə tutulmayıb.
Yem və yem əlavələrini
I bölmənin (Diri
heyvanlar; heyvan mənşəli məhsullar) 0
5-ci qrupunun (Başqa yerdə adı çəkilməyən və təsnif
olunmayan heyvan mənşəli məhsullar) 0511 99 809 0 saylı (digərləri) mal mövqeyinə aid etmək
olar. Ümumiyyətlə, bu bölmədə idxal rüsumları 0-15 arası dəyişir. 0511 99 809 0 saylı mal
mövqeyinin isə idxal rüsumu 15%-dir.
“Yük gömrük bəyannamələrinin doldurulması” Qaydalarında malla bağlı məlumatların necə
doldurulması qaydaları əks olunub ki, bura malı göndərənin kimliyindən tutmuş malın
boşaldılma yerinə qədər bütün informasiyalar əks etdirilir. Nazirlər Kabinetinin 2001-ci il 12
aprel tarixli,80 nomrəli qərarına əlavə kimi 2007-ci il 27 noyabr tarixli, 189 nomrəli qərarı ilə
təsdiq edilmis mətndə “Gömruk rəsmiləşdirilməsinə görə alınan gömruk yığımlarının
miqdarı”nda göstərilir ki, mal qismində Azərbaycan Respublikasının gömruk sərhədindən
nəqliyyat vasitələri də daxil olmaqla kecirilən (o cumlədən musayiət olunmayan baqajda və
beynəlxalq poct gondərislərində) malların gömruk rəsmiləsdirilməsi ucun hər bir yuk gömruk
bəyannaməsinə və ya gömruk mədaxil orderinə görə malın gömruk dəyərindən asılı olaraq
asağıdakı qaydada gömruk yığımları alınır:
Gömruk dəyəri 1000 manata qədər olduqda 10,0 manat;
Gömruk dəyəri 1001 manatdan 10000 manata qədər olduqda 50 manat;
Gömruk dəyəri 10001 manatdan 100000 manata qədər olduqda 100 manat;
Gömruk dəyəri 100001 manatdan yuxarı olduqda isə 275 manat.
Bundan əlavə, gömruk yuk bəyannaməsinin hər bir əlavə vərəqi ucun sovdələsmə xarakterindən asılı
olmayaraq, 10 manat gömruk yığımı alınır.
Gömrük dəyərinə rüsum və gömrük yığımları əlavə edildikdən sonra onun üzərinə əlavə dəyər vergisi
(ƏDV) də hesablanılır ki, bu barədə Vergi Məcəlləsinin “Əlavə dəyər vergisi” adlandırılan XI fəslində
məlumat verilir. Məcəllədə qeyd olunur ki, Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən
şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar. Vergi tutulan idxalın dəyəri malların
Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən
və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV
nəzərə alınmadan) ibarətdir. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın
dəyərinin 18 faizidir. Bizim hesablamalarımıza görə, malın gömrük dəyəri, rüsumlar, yığımlar, ƏDV
bütövlükdə idxal edilən malın dəyərinin 36 faizini təşkil edir.
26
5.
İdxal prosedurlarına birbaşa və dolayısı ilə təsir edən amillər
Yem və yem əlavələrinin idxalı prosesinin mərhələlər üzrə qiymətləndirilməsi aşkara çıxardı ki, bu sahədə
bir çox digər problemlər var. Bu tip amilləri aşağıdakı kimi qruplaşdırmaq mümkündür.
5.1.
Peşəkar sahəvi birliklərin fəaliyyətsizliyi
Quş və balıq yeminin idxalı ilə əsasən iri quşçuluq və balıqçılıq təsərrüfatları olan sahibkarlar məşğul
olurlar. Çox təəssüf ki, bu sahələri təmsil edən sahibkarların peşəkar birlikləri (biznes asossiasiyaları) ya
yoxdur, ya da zəifdir. Quşçuluq sahəsində belə bir birlik (Azərbaycan Quşçular Cəmiyyəti) olsa da,
balıqçılıq sahəsində Respublika Ovçuluq və Balıqçılıq Birliyi deyilən bir qurum var ki, o da daha çox
ovçuluqla məşğul olur.
Bu birliklər üzvlərinin hüquqlarını dövlət orqanları qarşısında qorumaqdan, qanunverici orqanda onların
lobbiçiliyini aparmaqdan daha çox, görüntü xatirinə yaradılıblar. Yem və yem əlavələrinin idxalı
prosedurunu tənzimləyən qanunvericlik aktlarında dəyişiklik və əlavələrin edilməsindən, idxal
prosedurunun mürəkkəbləşməsindən ya onların doğrudan da xəbərləri olmayıb, ya da buna bilərəkdən
göz yumublar.
Beynəlxalq təcrübə göstərir ki, qanunvericlikdə aparılan dəyişikliklər biznesin inkişafına xidmət etməlidir.
Belə mürəkkəb məsələlərlə təsərrüfatlar ayrı-ayrılıqda peşəkar səviyyədə məşğul ola bilməzlər. Bunun
üçün həmin təsərrüfatların üzvlük haqları hesabına fəaliyyət göstərən müstəqil sahəvi birliklərinin
yaradılması və onların aktivləşdirilməsi vacibdir.
5.2.
Sahibkarların qanunvericiliyin tələb və öhdəliklərindən xəbərsiz
olması
Tədqiqat zamanı müxtəlif səviyyələrdə təsərrüfat rəhbərləri ilə təmasdan sonra məlum oldu ki, onların
əksəriyyəti bu sahəni tənzimləyn qanunvericlik aktlarının tələb və öhdəliklərindən məlumatsızdırlar. Ona
görə də müvafiq dövlət orqanlarında şifahi şəkildə səsləndirilən tələbləri qanunvericiliyin tələbləri kimi
qəbul edir, onları araşdırmağın faydasız olduğuna inanırlar. Onlarda belə bir inam formalaşıb ki, əgər
qanuni yola baş vursalar, həm xərcləri daha yüksək olacaq, həm də daha çox vaxt itirəcəklər.
5.3.
İdxal üçün müraciət edənlərin informasiya əldə etmək sahəsində
çətinlikləri
Yem və yem əlavələrinin idxalı ilə məşğul olan və yaxud buna cəhd edən sahibkarlar idxal icazəsi
prosedurunu öyrənmək üçün müraciət etdikləri müvafiq dövlət orqanlarında informasiya əldə etməklə
bağlı çətinliklərlə qarşılaşırlar. Bu halda onlar ya rəsmi sayta yönləndirilir, ya da şifahi şəkildə
məlumatlandırılırlar. Rəsmi saytların tədqiqat qrupu tərəfindən araşdırılması göstərdi ki, onlar həddən
artıq qarışıqdır, oradan konkret quş və ya balıq yeminin idxalı ilə bağlı yararlı informasiya tapmaq və
onları qruplaşdırmaq üçün xeyli vaxt və ustalıq tələb olunur. Yalnız Dövlət Gömrük Komitəsinin saytında
(www.customs.gov.az) sual vermək imkanı yaradılır ki, burada da suallara ümumi şəkilədə cavab
verildiyindən müraciətçinin informasiya ehtiyacını ödəmir. Baytarlıq Xidmətinin saytı yeni yaradılıb,
təkmilləşdirmə mərhələsindədir. İdxal icazəsi zamanı tələb olunan sənədlərin siyahısını saytdan əldə
etmək mümkün deyil. Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunun saytı yoxdur. İdxal
baytarlıq icazəsini verən əsas orqan olan institutdan məlumat öyrənmək üçün mütləq yerləşdiyi Hökməli
kəndinə getmək lazımdır.
Eynilə, bəzi hallarda rəsmi dövlət orqanlarının saytlarında yerləşdirilən qanunvericlik aktlarında
rüsumlarla bağlı fərqlər müşahidə olunur. Məsələn, Tarif
(Qiymət) Şurasının saytında
27
(http://www.tariff.gov.az/?/az/resolution/view/47/) yerləşdirilən “Azərbaycan Respublikasının
Tarif (qiymət) Surası Azərbaycan Respublikası Kənd Təsərrufatı Nazirliyi yanında Dovlət Baytarlıq Xidməti
tərəfindən baytarlıq nəzarəti vacib olan obyektlərin mulkiyyətcilərinin vəsaiti hesabına maliyyələsdirilən
xidmətlərin tariflərinin tənzimlənməsi barədə” 26 iyul 2007-ci il tarixli, 17 saylı qərarda baytarlıq
preparatlarının ekspertizasının xidmət haqqı kimi 950 manat göstərilib. Kənd Təsərrüfatı Nazirliyinin
saytında
isə
eyni
qərar
yerləşdirilib,
ancaq
baytarlıq
preparatlarının
ekspertizası və qeydiyyatının xidmər haqqı kimi isə 1000 manat yazılıb.
Eyni qərarın 2 saytda fərqli şəkildə yerləşdirilməsi bir tərəfə, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 21 aprel tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarətində
olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, idxal-ixrac
edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq (baytarlıq-sanitariya) vəziyyətinin
yoxlanılması və müvafiq baytarlıq sənədinin verilməsi, dövlət baytarlıq nəzarətində olan yüklərin
Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması” Qaydalarında yazılır ki, baytarlıq
preparatlarının qeydiyyata alınması Dövlət Baytarlıq Xidməti tərəfindən aparılmalıdır. Və məntiqə uyğun
olaraq da 50 manat qeydiyyat haqqqı Xidmətə köçürülməlidir.
Bu cür uyğunsuzluqlar, qanun və qərarlardakı dolaşıqlıqlar müfaviq dövlət orqanlarının saytlarından
informasiya almaq istəyən müraciətçiləri çaş-baş salır.
5.4.
Milli səviyyədə statistik bazanın yoxluğu
Yem və yem əlavələrinin Nazirlər Kabinetinin 2003-cü il 22 dekabr tarixli, 161 saylı qərarı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük rüsumlarının dərəcələri”ndə
ayrıca mal mövqeyi kimi əks etdirilməməsi bir tərəfdən idxalçılarda qeyri-müəyyənlik yaratmaqla yanaşı,
digər tərəfdən statistika sarıdan problemə yol açır. Məhz bu səbəbdən Dövlət Statistika Komitəsinin
xarici ticarətlə bağlı yayımladığı statistik məcmuələrdə yem və ya yem əlavələrinin idxalı ilə bağlı
göstərici tapmaq mümkün deyil. Bu da tədqiqatın nəticəsi kimi təklif olunan dəyişikliklərdən sonra
təsirləri ekonometrik üsullarla ölçməyə imkan vermir.
6.
Mövcud idxal prosesinin daxili bazara təsiri
İdxal prosedurunun və prosesinin hazırki vəziyyətini “orta əlverişli” kimi xarakterizə etmək olar. Bu cür
yarıməlverişli vəziyyətin səbəbi idxalın müəyyən mərhələlərində proqressiv dəyişikliklər, paralel olaraq
ticarət əməliyyatlarına maneə yaradan, onu ləngidən amilllərdir. Məsələn, son illər gömrük
prosedurlarında sadələşdirmə və əməliyatların yüngüllləşdirilməsi tendensiyası müşahidə olunur.
Gömrük sənədləşdirilməsi ilə bağlı tətbiq olunan vahid pəncərə prinsipi doldurulan sənədlərin sayının
minimuma endirilməsinə şərait yaradıb. Gömrük rüsum və yığımlarının ödəniş formalarının geniş
diapozonda tətbiqi idxalçılara maliyyə əməliyyatlarının operativ həll etmək imkanı verir. Bununla yanaşı,
idxalın digər bir mərhələsində son zamanlar qəbul olunan qərarlar sayəsində idxal icazəsinin alınması
vaxtının uzadılması potensial idxalçıların sayının azalmasına səbəb olub. Müəssisə və müvafiq dövlət
orqanları tərəfindən idxal baytarlıq icazəsinin qanunvericliyə uyğun olaraq alınmasına sərf olunan vaxt 3
aydan çox çəkir. Bu zaman tələb olunan sənədlərin həcmi 200 səhifədən 300 səhifəyədək çatır. Təbii ki,
bu cür sərt tələblər keyfiyyətli hazır balıq yeminin potensial idxalçılarını idxaldan çəkindirir, quş yemi
idxalçıları isə vəziyyətdən çıxış yolu kimi daha sadə prosedur qaydaları tələb edən yemin
komponentlərinin idxalına üstünlük verirlər. Aparılan elmi tədqiqatlar sübut edir ki, xüsusi inqridientlərlə
zəngin hazır balıq yemindən istifadə balıqçılıq təsərrüfatlarında məhsuldarlığı təxminən 2 dəfə artırmağa
28
imkan verir. İdxal prosedurlarında olan süni inzibati maneələrin daxili bazara necə təsir etdiyinə diqqət
yetirək:
Birinci, rəsmi statistikaya inansaq, təkcə Neftçala-Salyan bölgəsində 200-ə yaxın balıqçılıq təsərrüfatı
var, ancaq onların arasında daxili bazarın vəziyyətinə təsir etmək gücündə olmayan çoxlu xırda
təsərrüfatlar var. Daxili bazar üçün az-çox əhəmiyyəti olan təsərrüfatların sayı təxminən 180-ə yaxındır.
Balıq yemini isə xaricdən 5-6 təsərrüfat, özü də mütəmadi deyil, epizodik şəkildə gətirə bilir.
İkinci, 6-7 təsərrüfatı çıxmaq şərtilə, digərləri primitiv üsullarla balıq yetişdirməklə məşğuldur ki, belə
təsərrüfatlarda balıqlar əsasən bitki mənşəli yemlərlə qidalandırılır. Hərdən isə balıqları kəsilmiş
heyvanların daxili orqanları ilə yemləyirlər. Ancaq bu tip yemlərin tərkibində balığın normal inkişafı üçün
tələb olunan protein və vitaminlər çatışmır. Nəticədə belə təsrrüfatlar üçün zəif artım, kiçik istehsal
həcmi və aşağı keyfiyyətli məhsul xarakterik olur.
Dostları ilə paylaş: |