Üçüncü, yerli təsərrüfatların daxili bazara çıxardığı məhsulun həcmi böyük olmadığından balıq və balıq
məhsullarının idxalı yerli istehsalı üstələyir. Xarici okean, dəniz məhsullarının yerli məhsulu daxili
bazardan sıxışdırması tendensiyası davam edir.
Dördüncü, quşçuluq təsərrüfatlarında vəziyyət xeyli yaxşıdır. Yerli quşçuluq təsərrüfatlarının məhsulları
daxili bazardan xarici məhsulları demək olar ki, çıxarıb. Ancaq burada da çox baha olması səbəbindən
laboratoriya avadanlıqlarının yoxluğu ilə yanaşı, keyfiyyətli yem idxalı problemi var. Bu da belə
müəssisələrə istehsal gücünü artırmağa və xarici bazarlara məhsul ixrac etməyə imkan vermir.
Daxili bazarda yerli balıq məhsullarının satış qiyməti 6 manat (karp, sazan) və 11 manatdır (çay foreli). Bu
halda satış xərclərini də nəzər almaqla məhsulun maya dəyəri 4-4.5 (karp) manat və 8-8.5 manat (forel)
təşkil edir. Bütün vacib inqridientləri, lazımi proteini özündə cəmləşdirən hazır yemin 1 kiloqramı karp
üçün 0.40 manat, qızıl balıq üçün isə 1.20-1.40 manatdır. Sorgular göstərdi ki, hazır yem idxalı üçün
icazənin alınması sahəsindəki mövcud inzibati baryerlər balıq təsərrüfatlarını ayrı-ayrı bitki mənşəli
komponentlərdən istifadəyə məcbur edir. Bu cür yemin 1 kq-nın qiyməti təxminən 0.25 manatdır.
Təcrübə göstərir ki, 3-3.5 kq hazır yem karp balığının çəkisinin 1 kq artmasına imkan verir, bitki mənşəli
komponentlərlə qidalandırılan balığın çəkisinin 1 kq-a çatdırılmasına isə 6 kq yem lazımdır. Forel
balığının çəkisini 1 kq-a çatdırmaq üçün 1-1.5 kq hazır yem tələb olunur.
Beləliklə, bitki mənşəli yemin qiyməti aşağı olsa da, çox istifadə olunduğundan böyük xərc tələb edir.
Bitki mənşəli yemin hazır yemdən fərqli olaraq, əlavə - üyütmə, yüklənmə-boşaldılma xərcləri də
mövcuddur.
Hazır yem əvəzinə balıqların bitki mənşəli yemlərlə qidalandırılmasının riskləri:
1.
Dünya bazarında dənli bitkilərin qiyməti dəyişir. Son vaxtlar iqlim dəyişiklikləri nəticəsində
qiymətlərin artım tendensiyası müşahidə olunur;
2.
Bəzən balıqçılıq təsərrüfatlarının sahibləri öz torpaqlarında balığı yemləmək üçün dənli bitkilər
əkirlər. Belə əkinlərin məhsuldarlığı aşağı olur. Beləliklə, əkin torpaqlarından qeyri-səmərəli
istifadə olunur;
3.
Balıqların bu şəkildə yemlənməsi onların xəstələnməsi və kütləvi qırılması riskini artırır;
4.
Balıq ətinin keyfiyyəti aşağıdır. Onun tərkibində insan orqanizmi üçün faydalı olan elementlərin
payı azdır. Bu da balıqların qidalandırıldığı yemlərin tərkibində vitaminlərin, proteinlərin aşağı
29
səviyyədə olması ilə bağlıdır. Bütün bunlar balığın maya dəyərinin yüksək, keyfiyyətinin aşağı
olmasını şərtləndirir ki, bu da xarici məhsullarla müqayisədə rəqabət qabiliyyətinin aşağı
olmasına şərait yaradır.
1 kq-lıq forel balığının yetişdirilməsinə yem və yem idxalı ilə bağlı çəkilən xərclər aşağıdakı düstur
vasitəsilə müəyyən olunur:
M = (C + İ + T) x K
C – Hazır yemin qiyməti
İ – idxal prosesinə çəkilən xərc (o cümlədən, qeyri-rəsmi ödənişlər)
T – daşınma və yükləmə-boşaltma xərcləri
K – düzəliş əmsalı 1.5-ə bərabərdir
M = (1.4 + 1.34* +0.40) x 1.5 = 4.71 manat
* Qeyd: 7-ci bölmədəki hesablamalardan görünür ki, 10 ton yemin idxalına faktiki 13 403 manat (qeyri-
rəsmi ödənişlərlə birgə) xərclənir. Bu halda 1 kq yemin idxalı 1.34 manat başa gəlir.
Nəzərə alsaq ki, forel balığının ümumi maya dəyəri orta hesabla 8.25 manatdırsa, onda yem və yemin
idxalı ilə əlaqədar xərclər maya dəyərinin 57%-ni təşkil edir.
1 kq-lıq forel balığının yetişdirilməsinə yem və yem idxalı ilə bağlı çəkilən xərclərdə yemin qyməti 44.6%,
idxal prosesisinə çəkilən xərc 42.7%, daşınma xərcləri 12.7% təşkil edir.
Diaqram 1. 1 kq forel balığın maya
Diaqram 2. Yemlə əlaqədar xərclərin
dəyərində yemlə əlaqədar xəırclərin payı
strukturu
30
7.
Toplanmış informasiya bazası əsasında xərclərin hesablanması
və qiymətləndirmə
Hesablamaların nəticələrinin emalı
Sorğular nəticəsində toplanmış informasiya və statistika bazasında metodogiyaya uyğun olaraq (C
(İnzibati xərclər) = (H x S) + (A + E)) hər bir mərhələ üzrə xərc hesablamaları aparılıb. Nəticələrlə Əlavə
10.1, 10.2, 10. 3, 10.4, 10. 5, 10.6 və 10.7-də tanış olmaq mümkündür.
Nəticələrin emalından sonra faktiki idxal prosedurları üzrə xərclər müəyyənləşdirildi və müqayisə imkanı
yaratmaq üçün vaxt itkiləri pul formasına salındı. Qeyd edək ki, rəsmi statistikanın məlumatlarına görə,
kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sənayesində 2010-cu ilin orta aylıq əmək haqqı göstəricisi 160
manat olub. Ancaq sorğular zamanı müəyyən olundu ki, quşçuluq və balıqçılıq sənayesində orta aylıq
əmək haqqı orta hesabla 260 manatdır. Məhz bu faktiki göstərici əsasında bir saata düşən əməkhaqqı
tapılaraq vaxt itkisi manatla ifadədə pul itkisinə çevrilib.
Müəssisə səviyyəsində faktiki idxal xərclərinin nəticələri aşağıdaki cədvəldə əks olunub:
Cədvəl 1. İdxal xərcləri (faktiki)
Xərclərin
növləri
İdxal
karantin
icazəsi
Bank
xidməti
Baytarlıq
icazəsi
Gömrük
əməliyyat-
ları
Cəmi
1.
İşçi qüvvəsi,
saat
8.5
6.5
12
20
47
2.
Əlavə vaxt, saat
ilə (25 %)
2.1
1.6
3.3
5
12
3.
Orta əmək
haqqı
(260 manat),
saat hesabı ilə,
manat
1.51
1.51
1.51
1.51
4.
Vaxt sərfinin
manatla ifadəsi
16
12.23
23.1
37.75
89
5.
Rəsmi
ödənişlər,
manat
3
320
70
5760
6153
6.
Qeyri-rəsmi
ödənişlər,
manat
50
200
7000
7250
7.
Bütün prosedurlar üzrə cəmi xərclər (rəsmi və qeyri-rəsmi),
13 492
31
manat
Beləliklə, idxal prosesinin bütün mərhələlər üzrə faktiki xərcləri aşağıdakı düsturla hesablanır:
TC (real) = (a+b) + c + (d+e) + (f+g)
a – idxal karantin icazəsi ödənişləri (rəsmi);
b - idxal karantin icazəsi ödənişləri (qeyri-rəsmi);
c – bank xərcləri (rəsmi);
d – baytarlıq icazəsi (rəsmi);
e - baytarlıq icazəsi (qeyri-rəsmi);
f- gömrük xərcləri (rəsmi);
g – gömrük xərcləri (qeyri-rəsmi).
TC (real) = (3+50) + 320 + (70+200) + (5760+7000) = 13492 manat
Beləliklə, 10 ton balıq yeminin idxal prosesi faktiki 13492 manata başa gəlir. Burada, malın dəyəri və
daşınma xərcləri nəzərə alınmayıb.
Qanunvericiliyə uyğun müəyyənləşdirilən xərclər (vaxt, pul) Cədvəl 2-də verilib. Məqsəd faktiki və rəsmi
(qanunvericlikdə nəzərdə tutulan) xərcləri hesablamaqla kənarlaşmaları aşkara çıxarmaqdır.
Cədvəl 2. İdxal xərcləri (qanunvericilik əsasında)
Xərclərin
növləri
İdxal
karantin
icazəsi
Bank
xidməti
Baytarlıq
icazəsi
Gömrük
əməliyyat-
ları
Cəmi
(manat
və saat)
Manat və
saat
1.
İşçi qüvvəsi,
saatla
8.5
6.5
30.5
20
65.5
65,5
2.
Əlavə vaxt,
saatla (25 %)
2.1
1.6
7.8
5
16.6
16,6
3.
Orta əmək
haqqı (260
manat), saat
hesabı ilə,
manat
1,51
1,51
1,51
1,51
4.
Xərclər, manat
16
12.2
57.8
37.8
123.8
74,22
32
5.
Rəsmi rüsum
və xərclər,
manat
3
320
1600
5760
7683
7683
7.
Rəsmi vaxt,
saat
120
720
İdxal prosesinə qanunvericiliyə uyğun olaraq çəkilən xərclərin hesablanması isə aşağıdakı düsturla həyata
keçirilir:
TC (law) = (a+b) + c + (d+e) + (f+g)
a – idxal karantin icazəsinin alınmasına şirkətin xərcləri;
b - idxal karantin icazəsinin rüsumu;
c – bank xidməti xərcləri;
d – baytarlıq icazəsinin alınmasına şirkətin xərcləri;
e - baytarlıq icazəsi rüsumu və xidmət haqqı;
f- gömrük əməliyyatlarına şirkətin xərcləri;
g – gömrük vergi, rüsum, yığımları.
TC (law) = (16+3) + 320 + (657.8+1000) + (37.8+5760) =7775.6 manat
Beləliklə, 10 ton balıq yeminin idxal prosesi qanunvericlik çərçivəsində 7775.6 manata başa gəlməlidir.
Burada, malın dəyəri və daşınma xərcləri nəzərə alınmayıb.
Cədvəl 3-də isə müqayisə etmək məqsədilə hər iki hesablamanın əsas göstəriciləri qruplaşdırılıb.
Cədvəl 3. İdxal xərcləri (faktiki və rəsmi)
Göstəricilər
Faktiki
Qanunvericiliyə
uyğun
1
Şirkətin idxal prosedurlarına
sərf etdiyi vaxt, saat
59
82
2
Vaxt sərfinin manatla ifadəsi
89
123.8
3
Rəsmi ödənişlər, manat
6153
7683
4
Şirkətin və dövlət
qurumlarının idxal
prosedurlarına birgə sərf
etdiyi vaxt, saat
59 + 13 = 72
82+720 +120 = 922
33
5
Qeyri-rəsmi ödənişlər, manat
7250
Cədvəldən də göründüyü kimi idxal prosessinin əksər mərhələlərində qanunvericlikdə nəzərdə tutulan
xərclər faktiki xərcləri üstələyir. Tədqiqat qrupu idxal prosedurları nöqteyi-nəzərindən idxal zəncirinin
hansı mərhələlərində artıq xərclər yarandığını müəyyənləşdirib və onların səbəblərini araşdırıb.
Sahibkar üçün birinci çox əhəmiyyətli göstərici idxal proseduruna sərf edilən vaxtdır. Əldə olunan
hesablamalar əsasında idxal prosesinə faktiki sərf olunan və qanunvericlikdə nəzərdə tutulan vaxtlar
əsasında diaqram qurulub.
Diaqram 3. İdxal prosesinə sərf olunan vaxt, saatla (faktiki və qanunvericilikdə nəzərdə tutulan),
yaşıl qanunvericilikdə nəzərdə tutulan, qırmızı isə faktiki vaxt sərfidir.
İdxal prosesinə qanunvericlikdə nəzərdə tutulan şəkildə sərf olunan vaxt itkisi faktiki vaxt itkisindən
çoxdur. Əgər şirkətlərin cəmi faktiki vaxt sərfi 82 saatdırsa (10.25 gün), dövlət qurumlarının
qanunvericiliyə uyğun vaxt sərfi 840 saatdır (105 gün). Beləliklə, qanun çərçivəsində bütün idxal
prosesinə sərf olunan vaxt 922 saat (115 gün) təşkil edir. Ümumi sərf olunan vaxtın 9%-i sirkətlərin, 91%-
i isə dövlət qurumlarının payına düşür.
Diaqramdan göründüyü kimi buna səbəb baytarlıq icazəsinin alınması mərhələsində daha çox vaxt (90
gün) sərf edilməsidir.
34
Sahibkar üçün ikinci ən vacib göstərici xərcdir. Xərclərə gələrkən isə müəyyən olunub ki rəsmi ödəmələr
və rüsumlar, hətta şirkətlərin digər prosedurlarla əlaqəli qanunla nəzərdə tutulan və faktiki xərcləri
fərqlənir. Xərclər diaqramı bu fərqləri müşahidə etməyə şərait yaradır.
Diaqram 4. İdxal prosesinə sərf olunan xərclər, manatla (faktiki xərclər qırmızı,
qanunvericlikdə nəzrdə tutulan xərclər yaşılla işarələnib)
Diaqramdan görünür ki, bank prosedurları istisna olmaqla digər idxal mərhələlərində faktiki xərclər
qanunvericlikdə nəzərdə tutulan rəsmi xərclərdən çoxdur. Bu, baytarlıq və idxal karantin icazəsi
mərhələlərində o qədər də nəzərəçarpan olmasa da, sorğu iştirakçılarının fikrincə, gömrük prosedurları
mərhələsində qeyri-rəsmi ödənişlər sayəsində xeyli fərqlənir.
Qanun çərçivəsində şirkətlərin idxal prosesinə sərf etdiyi vaxt pul ifadəsində 74.22 qəpik təşkil edir.
Rəsmi ödənişlər (rüsumlar, vergilər, xidmət haqqi və sair) 7683 manatdır. Beləliklə, qanun çərçivəsində
cəmi xərclər 7757.22 manat təşkil edir. Vaxtın pulla ifadəsi ümumi xərclərdə 1%, rəsmi ödənişlər isə
99%-dir. Eyni zamanda, qeyd etmək lazımdır ki, şirkətlərin faktiki xərcləri qanun çərçivəsindəkindən
fərlənir, 13462 manat təkil edir. O cümlədən, bunun 7220 manatı (53%) qeyri-rəsmi ödənişlərdir.
8. Tapıntılar
Tədqiqat nəticəsində aşkara çıxarılıb ki, yem və yem əlavələrinin idxalı prosesində vaxt itkiləri, eynilə
rəsmi ödənişlər baxımından ən mürəkkəb mərhələ idxal üçün baytarlıq icazəsinin alınmasıdır. İdxal
baytarlıq icazəsinin verilməsini tənzimləyən qaydalarda idxalçılara münasibətdə tələblərin sərtliyi,
təqdim olunası sənədlərin çoxluğu, icazə üçün müddətin həddən artıq uzunluğu, rüsumun məbləğinin
35
yüksəkliyi yem və yem əlavələrinin idxalı prosesinə böyük inzibati maneə yaradır. Beləliklə, tədqiqat
nəticəsində aşkar olunub ki:
Baytarlıq icazəsinin verilmə prosedurları qanunvericilikdə aydın şəkildə təsbit olunmayıb;
İdxal icazə proseduru nəzərdə tutulan Qaydaların “Ümumi anlayışlar” bölməsində yem və yem
əlavələri “Baytarlıq preparatı” anlayişına daxil edilib;
İdxalçılar idxal icazəsi almaq üçün yüksək xidmət haqqı ödəməyə məcburdurlar;
İdxal icazəsinin vaxtı qanunvericlikdə uzun, tələbləri qeyri-real olduğundan potensial idxalçılar
hazır yem idxalından imtina edirlər;
İdxal prosedurları və ödənişlər barəsində informasiyanı elektron şəkildə əldə etmək çətindir, bəzi
hallarda isə mümkün deyil;
İdxal icazəsi vaxtının süni şəkildə uzadılması, tələb olunan sənədlərin qanunvericlikdə konkret
əks etdirilməməsi kimi inzibati baryerlər idxalçıları bəzən qeyri-rəsmi ödənişlər etmək
məcburiyyətində qoyur.
Sahibkarlar qanunvericilikdəki informasiya öhdəlikləri barəsində az məlumatlıdırlar.
Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunun texniki bazası və mütəxəssis potensialı
sınaq və testləri günün tələblərinə uyğun aparmağa imkan vermir;
Gömrük prosedurları son zamanlar sadələşdirilib, sənədlərin sayı azaldılıb və təkmilləşdirilib. Bu
prosedurlara sərf olunan vaxt beynəlxalq təcrübəyə yaxındır;
Bank əməliyyatları qısa müddətdə, inzibati baryersiz həyata keçirilir. Eyni zamanda, daşınma
şərtləri ilə pul köçürmə formaları arasında uyğunsuzluq müşahidə olunur. Banklar hesab edirlər
ki, bu məsələyə nəzarət etməyə məsul deyillər.
9.
Təkliflər və onların təsirlərinin qiymətləndirilməsi
№-si
Təkliflər
Məzmun
Təsirlər
36
1.
NK-nın 16 aprel 2007-ci il tarixli,
66 saylı qərarında “Əsas
anlayışlar” adlı 2-ci bölməsinin
2.1-ci maddəsindən “yem və yem
əlavələri “ sözləri çıxarılsın.
Aşkar olunmuş tapıntıları əsas
götürərək tədqiqat qrupu idxal
baytarlıq icazəsinin verilməsini
beynəlxalq təcrübəyə uyğun
olaraq sadələşdirilməsini təklif
edir. Bunun üçün qanunvericlik
sənədlərinə bir şox əlavə və
dəyişikliklərin aparılması
zəruridir. Nəzərə alsaq ki,
“Baytarlıq haqqında”
Azərbaycan Respublikası
Qanununa əlavə və
dəyişikliklərin edilməsi
proseduru daha mürəkkəbdir
və bu sənəd bütün digər
qanunlar kimi çərçivə xarakteri
daşıyır, onda bu qanuna
dəyişikliklər edilməsinə zərurət
yoxdur.
a.Bu, avtomatik olaraq, yemlərin
dərman preparatı kimi qeydiyyata
alınması və test üçün nümunənin
gətirilməsi prosedurlarının
qüvvədən düşməsi deməkdir;
b.İdxal icazəsi həm sadələşir, həm
də bir orqanın (Baytarıq
Xidmətinin) əlində cəmləşir.
2.
Yem və yem əlavələrinin mövcud
mürəkkəb qeydiyyatı sistemi
əvəzinə beynəlxalq təcrübəyə
uyğun olaraq sadə formaya -
sertifikatlaşmış yem
istehsalçılarının siyahısının tərtib
və təsdiqi formasına keçilməsi.
Beynəlxalq təcrübə göstərir ki,
ölkəyə idxalına icazə verilən
yem və yem əlavələrinin
siyahısının (qeydiyyatının)
aparılnması məsuliyyəti
idxalçının üzərində olmalı deyil.
Bu, müvafiq dövlət qurumunun
- baytarlıq orqanının işidir. Bu
məsələdə İnstitut Xidmətə
lazımi yardım göstərə bilər.
(Bax: Beynəlxalq təcrübə 1)
Həmin siyahıya Beynəlxalq
Epizootik Büronun
məlumatlarına uyğun olaraq
ildə bir neçə dəfə baxıla,
ölkədəki epizootik vəziyyət
nəzərə alınmaqla hansısa yem
istehsalçısı qeydiyyatdan
çıxarıla, və yaxud əlavə edilə
bilər. (Bax: Beynəlxalq təcrübə
2)
a.İdxalçını idxaldan çəkindirən
böyük vaxt itkisi minimuma enir.
İdxal icazəsinin alınmasına sərf
olunan vaxt 90 gündən 2-3 günə
düşür, ümumi idxal prosesinə sərf
edilən vaxt isə 118 gündən 12 günə
enir. Nəticədə bütün idxal
prosesinə sərf olunan vaxt 89.9%
azalır.
b.Qeydiyyat üçün tələb olunan
əlavə sənədlərin (200-300 səhifə)
əldə edilməsinə ehtiyac qalmır;
c.Sənədlərin xarici dildən
azərbaycan dilinə tərcüməsinə və
notarial təsdiqinə xərclənən
təxminən 600 manatlıq vəsaitə
qənaət edilir. Bu da
qanunvericilikdə nəzərdə tutulan
xərclərin 7% azalması deməkdir.
d.Dövlət Baytarlıq Preparatlarına
Elmi Nəzarət İnstitutu yem və yem
əlavələrinin idxalı prosesində
Baytarlıq Xidmətinə yardımçı
təşkilat kimi (yem və yem
əlavələrini istehsal edən ölkə və
müəssisələrin siyahısının
tərtibində, beynəlxalq
sertifikatlaşmış laboratoriyalarla
37
əməkdaşlığın edilməsində və s.)
fəaliyyət göstərir.
3.
Dövlət Baytarlıq Xidməti
tərəfindən tərtib olunmuş
müəssisələrin siyahısı Xidmətin
saytında yerləşdirilsin. Eyni
zamanda, həmin siyahı Dövlət
Gömrük Komitəsinə göndərilsin.
Siyahıdakı dəyişiklik barəsində
Komitə mütəmadi
məlumatlandırılsın.
İdxalçı saytda qeydiyyatda olan
hansısa yemi gətirmək üçün
zavodla müqavilə bağlaya bilər,
yem Azərbaycanın gömrük
zonasına daxil olanda məlum
olar ki, Dövlət Baytarlıq Xidməti
Beynəlxalq Epizootik Büronun
məlumatına əsasən həmin
ölkədən yemin gətirilməsini
qadağan edib. Bu cür hallardan
qaçmaq üçün yaxşı olardı ki,
idxalçı siyahıda olan
müəssisədən yemin gətirilməsi
üçün ərizə ilə Baytarlıq
Xidmətinə müraciət edərək
icazə alsın və icazə 1 ay
müddətində qüvvədə olsun.
Dostları ilə paylaş: |