T elman quliyev miLLİ-MƏDƏNİ İrs və Dİl amiLİNƏ kulturoloji baxiş


Dağ dövrü (Büt.ş.) – may-sentyabr ayları. BİTKİ ADLARI



Yüklə 3,26 Mb.
səhifə6/7
tarix14.01.2017
ölçüsü3,26 Mb.
#5429
1   2   3   4   5   6   7

Dağ dövrü (Büt.ş.) – may-sentyabr ayları.

BİTKİ ADLARI

Naxçıvanın bitki örtüyü olduqca zəngindir. Təbii şə­raitdə heyvandarlıq üçün zəngin yem ehtiyatı vardır. Bundan başqa rayonda becərilən yem bitkiləri də ye­tiş­dirilir ki, həmin bitkilərə aid olan sözlər (yonca, Kuban yantarı, xaşa) ədəbi dillə müştərəkdir. Təbii şəraitdə bi­tən ot, çiçək, kol və ağac növlərinin əksəriyyətinin adı dia­lket xüsusiyyəti daşıyır. Aşağıda həmin söz və ter­minlər verilmişdir.

a) Ot və çiçək adları



Ayıçaşırı (Büt.ş.) – düz qalxan zoğlara malikdir. Zoğ­ların üstündə cərgə ilə nazik yarpaqcıqlar düzül­müşdür. May ayında göyərir, əvvəlcə kiçik, iyun-iyul ay­larında böyük zoğları olur. Əsasən qumlu yerdə bitir. Yemlik üçün yararsızdır.

Boyaxbaşı (Büt.ş.) – boyaq kimi istifadə edilən otdur.

Bulağotu (Büt.ş.) – sulu yerdə bitən yeyilən ot.

Bolu (Büt.ş.) – may ayında bitir, nazik boz zolaq­larının baş tərəfi üç yerə ayrılır, hər bir ucunda nizamsız şəkildə nazik yarpaqları olur. Yerli əhali tərəfindən zoğ­ları yeyilir.

Qaynama (C.) // qatıxlama (Büt.ş.) – qaynadıb qa­tıq­la qarışdırıb yeyilən ot.

Qabalax (Büt.ş.) – yeyilən ot.

Qanqal (Büt.ş.) – tikanlı ot.

Qaragöz yarpız (Büt.ş.) – yarpızın bir növü.

Qıyağot (Büt.ş.) – yazın əvvəllərində çıxan yaşıl ot­dur. Topa şəklində nazik qanadları olur. Yem üçün ya­rarsızdır.

Qazəğı (Büt.ş.) – yeyilən ot.

Qırxkönəx (Büt.ş.) – ot.

Qozayoldaşı (Büt.ş.) – pambığın içərisində bitən ot­dur. Yarpaqları və qozası pambıq koluna bənzəyir.

Quzuqulağı (Büt.ş.) – yeyilən turşməzə ot.

Qurtqulağı (Büt.ş.) – yerdən çıxarkən uzun sap­laq­lara malik olan boz, üstü tüklü yarpaqları olur. Yarpaq­ların forması qurd qulağı kimi əvvəlcə enli, uclarda isə ensiz yarım bükülüdür. Qurt qulağına oxşadığı üçün xalq arasında bu adı almışdır.

Quşüzümü (Büt.ş.) – otdur. Qırmızı kiçik giləli mey­vələri yeyilir.

Quşəppə (Büt.ş.) – yeyilən ot.

Eşşəx yoncası (Büt.ş.) – yoncaya oxşar ot.

Ələz (Büt.ş.) – iyun ayının əvvəllərində bitir. Na­zik telməkli telləri olan otdur. Əvvəl çıxanda yığılıb qurudulur, bəzi xörəklər bişirilərkən ona əlavə edilir (ələzdi yarma).

Yarpız (Büt.ş.) – yeyilən ot.

Keçisaqqalı // təkəsaqqalı (Büt.ş.) – yeyilən ot.

Gücü (Büt.ş.) – qızıl sarmaşıq.

Göytikan (Büt.ş.) – yerdən zoğ şəklində çıxır, son­ra isə kol şəkli alır. Qanadlarında kiçik ellips şəkilli yar­paqları sıra ilə düzülür. Surəngi çiçəkləri sovuşduqdan sonra salxım şəkilli toxumlar yetişir. Susuzluğa davamlı olduğundan quraq yerlərdə bitir.

Gülül (Büt.ş.) – taxılın içərisində bitən otdur. Rəng­bərəng çiçəklərə malikdir. Uzun paxlalarının içə­risində 4-5 toxumu olur.

Lala (Büt.ş.) – lalə.

Mırçalıx (C., P., Buz., Güla.) // morçalıx (Əks.ş.) – dağda qarın altından ilk dəfə çıxan yeyilən ot.

Pərpərə (Büt.ş.) – bişirildikdən sonra qatıqla qa­rış­dırılıb yeyilən ot.

Pıtrax (Büt.ş.) – kola bənzər bitkinin qoza şəkilli tikanlı meyvəcikləri olur.

Saqqaryonca (Büt.ş.) – boz yonca.

Sarıtikan (Büt.ş.) – kol şəkilli bitkidir. Budaqları və yarpaqları sarıya çalardır. Sarı rəngli çiçəkləri sovuş­duqdan sonra tikanlı kürə şəkilli toxumlar əmələ gəlir.

Sarmaşıx (Büt.ş.) – sarmaşan otdur. Göyçay keçid şivələrində süddi sarmaşıx adlanır [96, s.15].

Solmaz çiçəx (Büt.ş.) – sarı özünəməxsus iyi olan çiçək.

Sümbülotu (Büt.ş.) – sünbülə oxşar ot.

Süsən (Büt.ş.) – gül.

Uşqun (Büt.ş.) – yazın axırlarında bitir. Turşməzə zoğları soyulub, duzlanıb yeyilir.

Çayır (Büt.ş.) – çəmənlik otu.

Çaşır (Büt.ş.) – yeyilən ot.

Cacıx (Büt.ş.) – qar əriyəndən bir neçə gün sonra çı­xır. Həmin vaxt yağda qovrulub yeyilir. Yazın axır­la­rında ortadan düz qalxan özəyi soyulub yeyilir. Xoş ətirə və tama malik bitkidir. Qazax, Şəmkir şivələrində də bu söz işlədilir [20, s.455].

Şomun (Büt.ş.) – yeməli ot. Şomın şəklində Cəb­ra­yıl ləhcəsində işlədilir [20, s.472].

b) Ağac adları



Vən (Büt.ş.) – öyrüc ağacı. Qollu-budaqlı meşə ağa­cıdır. Cəbrayıl, Kəlbəcər şivələrində də eyni ilə işlədilir [20, s.991].

Qarağaş (Büt.ş.) – qara ağac.

Qələmə (Büt.ş.) – düz qalxan hündür ağacdır. To­vuz rayonunun Qovlar kənd şivəsində də qələmə eyni mənanı verir [22, s.205].



Dağdağan (Büt.ş.) – meşə ağacıdır, oduncağından yanacaq kimi istifadə olunur. Bu söz Qazax rayonunun Daş Salahlı, Köçəskər, Borçalı bölgəsinin Kəpənəkçi kəndlərində də eyni mənada işlədilir [22, s.210].

Kələmpir (C., P., Bouz., Nəza., Au., Yu.) – meşə ağacı.

Nərbənd (C.) // narbənd – böyük çətirli ağacdır. Qara­ğaca calaq etmək yolu ilə yetişdirirlir. “Şıdırğı ya­ğışda narbəndin altına damcı düşməz” (C.).

Söyüd (Büt.ş.).

Çinar (Büt.ş.).

c) Kol adları



Badamça (C., P., Buz., Güla.) – kiçik kol bitkidir, oduncaq kimi istifadə olunur.

Qaraçalı (C., P., Buz., Güla.) // çalı (Əks.ş.) – ti­kan­lı kol.

Yurğun (Büt.ş.) – yulğun.

Kəngiz (Büt.ş.) – kol bitkidir, oduncağından ya­na­caq kimi istifadə olunur.

Kərməşov (Büt.ş.) – kolun bir növü. Bu söz Qazax rayonunun Birinci Şıxlı, Daş Salahlı, Tovuz rayonunun Yanıqlı, Borçalının Sabirkənd şivələrində gər­məşöy şəklində eyni mənada işlədilir [22, s.225].



DƏRMAN BİTKİLƏRİNİN ADLARI VƏ BUNLARDAN HAZIRLANAN DƏRMANLAR

Alo gülü (Büt.ş.) – aloye, rəsmi adı: əzvay. Ev şəraitində dibçəkdə be­cərilir. Təzə dərilmiş yarpağını yaraların üstünə qo­yur­lar. Aloye yarpaqlarından çıxarılan şirəni bal və ka­qor çaxırı ilə qarışdırıb qıcqıranadək gözləyirlər. Sonra mədə xəstəliklərində müalicəvi vasitə kimi istifadə edilir.

Aəvəliyi (Büt.ş.) – sucux yerdə bitir, aşağı hissə­sin­də enli iri, yuxarı hissəsində isə kiçik yarpaqları olan bitkidir. Kökləri və toxumları dəmlənib ishala qarşı işlədilir.

Bağayarpağı (Büt.ş.) – dairəvi formalı bağayarpa­ğın­dan irinli yaraların müalicəsində istifadə olunur.

Bənəvşə (Büt.ş.) – birillik bitkidir. Gövdəsinin üzə­rində müxtəlif formalı yarpaqları yerləşir. Baharda gözəl çiçəkləri olur. Sərsəm xəstəliyində (miningit xəstəliyi) bənəvşə yer qurdu (soxulcan) ilə qaynadılıb məlhəm hazırlanaraq xəstənin başına çəkilir.

Birəçiçəyi (N., C., Güla.) – elmi adı boyma­də­rən­dir. Ağ rəngli çiçəkləri olan bitkidir. Çiçəklərini dəm­lə­yib daxili qanaxmaya qarşı istifadə edirlər.

Qantəpər (Büt.ş.) – hirkan acıyoncası. Çoxillik ot bit­kisidir. Açıq çəhrayı çiçəkləri çətir formasında olur. Ondan irinli yaralara qoymaq üçün məlhəm hazırlanır. Tibb sənayesində ondan ürək xəstəlikləri üçün preparatlar hazırlanır.

Qatırquyruğu (Büt.ş.) – budaqlı gövdəsi olan bit­ki­dir. Böyrək xəstəliklərində dəmləmə və bişirmə dərman kimi istifadə olunur.

Qorungə (Büt.ş.) – xəşənbül. Bir metrədək hün­dür­lüyü olan qollu-budaqlı ot bitkisidir. Salxımlı, sarı rəng­li çiçkləri xoş ətirli iyə malikdir. “Müasir təbabətdə iyun və iyul aylarında toplanmış xəşənbül otundan plastır şək­lində dəri xəstəliklərində (frunkulyoz və s.) yumşal­dıcı, iltihabı aradan qaldırıcı və yara sağaldıcı dərman kimi istifadə edilir” [30, s.59]. Qorungənin çiçəkləri ətirli və şi­rə­li olduğundan arıçılıqda da faydalı bitkidir.

Quşdili (Büt.ş.) – qırxbuğum. Yarpaqları quş dilinə oxşadığı üçün bu ad verilmişdir. Böyrəkləri xəstə olan adama dəmləməsi verilir. Bundan əlavə, təzə çıxan quş­dili­dən kətə bişirilir.

Yalama (D., Nəza., Yu., Au.) // çölqarpızı (Əks.ş.) – qu­raqlıq yerdə bitir. Yerlə sürünən kökləri 1-2 metrə qə­dər uzanır. Yayda ağ çiçəklər açır, göy uzunsov mey­vələri yetişəndə partlayır. İçərisi ətli, qırmızı rəngli olur. Meyvəsi ürəkağrısı və yel xəstəliyinə tutulanlara xeyirlidir.

Yemişən (C.) // yemişan (Büt.ş.) – iri kol bitkisidir. Payızda yetişən tünd qırmızı rəngli yumrutəhər meyvəsi olur. Meyvələri yeyilir. Dərman məqsədi ilə dəmlənib ürəkağrısı, ürək zəifliyində istifadə edilir. Elmi təba­bət­də də bir sıra məqsədlər üçün gərəklidir.

Zirinc (Büt.ş.) – tünd-qırmızı uzunsov kiçik mey­vəsi olur. Dəmləməsi müalicə məqsədi ilə ishala qarşı iş­lədilir.

Keşniş (Büt.ş.) – həm tərəvəz kimi əkilir, həm də yabanı halda bitir. Xoş iyə maliik birillik bitkidir. “Onun (keşnişin – T.Q.) mədə-bağırsaq və böyrək xəs­tə­lik­lərində, eləcə də öd kisəsinin iltihabında yüksək müa­licəvi əhəmiyyəti vardır” [30, s.69].

Kəhlikotu (Büt.ş.) – xoşətirli, nanəyə oxşar yarpaq­ları olan bitkidir. Yayda çətirli kiçik çiçəklər açır. Ba­şağ­rısında, qanazlığında dəmlənib içilir.

Gəvən (Büt.ş.) – iri topa bənzər tikanlı koldur. Gə­vən yağından el arasında diş dibinə çıxan çibanın müa­licəsində istifadə edilir.

Piş-pişə (Büt.ş.) – söyüdün bir növüdür. May ayın­da boz meyvələri olur. Meyvələrindən araq çəkilib qa­nazlığında müalicə məqsədilə işlədilir.

Səhlab (C., P., Buz.) // səhləb (Əks.ş.) – yarpaqları və çiçəkləri yığılıb qurudulur. Dəmlənib soyuqdəymiş ada­ma içirdilir.

Üzərrix (Büt.ş.) – üzərrik. “Dərman məqsədilə üzər­riyin həm otundan, həm də toxumlarından istifadə olunur” [30, s.90].

Üşyarpax (C.) – meniant. Çoxillik bitki olub, yerlə sü­rü­nən kökümsov gövdəyə malikdir. Yumurtavari yaşıl yar­paqları üç-üç yerləşdiyindən üçyarpaq adlandırılır. “Müasir tibdə meniant (üçyarpaq – T.Q.) yarpağından dəmləmə tinstura və qatı ekstrakt şəklində, eləcə də, bir sıra başqa Qalen preparatlarının tərkibində iştahartırıcı, həzm pro­sesinin yaxşılaşdırıcı dərman kimi istifadə olunur” [77, s.77].

Ciyirtkan (Büt.ş.) – gicitkən. Dalayıcı tüklərə ma­lik olan tünd yaşıl yarpaqlı, qollu-budaqlı bitkidir. Gi­citkən ənov (qarın ağrısı), yel xəstəliklərinə xeyirdir. Dəmlənib içilir, duzla ovulub yeyilir.

Çilədağ (Büt.ş.) – quraqlıq düzənlikdə bitir. Kökü iri turpa bənzəyir. Kökündən məlhəm şəklində bərk ya­raları, əyri bitmiş sınıq, qırıqları yumşaltmaq, bişiril­məsi isə qadın xəstəliklərini müalicə etmək məqsədilə işlədilir.

Çobanyastığı (Əks.ş.) // çobanəppəyi (Q., Cava.) – uzun saplaqlar üzərində yerləşən səbətşəkilli xoş iyli çi­çək­ləri olur. Çəmənliklərdə bitir. Çiçəkləri yığılıb ye­yi­lir. Dərman məqsədilə elmi təbabətdə istifadə edilir.

Cırtaquş (Büt.ş.) – zoğları qaynadılıb safraya (tez-tez sıfraq etməyə) qarşı müalicə məqsədilə içirdilir. Kolu yandırılıb külü yağla qarışdırılaraq sarıyaraya (ya­ra adı) sürtülür.

Halğaduzu (Büt.ş.) – dəmirov, ziyil (dəri xəstəlik­ləri) xəstəliklərinin müalicə­sin­də istifadə olunur. “Azər­bay­can dilinin dialektoloji lüğəti” kitabında səhvən “ha­la­ğaduzu” kimi verilmişdir [20, s.418].

Həmərsün // itburnu (Büt.ş.) – kol bitkisidir. May-iyun aylarında ətirli ağ, surəngi güllər açır. Meyvəsi payızda yetişir. Böyrəkdaşına qarşı müalicəvi əhəmiy­yə­ti vardır. Yetişmiş meyvələri dəmlənib içilir, mürəbbəsi bi­şirilib yeyilir. Meyvələri elmi təbabət üçün tədarük edilir.
XƏSTƏLİKLƏR. BUNLARIN TƏZAHÜRÜ



MÜALİCƏSİNƏ AİD SÖZLƏR
a) İnsan xəstəlikləri
Boğazağrısı (Büt.ş.) – soyuq nəticəsində boğaz vəz­ləri şişir və ağrı verir. Ovmaqla (masaj) müalicə edilir.

Boğazgəlmə (Q., Cava.) – dil dibçəyinin iltihabı. Bo­ğaz basılması (əmələ gəlmiş irini dağıtmaq) ilə müa­licə edilir.

Qarasancı (Büt.ş.) – korbağırsağın iltihabı. Baş hər­lənir, ürək bulanır, qarın bərk sancı verir. “Qarasancı adamı o sat öldürür” (N.).

Qarınağrısı (Q., Cava., Əlia.) // əğə getmə (Büt.ş.) – is­hal. Qara zərinc dəmlənib içirdilir. Gilənar suyu ve­rilir. Söyüd qabığı ilə əvəlik qaynadılıb suyu içirdilir. Üzüm cecəsinin toxumunu döyüb yeyirlər.

Qulaxdibi (Sova., Əlia.) – qulaq seyvanının ardın­da əmələ gələn şiş. Acıxəmrə, qətxəmri ilə müalicə olunur.

Qurtxəstiliyi (Büt.ş.) – adamda soxulcan, qızışma qurdu (xırda ağ qurdlar), kəpənəx qurdu (kəpənəyə oxşar) olur (C.) – acı ərik dənəsi yeməklə məhv edilir.

Qızdırma-titrətmə (Büt.ş.) – istilik artır, adam titrə­dir, iştaha pozulur. Ovmaqla (masaj etməklə), banka sal­maqla tərləmə yolu ilə sağaldılır.

Qızılca (Büt.ş.) – əsasən uşaqlarda baş verir. İstilik artır, bədəndə qırmızı tumurcuqlar əmələ gəlir. Belə xəstələri soyuqdan qoruyurlar. Qorxulu xəstəlik oldu­ğun­dan el arasında belə deyilir: “Qızılca al elər, hərdən bir xial (xəyal) elər”. Qızılcaya tutulan adama eşşək sü­dü içirirlər. Qazax, Tovuz şivələrində qızılcıx, Salyan şi­vəsində isə qızılcıq adlanır [20, s.133].

Daşyaman (Büt.ş.) – yaman şiş.

Daşçibanı (Büt.ş.) – dişin dibi şişir, ağrı verir. Mə­məli üzərliyi qaynadıb suyu ilə ağzı yaxalayır, dişin üs­tünə gəvən yağı qoyurlar.

Doqquzdonu (Büt.ş.) – böyük irinli yaradır. Bağa­yar­pağı qoymaqla, zəyərək bitkisini südlə qaynadıb yax­maqla sağaldılır. Ənou şəklində Bakının Novxanı və Şağan kənd leksikasında da eyni mənada işlədilir [95, s.202].

Ənov (N., Q., Cava.) – qarın xəstəliyi. Kal meyvə ye­mək nəticəsində əmələ gəlir. Ənovu müalicə etmək üçün ciyitkan (gicitkən) və ya qaraxor // xətmi otlarından dəmləyib içirlər.

İlancıx (Büt.ş.) – sümük vərəmi.

Korçiban (Büt.ş.) – irinli yaradır. Bağayarpağı qoy­maqla, zəyərək bitkisini süddə qaynadıb məlhəmi qoymaqla sağaldılır.

Girgi (Q., Cava.) – yığıntı; qəbz.

Göyöskürəx (Büt.ş.) – bronxların iltihabı nəti­cə­sində arasıkəsilmədən öskürmək.

Savda yeli (Büt.ş.) – dəri xəstəliyi. Xəstəliyə tu­tu­lan hissə qızarır, şişir və su verir. Xəstəliyə tutulan ada­ma şətərə və pişpişə arağı içirdilir. Şətərə otunun qurusu ilə xına isladılıb yaranın üstünə çəkilir.

Sarıyara (Büt.ş.) – dəri xəstəliyi. Yara su verib qu­ruduqda sarı rəng alır. Buna görə də sarıyara adlanır. Yaranı sağaltmaq üçün cırtanquş otunu və yaxud qarpız qabığını yandırıb külünü yağla qarışdırıb, alınan məl­həmi yaraya bir neçə dəfə sürtmək lazımdır.

Üşgünnüx (Q., Cava.) – (üçgünlük) ağız boşlu­ğu­nun iltihabı. Zəylə çay sodası ilə müalicə edilir.

Xənəzir (Q., Cava.) – zob, çinədan, boğaz uru.

Xəfənəx (Büt.ş.) – bronxit astma.

Xoruzbeçə (Q., Cava.) – qadın xəstəliyi; ana bət­nin­də uşağı tələf edən xəstəlik. Kəkrə otunun toxumu və darı döyülüb yeyilir. Lənkəran şivəsi leksikasında beçə­xor həmin mənanı ifadə edir [20, s.65].



Heyzə // hezə (Büt.ş.) – Bir neçə növ yeməyi, şirniyyat və çərəzi həddən artıq yeməklə yaranan nara­hatçılıq. Bəzən zəhərlənmə diaqnozu da qoyulur. Gülab içirdilir. Zirəni qaynadıb suyunu verirlər.

Çiban (Büt.ş.) – dəri xəstəliyi. Korçibanın müali­cəsi kimi sağaldırlar.

Çırtıx // sızax (Büt.ş.) – səpki. İnsan bədənində ki­çik qırmızı səpkilər əmələ gəlir, sonra irinləyir. Müalicə olunmaq üçün Sirab, Vayxır, Darıdağ, Parağa mineral su­larında 10-15 dəfə yuyunmaq məsləhət görülür.

Şirinyara (Büt.ş.) – irinli dəri xəstəliyidir. Dərinin rən­gi qızarır, bərk ağrı verir. Çörək qaynatması qoyulur. Acıxəmrə (xəmir mayası), qətxəmrə (şəkərlə hazırlanan xəmir) ilə müalicə olunur.

Şoba (Büt.ş.) – qrip.
b) Heyvan xəstəlikləri
Qaşqa yara (Büt.ş.) – mal-qarada olan yara adı.

Quşkeçər (Büt.ş.) – qoyunun dal qıçlarının tutulması.

Dabax (Büt.ş.) – dabax mal-heyvanın dırnağında, ağ­zında olar (C.). Davax şəklində Tovuz rayonunun şi­və­lərində də eyni mənada işlədilir [20, s.162]. Ağızdan dabax olan heyvan yem yeyə bilmir, ağzından su gəlir. Dırnaqdan dabaq olan heyvanlar yeriyə bilmir. Qatran, ağ neft sürt­məklə müalicə edilir.

Dalax (C.) – su vaxtını keçirən heyvanlarda olur. Qa­zax rayonu şivələrində də eyni mənanı verir [20, s.167].

Daşırqamax (C., P., Buz.) – mal-qaranın ayaq­la­rı­nın daşlı yerdə zədələnməsi.

Dilbaş (Büt.ş.) – qaramalın dilinin üstündə əmələ gələn səpki xəstəliyi. “Gənə inəx dilbaş olub, yemə bax­mır” (C.). Dilbaş olan malın dilinin üstündəki səp­kilərin bir neçəsini iynə ilə deşib qanadır, yaraları duzla masaj edirlər. Dilbaş // dilxırtma Şamaxı rayonu leksi­kasında da həmin mənada da işlədilir [20, 162].

Yanıqara (C., P., Buz.) // qarayara (Əks.ş.) – mal-qarada olan yaranın bir növü. “Yanıqara heyvana düşsə salamat buraxmaz, öldürər” (C.).

Şirnəx // sadırramax (C., P., Buz.) – qoyunun quy­ru­ğunun altında əmələ gələn səpki.

TOXUCULUĞA AİD SÖZ VƏ TERMİNLƏR

a) Toxuculuqda lazım olan materiallar

Yun növlərinə aid sözlər:



Alayun (Büt.ş.) – qara, qırmız və ağ yunun qarışığı.

Qarayun (Büt.ş.) – qara rəngli yun.

Qəzil (Büt.ş.) – keçi tükü. Salyan, Yardımlı, Zən­gi­lan, Cəbrayıl rayonları şivələrində də eyni mənada işlədilir [20, s.126].

Qılan yun (C., P., Buz., Nəza., D., Yu., Au., Güla.) – cod yun.

Qırmızı yun (Büt.ş.) – qırmızı rəngli yun.

Qlox (C., P., Buz., Güla.) // qırın-qırtı (Əks.ş.) – qır­xım yerindən yığılan yun.

Yapağı yun (Büt.ş.) – yazda qoyundan qırxılan yun; zərif yun. Yapağ // yapağı [22, s.218] şəklində Quba rayo­nun­da və yapağı formasında Qazax rayonunun Daş Sa­lah­lı, Borçalının Sabirkənd [20, s.241] şivələrində eyni mənada işlədilir.

Yolma yun (Büt.ş.) – əl ilə yolunan yun.

Yun (Büt.ş.) – bir yaşdan sonra qoyundan yazda qır­xılan yun.

Güzəm (Büt.ş.) – payızda qırxılan yun. Sabirabad, Şirkan, Bakı, Quba, Yardımlı dialekt və şivələrində də eyni mənanı verir [22, s.218]. Güz əski türkçədə “payız” deməkdir.

Südgülyun (C., P., Buz., Güla.) – ağ, qırmızı qarı­şıq yun.

Tiftix (Büt.ş.) – keçi qəzilinin dibində olan yumşaq tük.

Qeyd: demək olar ki, bu sözlərin əksəriyyəti dialekt xüsusiyyəti daşıyır.
Başqa materiallara aid sözlər:

Arqaç (Büt.ş.) – hananın eninə toxumaq üçün ha­zırlanan ip. Bu söz Şəki və Ağdam şivələrində eynilə iş­lə­dilir. Arğac şəklində Qazax, Salyan, Cəbrayıl dialekt və şivələrində eyni mənanı bildirir [20, s.39].

Əlçim (Büt.ş.) – ip əyirmək üçün təmiz daranmış əl böyüklükdə yun. Salyan, Göyçay şivələrində də həmin mənada işlədilir [20, s.216].



Əriş (Büt.ş.) – hananın uzununa uzadılmış – şaquli iplər. Qazax rayonunda Daş Salahlı kəndində [22, s.215], Göyçay şivələrində [96, s.12] eyni mənanı verir.

Düx (Büt.ş.) – cəhrənin iyinə sarılmış konus şə­kil­li ip. Şəmkir, Tovuz rayonlarında düxcə. Şamaxıda dük­cə şəklində eyni mənanı verir [20, s.209].

Yumax (Büt.ş.) – yumru top kimi sarınmış ip.



Mənix (C.) // kələf (Büt.ş.) – oturmuş vəziyyətdə bardaş quraraq iki dizə xaç şəkilli sarınmış ip. Kələçi sö­zü Qazax dialektində kiçik kələf, kələfin bir hissəsi mənasını bildirir [20, s.256].

Xam ip (Büt.ş.) – əyrilib boyanmamış ip.

Hilmə (C.) // ilmə (Büt.ş.) – gəbəni toxuyarkən əriş-arğacın arasından ipin bir dəfə keçirilməsi.

Xırxovlamax (C.) // kırtızlamax (Əks.ş.) – ipi ha­zır­lamaq; naziltmək. Kırtızlamax sözü Cəbrayıl rayonu şivələrində kirtişləmək şəklində eyni mənanı verir [20, s.263].

Əirməx (Büt.ş.) – ip əyirmək, üşələməx (Büt.ş.). İki yumağı qoşalayıb yenidən əyirmək. Borçalı mahalının Qaçağan kənd şivəsində də eyni mənanı verir [22, s.243].
b) Toxuculuqda istifadə edilən əşya və

alət adları


Darax (Büt.ş.) – yun daranan alət.

Kirkit (Büt.ş.) – dəmirdən hazırlanmış toxuculuq aləti. Bu söz eyni mənada qərb qrupu dialekt və şivə­lərində işlənir [22, s.222].

Kırtız (Büt.ş.) // xırxov (C.) – ipi hamarlamaq, na­zilt­mək üçün işlədilən alət. Kırtız sözünün ifadə etdiyi mənanı Cəbrayıl rayonunda kirtiş sözü ifadə edir [20, s.263].

Teşi (Büt.ş.) – ip əyirmək üçün ağacdan hazırlanan alət; əl iyi. Qubadlı, Cəbrayıl, Şuşa bölgələrində da eyni mənada işlənir [20, s.376].

Həvə (Büt.ş.) – ilmələri bərkitmək üçün işlədilən alət. Bu söz Tovuz rayonunda həvə şəklində, Qazax ra­yonunda hüə şəklində, [22, s.247] Bakı, [95, s.198] və Gəncədə həvə şək­lində, Gədəbəydə höə şəklində [20, s.429] işlənməkdədir.

Hana (Büt.ş.) – toxuculuq dəzgahı. “Bizdə yer ha­na­sı, göy hanası olur” (C.).

Cəhrə (Büt.ş.) – ip əyirən dəzgah.
Cəhrənin hissələri:

Qol (Büt.ş.) – cəhrənin qolu.

Qulaxcıx (Büt.ş.) – cəhrənin iyini hərəkətə gətirən göndən hazırlanmış qayış. Şəkidə qulax, Gəncədə qulax // qulaxca sözləri qulaxcıx mənasında işlənir [20, s.153].

İy (Büt.ş.) – ip sarınan polad məftil. Göyçay rayo­nu­nun Qarayazı kənd şivəsində də eyni mənanı verir [96, s.47].

Yastıq (Büt.ş.) – cəhrənin yerə oturan hissəsi.

Kiriş (Büt.ş.) – cəhrəni işlədən ip. Tovuz, Cəbrayıl ra­yonlarında da eyni mənada işlədilir [20, s.263].

Tağalax (Büt.ş.) – cəhrənin iyinə salınan dairə şə­kil­li fanerka. Ağdam, Culfa, Şuşa rayonlarında da eyni mə­nada işlədilir [20, s.370].

Top (Büt.ş.) – qolla birlikdə cəhrəni hərəkətə gəti­rən hissə.
Göy hanasının hissələri:

Hana ağacı (Büt.ş.) – iki böyük ağacdır və yerə bas­dırılır.

Ox (Büt.ş.) – hanada iki dənə ox olur (Au.).

Çüy // pahaz (Büt.ş.) – oxları bərkitmək üçün işlə­di­lən taxta mıx.

Kücü ağacı (Büt.ş.) – hananın qabaq tərəfindən eni­nə uzadılan ağac.

Kücü sümbəsi (Büt.ş.) – kücü ipi sarımtıl çubuq.

Ağız sümbəsi (Büt.ş.) – ağızlıqdakı çubuq.

Dal payası (Büt.ş.) – kücü ağacının arxa tərəfindən hananın eninə uzadılan yoğun ağac.

Qoltux ağaşları (Büt.ş.) – oxu saxlamaq üçün yer­dən iki tərəfdən qaldırılan ağaclar.
Yer hanasının hissələri:

Mıx (Büt.ş.) – evin içərisində dörd yerə çalınan mismar.

Paya (Büt.ş.) – əriş-arğacı bərkitmək üçün yoğun ağac.

Qılış (Büt.ş.) – yer hanasında işlədilən taxtadan olan alət.

Çatma (Büt.ş.) – hananı saxlamaq üçün üç ağacdan ibarət olub, baş-başa hananın ortasında çatılır.
Keçə hazırlamaqda işlədilən sözlər:

Atıcı (Büt.ş.) // həllac (Büt.ş.) – keçə salan adam. Atıcı sözü qərb qrupu dialekt və şivlərində [22, s.232], hallac şək­lində də Şamaxıda, hallaş şəklində Laçında eyni mənada işlədilir [20, s.418].

Yay (Büt.ş.) – yunu atan alət.

Toxmax (Büt.ş.) – yayı işlətmək üçün taxta alət. hər ikisinə yay – toxmaq deyilir.

Karxana (Büt.ş.) – keçəçilikdə üstünə yun döşəmək üçün işlədilən material.

Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin