Pişməx (Büt.ş.) – keçənin hasil olması.
Culfa (Q., Cava., Qi.) – keçə salan adam.
Toxuculuq məhsulları:
Palaz (Büt.ş.).
Karbıt (Büt.ş.) // garbit – palazadan qalın və üstündə müxtəlif naxışları olur.
Kilim (Büt.ş.) – garbıtın bir növü.
Gəbə (Büt.ş.).
Cecim (Büt.ş.).
Corab (Büt.ş.).
Kəndir (Büt.ş.) – ip.
Çatı (Büt.ş.) – keçi qəzilindən hörülən ip.
Örkən (Büt.ş.) – keçi qəzilindən hörülən yoğun və uzun ip.
Sicim (Büt.ş.) – yundan, qəzildən hazırlanan uzun ip.
Qolbağ (C.) – çobanların qoyunu qollarına bağladıqları yundan hazırlanan nazik ip.
Xurcun (Büt.ş.) – minik heyvanlarının üstünə atılır. İki gözdən ibarətdir. Bu gözlərə yük yığılır.
Həyvə (C.) // heybə (Büt.ş.) – yundan toxunan, bir adamın çiynində daşıdığı çanta.
Çul (Büt.ş.) – yəhərin altına salmaq üçün yundan toxunur.
Toxuculuq məhsullarına salınan gül və ya naxış adları:
Ağız yeləni (Büt.ş.) – ilk başlanğıc.
Mıncıx (Büt.ş.) – gəbənin dörd tərəfi boyunca muncuq kimi düzülən naxış.
Dəvəboynu (C., P., Buz., Güla., Au.) – dəvənin boynunun təsviri.
Buşqu (Büt.ş.) – gəbəyə, karbıt və kilimə salınan bıçqı dişlərinin təsviri.
Siçandişi mıncıx (C.) – siçan dişləri kimi incə naxış.
Buşqu yelən (C.) – gəbənin ilk başlanğıcında salınan diş-diş naxış.
İtəyağı (Büt.ş.) – it ayağının təsviri.
Qətdan gülü (Büt.ş.) – qənddanın təsviri.
Toyuxəyağı (Büt.ş.) – toyuq ayağının təsviri.
Döşəmə (C.) – gəbənin yeri.
Alma gülü (Büt.ş.) – alma təsviri.
Gül (Büt.ş.) – gəbəyə, kilimə salınan gül.
Ağaş gülü (Büt.ş.) – ağac təsviri.
Ulduz gülü (Büt.ş.) – ulduz təsviri.
Tısbağa naxışı (Au.) – tısbağa çanağının üstündəki naxışın təsviri.
Badnus gülü (Büt.ş.) – padnos təsviri.
Mövyarpağı naxışı (Büt.ş.) – üzüm yarpağının təsviri.
Piala (Au.) – piyalə təsviri.
Çeşni (Büt.ş.) – surət. Yeni toxunan xalçaya salmaq üçün başqa xalçadan seçilən naxış.
VƏHŞİ HEYVAN, QUŞ VƏ HƏŞƏRAT ADLARI
a) Vəhşi heyvan adları
Av (Büt.ş.) – dağ keçisi.
Qızqapan (Q., Cava., T., N., Ç.) – kərtənkələdən kiçik olur. Kiçik, inkişaf etməmiş ayaqları ilə cəld hərəkət edir. Boğazının altı ağ, qalan hissələri çil-çildir. Quraqlıq yerdə yaşayır.
Çöl pişiyi (Büt.ş.) – yazı pişiyi.
Daş kərtənkələsi (Büt.ş.) – varan.
Qeyd: Naxçıvan şivələrində vəhşi heyvan adlarının əksəriyyəti ədəbi dildə olduğu kimi işlənir.
b) Vəhşi quş adları
Qara sığırçın (Büt.ş.) – sığırçının bir növü.
Qəmiş quşu (Q., Cava.) – qamışlıqda yaşayan quş.
Qurbağa quşu (Q., Cava.) – qurbağa səsi çıxardan quşdur və su kənarında yaşayır.
Qəcələ (Büt.ş.) – sağsağan. Culfa və Ordubad rayonlarında da eyni mənada işlədilir [20, s.130].
Qəcir (C.) – qaraquş.
Quruleləx (Büt.ş.) – iri arı quşu.
Çölgöyü (Büt.ş.) – çöl göyərçini.
Şanapipix (Büt.ş.) // hibob (Q., Cava.) // bubob (C.).
Qeyd: rayon ərazisində yaşayan quşların əksəriyyətinin adı ədəbi dillə müştərəkdir.
c) Həşərat adları
Acı milçəx (Büt.ş.) – qara milçəkdir, ağcaqanad kimi qan sorur.
Ananqız (Büt.ş.) – parabüzən.
Almaquşu (C.) – alma ağacında olan qanadlı həşərat.
Biçinçi (Büt.ş.) – məzarçı böcək.
Bızbıza (Q., Cava.) – may böcəyi, pıspısa.
Qara büvə (Büt.ş.) – iri qara rəngli zəhərli hörümçək.
Qanadlı qarışqa (Büt.ş.) – qanadları olan qarışqa.
Qara qarışqa (C.) – adi qarışqa.
Sarı qarışqa (Büt.ş.) – kiçik sarı rəngli qarışqa.
Qara əxrəb (Büt.ş.) – qara əqrəb.
Sarı büvə (Büt.ş.) – sarı rəngli zəhərli iri hörümçək.
Qızıl milçəx (Q., Cava.) – göy işıldayan milçək.
Qılışlı səquqa (Q., Cava.) – iri boz rəngli çəyirtkə.
Danaburnu (Əks.ş.) // bizoburnu (C.) – danadişi.
Yaşıl səquqa (Büt.ş.) – çəmənlikdə yaşayan ot rəngli çəyirtkə.
Yeriti (Büt.ş.) – yer qarışqası. Torpaq rəngli qarışqaya oxşar həşəratdır. Torpağın altında yaşayır. Yuvası oymaq şəkilli olur, ora başqa həşərat düşdükdə onları çəkib torpağın altına aparıb qidalanır.
Kor milçəx (Büt.ş.) – kiçik milçəkdir. Əsasən bataqlıq yerdə olur. Topa şəklində uçurlar, adamın və ya heyvanların gözünə girirlər, buna görə də kor milçək adlanır.
Gecə bızbızası (Büt.ş.) – otlaq gənəsi.
Gecə kəpənəyi (sova.) – gündüz tovuzgözlüsü.
Gənə (Büt.ş.) – mal-qarada olan kiçik qırmızı rəngli həşərat.
Suqurdu (Büt.ş.) – çirkli sularda olan qırmızı qurd.
Səquqa (Büt.ş.) – iri yastı boz rəngli həşəratdır. Mal-qaranın yelininə yapışaraq qidalanır.
Mal zəlisi (Büt.ş.) – yaşıl zəli.
Mici (C.) – kiçik qırmızı rəngli yastı həşəratdır, mal-qaranın dərisinə yapışaraq qidalanır.
Mığmığ (Büt.ş.) – ağcaqanad.
Qeyd: bəzi həşərat adları – kəpənək, taxtabiti, xallı kəpənək, hörümçək və s. adları ədəbi dillə müştərəkdir.
MƏİŞƏT LEKSİKASINA AİD SÖZLƏR
Binaların, evlərin hissələri və
tikinti materialları
Buxarı (Büt.ş.) – divarda olan soba.
Qapıbaşı (Büt.ş.) – qapı və ya pəncərənin üstünə atılan şalban və yaxud beton dirək.
Qəfxana // qəfəxana (Q., Cava., N., Ç., Güz., T.) – dəhliz; koridor. Ordubad dialektində çayxana şəklində eyni mənada işlədilir [20, s.123].
Əldamı (Q., Cava.) // qaradam (C.P.Buz.) – anbar.
Zirzəmi (Q., Cava., N., Güz., T.) // badval (Əks.ş.).
Yaşmax (Büt.ş.) – qapı və pəncərənin örtülən hissəsinə vurulan nazik taxta (reyka).
Kürsü (Büt.ş.) – qışda evi qızdırmaq üçün təndir düzəldilir, onun üstünə isə taxtadan böyük taxt düzəldilib qoyulur.
Mor (Büt.ş.) – damın üstünə tökülən nəm torpaq.
Möhrə (Büt.ş.) – divar tikmək üçün hazırlanan palçıq. Palçıq divar, palçıq bina mənasında da işlədilir. Göyçay şivələrində də eyni mənanı verir [96, s.23].
Pərdi (Büt.ş.) – tavan.
Puşqax (Büt.ş.) – evin bucağı, küncü.
Səki (Büt.ş.) – binanın qarşısında xüsusi düzəldilən, üzərinə beton tökülən, yaxud daş düzülən gediş-gəliş, dincəlmək üçün nəzərdə tutulan sahə.
Sərmöhrə (Büt.ş.) – binanın sonuncu hörgüsü.
Təndirəsər (Büt.ş.) – çörək bişirilən yer: təndir damı.
Tir // ağaş (Əks.ş.) // atma (C.) – binanın üstünə atılan dirək.
Him (Büt.ş.) – binanın özülü.
Çilix (C., P., Buz. ) – binanın üstünə döşənən taxta.
Ev avadanlıqlarının adları
Yasdığ, balış, döşəx, yorğan, döşəxcə, yorğança, mələfə (döşəkağı), dəsdərxan (xırda çörək süfrəsi), sıfra (xamır süfrəsi), istəkan dəsmalı kimi ev avadanlıqları bütün şivələrdə müştərək şəkildə işlədilir.
Məişətdə işlədilən qab-qacaq adları
Həvəxdəstə, çömçə, çilosüzən (aşsüzən), irəfətə (lavaş bişirərkən işlədilən əşya), duvax (C.) // daş (Büt.ş.) – kündəyayan, axlov (oxlov), istəkan, zir (nəlbəki), çaydan, çaynix, qəfədan, süddan, sac, tava, teşt, cam və s.
Dulusçuluq məmulatı
Bardax (kiçik su qabı), qədələ küvə (kiçik küpə), qılplı küpə, kərə küpə (qulpsuz küpə), əkənəx (xəmir qabı), küp, xum, qüçüxyatan (banka), lüləyin, nehrə, sein, səhəng, parş, çölməx.
Dulusçuluğa aid sözlər
At kürə – alt kürə
Üs kürə – üst kürə. Hər iki kürədə qəlibdən çıxmış əşyalar bişirilir.
Çarx – kürənin içərisində yerləşir və çiy əşyalar bişirilmək üçün onun üstünə düzülür.
Şiş – kürədən əşyaları çıxartmaq üçün işlənən alət.
Qabdüzəldən – dulusçu.
Kürəçi – kürəni yandıran adam.
Qeyd: dulusçuluqla rayonun Təzəkənd kəndində məşğul olmuşlar. Ona görə də burada verilən sözlər həmin kənd şivəsinə aiddir.
Məişətdə işlədilən alətlər
Bıçax // qəməlti, buşqu, nacax // balta, nişar // xırxı (mişar), kəküş, iskənə (taxtadeşən), irəndə, qəvrə (qavara), çapacax // dəhrə, kəlfətin (kəlbətin), xartdaşı (kəsici alətləri itiləmək üçün).
Qeyd: məişətdə işlədilən alətlərin adı bütün şivələrdə müştərəkdir.
Yemək (xörək) adları
Avdıx (Büt.ş.) – ovduq su ilə çalınmış qatığa göy-göyərti, doğranmış xiyar əlavə edilərək süfrəyə verlir. Avdıq sözü eyni mənada Gəncədə də işlədilir [20, s.16].
Ayranaşı (Büt.ş.) – dovğa. Masallı, Amasiya şivələrində də eyni mənanı verir [20, s.27].
Asma (Büt.ş.) – piti. Culfa rayonunda asmalı sözü həmin mənada işlənir [20, s.42].
Bəzirganı (Büt.ş.) // xanatdandı (C.) – qovurma şorbası.
Biryan (C.) // büryan (Büt.ş.) – quzunu soyub təmizlədikdən sonra bütün şəkildə təndirdə bişirirlər.
Bozartma (Büt.ş.) – ətin suda bişirilmişi.
Boz horra (C.) – un horrası.
Qavırğa (C.) qavırğa (Büt.ş.) – qovurqa, buğdanın qovurulmuşu. Qavırğa şəklində Füzuli rayonu şivəsində də eyni mənanı verir [20, s.104].
Qavut (C.) // qavıt (Əks.ş.) – qovut, qovurulmuş buğdanın ununun şəkərlə qarışığından hasil olan yemək.
Qayğanax (Büt.ş.) – çalınmış yumurtanın yağda bişirilmişi.
Qaysava (Büt.ş.) – quru əriyin yağda bişirilmişi. Bu şəkildə Füzuli, Salyan, Sabirabad, Yardımlı, qaysafa // qeysəfə // qeysəvə şəklində Qazax, qeysevə // qəsəvə şəklində Tovuz, qəysəvə şəklində Şəmkir rayonlarında həmin mənada işlədilir [20, s.108].
Qırma kabab (Büt.ş.) – tikə kabab.
Quymax (Büt.ş.) – un, şəkər və yağdan hazırlanan yemək. Bakı dialektində quymaq deyilir [20, s.209].
Quru halva // halva (Büt.ş.).
Döymə kabab (Büt.ş.) – lülə kabab.
Döyməş (Büt.ş.) – isti çörəyin yağla qarışdırılması. Qazaxda döymənc, Gəncədə və Şuşada döyməş, Qubadlıda və Ağdamda döyməc deyilir [20, s.200].
Yarma aşı (Büt.ş.).
Ələzdi yarma (Büt.ş.) – qurudulmuş ələyəz otu ilə yarmanın bişirilməsindən alınan xörək.
Ələzdi umaş (Büt.ş.) – ələyəzlə umacın bişirilmişi.
Əriştə çəxməsi (Büt.ş.) – qurudulub, qovrulmuş əriştədən hazırlanan yemək.
Kəllə (Büt.ş.) – xaş. Bakı dialektində kəllə-paça adlanır [95, s.210].
Kükü (Büt.ş.) – göyərti ilə yumurtanın çalınıb qızardılması.
Südaşı (Büt.ş.) – düyünün süddə bişmişi.
Süddü horra (Büt.ş.) – unun süddə bişmişi.
Süddü yarma (Büt.ş.) – yarmanın süddə bişmişi.
Mövdolması (Büt.ş.) – yarpaq dolması.
Umac (Büt.ş.).
Tərhalva (Au.) // tərəx (Büt.ş.) – un, şəkər və yağdan hazırlanan xörək. Bakı dialektində təreg sözü eyni mənanı verir.
Qeyd: yuxarıda verilmiş xörək növlərinin adlarının əksəriyyəti ədəbi dillə müştərəkdir.
Çörək növləri
Lavaş (Büt.ş.) – yuxa.
Tapı (Büt.ş.) – qalın dəyirmi çörək.
Bökən (C.) // dəsdana (Büt.ş.) – yağlı dəyirmi qalın çörək.
Çıppa (Büt.ş.) – yuxadan qalın olur.
ASTRONOMİK ADLAR
İşıxlı ulduz (C.) // çobanulduzu (Naxş.) – ilk çıxan ulduz.
Ulkar (C.) // Ülkər (Büt.ş.) – yeddi ulduz birlikdə.
Nizamtərəzi (Büt.ş.) – üç ulduz birlikdə.
Xödəxgarvan (C.), Xödəkkarvan (Büt.ş.) – beşulduz bir yerdə.
Karvanqıran (Büt.ş.) – Zöhrə ulduzu. Karvanqıran şəklində Qazax, Tovuz rayonlarında da eyni məna ifadə edilir [20, s.252].
Dan ulduzu (Büt.ş.).
Leyli və Məcnun ulduzu (C.) – iki ulduzdur, ildə bir dəfə qoşalaşırlar.
Məkkə yolu (C.) // karvan yolu (Büt.ş.) – ulduzlar topası. Qazax dialektində karvan yolu adlanır [20, s.252].
BARAMAÇILIĞA AİD SÖZ VƏ TERMİNLƏR
Qarışqa (Büt.ş.) – toxumdan təzə əmələ gələn qurd.
Qarışqa yuxusu (Nəza., D., Au., Yu.) – barama qurdunun birinci yuxusu.
Şümşürüt yuxusu (Nəza., D., Au., Yu.) // dü yuxusu (Q., N., Ç., Güz.) – barama qurdunun ikinci yuxusu.
Kiçix xırıt (Büt.ş.) – barama qurdunun üçüncü yuxusu.
Böyük xırıt (Büt.ş.) – barama qurdunun dördüncü yuxusu.
Qəm yuxusu (Nəza., D., Au., Yu.) – barama qurdunun sarığa başlamazdan əvvəl 1-2 saatlıq yuxusu.
Şaxagetmə (N., D., Ay., Yu.) // sarığagetmə (Əks.ş.) – eyni mənada Ağcabədi rayonu şivələrində də işlədilir [61, s.48].
Doğrama (Nəza., D., Au., Yu.) – qarışqaya verilən xırda-xırda doğranmış tut yarpağı.
Ləçəx (Nəza., D., Au., Yu.) – üç gündən sonra barama qurduna verilən tut yarpaqlarının doğranmış ləçəkləri.
Yarımçubux (Nəza., D., Au., Yu) – səkkiz gündən sonra barama qurduna verilən kiçik doğranmış tut çubuqları.
Şax (Büt.ş.) – danaqıran və ya eşşək turpu kolundan olur.
Şaxlama (Büt.ş.) – barama sarınmaq üçün qoyulan kol. Şaxlamax şəklində Ağcabədi [61, s.48] rayonu və Göyçay [96, s.19] şivələrində eyni mənada işlənir.
Nişan göstərmək (Au.) – şaxda ilk görünən barama.
Dərməx (Nəza., D.. Au., Yu.) – baramanı yığmaq.
Sıvama (Nəza., D., Au., Yu.) – baramanı təmizləmək.
Kolbaşı (Nəza., D., Au., Yu.) – kolun üstündə qalan tor.
Künarramax (Nəza., D., Au., Yu.) – baramanın yerini dəyişmək.
Künar (Nəza., D., Au., Yu.) – yarpağın yeyilmiş budaqları.
Köynəx (Nəza., D., Au., Yu.) – ipək qurdunun üstündəki nazik pərdə. Şəki dialektinin Qışlaq şivəsində də eyni mənanı verir [50, s.193].
Kəpənəx (Büt.ş.) – ipək qurdundan əmələ gələn kəpənək.
Güdül (Büt.ş.) – sarığa gedən vaxt ipək qurdunda əmələ gələn xəstəlik.
İrinnəmə (Au.) – ipək qurdu xəstəliyi.
Susda (Nəza., D., Au., Yu.) – tam sarınmamış barama.
Əla növ barama (Büt.ş.).
Birinci növ barama (Büt.ş.).
İkinci növ barama (Büt.ş.).
Qaraçıxar (Nəza., D., Au., Yu.) – üçüncü növ.
Bırak (Nəza., D., Au., Yu.) – qurdu içərisində ölən barama.
Baramaçı (Əks.ş.) // kümçü (T., N., Ç., Güz.) – barama qurdu bəsləyən adam.
Barama damı (Əks.ş.) // kümxana (N., Ç., Güz.) – barama qurdu saxlanan yer.
ARIÇILIĞA AİD TERMİNLƏR
Arıxana (Büt.ş.) – arı saxlanılan yer, bina. Şəki dialektində də arıxana deyilir [50, s.195].
Beçə (Büt.ş.) – yeni əmələ gəlmiş arı ailəsi. Göyçay şivələrində veçə adlanır [96, s.18].
Beçə balı (Büt.ş.) – gənc arı ailəsindən alınan ilk məhsul.
Beçə şanı (Büt.ş.) – birinci dəfə çəkilmiş şan.
Qısır arı (Büt.ş.) – beçə verməyən arı ailəsi. Göyçay şivələrində bu mənanı həm qısır, həm də höürə getməyən arı sözləri ifadə edir [96].
Dalax (C., P., Buz.) – arının əsas şanı doldurduqdan sonra düzəltdiyi əl böyüklüyündə şan.
Erkəx arı (Büt.ş.) – erkək arı. Ana arı mayalandıqdan sonra erkək arı pətəkdən qovulur.
Erkəxləməx (Büt.ş.) – pətəkdə ana arı olmayanda arılar işə getmir və beləliklə məhsul olmur.
Əkə arı (Büt.ş.) – iki, üç dəfədən artıq beçə verən arı ailəsi. Belə pətəkdən yüksək məhsul götürülür.
Keşməx (Büt.ş.) – arının uçuş bacası.
Nəfəsdix (Büt.ş.) – arı pətəyinə hava daxil olması üçün qoyulan kiçik baca.
Haramı (C.) – başqa arı ailələrinə basqın edib, onların hazır məhsulları ilə qidalanmaq istəyən arı. Ordubad dialektində də eyni mənada işlənir [20, s.419].
Çiş (Büt.ş.) – balsız şan.
Cəng olma (Büt.ş.) – arı xəstəliyi. Soyuqda qalan arılar uça bilmədiklərindən belə adlanır.
Şaarı (Büt.ş.) – şah arı. Ailəni idarə edən ana arı. Bu söz eyni mənada Şəki dialektində [50, s.195], Göyçay şivələrində [96, s.18] də işlənir.
Qeyd: bölgə şivələrində işlənən bəzi sözlər (arı, ana arı, ana şan) ədəbi dillə müştərəkdir.
MƏRASİMLƏRƏ AİD OLAN SÖZLƏR
a) Toy mərasiminə aid sözlər
Elçi (Büt.ş.).
Bəlgə (Büt.ş.) – oğlan evindən qız evinə göndərilən birinci nişan. “Əvvəl bəlgə verrix, sora nişan aparrıx” (Q.). Şəki rayonu şivələrində buna bəliyə // şəltə deyirlər [50, s.195].
Parça bişmə (Büt.ş.) – toy başlamazdan əvvəl qız evində olan şənlik. Gəlinə paltar tikdirmə.
Xına gecəsi (Q., Cava.) // xınayaxma (C.) – gəlin köçməmişdən bir gün əvvəl keçirilən gecə. “Bizzərdə xına gecəsi haquşqa dellər, gülmey gellər, qız-gəlinnər əllərinə xına qollar” (Q.).
Duvax (N.) // yaylıx qapma (Əks.ş.) – gəlin gələnin səhərisi günü onu görmək münasibətilə düzəldilən şənlik.
Südpulu (Büt.ş.) – gəlin köçürülən vaxt oğlanın yaxın qohumu tərəfindən qız anasına verilən müəyyən miqdar pul.
Cehiz (Büt.ş.) – qızın valideynlərinin ona bağışladıqları müəyyən ev əşyaları.
Bəy (Büt.ş.) – evlənən oğlan toy günü belə adlanır.
Sağdış (Büt.ş.) – evlənən oğlanın yanında duran evli kişi.
Solduş (Büt.ş.) – evlənən oğlanın yanında duran ikinci adam. “Solduş gərəx evlənməmiş oğlan ola” (D.).
Yengə (Büt.ş.) – gəlin köçərkən onunla bərabər bəy evinə gedən yaşlı qadına deyilir.
Gəlin (Büt.ş.) – ərə verilən qız.
Tabax (Büt.ş.) – oğlan evindən qız evinə aparılan tabaq.
Bəy tabağı (Büt.ş.) – qız evindən oğlan evinə gətirilən tabaq və yaxud xonça.
Dizdəağı (Büt.ş.) – gəlin gətiriləndə, oğlan evində oğlanın yaxın adamları gəlinə “xoş gəldin” deyir və bu münasibətlə pul, müxtəlif hədiyyələr verirlər.
Toybəyi (Büt.ş.) – toyu idarə edir.
Haşşabaş (Büt.ş.) – şabaş, oynayanlara verilən pul.
Gəlingörmə (Büt.ş.) – gəlin gələndən bir neçə gün sonra oğlanın yaxın adamları onu görməyə gəlirlər.
Əlöppə (Büt.ş.) – gəlin gələnin üçüncü günü bəylə gəlinin gedib onun (gəlinin) ata-anasını görməsinə deyilir.
b) Yas mərasiminə aid sözlər
Ölü yeri (Büt.ş.) // hüzür yeri (N., Kouz.) – vəfat edən adamın evində keçirilən mərasim yeri.
Ağı (N., Güz., Ç.) – vəfat edənin xatirəsini yad edib ağlamaq.
Eysan (Büt.ş.) – vəfat edənin ruhunun şad olması üçün başsağlığına gələnlərə verilən yemək, ehsan.
Yasdama (Büt.ş.) – başsağlığına gələnlərin vəfat etmiş adamın ailəsinə gətirdiyi xərc (pul, qənd, çay, düyü, un, yağ, ət və s.).
Üçü (Büt.ş.) – yasın üçü.
Yeddisi (Büt.ş.) – yasın yeddinci günü.
Qırx (Büt.ş.) – yasın qırxıncı günü.
Qara bayram (Büt.ş.) – vəfat edənin qohumları Novruz bayramında onun xatirəsini yad edirlər.
NƏTİCƏ
Azərbaycanın dilçi alimləri ana dilinin elmi şəkildə öyrənilməsi sahəsində uzun illər elmi-tədqiqat işləri apararaq Azərbaycan dilinin qrammatikasını mükəmməl şəkildə yaradıblar. Bu sahədə dilimizin ayrı-ayrı dialektlərinin öyrənilməsi də mühüm yer tutur. Azərbaycan dilinin dialektləri özündə tarixiliyi, yüz illər boyu milli dəyərləri mühafizə etmiş ümumtürk mədəniyyətinin izlərini qoruyub saxlamaqdadır. Bu baxımdan Naxçıvan dialekti də çox maraqlıdır. Naxçıvan dialektində termin səciyyəli sözləri toplayıb araşdırarkən ümumtürk mədəniyyətinin ortaq oxşarlıqlarına sıx-sıx rast gəlirik. Türk dilləri ilə müqayisəli şəkildə öyrəndiyimiz termin səciyyəli sözlərin əksəriyyəti ümumtürk mədəni irsinin daşıyıcısıdır. Əkinçilik, heyvandarlıq, arıçılıq, dulusçuluq, adət-ənənələrimizə aid olan sözlərin arxasında böyük bir mədəniyyət dayanır. Topladığımız termin səciyyəli sözlər söylədiklərimizin bir nümunəsidir.
Naxçıvan rayonu şivələrində terminoloji səciyyə daşıyan leksika olduqca zəngindir. Həmin leksikanın aşağıdakı xüsusiyyətlərini qeyd etmək olar.
a) Rayon şivələrində terminlərin çox hissəsi dialekt xüsusiyyəti daşıyırlar. Məsələn, gülbəsər (xiyar), qədələ (kiçik küpə), ələz (ot), künar (yarpaqları yeyilmiş tut budaqları) və s.
b) Köhnə dövrlə bağlı olan sözlər leksikada özünü göstərir.
c) Rayon şivələrindəki terminlərin bir qismi ədəbi dillə müştərəkdir.
d) Dialekt xüsusiyyəti daşıyan bəzi sözlər Azərbaycan dilinin başqa dialektlərində də işlənir. Məsələn, qıra, kələkey, güzəm, qəfxana və s.
e) Naxçıvan rayon şivələrindəki terminlərin, əsasən maldarlıqla bağlı olan terminlərin bir qismi ümumtürk sözləridir. Məsələn, inək, qoyun, at, day və s.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
Azərbaycan dilində
-
Abbasov N.Ə. Mədəniyyət siyasəti və mənəvi dəyərlər. Monoqrafiya. Bakı: Təknur, 2009.
-
Adil Abdulla Əl-Fəlah. Heydər Əliyev və milli-mənəvi dəyərlər. Bakı, Qismət, 2007.
-
Aslanova R. Yeni mədəniyyət məkanına inteqrasiya. Bakı, Nurlan, 2007.
-
Atalar sözləri. Bakı, Bakı işçisi, 1926.
-
Ataşov X.B. İdarəetmə elmi və rəhbər əməyi (Elmi-təcrübi tezislər toplusu). Bakı: Elm, 2011.
-
Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu, 10-cu nəşr, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Bakı: “Çinar-Çap”, 2008.
-
Azərbaycan etnoqrafiyası. Üç cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007.
-
Azərbaycan etnoqrafiyası. Üç cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2007.
-
Azərbaycan etnoqrafiyası. Üç cilddə. III cild. Bakı, “Şərq-Qərb”, 2007.
-
Azərbaycan folkloru antologiyası: Naxçıvan folkloru, I cild. Naxçıvan, “Əcəmi” nəşriyyatı, 2010.
-
Azərbaycan folkloru antologiyası, II kitab (İraq-тürkman cildi). Bakı, “Nurlan”, 2009.
-
Azərbaycan folklorşünaslığı (müntəxəbat). Bakı, ADPU nəşri, 2000.
-
Azərbaycan sovet ensiklopediyası: 10 cilddə, III c., Bakı: ASE-nin baş redaksiyası, 1979.
-
Azərbaycanda mədəniyyət siyasəti. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəşri. Bakı: Nağıl evi, 2004.
-
Azərbaycan Respublikası (1991-2001). Bakı: Yeni nəşrlər evi, 2001.
-
Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti. Bakı, İqtisad Universiteti nəşriyyatı, 2001.
-
Azərbaycan Prezidenti Heydər Əliyevin bəyanatı. “Ədəbiyyat qəzeti”, 13 avqust 2001-ci il.
-
Azərbaycan xalq ədəbiyyatından bayatılar. Azərbaycan Ədəbiyyatı Cəmiyyətinin nəşriyyatı, Bakı, 1925.
-
Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri. Bakı, 1967.
-
Azərbaycan dilin dialektoloji lüğəti. Bakı, 1964.
-
Azərbaycan dialektologiyasına aid materiallar. Bakı, 1964.
-
ADQQDŞ, s. 232.
-
Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə Beynəlxalq Humanitar Forum öz işinə başlamışdır. “Respublika” qəzeti, 11 oktyabr 2011-ci il, № 218 (4222).
-
Babayev S. Qədim diyarın təbiəti. Bakı, 1970.
-
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş Konfransının 33-cü sessiyasında qəbul edilmiş “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” konvensiya (Paris, 20 oktyabr 2005-ci il). www.e-qanun.az/files/framework/.../f_19041.htm
-
Cəfərli Məhərrəm. “Folklorumuz bizim milli kimliyimizdir. “Lent.az” (Müsahibə), 24 fevral 2009-cu il.
-
Cəfərov N. Azərbaycan mədəniyyəti məsələləri. Bakı: BDU, 2000.
-
Cəfərov S. Müasir Azərbaycan dili (Leksika). Bakı, 1970.
-
Çəmənzəminli Yusif Vəzir. Əsərləri. Üç cilddə. Üçüncü cild. Bakı: Elm, 1977.
-
Dəmirov İ., Şükürov C. Dərman bitkiləri. Bakı, 1979.
-
Əfəndiyev P. Azərbaycan folklorşünaslığı (1920-1930-cu illər). Bakı, ADPU nəşri, 1997.
-
Əskər Ramiz. Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsəri üzrə biblioqrafik və qrammatik göstərici. Bakı: AMEA-nın Folklor İnstitutu, 2008.
-
Əskər Ramiz. Mahmud Kaşğari və onun “Divanü lüğat-it-türk” əsəri. Bakı: AMEA-nın Folklor İnstitutu, 2008.
-
Gəncalp Güntay. Millət olmağın əsasını ədəbiyyat təşkil edir. AZADİNFORM-un müxbiri Nigar İsfəndiyarqızı ilə müsahibə http://www.azadinform.az/news/a-26191.html
-
Gəncalp G. Mədəniyyət və kültür qavramları üzərinə.http://www.almaqezeti.com/?mod=view&id=5019.
-
Göyalp Z. Türkçülüyün əsasları. Bakı: Maarif, 1991.
-
Hacıbəyli Ceyhun bəy. Qarabağın dialekti və folkloru (Qafqaz Azərbaycanı). Bakı, Ozan, 1999.
-
Hacıbəyli Ceyhun bəy. Seçilmiş əsərləri (Mühacirət dövrü). Bakı, Elm, 2006.
-
Heydər Əliyev və Şərq: 6 cilddə. IV kitab: İran İslam Respublikası / tərt.-müəl. Q.Allahverdiyev, V.Sultanzadə; red. M.Qurbanlı. Bakı: Çaşıoğlu, 2005.
-
Həsənzadə Nəriman. Kulturologiya (Dünya mədəniyyəti tarixi). Dərslik. Bakı, 2005.
-
Hüseynova A.H. Ceyhun bəy Hacıbəylinin folklorşünasliq irsi. Bakı Universitetinin Xəbərləri, Humanitar elmlər seriyası 2011, № 4, s. 39-45.
-
Xаlq yаddаşının izləri (Miflər, əfsаnələr, nаğıllаr...). Fоlklоr tоplusu (Tоplаyаn və nəşrə hаzırlаyаn: Məhsəti İsmаyıl). Bаkı, Еlm, 2005.
-
Xəlilli Şahin. Folklorda tarix və tarixdə folklor. “Azərbaycan folkloru Avropa sivilizasiyası kontekstində” mövzusunda elmi-praktiki konfransın materialları. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor institutu (21 dekabr 2011-ci il). Bakı, Nurlan, 2011, s.167-178.
-
Xəlilov H. Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində ədəbiyyat məsələləri. Fil.elm.nam. … dis. Bakı, 2001.
-
Xəlilov S.S. Fəlsəfə: tarix və müasirlik (Fəlsəfi komparativistika). Bakı: Azərbayсan Universiteti, 2006.
-
Xəlilov S.S. Mənəviyyat fəlsəfəsi. Bakı: Azərbaycan Universiteti, 2007.
-
Xəlilov S.S. Sivilizasiyalararası dialoq. Bakı: Adiloğlu, 2009.
-
Xəlilov S.S. Elmşünaslığa giriş. Bakı: Çaşıoğlu, 2010.
-
İsayeva Nigar. XX əsr Azərbaycan hekayəçiliyi və folklor. Bakı: Uğur, 2008.
-
İslamov M. Azərbaycan dilinin Nuxa dialekti. Bakı, 1968.
-
İsmayıl Məhsəti Rüstəm qızı. Naxçıvan əfsanələri. Bakı: Еlm, 2008.
-
İsmayilov Hüseyn, Rzasoy Seyfəddin. Naxçıvan folkloru antologiyası. “Azərbaycan” qəzeti, 31 mart 2010-cu il.
-
İsmayılova Sima. Müstəqillik illərində folklorşünaslıq biblioqrafik mənbələrdə. s. 132-140.
-
Kaşğari Mahmud. Divanü lüğat-it-türk. Dörd cilddə, I cild (Tərcümə edən və nəşrə hazırlayan: Ramiz Əskər). Bakı: Ozan, 2006.
-
Kaşğari Mahmud. Divanü lüğat-it-türk. Dörd cilddə, II cild (Tərcümə edən və nəşrə hazırlayan: Ramiz Əskər). Bakı: Ozan, 2006.
-
Kaşğari Mahmud. Divanü lüğat-it-türk. Dörd cilddə, III cild (Tərcümə edən və nəşrə hazırlayan: Ramiz Əskər). Bakı: Ozan, 2006.
-
Kaşğari Mahmud. Divanü lüğat-it-türk. Dörd cilddə, IV cild (Tərcümə edən və nəşrə hazırlayan: Ramiz Əskər). Bakı: Ozan, 2006.
-
Qarayev Yaşar. Tarix: yaxından və uzaqdan. Bakı: Sabah, 1996.
-
Qarayev Yaşar. Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər (İki min ili tamamlayan iki yüz il – XIX və XX yüzillər). Bakı: Elm, 2002.
-
Qarayev Yaşar. Erkən türk təsəvvüf kültürü – yəsəvilik. “Mədəniyyət dünyası”, VII buraxılış, Bakı, ADMİU, 2003, s. 38-55.
-
Quliyev İ.K. Ağcabədi rayonu şivələrinin leksikasından (Termin səciyyəli sözlər). ADU Nəşriyyatı, “Elmi əsərlər” (Dil və ədəbiyyat seriyası), № 6, 1976.
-
Mehdiyev R. İctimai və humanitar elmlər: zaman kontekstində baxış // “Fəlsəfə və sosial-siyasi elmlər”, 2009, № 4, s. 9-32.
-
Mehdiyev R. Fəlsəfə. Dərs vəsaiti. Bakı: Şərq-Qərb, 2010.
-
Mədəniyyətimizin və mədəni incilərimizin hamisi. Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın mədəniyyət sahəsində fəaliyyəti (Tərtibçi və elmi redaktor: Sevda Məmmədəliyeva). Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2007.
-
Mədəni irsin qorunmasına dair normatik hüquqi aktlar toplusu (1 sentyabr 2001-ci ilədək olan vəziyyətə görə) Bakı: Elm, 2001.
-
Mədəni müxtəliflik sosial-siyasi dəyər kimi. Kulturoloqların II Milli Forumu (Beynəlxalq elmi-praktiki konfrans, Bakı, 3 iyun 2010-cu il). Bakı: Elm, 2010.
-
Mədəniyyət və Turizm fəaliyyətinə dair qanunlar toplusu. Bakı: Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzi, 2007.
-
Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu. “Azərbaycan” qəz., № 86, 18 aprel 1998-ci il.
-
Məmmədov A. Kultural krizis simptomları (“kultura”, yoxsa mədəniyyət”?). Kulturoloqların II Milli Forumu “Mədəni müxtəliflik: sosial-siyasi dəyər kimi”. Bakı, 3 iyun 2010-cu il, s.149-153.
-
Məmmədov F. Mədəniyyət və dövlət (kadrlar hazırlanması və idarəetmə problemləri). “Mədəniyyət dünyası” elmi məqalələr toplusu, IV buraxılış, Bakı, 2002, s. 13-21.
-
Məmmədov F. Kulturologiya effektivli həyat və fəaliyyətə aparan yol kimi (təriflər, düsturlar, mədəniyyət müddəaları, ayrı-ayrı məqalə, məruzə və çıxışlar). Bakı: Çiraq, 2008, 432.
-
Məmmədova F.R. Azərbaycan mühacirətinin kulturoloji irsində dil problemi. Bakı: Elm, 2006.
-
Məmmədova F.R. Azərbaycan mühacirətinin elmi-nəzəri tədqiqatlarında dil kulturoloji baxışlar kontekstində. Kulturologiya elm. Nam. ... dis. Avtoref. Bakı: 2007.
-
Məmmədova S. Mədəniyyətşünaslıq. Bakı: “Kooperasiya” nəşriyyatı, 2001.
-
Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Bakı: Nicat, 1992.
-
Milli-mənəvi dəyərlərin təbliğində kitabxanaların rolu / tərt. Ed. N.Alışova; ixtisas red. Və bur. Məs. K.Tahirov; red. A.Abdullayeva. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası. Bakı, 2011.
-
Naxçıvan ensiklopediyası. 2 cilddə, cild 1. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi (Азярбайcан Республикасынын Президенти Илщам Ялийевин “Нахчыван Мухтар Республикасынын 80 иллик йубилейинин кечирилмяси щаггында” 2004-cц ил 9 феврал тарихли Sярянcамы иля тясдиг едилмиш тядбирляр планына ясасян чап олунур). Naxçıvan, 2005.
-
Naxçıvan ensiklopediyası. 2 cilddə, cild 2. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi (Азярбайcан Республикасынын Президенти Илщам Ялийевин “Нахчыван Мухтар Республикасынын 80 иллик йубилейинин кечирилмяси щаггында” 2004-cц ил 9 феврал тарихли Sярянcамы иля тясдиг едилмиш тядбирляр планына ясасян чап олунур). Naxçıvan, 2005.
-
Naxçıvan abidələri ensiklopediyası. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi. Naxçıvan, 2008.
-
Naxçıvan MSSR qrupu dialekt və şivələri. Bakı, 1962.
-
Nəbiyev A.M. Azərbaycan xalq ədəbiyyatı. I hissə. Bakı, Turan, 2002.
-
Orucova Səhər. Folklorun toplanması və nəşri tarixindən. s.114-120.
-
Prezident İlham Əliyev və mədəniyyət. 2 cilddə (I cild). Qəbullar, nitqlər, çıxışlar, görüş və mərasimlər, səfərlər, müsahibələr. Bakı, “İDEAL-PRİNT”, 2008, 506 s.; (II cild). Təbriklər, Qanunlar, Fərmanlar, Sərəncamlar. Bakı, “İDEAL-PRİNT”, 2008.
-
Rəcəbov Ə. Dil, şüur, cəmiyyət, tarix. Bakı: Azərnəşr, 1993.
-
Rəsulzadə M.Ə. Əsərləri. II cild (Toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi Şirməmməd Hüseynov). Bakı: Şirvannəşr, 2001.
-
Robert Kandyus, Laria Fink. XX əsrin ədəbi tənqidi. Modernizm dövrü (Çevirəni: Məsiağa Məhəmmədi). “Sənət qəzeti”, 21 sentyabr – 02 oktyabr 2008-ci il, № 01 (067). s. 17, 22-23.
-
Rüstəmov Yusif. Fəlsəfənin əsasları (mühazirə kursu). Bakı: “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2007.
-
Süleymanlı M.A. Kulturoloji irsimizin qaynaqlarına doğru. “Mədəniyyət dünyası”, VIII buraxılış. Bakı: ADMİU, 2004, s. 3-7.
-
Süleymanlı M.A. Modernləşmənin etnoqrafik amillərinə dair. “Azərbaycan arxeologiya və etnoqrafiyası” (AMEA Arxeologiya və Etmoqrafiya İnstitutu), Bakı, 2010, № 1, s. 188-195.
-
Süleymanlı M.A. Azərbaycan kulturoloji fikir tarixindən (XX əsrin əvvəlləri). Bakı, “Nafta-Press”, 2011.
-
Süleymanlı M.A. Kulturoloji irsin tədqiqi problemləri (XX əsrin əvvəllərinin mənbələri əsasında). Bakı, “Nafta-Press”, 2011.
-
Süleymanlı M.A. Sosial-mədəni sahənin idarə olunması (Mədəniyyət kontekstində). Dərslik. Bakı: ADMİU, 2011.
-
Süleymanlı M.A. XX əsrin əvvəllərində Azərbaycan kulturoloji fikri. Kulturologiya üzrə elm. Dok. ... dis. Bakı, 2013.
-
Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Bakı, 1962.
-
Şirəliyev M. Bakı dialekti. Bakı, 1957.
-
Vəliyev A.H. Azərbaycan dialektologiyasına aid materiallar (Leksika). Bakı, 1960.
-
Vəliyev V. Azərbaycan folkloru. Bakı, Maarif, 1985.
-
YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə Azərbaycan Respublikası milli məclisinin qərarı (6 dekabr 1993-cü il, № 764).
-
Zeynallı H. Azərbaycan “El ədəbiyyatı”. “Maarif işçisi” jurnalı, 1926, № 11.
-
Zeynallı H. Ağız ədəbiyyatı. “Maarif və mədəniyyət” jurnalı, 1926, № 8.
Türk dilində
-
Ağaoğlu A. Üç medeniyet. İstanbul: Milli Egitim Basımevi, 1972.
-
Anadol Cemal, Abbasova Fazile. Türk Kültür ve Medeniyeti. İkinci Baskı. İstanbul: Kültür Sanat Yayıncılık, 2002.
-
Caferoğlu Ahmet. Tehlil ve tenkitler, “Azerbaycan Yurt Bilgisi”, İstanbul: 1932, yıl 1, sayı 11, s. 408.
-
Caferoğlu Ahmet. Şarkta ve Garpta azeri tetkikleri, “Azerbaycan yurt bilgisi”, İstanbul: 1934, sayı 27, s. 96-102; sayı 28, s.136-141, sayı 29, s. 197-200, sayı 30, s. 233-238; Emin Bilgic. Milli Kültür Davamız. İstanbul, 1986.
-
Kafesoğlu İbrahim. Türk Milli Kültürü. İstanbul: Boğaziçi Yayınları, 1996.
-
Resulzade M.E. Azerbaycan Kültür Gelenekleri. “Azerbaycan kültür derneği”nin teşebbüsü ile, 28 mayıs 1949 da, Ankara Halkevi binasında verilen konferans. Ankara: Sipahi matbaası, 1949.
-
Resulzade M.E. Türk kültür birliği. “Azerbaycan”, Ankara, Yıl: 2, Eylül, 1953, sayı: 6 (18), s.1-3; “Mədəniyyət dünyası”, VII buraxılış, Bakı: ADMİU, 2003, s. 11-12.
-
Turhan M. Kültür değişmeleri (Sosyal Psikoloji Bakımından Bir Tetkik). 4. Bskı. İstanbul: Çamlıca Yayınları, 2002, 270 s.; Türk ədəbiyyatı, sayı 124, İstanbul, 1984, s. 9-13.
Rus dilində
-
Аникин В.П. Народная мудрость. Пословиüы и поговорки народов Востока. Из-во Восточная литература. М., 1961.
-
Баскаков Н.А. Введение в изучение тюркских языков. М., 1969.
-
Гагаузско-русско-молдавский словарь. M., 1973.
-
Губогло М. Гагаузская терминология по скотоводству. Тюркская лексикология и лексикография. М., 1971, с.221 (Araşdırmada işlənən qaqauz, türkmən və türk sözləri adları qeyd edilmiş lüğətlərdən ötürülmüşdür).
-
Исторические развитие лексики тюркских языков. M., 1961.
-
Смирнов К.Н. «Материалы по истории и этнографии Нахичеванского края». Баку, «Озан», 1999, ст. 156.
-
Турецко-русский словарь. М., 1968.
-
Тюркская лексикология и лексикография. М., 1971.
İnternet materialları
-
www.e-qanun.az/files/framework/.../f_19041.htm “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiya (Paris, 20 oktyabr 2005-ci il).
-
http://az.wikiquote.org/wiki/Heyd%C9%99r_%C6%8Fliyev
-
Mədəniyyət və sivilizasiya – Hüquq – Kitablar – Kitabxana – Marketing:
http://www.google.az/search?client=opera&rls=en&q=M%C9%99d%C9%99niyy%C9%99tmədəniyyətv%C9%99mədəniyyətsivilizasiyamədəniyyət-mədəniyyətH%C3%Bcquqmədəniyyət-mədəniyyətKitablarmədəniyyət-mədəniyyətKitabxanamədəniyyət-mədəniyyətMarketing&sourceid=opera&ie=utf-8&oe=utf-8&channel=suggest
MÜNDƏRİCAT
MİLLİ-MƏDƏNİ İRS SAHƏSİNDƏ 8
DÖVLƏT MƏDƏNİYYƏT 8
SİYASƏTİ 8
31
MƏDƏNİ İRSİN TƏDQİQİ 32
MƏSƏLƏLƏRİ 32
MİLLİ-MƏDƏNİ VARLIĞIN MÜHAFİZƏSİNDƏ DİL AMİLİ 62
Dilin kulturoloji mahiyyəti 62
AZƏRBAYCAN DİLİNİN 67
DİGƏR DİLLƏR ARASINDAKI YERİ 67
FOLKLORUN TOPLANMASI 74
MƏSƏLƏLƏRİ 74
Folklor və etnoqrafik irs 74
İXTİSARLAR 125
Kənd adlarının ixtisarı 125
126
NAXÇIVAN 127
DİALEKTİNİN 127
TERMİNOLOJİ LEKSİKASI 127
NAXÇIVAN ŞİVƏLƏRİNDƏ İŞLƏNƏN BƏZİ TERMİN SƏCİYYƏLİ SÖZLƏRİN BAŞQA QOHUM DİLLƏRLƏ MÜQAYİSƏSİ 133
ƏKİNÇİLİYƏ AİD TERMİNLƏR 138
a) Bostan və tərəvəz məhsullarının adları 138
b) Dənli bitkilər, taxılçılığa aid söz və terminlər 140
c) Başqa dənli bitkilər 141
TAXILÇILIQLA ƏLAQƏDAR OLAN 141
BAŞQA SÖZLƏR 141
BECƏRMƏ VƏ SUVARMA İLƏ ƏLAQƏDAR 142
OLAN SÖZ VƏ TERMİNLƏR 142
BAĞÇILIQ VƏ ÜZÜMÇÜLÜYƏ AİD SÖZ VƏ TERMİNLƏR 144
Üzüm növləri 144
Alma növləri 146
Armud növləri 147
Qoz növləri 148
Alça növləri 148
Ərik növləri 148
Tut növləri 149
Başqa meyvə növləri 150
Üzümdə olan xəstəliklər 150
HEYVANDARLIQ 152
Yaşa görə inəyin növləri 152
Rəng və başqa əlamətlərinə görə inək növləri 153
Yaşa görə camış növləri 153
MAL-QARADAN ALINAN MƏHSULLAR 154
Bunlara aid söz və terminlər 154
YAŞA GÖRƏ QOYUN VƏ KEÇİ NÖVLƏRİ 156
a) Qoyun növləri 156
b) Keçi növləri 157
QOYUN VƏ KEÇİNİN RƏNGLƏRİ 158
VƏ BAŞQA ƏLAMƏTLƏRİ 158
a) Rənginə görə qoyun növləri 158
b) Müxtəlif əlamətinə görə qoyun növləri 159
c) Yelininə görə qoyun növləri 161
a) Rənginə görə keçi növləri 161
b) Başqa əlamətinə görə keçi növləri 161
AT VƏ EŞŞƏYİN NÖV VƏ ƏLAMƏTLƏRİ 162
a) Yaşa görə at növü 162
b) Əlamətinə görə at adları 162
c) Rənginə görə at adları 163
ç) At yerişləri 163
d) Yaşa görə eşşək növü 163
MAL-QARANIN SAXLANDIĞI YERLƏR 164
VƏ 164
BURADA GÖRÜLƏN İŞLƏR 164
KÖÇƏRİLİKLƏ ƏLAQƏDAR OLAN 165
SÖZLƏR 165
KÖÇƏRİLİKLƏ ƏLAQƏDAR OLAN 165
DÖVRLƏR 165
BİTKİ ADLARI 166
a) Ot və çiçək adları 166
b) Ağac adları 169
c) Kol adları 170
DƏRMAN BİTKİLƏRİNİN ADLARI VƏ BUNLARDAN HAZIRLANAN DƏRMANLAR 171
XƏSTƏLİKLƏR. BUNLARIN TƏZAHÜRÜ 176
VƏ 176
MÜALİCƏSİNƏ AİD SÖZLƏR 176
a) İnsan xəstəlikləri 176
b) Heyvan xəstəlikləri 179
TOXUCULUĞA AİD SÖZ VƏ TERMİNLƏR 181
a) Toxuculuqda lazım olan materiallar 181
b) Toxuculuqda istifadə edilən əşya və 183
alət adları 183
188
VƏHŞİ HEYVAN, QUŞ VƏ HƏŞƏRAT ADLARI 189
a) Vəhşi heyvan adları 189
b) Vəhşi quş adları 189
c) Həşərat adları 190
MƏİŞƏT LEKSİKASINA AİD SÖZLƏR 193
Binaların, evlərin hissələri və 193
tikinti materialları 193
ASTRONOMİK ADLAR 199
BARAMAÇILIĞA AİD SÖZ VƏ TERMİNLƏR 200
ARIÇILIĞA AİD TERMİNLƏR 203
MƏRASİMLƏRƏ AİD OLAN SÖZLƏR 205
a) Toy mərasiminə aid sözlər 205
b) Yas mərasiminə aid sözlər 206
NƏTİCƏ 208
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 210
Telman Nəsirulla oğlu QULİYEV
MİLLİ-MƏDƏNİ İRS
VƏ DİL AMİLİNƏ KULTUROLOJİ BAXIŞ
(Naxçıvan dialektinin terminoloji
leksikası nümunəsində)
“Ziya” Nəşriyyat-Poliqrafiya Mərkəzi
ziyamika@mail.ru
050 315 15 22
Direktor: Sevda Mıkayilqızı
Tərtibat: Şamıl Qurbanov
Format 60x84 16/1, 13.5 ç.v, 300 əd
Dostları ilə paylaş: |