T ətbiqi Proqram Təminatı Orta ixtisas t


Microsoft Office Power Point proqramı



Yüklə 4,14 Mb.
Pdf görüntüsü
səhifə34/39
tarix16.12.2023
ölçüsü4,14 Mb.
#181850
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   39
tetbiqi-proqram-teminati

Microsoft Office Power Point proqramı 
Power Point 
proqramı ofis proqramlarından biridir. Bu proqram
 
öz rəngarəngliyi ilə fərqlənir. 
Power Point
poroqramında 
yaradılan sənəd 
Təqdimat (Presentation-
Презентация)
adlanır. 
Təqdimat
slaydlardan ibarətdir. Slaydlar üzərində 
müxtəlif obyektlər - şəkil, mətn, diaqram, fiziki sxem və qrafiklər 
yerləşdirmək mümkündür. 
İllüstrasiyaların, animasiyaların, səslərin köməyi ilə 
Təqdimat
yaratmaq olar. 
Son zamanlar mühazirəçilər, dissertantlar bu proqramdan daha 
çox istifadə edirlər. Çünki, 
Multimedia Projektor
xüsusi 
qurğusunu kompüterə qoşduqda həmin slaydları divardan asılmış 
böyük ekranda əks etdirmək mümkündür. 
Kompüter texnologiyalarının tətbiqi istifadəçinin bilik və 
bacarıqlarını genişləndirir və yüksək səviyyəli düşüncə 
vərdişlərinin inkişafına yardım edir. 
Kompüter texnologiyalarının istifadəsi kompüterin araşdırma 
aparılması, nəşrlərin yaradılması və ya məlumat mübadiləsi aləti 
kimi istifadəsinə gətirir. 
Yaradıcı 
və 
tənqidi 
düşüncə 
vərdişləri 
formalaşır. 
Modelləşdirilmə və verilənlərin funksiyalar və qrafiklərin köməyi 
ilə təvsir edilməsi üçün kompüter texmologiyalarından istifadə 
olunur. Verilənlərin doğruluğunu əsaslandırmaq üçün çoxlu sayda 
mənbələrdən istifadə olunur. 
Təqdimatın 
dizaynında 
müəllifin 
əməyi 
dizaynın 
elementlərindən düzgün istifadə edərkən nəzərə çarpır. Müxtəlif 
çeşidli təqdimat etmək üçün təşəbbüslər irəli sürülməlidir. 
Slaydları oxumaq mümkün olmalıdır. Effektlərdən və fonlardan, 
rəng 
çalarlarından 
zövqlə 
istifadə 
olunmalıdır. 
Dəqiq 
planlaşdırılmış və çeşidli təqdimat yaratmaq üçün təqdimatın 
mənasını anlamaqda kömək edən effektlər, qrafika, fon, səs 
müşaiyyətindən düzgün istifadə etmək lazımdır. 


81 
Yaradıcılıq və özünəməxsusluq, nadirlik və ya yeni fikirlər 
təqdimatın yaradılmasında əsas funksiyalardan biridir. Originallıq 
elementləri, bir neçə yeni fikirlər təqdimatı daha da 
zənginləşdirir.Yeni özünəməxsus ideyalar, maraqlı müəllif fikirləri, 
mövzunun işıqlandırılmasında böyük əhəmiyyət kəsb edir. 
Özünəməxsus yaradıcı üsul dəqiq və aşkar olmalıdır. Təkcə 
təfəkkürün deyil, yüksək səviyyədə düşüncə bacarığının 
formalaşması vacibdir. 

Yüklə 4,14 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin