29
Mürəkkəb məsələni hesab metodu ilə həll etmək
üçün həmin məsələni sadə
m
əsələlərə ayırmaq lazımdır. Alınmış sadə məsələlərdən ən azı biri tam sadə məsələ
olur, y
əni onu həll etmək mümkündür. Mürəkkəb məsələnin həllinə məhz həmin tam
sad
ə məsələdən başlamaq lazımdır. Bu məsələnin həlli nəticəsində tapılan yeni ədəd
növbəti natamam sadə məsələni tam məsələyə çevirir və bu qayda ilə qalan sadə
m
əsələlər həll edilir. Mürəkkəb məsələni həll etmək üçün “məlumdan məchula”
doğru
prinsipi t
ətbiq edilir. Yəni məsələnin təhlili verilənlərdən suala doğru aparılarsa , buna
m
əsələnin
sintetik metodla həlli deyilir. Sintetik metod təkcə hesab məsələlərinin
h
əllində deyil, həm də hesablamaya aid həndəsə məsələlərinin həllində də tətbiq olunur.
Bu metodun çatışmayan cəhəti ondan ibarətdir ki, məsələ həllinə nədən, hansı sadə
m
əsələdən, hansı asılılıqdan başlamaq haqqında konkret meyyar yoxdur.
Bu metod
şagirlərin müstəqil mühakimə aparma qabiliyyətlərini az inkişaf etdirir.
Bir m
əsələni nəzərdən keçirək: “Briqada üç gün ərzində 387 kq pambıq topladı.
Briqada I gün bütün pambığın 1/3- ni, II gün isə ondan 12 kq çox pambıq topladı.
Briqada III gün nə qədər pambıq topladı?”
Bu m
əsələni sintetik metodla təhlil edək:
1. Briqada üç gündə neçə kq pambıq topladı?
2. Briqadanın I gün nə qədər pambıq topladığını bilmək olarmı? (387
∶3)
3. II gün nə qədər pambıq topladığını bilmək olarmı? (I gündə yığılan pambığın
miqdarına 672 kq pambığı əlavə etmək lazımdır).
4. M
əsələnin sualına cavab vermək üçün nə etmək lazımdır? (I və II günlərdə toplanan
pambığın miqdarını ümumi miqdardan çıxmaq lazımdır).
M
əsələnin həlli:
1) Briqada I gün nə qədər pambıq topladı?
387
∶ 3 = 129 (kq)
2) Briqada II gün nə qədər pambıq topladı?
129 + 12 = 141 (kq)
3) Briqada I v
ə II gün birlikdə nə qədər pambıq topladı?
129 +141 = 270 (kq)
4) Briqada III gün nə qədər pambıq topladı?
387
– 270 = 117 (kq)
M
əsələnin analitik metodla həlli.
Analitik metodla m
əsələ həllində “məchuldan məluma” istiqamətdə hərəkət edilir.
Y
əni məsələ həlli alqoritmini müəyyən etmək üçün verilən ilk sual belə olur: “Məsələdə
n
əyi tapmaq tələb olunur?” Bu sualın cavabı həm də verilənlərlə məchullar arasındakı
asılılığı aşkar edir.
Bir m
əsələni nəzərdən keçirək: “Bir sağıcı bir gündə 195 l süd sağdı. Bu ikinci
sağıcının sağdığı süddən 15 l az idi. İkinci sağıcı sağdığı südü eyni böyüklükdə 7
bidona doldurdu. H
ər bidonda neçə litr süd oldu?
M
əsələni analitik metodla təhlil edək:
1. M
əsədə nə soruşulur? (hər bidonda neçə litr süd oldu).
2. Bu suala cavab verm
ək üçün nəyi bilmək lazımdır? (İkinci sağıcının sağdığı südün
miqdarını tapmalıyıq).
3. Bunun üçün nə etməliyik? ( 195+15 cəmini 7-yə bölmək lazımdır.)
M
əsələnin həlli:
1) 195+15= 210 (
l )
– ikinci sağıcının sağdığı südün miqdarı
2) 210
∶ 7 = 30 (
l ) - hər bidonda olan südün miqdarı.
M
əsələnin sintetik və analitik metodlarlan təhlili –
həmin məsələnin həlli
alqoritmini müəyyən etməyə imkan verir. Hər iki metodun tətbiqində oxşar olan cəhət
30
ondan ibar
ətdir ki, mürəkkəb məsələ sadə məsələlərə ayrılır və alınmış sadə məsələlər
ardıcıllığında tam sadə məsələni həll etdikdən sonra qalan bütün sadə məsələlərin hər
biri tam m
əsələyə çevrildikcəhəll olunur və nəhayət əsas məsələnin tələbinə cavab
verir.
M
əsələnin riyazi modelini qurmaqla, onun həlli alqoritmini də müəyyənləşdiririk.
F
ərz edək ki, məsələnin məzmununa uyğun tənlik qurulmuşdur. Tənliyin həll edilməsi -
yen
ə məlumlara əsaslanır və sonuncu əməli tətbiq etməklə tələb olunanı tapırıq.
Onu da qeyd etm
ək lazımdır ki, analitik metod – məsələ həlli alqoritmini müəyyən
etm
ək üçün daha səmərəlidir və o,
şagirdin produktiv, məntiqi və funksional
t
əfəkkürünün inkişafında mühüm rol oynayır.
C
əbri təhlil və ya tənliklər metodu. Əslində tənliklər metodu analitik metodun ən
mühüm xüsusiyyətlərini özündə əks etdirir. Çünki məsələ həllində tənlik qurmanın tətbiq
edilm
əsi elə özü “məchuldan məluma” doğru prinsipinə əsaslanır. Bir qayda olaqraq,
əsas məsələnin tələbini, məchul ilə işarə edib və qurulmuş tənliyi həmin məchula
n
əzərən həll edilir. Bəzi hallarda həllin səmərəli olması üçün
əsas məsələ iki köməkçi
m
əsələyə ayrılır. Birinci köməkçi məsələ adi hesab üsulu ilə həll edilir, ikinci köməkçi
m
əsələ isə tənlik qurmaqla həll olunur.
T
ənliklər metodu ilə məsələ həlli prosesini aşağıdakı mərhələlərə ayırmaq olar:
I m
ərhələ. Məsələnin tələbinə əsasən məchul daxil edilir, məsələnin modeli
qurulur.
II m
ərhələ. Əsas məsələ - modelin qurulması nəticəsində
köməkçi məsələyə
çevrilir və bu məsələ üzərində ( tənlik üzərində) çevirmələr aparmaqla tənliyin kökləri
tapılır.
M
əhz bu mərhələdə - alınmış köklərin məsələ tələbini ödəyib – ödəməməsi
yoxlanılır. Tənliklər metodu ilə məsələ həllinin sonu – cavabın yoxlanması ilə bitir.
Cavabın doğruluğunu tənlikdə yox, məsələdə yoxlamaq lazımdır.
Bir m
əsələni nəzərdən keçirək: “Düzbucaqlının uzunluğu 45 dm, perimetri isə 130
dm
–dir. Düzbucaqlının eni nə qədərdir?”
T
ənliyin qurulması və həlli:
1) x -
düzbucaqlının eni
2) (45+x)
٠2 - düzbucaqlının perimetri
3) (45+x)
٠2 = 130
45
٠2 + 2x = 130
90 +2x = 130
2x = 130 -90
2x = 40
x = 20
Cavab: Düzbucaqlının eni 20 dm –dir.
Dostları ilə paylaş: