31
Mövzu 10. Say sistemləri. Mövqesiz və mövqeli say sistemləri. Onluq
say sistemi. Bir say sistemind
ən digər say sisteminə keçid.
Plan
1. Say sistemləri haqqında anlayış. Mövqesiz və mövqeli say sistemləri.
2. Onluq say sistemi. Onluq say sistemindən fərqli say sistemləri.
3. Ədədlərin bir say sistemindən digərinə çevrilməsi.
1.
İnsanlar gündəlik əməli fəaliyyətlərində hər addımda
ədədlərlə təmasda
olurlar. Bu işdə bizə ədədlərin qəbul edilmiş xüsusi yazılış üsulu kömək edir. Ədədlərin
bu yazılış üsulu
say sistemi adlanır.
T
ərif. Say sistemi ədədlərin adlandırılması,yazılması və onlar üzərində əməllərin
icra edilm
əsi üçün istifadə olunan xüsusi dildir.
Müxtəlif say sistemləri vardır, lakin ədədlərin adlandırılması və işarə
edilm
əsindənki rəqəmlərin tutduğu mövqedən asılı olaraq say sistemləri 2 növ olur:
1.
Mövqesiz say sistemi.
2.
Mövqeli say sistemi.
Mövqesiz say sistemlərində hər bir ədəd simvolların (rəqəmlərin)
müəyyən
yığımı ilə ifadə olunur. Burada ədədi təşkil edən rəqəmlərin qiymətləri onların tutduğu
yerd
ən (mövqedən) asılı olmur və hesab əməlləri mürəkkəb qaydalarla aparılır.
M
əsələn, 4000 il bundan əvvəl Qədim Misirdə ədədlərin yazılışı
üçün xüsusi heroqlif
işarələr qəbul edilmişdi. Bu zaman ədədin yazılışında nə qədər çox mərtəbə varsa, o
q
ədər də işarə lazım olurdu. Bu say sistemində hər
bir işarənin qiyməti onun
yazılışındakı (mövqeyindən) asılı deyil.
Bu say sisteml
ərinə 2500 min il bundan əvvəl Qədim
Romada istifadə olunan
Rum say sistemini mis
al göstərmək olar. Romalılar
çoxlu sayda ölkələri zəbt
etdikl
ərindən onların ədədləri yazmaq üçün tətbiq etdikləri üsullar Şərqi Avropa
ölkələrində uzun müddət tətbiq edilmişdir. Hələ 200 il
bundan öncə iş vərəqlərində
ədədlər rum rəqəmləri ilə yazılmalı idilər (o zaman belə düşünülürdü ki,
adi ərəb
r
əqəmlərini saxtalaşdırmaq asandır). Hal-hazırda rum say sistemindən əsasən
kitablarda m
əşhur tarixlərin, cildlərin,
fəsillərin, başlıqların adlandırılmasında istifadə
olunur.
Rum say sisteminin
əsasında I (bir barmaq) – 1 ədədi üçün, V (açılmış ovuc) – 5
ədədi üçün, X (iki açılmış ovuc) – 10 ədədi üçün istifadə olunmuşdur. 100, 500, 1000
ədədlərini təsvir etmək üçün isə uyğun olaraq latın dilində onların adlarının (Centum –
yüz, Demimille – 5 yüz, Mille – min) baş hərflərindən istifadə etmuşdilər:
Dostları ilə paylaş: