T texniki kolleci



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə27/39
tarix26.11.2022
ölçüsü1,54 Mb.
#70633
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   39
SRTFM-1-MÜHAZİRƏ

 
 
 
 
 
 
 
 
 
 
 


37 
 
 
 
Mövzu 12. Adlı ədəd anlayışı. Adlı ədədlər və onlar üzərində əməllər. 
Plan 
1. 
Adlı ədəd anlayışı. Adlı ədədlərin yazılması. 
2. 
Adlı ədələrin xırdalanması və çevrilməsi. 
3. 
Adlı ədələrin toplanması və çıxılması. 
4. 
Adlı ədələrin adsız ədədə vurulması və bölünməsi. 
1. K
əmiyyətlərin ölçülməsi prosesinin mahiyyətini nəzərdən keçirdikdə məlum 
oldu ki, a k
əmiyyəti və e ölçü vahidi verildikdə, a kəmiyyətinin ölçülməsi nəticəsində elə 
müsbət 
həqiqi ədədi tapılır ki, a = münasibətinin mənası olsun. Bu halda ədədi 
elə a kəmiyyətinin e vahidindəki ədədi qiyməti adlanır. 
Aşkardır ki, a kəmiyyətinin cinsi məlum olduqda, məsələn, uzunluq olduqda, e 
ölçü vahidi də vahid parça olur. Məsələn, 1sm vahid olur. Bu halda 
ədədi a parçasının 
sm vahidind
ə uzunluğun ədədi qiyməti olur və a parçasının uzunluğu a = 
ədədi ilə ifadə olu-nur.Bu ədədinin əsas xarakterik xüsusiyyəti ondadır ki, bu 
ədəd hansı konkret kəmiyyətin ölçülməsinin nəticəsi olduğunu və ölçülən kəmiyyətin 
miqdar xarakteristikasını təyin edir. Belə ki, 
müsbət həqiqi ədədi (mücərrəd mənada) 
a k
əmiyyətinin ədədi qiymətini, e = 1sm vahid isə a kəmiyyyətinin cinsini ( uzunluq 
k
əmiyyəti olduğunu) ifadə edir. Həmçinin ümumi halda, a = 
münasibəti göstərir ki, 
hər bir kəmiyyəti müəyyən mücərrəd ədədlə bu kəmiyyətin ölçü vahidinin hasili şəklində 
göstərmək olar və ya a = 
münasibəti göstərir ki, kəmiyyətin ölçülməsinin nəticəsi, 
yanında ölçü vahidinin adı göstərilmiş ədədlə ifadə edilir. Belə ədədi adlı ədəd 
adlandırmaq qəbul olunmuşdur. 
Şərh etdiyimiz mülahizələrə əsasən adlı ədədi aşağıdakı kimi xarakterizə etmək 
olar. 
Ölçülən konkret kəmiyyətin miqdar xarakteristikasını və bu kəmiyyətin cinsini 
ifadə edən ədədə adlı ədəd deyilir. Məsələn, düz xətt parçası kəmiyyət kimi 48 mm və 
ya 4,8 sm və ya 4sm 8mm şəklində, sahə, həcm, kütlə vaxt intervalı kəmiyyət kimi 
uyğun olaraq 4350m
2
, 0,435ha, 43,5ar, 4kq 250q, 4,25kq, 4saat32dəq, 275dəq şəklində 
ifadə oluna bilər. Harda ki, 48; 4350; 43,5; 4,25; 272 ədədləri verilmiş kəmiyyətin neçə 
olçü vahidindən və onların bərabər paylarından ibarət olduğunu, mm, m
2
, ar, kq, dəq isə 
kəmiyyəti ölçmək üçün hansı ölçü vahidinin qəbul edildiyini göstərir.Adlı ədədləri yazılış 
formalarına görə iki növə ayırırlar: 
1. 
Bir ölçü vahidi ilə yazılmış adlı ədədlər (sadə adlı ədədlər). 
2. 
Çox ölçü vahidi ilə yazılmış adlı ədədlər (mürəkkəb adlı ədədlər). 
Bu növləri misallar üzərində aydınlaşdıraq. 
Tutaq ki, düz xətt parçasının uzunluğunu 1mm ölçü vahidi ilə ölçdükdə 1mm-lik parça 
ölçülən parçanın üzərində 48 tam dəfə yerləşir. Onda bu parçanın uzunluğu yalnız 1mm 
vahidi 
ilə ifadə olunur və 48 mm adlı ədədi şəklində yazılır. Həmin parçanın uzunluğu 
1sm ölçü vahidi ilə ölçüldükdə isə onun uzunluğu iki uzunuq vahidləri vasitəsilə ifadə 
olunan 4sm 8mm adlı ədədi şəklində yazılır. Həmçinin, 4,25kq və 4kq 250q eyni adlı 
ədədləri həm bir ölçü vahidində, həm də eyni cinsli iki ölçü vahidlərində yazmaq olar. 
48mm, 4,25 kq adlı ədədləri birölçülü, 4sm 8mm, 4kq 250q ədədləri isə çox ölçülüadlı 
ədədlərdir. 
2.
Sayma texnikası sonlu çoxluqların müqayisə edilməsini onların güclərini göstərən 
uyğun natural ədədlərin müqayisəsi ilə əvəz etməyə imkan verdiyi kimi, ölçmə texnikası 
da kəmiyyətlərin müqayisəsini onların uyğun ədədi qiymətlərini ifadə edən adlı ədədlərin 
müqayisəsi ilə əvəz etməyə imkan verir. Bu halda meydana çıxan əsas çətinlik, bircins 
kəmiyyətlərin müxtəlif ölçü vahidləri ilə ölçülməsi nəticəsində müxtəlif adlı ədədlərin 


38 
meydana gəlməsi ilə bağlı ola bilər. Lakin, bu çətinlik bir ölçü vahidi ilə verilmiş adlı 
ədədin digər ölçü vahidi ilə verilmiş adlı ədədə çevrilməsi ilə asanlıqla aradan qaldırılır. 
Bu halda aşağıdakı iki növ çevirmədən istifadə etmək lazım gəlir. 
1) Verilmiş ölçü vahidindən kiçik ölçü vahidinə keçmək. Belə çevirmə adlı ədədin 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin