36
2) Parça sonlu sayda parçalardan təşkil olunmuşsa, onda onun uzunluğu təşkiledici
parçaların uzunluqları cəminə bərabərdir.
Parçanın uzunluğunun ölçülməsi prosesini izah edək. Parçalar çoxluğundan hər hansı e
parçasını seçib, onu uzunluq vahidi qəbul edək. a parçasının başlanğıc nöqtəsindən
başlayaraq onun üzərində e parçasına bərabər ardıcıl parçalar ayırıb və bu prosesi
mümkün qədər davam etdirək. Əgər e parçasına bərabər parçalar n dəfə ayrıldıqdan
sonra sonuncu ayrılmış parçanın uc nöqtəsi ilə a parçasının uc nöqtəsi üst-üstə
düşürsə, bu halda a parçasıının qiyməti n ədədinə bərabərdir və bu
a = ne kimi yazılır. Əgər e parçası a üzərində tam dəfə yerləşdikdən sonra e-dən kiçik
bir a
1
qalığı qalırsa, onda e
1
parçasını ölçü vahidi qəbul edib a
1
parçası eyni qayda
il
ə ölçülür.
Parçanın uzunluğunun bir neçə mühüm xassələrini şərh edək.
1) Seçilmiş ölçü vahidində ixtiyari parçanın uzunluğu müsbət həqiqi
ədədlə ifadə olunur və tərsinə, hər bir müsbət həqiqi ədəd üçün uzunluğu bu ədədlə
ifad
ə olunan parça var.
2) İki bərabər parçanın uzunluqlarının ədədi qiymətləri də bərabərdir və tərsinə iki
parçanın uzunluqlarının ədədi qiymətləri bərabərdirsə, bu parçalar özləri də bərabərdir.
3) Verilmiş parça bir neçə parçaların cəmindən təşkil olunmuşsa, onda onun
uzunluğunun ədədi qiyməti toplananların uzunluqlarının ədədi qiymətlərinin cəminə
b
ərabərdir .
4) Uzunluq ölçü vahidi ondan k dəfə böyük olan (k dəfə kiçik) olan yeni ölçü vahidi ilə
əvəz etdikdə ölçülən parçanın uzunluğunun ədədi qiyməti də k dəfə kiçilir (k dəfə
böyüyür).
4. M
əktəb kursunda geniş istifadə edilən uzunluq vahidləri və onlar arasında əlaqələri
n
əzərdən keçirək.
1) metr 10 desimetrd
ən ibarətdir və tərsinə, 1 desimetr metrin onda bir hissəsinə
b
ərabərdir.
2) desimetr 10 santimetrd
ən təşkil olunmuşdur və tərsinə, 1sm desimetrin onda bir
hiss
əsinə bərabərdir.
3) Santimetr 10 millimetrd
ən təşkil olunmuşdur və tərsinə, 1mm santimetrin onda bir
hiss
əsinə bərabərdir.
Bel
əliklə, 1m = 10dm = 100sm = 1000mm. Bəzi nəzəri məsələlərdə və tədris
t
əcrübəsində millimetrdən də kiçik olan mikrometr uzunluq vahidindən də istifadə edilir
v
ə 1mkm kimi işarə edilir.
1mkm = 0,000001m = 0, 001mm
H
əmçinin praktik məsələlərdə metr vahidindən böyük olan kilometr (km), hektometr
(hm), dekametr(dekm) vahidl
ərindən geniş istifadə edilir. Bu vahidlər arasında əlaqə
aşağıdakı kimidir:
1dekm = 10m, 1hm =100m, 1km = 1000m. Qeyd ed
ək ki, “deka” on, “hekto” yüz, “kilo”
min m
ənasını verir.
Dostları ilə paylaş: