47
Mövzu 15. Müstəvi fiqurlar və onların xassələri.
Plan
1.
Qabarıq çoxbucaqlı və onun elementləri.
2.
Üçbucaq, onun elementləri və növləri.
3.
Paraleloqram v
ə onun xassələri.
4.
Düzbucaqlı və onun xassələri.
5.
Romb v
ə onun xassələri.
6.
Kvadrat v
ə onun xassələri.
7.
Trapesiya, onun növləri və xassələri.
8.
Çevrə və onun elementləri.
9. Dair
ə və onun hissələri.
1. Tərif. Qapalı sınıq xətt və onunla məhdud olan daxili oblastın birləşməsindən alınan
fiqur çoxbucaqlı adlanır.
Qapalı sınıq xəttin təpələri çoxbucaqlının
təpələri, tərəfləri isə çoxbucaqlının tərfələri
adlanır. n sayda təpələri olan çoxbucaqlıya n bucaqlı deyilir. Çoxbucaqlının
ixtiyari
tərəfini uzatdıqda, çoxbucaqlı bu düz xəttin
bir tərəfində yerləşərsə, ona qabarıq
çoxbucaqlı deyilir. Başqa sözlə, qabarıq sınıq xətlə hüdudlanmış çoxbucaqlıya qabarıq
çoxbucaqlı deyilir, əks halda isə qabarıq olmayan çoxbucaqlı adlanır.
M
B
C
N
S
A
Q P
E D K
Çoxbucaqlının bir tərəfinə mənsub olan iki təpə qonşu təpələr adlanır.
Çoxbucaqlının iki qonşu olmayan təpələrini birləşdirən düz xətt parçasına çoxbucaqlının
diaqonalı deyilir. Məsələn, AC. Təpələrinin və tərəflərinin sayından asılı
olaraq
çoxbucaqlılar siniflərə bölünürlər. Belə ki, qabarıq n bucaqlıda n=3
olduqda üçbucaq,
n=4 olduqda dördbucaqlı və s. alınır.
Dostları ilə paylaş: