43
Lobaçevski həndəsəsindən fərqli yeni həndəsə yaratdı. Onun mahiyyəti həndəsəni
hipotezl
ər üzərində qurmaqdan ibarət idi.
Hal-
hazırda həndəsə elminin “Qeyri-Evklid həndəsə”, “Proyektiv həndəsə”, “Tərsimi
h
əndəsə”, “ Analitik həndəsə”, “Diferensial həndəsə” kimi müstəqil sahələri yaranmışdır.
Bu f
ənlərin heç biri məktəbdə öyrənilməsə də, onların hər birinin məktəb həndəsə kursu
il
ə bu və ya digər dərəcədə əlaqəsi var.
2. H
əndəsə öz inkişafının birinci mərhələsində ətraf fəzanın xassələrini xarakterizə edən
faktlartların toplanması ilə məşğul olmuş, belə faktlar arasındakı münasibətləri öyrənmiş
v
ə aşkar edilmiş qanunauyğunluqları təhlil edərək ümumiləşdirmişdir. Beləliklə,
mücərrəd mənada, həndəsə fəzanın müəyyən dəyilməz forma və xassələrini öyrənir.
H
əndəsədə qəbul edilmiş bütün teminlər hər bir həndəsi anlayışın real əşyaların
mücərrədləşdirilməsi yolu ilə meydana gəldiyini sübut edir. Məsələn, “xətt” termini
“linum” latın sözündən alınmış və Lobaçevskiyə görə “kətan sap” mənasını verir.
H
əndəsədə digər təbiət elmlərinə nəzərən erkən rasional tədqiq metodu olan “deduktiv”
(ümumidən xüsusiyə mühakimə-isbat metodu) metodun tətbiqi mümkün olmuşdur.
“İnduktiv” (bütün xüsusi hallardan ümumi nəticələrin çıxarılması, başqa xüsusidən
ümumiyə mühakimə üsulu) metod isə əsasən müəyyən elmlərdə əsas metod olmuşdur.
Deduksiyadan istifad
ə edilməsi imkanı onunla nəticələndi ki, adamlar tərəfindən aşkar
edil
ən əlaqələr tədricən məntiqi nəticələrin çıxarılmasına gətirdi və bir təklifdən digərinin
alınması kimi isbat üsulları yarandı. Bununla da, həndəsə riyazi nəzəriyyəyə çevrildi.
H
əndəsənin məntiqi elm kimi riyazi nəzəriyyə səviyyəsində formalaşması 2500 il əvvəl
baş verdi.
H
əndəsənin məntiqi elm kimi formalaşması həndəsənin anlayışlar sisteminin daxil
edilm
əsindən əhəmiyyətli dərəcədə asılı olmuşdur. Anlayışı təyin etmək həmin anlayışın
əhatə etdiyi obyektlər sinfini dəqiq ayırmaq deməkdir. Bunun üçün isə təyin olunan
anlayışın bütün əsas xassələrini bilmək və verilmiş obyektin bütün bu xassələrə malik
olub-
olmadığını yoxlamaq lazımdır.
H
əndəsə kursunda “nöqtə”, “düz xətt”, “müstəvi” anlayışları əsas anlayışlar kimi
ayrılmışdır. Bu xüsusi seçilmiş həndəsi anlayışlardan başqa bütün riyaziyyat üçün
ümumi olan “çoxluq”, “ədəd” və s. ilkin anlayışlardan da həndəsədə geniş istifadə edilir.
3. H
əndəsə kursu iki bölmədən ibarətdir: 1. Planimetriya 2. Stereometriya.
H
əndəsənin, bütün hissələri bir müstəvi üzərində yerləşən fiqurların xassələrini öyrənən
bölməsinə planimetriya deyilir.
H
əndəsənin, bütün hissələri bir müstəvi üzərində yerləşməyən fiqurların xassələrini
öyrənən bölməsinə stereometriya deyilir.
Riyaziyyatın ibtidai kursunda əsasən həndəsənin planimetriya hissəsinə aid anlayışlar
sistemi öyrənilir. Bunu nəzərə alaraq, bütün nöqtələri bir müstəvi üzərində olan fiqurları
– planimetrik fiqurları şərh edək.
Müəyyən qayda ilə düzülmüş nöqtə, xətt, səth ayrılıqda və ya birgə götürüldükdə
h
əndəsi fiqur əmələ gətirir. Həndəsi fiqur anlayışı əşyanın ölçü və formasından başqa,
qalan bütün real xassələrini nəzərə almadığından mücərrəd anlayışdır. Həndəsi fiqur
ist
ənilən şəkildə ola bilər. Lakin həmin həndəsi fiqurun fiziki xassələri, yəni rəngi,
hazırlandığı materialın növü və s. nəzərə alınmır. Onda həndəsi fiqura aşağıdakı kimi
t
ərif vermək olar.
Dostları ilə paylaş: