T ərif. Düz xəttin verilmiş nöqtəsindən bir tərəfdə olan bütün nöqtələrindən ibarət hiss əsinə şüa deyilir. O
a
T
ərifə görə hər bir nöqtə düz xətti iki şüaya ayırır və O nöqtəsi bu şüaların ortaq
başlanğıcı adlanır. Şüa da düz xətt kimi latın əlifbasının kiçik hərfi (məsələn, a şüası) ,
ya da birinci nöqtə şüanın başlanğıc nöqtəsi, ikinci nöqtə isə bu şüanın başlanğıc
nöqtədən fərqli ixtiyari nöqtəsi olan iki böyük latın hərfi ilə (məsələn, OA şüası) işarə
edilir.
T ərif. Düz xəttin iki tərəfdən məhdud edilmiş hissəsinə düz xətt parçası və ya sadəcə olaraq parça deyilir. Düz xətt parçasının başlanğıc və son nöqtələri bu parçanın özünə
daxildir. A B
AB nöqtələri parçanın ucları adlanır. Parçanın ucları arasındakı məsafəyə onun
uzunluğu deyilir. Uzunluqları eyni olan parçalara bərabər parçalar deyilir. Belə parçaları
bir-
birinin üzərinə qoyduqda onların başlanğıc və son nöqtələri üst-üstə düşür.
Parçaların bərabərliyi AB=CD kimi yazılır.
Parçaların ölçülməsi xassəsi: Hər bir parçanın sıfırdan böyük müəyyən
uzunluğu var, yəni uzunluq vahidi seçməklə hər bir parçanın uzunluğunu
ölçmək olar.
Parçaların toplanması xassəsi: Parçanın uzunluğu, onun hər hansı daxili nöqtəsi ilə
bölündüyü parçaların uzunluqları cəminə bərabərdir. Parçanın daxili nöqtəsi onu iki
b
ərabər parçaya bölürsə, bu nöqtəyə həmin parçanın orta nöqtəsi deyilir. AB parçasının
uzunluğuna A və B nöqtələri arasındakı məsafə də deyilir. A və B nöqtələri üst-üstə
düşdükdə onlar arasında məsafə sıfır hesab olunur.
Parçaların ayrılması xassəsi: Şüanın başlanğıcından, uzunluğu verilmiş, bir və yalnız bir
parça ayırmaq olar.
Müstəvi. Müstəvi də həndəsədə ilk anlayışlardan olduğuna görə ona tərif verilmir. Stolun
s
əthini, sakit havada gölün səthini, pəncərə şüşəsini və s. müstəvi kimi təsəvvür etmək
olar. Müstəvilər adətən yunan əlifbasının hərfləri ilə işarə olunur:
.
Müstəvi və düz xəttin qarşılıqlı vəziyyəti haqqında aşağıdakı xassələri qeyd edək: 1. İki
nöqtəsi müstəvi üzərində olan düz xətt bütünlükdə həmin müstəvi üzərindədir. 2.
45
Müstəvi üzərində yerləşən düz xətt, bu müstəvini hər biri yarımmüstəvi adlanan iki
hiss
əyə bölür.
Bucaq.