Taramadan dərləmə sözlər



Yüklə 5,11 Mb.
səhifə24/42
tarix14.01.2017
ölçüsü5,11 Mb.
#5472
1   ...   20   21   22   23   24   25   26   27   ...   42

omac

amac, umac. yumulan yer, şişirdilən yer.

nələr çəkdik omac olduq.

qurulup bir umaca yayın,




omaca

qalça1(göt, almacıq) gəmiklərinin birləşdiyi yer.




omaç durmaq

oma durmaq, göt-baş olmaq, təpəsi(götü) göydə başı yerdə olmaq.

atdan yıxılıb başı üsdə omac durdu.




omba

omac, omca, oma< yuma: oyum, girdə, yuvarlaq. kündə, kötük. kündə. tomruq.




omba durmaq

omaç durmaq, oma durmaq, aşığın götü üsdə durması.




omca

oyum, omac, omca, oma, yumuq, şişik, yuma, oyum. tomruq.

oduncu gözü omacda.




omca ağacı

kündə, tutsaqların əl ayağına vurulan kündə.




on

< onğ < onq. imkan, fayda, diniş, şans, yetər, çıxar, buyruq, qismət.

onun tapmaq: sansın tapmaq. imkanın tapmaq.

onun almaq: şansın almaq, əritmək, məhv edmək.




onat

ət yeməmək yavlak onatdı




onğ

xoşbəxlik

bir verdin, onğ(xoşbəxlik) gətirir




onq

imkan, varlıq, güc, gəmik, sümük, çıxar, yetənək, başarı, şans, fayda, buyruq, qismət,

onğ vermək: şans vermək.

onğun çürüsün.

anlamadan onğun gəlsə, onğlamadan anlarsan( düşünmədən işləsən, işlərsən düşünərsən)




onq

<> onğ > on. imkan, fayda, diniş, şans, yetər, çıxar, buyruq, qismət.




onq görmək

iyimsəmək, iyi görmək.

onun gördün, önündə(sonunda)gör.




onqa

xoşbəxlik,

tanrıda onqa dilə.




onqamaq

çəkmək, təhəmmül edmək, dözmək.

o bizləri onamadı.

onasan çatarsan.

onamıyan nəyə çatar.

onmuyan bulmaz.




onqamaq

> onmaq. uyqun görmək, xoşlamaq, bəyənmək. xoş keçirmək.

anladım onamadım, ondum anlamadım.

bir şeyə bağlılıq ya onmaqınandı, ya anlamaqınan.

ciciklilər özgənin yaxcılığın onamazlar.

işiniz haqq onara.

nə onmasın gör, nədə anlağın.

ona bağrında yara.

tanrı onara




onqarıştar

onarış, yönəriş, yönəş, məsləhət




onqarmaq

baş çıxarmaq, doğrulatmaq,

doğurmaq, düzətmək,

islah edmək, iyilətətmək,

muvafiq edmək, onarmaq,

onarmaq, onmaq, raslamaq,

raslatmaq. rifaha çatmaq



tamamlamaq, uyqunlatmaq,

azqınlıqları onqarıb düzəlmək yola gərək.

azmışları onqarıcı, qalmışları yarıcı.

düşənlərədir çələp yarıcı, hamı azmış işlərə onarıcısı(onracı).

kişinin yonqarı cicik deyir.

onqaran kimdir, azdıran kim.

onqarmaz kimsə tanrı yazdığı, yazmaz kimsə o pozduğun.

sallana sallana gəlmiş pinara, qağan tanrı işi onara

tanrı işləri onqarsın.

tanrı sənin o dünyavı bu dünyavı onartsın.

tanrı işin onqara.

yoxsul olub əli dar olan kişi, nəyə sunsa (uzatsa) onatmaz işi.




onqarmaq

işi onğarmaq gərək.




onqat

yaxcı, dadlı iyi, uyqun, doğru, tamam, muvafiq, onqatlı, təmkin, çıxar.

göndərib anı anaru sürdü at, dedi bu kəz işimiz oldu onat.

sən onu onqat(düzət).

yemlər yemişlər onqadı çatı yetişdi.

onqat kişi.

onqat düşmək: uyqun muvafiq gəlmək.




onqatlamaq

curlamaq.




onqatlaşmaq

uyuşmaq, mutabiq gəlmək. cürləşmək.

onlar birbiriynən onqatmaşladılar ayrıldılar.




onqatlı

onqat, təmkinli, çıxarlı.




onqatlıq

düzlük, dürüslüq.




onqımaq

onqsımaq, onqdurmaq, iylətmək, iyilətmək,




onq

şanslı, bacarıqlı, çıxarlı, yollu. qismətli, imkanlı, varlıq, güclü, gəmikli, sümüklü, faydalı, buyruqlu,




onqmadıq

bədbəx, mutsuz, uğursuz,

onmadıq başım nələr görür




onqmaq

1) yaxşı, uyğun. onğamaq, unurmaq, iyiləşmək, düzəlmək, uyğulaşmaq, uyğun gəlmək. bitmək. sağalmaq.

bağrı başlı onğulmaz, dərdi çok kimsə bilməz.

balasın itirən, necə onğarsın ürək başını.

bir onulmaz dərdə düşdüm ağlarım, aşq odundadır, ciyər can dağlarım.

bir unulmaz dərdə düşdüm, heç tapılmaz çarəsi, gəl ilac et dərdimi, atma məni qurtlara sən.

buyruq olsa onğsar sənin işin.

buyursn dərdə dərmanım, onğulmazmı.

dil acısı yaman olur, vurma bir yarə üstünə.

düzənlik harda isə onğmaq orda.

əkin suvarılıp onğdı.

gündən günə onğulsun, iyisin, baş atıp böyüsün.

işlərin onğuşu, yerişi.

kim bafa savın umarsa dişidən, ürəyi onğulmayar heç dərddən.

kimin kim olmaya yazusu onmaq, ani sə'yilə mənim bu onmadıq başımda var isə bir bəxtim.

müşgüldür onarmaq.

kimisi onğan kimisi azğan(yazğan).

qoy onğuldasın ürək yarası.

onğulur süngü qılış yarası çox, onğulmağa dil yarası çarə yox

ölümü dirlik ola, ölümsüz dirlik bula, başlı(yaralı) könlüm onğula, mərhəmi sən olasın.

unulmaz yarəmi gəl çarə qıl, ey gözəl qapuvu tapdım(ibadət etmək) gəlmişəm.

ürəyi dil ilə yaran çox olu, onğaran tap bu yaranı hanı.

yaram onğalıb, bayağılaşdı.

yox bu aşqın çarəsi, heç onğulmaz ürək yarəsi.




onqsarmaq

> onmaq. iyiləşmək, uyğulaşmaq, uyğun gəlmək.

buyruq olsa onğsar sənin işin




onqsuz11

imkansız, varsız, gücsüz, çıxarsız, yetənəksiz, başarsız, şanssız, faydasız, buyruqsuz, qismətsiz

onqsuzluğa düşdük.

onğsuz qalasan.





onqsuzlamaq

onsuzlamaq, gəmirilmək, ərinmək, ərimək




onqultan

onğur, düzəldən, sağaldan, mərhəm, dərman

dədi onğultan, yıxıkları duraltan.




onqultmaq

> onmaq




onqun almaq

onun almaq, şansın almaq, əritmək, məhv edmək. kimliyin qudrətin təpərin almaq.




onqurqa

(< on. ön: düz, doğru). onurğa. düz saxlayan, düzəldən




onqurqa

onurğa, omurğa, bel gəmiyi, yağırğadan quyruq soxumuna gələn arka sümük.




onqurmaq

> onmaq




onquşmaq

uyuşmaq, barışmaq




onun almaq

sansın tapmaq. imkanın tapmaq.




opmaq

obmaq, somurub utmaq, hopmaq, hopa hopa homur homur içmək




opur sapır

çörçöp, xaşal aşal, qırıq tökük şeylər. dardağan.




or

1) oru, qala, qala bürcü ) xəndəq




oraq

oğraqtarama




oraqla11

oraq vaxdı




oram

orta




oramçı

avara.




oran

ölçü, təxmin, sınır, hədd, dərəcə. əyar. qiymət

nəfsin oranı yoxdu.

nəfsivi oranla oğul.

oransız işə girən, gorda yerin tapar.

oranla gedən, azmaz.

oransız iş, yüyənsiz at, ərsiz arvad.

ornadan çıxma, orandan qalma.

oransız ornasız ölkədir bu yer.

aş duz ilə, duz oranı ilə(həddi ilə)(aş duzla, duz oranla).

döşürdü bir çəri ki yox qıyası oranı, sağışı yox entəqəs(intahası).

kişi yetmiş il oranı bütünləşir.

oranın gözətir oranın bilən, imarətçi olur oranın bilən.

oransız oyun gətdi başıma bu devran.

oranıva bax, oranıvı gir.




orancı

hesap tutan, hesabdar.

yalanı söylədikcə ey yalançı, sana kanda bulunsun bir orançı.




oranı

hərgələ, eləbelə

oranı işlər atdı bizim başımız




oranlamaq

sanmaq, zənn etmək, təxminləmək. ölçüb biçmək, çağlamaq(< çəkləmək), taslamaq. qiymtləmək. ağırlamaq.

dağ olsun meşə gərçi çöldə yaban, yolu başarıram oranlayu mən




oranlıq

qararınca, bir az.




oranmaq

orunmaq, yerləşrmək, qoy(n)maq, bərpa olmaq




oransız

hədsiz, hesapsız.

oransız oğru həmən yurt ürküdür.

oransız yüksəklik.




oranu

hərgələ, hərgələn, rasgələ, havayı.

oranı pul kişini qududmasın.

oranı gələn oranı gedər.

uşaq dediyin oranı bəladır bir.

bağadırla ötüşüb keçinmək gərək, oranı yaramazlığa qalmamaq gərək.

oranı adama yol vermiyəsən.

oranı baxma sorqulu işlərivə.




orazlı11

mərd, igid, ünlü, məşhur




orça

ara

orçalamaq: ortalamaq, ayırmaq




orçalamaq

ortalamaq, ayırmaq, tutmaq.




ordu

ordu, yığılan yer. tutuşan yer,




ormaq11

oraqlamaq, biçmək




orman

çalılıq, çıtılqı birbirinə girmiş ağaclıq.




ornalamaq

yerlətmək, yurtlamaq, yerləşdirmək, yerləmək.




ornaşdırmaq

yerləşdirmək, yerləmək. əkmək

ağac ornatmaq.




ornatmaq

yerləşdirmək, qoyul(n)maq, bərpa edmək.

zanlar qanunlar ornatıldı.

sınır ornatmaq.




orta

orta adam: orta yaşlı.

gecə orta: gecə yarısı.




ortac

mirasçı, vali

ey oğul, ortacım oğul.




ortagün11

pənşəmbə




ortaqçı

kiraçı




ortalıq

orta, ümumi.




oru

1) or, qala, qala bürcü ) xəndəq




orun

yer




orun

yer, yataq nisbət, tənasüb. münasibət, diz, düz

orunun gör oyunun gör.

orunla gəzən oynuyar gedər. oranasız gəzən oynayar gedər.

orunlu işlər: hesap kitablı işlər.

at orun: tövlə.

toyuq orun: küməs.

orun salmaq: yer yataq salmaq.




orunduq

yataq, kıravat

orunduq qulaq: kıravat(təxt, yataq) başlığı.




orunlu orulun

yerində yerində, yer bə yer. uyqun uyqun.




orunmaq

yerləşrmək, qoy(n)maq, bərpa olmaq.




orunş

yerli, münasib.




osmaqlamaq11

qalxmaq, maraklanmaq, bilimsəmək, bilmək isdəmək, keçirsəmək(keçmək, istəmək, ötsəmək, utsəmək)




ospar11

(< os= ot= öt= ut= üt) özsevər, qururlu, kibirli(< qabarlı), çalpar, çalmar, çalar, çaluq, çalqır, çalıq, şişirdən, ötürən, ötgən, ötgün, yutqun.




osparlı

quruntulu, gurultulu, qurumlu




osparlıq

özsevərlik




osparlıq

quruntuluq, gurultuluq, qurumluq, şişək




ot aşamaq

ağılanmaq otur,
ot arba (ot otomobil, otaran.




ot aşatmaq

ağılatmaq




ot orun

od yeri, ocaq.




otağ

böyük sürü.




otağa

tuğ, çələng.




otağa

tuğ, çələng




otaq

böyük sürü.




otar

yayla, otlaq.




otaran

otomobil, ot araba




otlaq

örü, yaylım, mərtə'




otlamaq

ilaclamaq, dərman edmək.




otlayıcı

həkim, otcu, biçik(> pezeşg)




otluq

çaxmaq.




oturaq

sakin, sanit




oturaq təpməsi

göt üstündən vurulan təkmə.




oturaqçı

ev əşyası satan.




oturaqlıq

istirahat, sikun, huzur




oturmuş rmuş

eşmiş əşmiş, dünya görmüş,




ovc

< uc, bir şeyin ən uca ucqar yeri.




ovlağ

yığıncağ yeri

otluq suvat yerlər hər bir dirikə ovlağ(yığıncağ yeri) olmuşdu




ovmaq

öğmaq, oxşamaq, sığarlamaq.




ovuntu

oğaraq, sıxaraq, sığarlayaraq çıxan axan şey.....




ovuntu

ovmaqla çıxan sütə tay şeylər.




oy vermək

səs vermək

səni çağıdım nədən oy vermədin.




oyaq

uyak1, oyanıq, uykusus, yuxusuz.




oyan

üyən

ata oyan vurdu




oyan buyan

bəri ötə.




oyandırı

irşad




oyandırmaq

ışıq saçmaq, yandırmaq. uyarmaq, irşad etmək




oyanıq

uka, bilən, aqah




oyanmaq

yanmaq, ışıldamaq, parıldamaq




oyat

utan, həya. hicab.

məni yad görüb olma oyat.




oydaşlıq

baş qoşmaq, fikir birligi yapmaq.




oyma

oyulmuş, hörülmüş, bağlı, kovma.




oyma qapı

böyük qapı içində oyulan kiçik qapı.




oynardamar

atar damar.




oysıramaq11

bayılmaq.




oyuq

üyüktarama, qorxuluq, şəbəh




oyuq

1) qorxuluq, şəbəh, mətərsək ) yol üsdə qoyulan simgələr.




oyulqanmaq

ilişmək, saplanmaq, taxılmaq.




oyum

çala, qazıq.




oyum11

pılan, düşüncə




oyuncu

köçək, rəqqas




ozalanmaq

uzatmaq, çok söyləmək. qorkulaqma, xiyallanma.

vaiz sərt ün çəkip, sarıq ilə belin büküp, inlədübən qopuzun kim dedi ozanlamaz.




öbür

< ol bir, ötəki, digər.




öc


tav, qumarda qoyulan para.

öcləri qalxdı 100 dəvəyə




öc qoymaq

öğdül qoymaq, girov qoymaq,




öçürmək

uçurmaq, söndürmək.




öd ağacı

qoxu ağac

qoxu ağac: öd ağacı




ödək

zaman, borc, alım, girov




ödək

qorxaq.




ödək

bir şeyin qarşıtı; dəngəsi, bahası

qan ödəyi: qan bahası




ödəyə tutmaq

girov saxlamaq.




ödükmək

qorxmaq




ödünc

ödək, müzd

min tümən gəldi ödünc almağa.





ödünü sıdırmaq

ödünü qoparmaq yarılmaq patlamaq.




öfləz

az ışıq




öğ

ağıl

öğün dərmək: ağlın toplamaq. divşürmək, dişürmək

öğünə gətirmək: ağla gətirmək. xatılamaq.





öğ

huş, us. xatirə.

öğünə düşdü bir uzaq keçmişim.




öğdül

önğdül, mükafat, cayizə.

qaşmaqda yeldən öndül alır.

öğdül at: yarışa yarar at.




öğəgi

(< önəgüləmək) inadçı




öğəilik

(< önəgüləmək) inad




öğlan əşi

döl əşi, uşaqdan doğduqdan gələn son.




öğləmək

öğünə usuna ağlına xatirinə gətirmək, özləmək




öğləndirmək

ağıl qoymaq, ibrət vermək.




öğlənmək

ağıllanmaq, özünə gəlmək, rahatlanmaq, istrahat edmək




öğlü

ağıllı

bilən qovqa selinin önün eşməz, bəla odilə heç öğlü alışmaz.




öğmə

öğüş, sitayiş, mədh




öğrək

sürü, ılxı

bir öğrək atı sürüb geddi.




öğrənqıc

öğürlük, ünsiyyət, ülfət, alışıq




öğrətmək

örgətmək: alışdırmaq




öğsəklənmək

ərkəklənmək, böbürlənmək. öğünmək.

çoxda gözəllivə öğsəklənmə.




öğsəmək

istəmək, sevinmək, özləmək,




öğüd

aşık olan öğüdə girməz olu, iki gözü örtülü görməz olu.




öğündürmək

güvəndirmək, sevindirmək, ilgiləndirmək, ilətmək, öğüdürmək, təşviq etmək.




öğünmək

uğunmaq, uvunmaq, ökünmək, boğulmaq, bayılmaq, ussun huşun itirmək, keçinmək, nəfəsi kəsilmək, için çəkip keçinmək, qəşş eləmək

sevindiyindən uğundu.

uşaq ağlayıb uğundu.

uğundu döğünməyə başladı.

uğunmuş dəli olmuş, cinlərə vurulmuş.




öğür

tay tuş, yar yoldaş, alış, əş




öğür olmaq

öyrənmək, alışmaq.




öğürlük

ünsiyyət, ülfət, alışıq, öğrənqıc




öğürlük

yaxınlıq, yoldaşlıq, alışlıq, ünsiyyət




öğürsək

tez öyrəşən alışan, munis




öğüş

önəri, pişnəhad.




öğüş

çox, artıq

mindən öğüş.

min ərkək səmiz yunt, bindən artıq uçarda, nə kim əti yenirsə quş kəsildi.




öğüş

öğmə, sitayiş, mədh




öğüş

öküş, yöğüş, artıq, fazla, çox.

mindən öğüş quş yedilər.

az öğüş: az öğüş, biraz.

öğüş davarlı.

öğüş salamlar.





öğüş olmaq

çoxalmaq. bərkimək

danışıq öğüşləndi.

ağrılarım gündə günə öğüşləni




öğüşdürmək

görüşdürmək, savuşdurmaq




öğüşləşmək

çoxalmaqda yarışmaq. qızışmaq,




öğütmək

öğütləmək, öğüt vermək

ilk öz içini öğütlə, içinə qoyarsa başqasın öğütlə.




ök damar

çah damar




öksüz

orta barmaqla sərçə bağın orasındaki barmaq.




ökünc

öc, hınc, intiqam.




öl

çil, çih, şeh, nəm, yaş, tav




ölcüm

< ölü. bacarısız, naşı, anayı




ölçərmək

ititmək, çoxaltmaq, qarışdırmaq, alovlandırmaq, təhrikləmək. ayaqlandırmaq.

gözlərinin çırağın ölçərtmiş.

istə odun ölçərib.

sönmüş odu ölçərmə.

yel qovan od ölçərən.




ölçərmək

(<ül.) dağıtmaq, bölmək, qarışdırmaq




ölçü

sağış, sayı, adət




ölçüləmək

hazırlamaq, cürləmək




ölçüm

(< ulamaq: ülümək: bölmək) biçim, şəkil, yol, tərz




ölçümək

xidmət edmək, bağışlamaq. vermək,




ölçümləmək

hazırlamaq, qalxdırmaq, həvəsə gətirmək,




öləş

> ləş: cəndək




öləştarama

ləş




ölət

qırqın, qıran, salqın

aclıq oldu ölət düşdü.





öləzik

olümcül, öləsi, öləcək, sönəcək, zayıf




ölləmək

tavlamaq, sulamaq, ıslatmaq,




öllənmək

ıslanmaq, nəmlənmək




ölmək

ərimək, çaxanıb qarışmaq.

yağınan su ölməz.

yağınan unu öldürüb.





ölmək

ərimək, çalxalanaraq qarışmaq.




ölü qum

səssiz sakit gurultusuz dalqa




ölüm əri

ölümü gözünə alan, fədayi

dedi bəylərə gördünüzmü çəri, savaş necə eylərmiş ölüm əri.




ölüm əsrüklügü

can atma, can çəkişmə halı, səkərat




ölütmək

islatmaq.




ölütmək

ıslatmaq

bulut gələ quru toprağı ölüdə

boyayla kağızı ölüt.




öndin

bəyanə




önəgi

simitən, danqaz, inad.




önəgü

(< ön.)öngəri, öngürü, önəgə, öngəc, sözə baxmayan, inadçı, gürə, yavuz, gobut.




önəgüləmək

soncuqlamaq< sucumaq, səkəmək, çalıqlanmaq, bükülmək, boğamaq.




önəgülmək

irəliləmək, sikə boy demək, öngürülmək, öngərilmək, önəgəlmək, öngəcmək, sözə baxmamaq.




önəqülük

dik qafalı, yağazlıq.




önəri

öğüş, pişnəhad




önərmək

hazırlamaq, yapmaq.




önəv

yasaq.




öngülmək

öngərilmək, öngürülmək, önəgəlmək, öngəmək, sözə baxmamaq, inad edmək. şıllaxlamaq,




önğləmək

bəkləmək, gözləmək.




önğləmək

qarşı durmaq




önqdin

öncül, öndən verilmiş pul.




öpkələmək11

küsmək, darılmaq,

öpgələnin ülüşü dadlı olar.




ör

közlü kül. odlu kömür tozu.




ör11

yüksəklik, yüksək, uca.




örçümək11

böyümək, ucalmaq.




örə11

uca, böyük, dik.




örəkə

(< hörmək) iğ, yiğ, çıkrağ1, iplik əğirəcək, bürüncük bürəcək arac.




örəkə11

uzun, uzun boylu.




örəqulaq

böri, qurd.




örələnmək11

ucalmaq. dırmaşmaq




örəmək11

qalxmaq, dikəlmək.




örən

virana, xaraba,

oranın gözətir oranın bilən, imarətçi olur örənin bilən.

qaraca oğlan dər ki birə ərənlər, mən gediyom bayın olsun örənlər.




örəsinə11

başdan başa.




örətin11

ayaq üsdü

ərincək, örətin yuxlar, yatıb işlər.




örgətmək

öğrətmək: alışdırmaq




örk

örük(< hörgən: heyvanın ayağına bağlanan ip. salıncaq düzməkdə işlənən ip. tövlə ipi




örkə11

yuxarı




örkəc11

dəvənin belindəki təpəciq.




örkən

örgən, yular, ip.

iplər, örmələr, urkanlar.




örkləmək

urqanlamaqtarama. örükləmək, bağlamaq, qorumaq. urqanlamaqtarama.




örlük11

çıxar, qabilyyət




örmə

hörmə, ip.

iplər, örmələr, urkanlar.




örnək

qıssadan gəl ağıla gör örnəyi, istərisən haq rizasın görməyi.




örtmə

gizlətmə. ev önündə sallancaq. baş örtüsü.




örtmək

gizlətmək. danmaq, keçmək, inkar etmək

örtəməz kimsə sucun.

suçlarından ötə gör .




örtü düşək

yorqan döşək, qab qacaq.




örtünmək

yaşımaq, yaşınmaq, gizlənmək, saklanmaq




örü

dik, qalxıq

örü durmaq: dirsəlmək.




örü

< hörük< hörmək. yama, rufə, gözəyiş




örü

otlaq, yaylım, mərtə'




örü

yama, gözəyiş, rufu.




örü

ürü, dik, qalxıq, yüksəklik, ucalıq. ucqar. ucuq. son, sonuc.

bir ucu dik olsa, örü(olsa).

örülmüş dağlar(bir birinə sökənərək qalxan dağlar.

qalxıb örü durdular.

çün görsü onu durdu örü.




örük

örk(< hörgən: heyvanın ayağına bağlanan ip. salıncaq düzməkdə işlənən ip. tövlə ipi




örümək

dikəlmək

örü durugəlmək: birdən birə ayağa qalxmaq.

örü qalxmaq: ayağa qalxmaq.




örün

hörük, beliktarama




örüş

otlaq, sırt, təpə. dağın beli




ösümsüz

boysuz, bodur, güdə.

iyərli uyarlı atlar.




öşətmək

ucatmaq, yüksətmək, böyütmək.




öşmək

öçmək, yatışmaq, oturmaq.

döyüşlər öşdi davullar susdu.




öt

səs




ötə daxı

daha üstün, daha iləri, daha gözəl.

nə qədər çox verirsən ötə dahi isdəyir.

qaldırdıqca ötə dahı istir.




ötə yaxa

o yana, qarşı yana




ötəki

keçən, əvvəlki.

dünən yox ötəki gün




ötələmək

iləri keçirmək




ötələnip gedmək

sürüp gedmək, itələnip gedmək,




ötərək

uzaqca

ötərək bir zaman sürdü.

bu olaylar yaxında olmuşdu, ya ötərək.




ötgün

təsirli, kəsgin, iti.




ötrük

isal.




ötünmək

isdəmək.




övlüc

fəxr




övünmək

ökünmək11, peşman olmaq, üzülmək, acımaq.




öyənə

döl yatağı, son




öykən

ötkən, ağ ciyər.




öykünmə

təğlid




öykünmək

uymaq.

sən buna nədən belə öykünürsən

qız nənəsinə, oğul dədəsinə öykünər(uyar).

pis yaxcıya öykünməz, yaxcı pisə öykünər (uyar)




öykünmək

təqlid edmək, özənmək.

yiğitlər pirə öykünmək rəvadır, vəli pirə yiğitlig eyləmək xətadır.




öykünmək

bənzəmək

bu qara o qaraya öykəməz.




öyrətmək

yapındırmaq, alışdırmaq, hazırlamaq, bürünmək




öyrətmək

anramaq, hazırlamaq(atı yarışa incəltmək, götürmək)




öz

dərə




öz başına

başlı başına




özbək

yaşıl baş tatar




özdək

öz, gövdə, kök, təməl, əsas




özdək

iç, öz, xulasə.




özdəklənmək

gövdələnmək, köklənmək, təməllənmək, əsaslanmak




özdən11

əşraf




özəmək

özənmək, diqqət edmək, dözmək.

can özəmək: çox özənmək, diqqət edmək




özlənmək

üzləmək, quyulaşmaq,




paçavra

cırıx mırııx, yıtıq mırtıq parça, əsgi üsgü. çapıt.




padaş

< başad, başlıq




paxır

kir, ayıb




paklıq

yeğlik, üstünlük, iyilik.




palçıq

< batcıq: bataqlıq, batacaq, batılacaq, bulaşacaq, suvaşacaq.




palçıqlamaq

batırmaq, bulamaq, sıvamaq, qapamaq, örtmək




parıldaq

yalabıq, parlaq, ıldıra, ıldırayıcı,




parıldamaq

yalabımaq, parlamaq




park

= < barq: barıncaq dayancaq yer




parlamaq

yalabımaq, parıldamaq




parlatmaq

ağardmaq, yarıtmaq, arıtmaq, yanıtmaq.




parsa

dəri, bəxşiş, bağış





Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin