Taramadan dərləmə sözlər


tuman don tuman



Yüklə 5,11 Mb.
səhifə32/42
tarix14.01.2017
ölçüsü5,11 Mb.
#5472
1   ...   28   29   30   31   32   33   34   35   ...   42

tuman

don




tuman

şalvar, çakşır




tur

turan

bahadır tur idi ləşgərləri həp, belə tur elinin sərvərləri həp




tura

şallaq, qamçı




turvan

yayaq, tuluq, tulum, turfan. yoğurt çalmaya yarayan köp




tuş

< düş. yön, yan, tərəf

düş olmaq




tuş

düş, yön, yol, yan, cəhət.




tuş

sınar, tay, dəğər







tuş tuşa

yan yana.







tutağ

əmanət, iğrəti







tutam

dəsdə, dəmət







tutaş

məşquliyət.

tutaşın nədir sənin

bir tutaş tapseydim.

tutaşsızın başı bəlalı olur.

bu işinən tutaşdılar ta ki...




tutaşlamaq

məşqul edmək. çalışdırmaq.

sən onu tutaşla mən gəlim.




tutaşmaq

qarşılaşmaq, üzləşmək, raslaşmaq. çalışdırmaq.

vara tutaşdılar.

qara baxlığa tutaşanlar.




tutaşmaq

məəttəl olmaq

biz bunlarla tutaşdıq gecikdik.




tutqun

tutsaq, əsir.




tutmaq

işlətmək, məşqul olmaq.

on günlük buranı tutun(burayla məşqul olun).

çalaca(az) tutulmuş şeylər, köhnə ikinci əl şeylər sırasında olur.




tutmaq

qılmaq, görmək

sayın tutun...

iyi tudduq




tutu

fərz




tutu

rəhn, giröv




tutu

girov, şərt.




tutuq

1) duvağ, yaşmaq, pəçə, pərdə ) rəhin qarşılığı verilən para.




tutulu

mübhəm, tə'kidli




tutum

hal, vəziyyət, durum




tuturaq

odu alışdımaq üçün çörçöp.




tutuş

durum, qılığ, cür.




tuyuq

şeir, türki, əzgi, şarkı.




tüfeyli

dalqavıq, uyuntu, qonaq.




tüğdürmək

yerdən çıkarıb havaya tüğdürdü.




tükəli

hamısından, tamamından

yurdum tükəli ölkələrdən gözəldir.

girdə tükəli ətməklərdən yeynəkdir(girdə: təndir çörəyi)




tüləğə gəlmək

yola qıvama gəlmək. uyqunlaşmaq.




tülək

ova alışdırılmış




tülək

tük dəğişmə.




tülək

apalaq




tüləmək

tük dəğişmək




tüm

kümə




tümcə

kümə, yığın




tümmək

yumrulanmaq, yuvarlanmaq. ağırşaqlanmaq. dağın domalıp çıxan sivri yeri




tümsək

dik, dik.

aşığın tümsək yanı




tümsək

yumru ur, or şişik, qabarıq, bez




tümsəlmək

yumrulmaq, yamrılmaq, yamrı yumru olmaq.




tün

yön, tərəf.




tündən tünə

uzaq yerlərər, pisdən pisə.




tündən tünə atmaq

yer dolaşdırmaq.




tünək

in, nin, yuva.




türə

törə, usul, görənək, ayin, qanun, ürf, qayda, təməl




türə

yasaq, yasa. yarqu




türk

gözəl, cavan




türk otu

zəncəfil, əğir, andız




türklük

türklərin oturduğu yer.




tüs

ölü öküzün bir onğurasın, birazda tüsün tapdı.




tüsgürmək

geri vermək, tıqsırmaq1, tüpürmək, burun ötdürmık (fınqırmaq). osurmaq, ösdurmaq.




tüskürmək

püsgürmək, geri qaytarmaq, ric'ət edmək.




tüskürmək

püskürmək, itələmək.




tüsü onğmaq

işlər yoluna gedmək, tükü düzəlmək. uğur almaq.




tütmək

duman olub gedmək.




tütüzdürmək

tütsülətmək. tüsdülətmək




tüzmək

sinmək, içinə işləmək.

bunun qoxusu canıma düzdü.

söz var cana düzür(sınır), söz var canı üzür.




uc

uç, sonuc, nəticə, son.

dadlı varmı sonu olmaya acı, varmı xoşluk yat olmaya ucu.

qoca havax inanar gücünə, çünki onun ömrü yetmiş ucuna.

sərxoşluğun ucuna ərmişti.

ucları bərkitdilər, türk bəyləri yola düşdülər.

yalanın ucu olmaz, söylədikcəndə hiç tükənməz




uc vermək

baş vermək

bağrı başı uc verdi




uca

göt, almacıq, pöçlük, omaca, arxa, pöç1, oturaq yeri, sağrı, kalça1, uyluğun üstü

beli incə, ucası uca, alnı açıq, qaşı çatıq

uca gəmiyi: qalça sümüyü, qıynak, yumru gəmik, omca gəmiyi




ucalığı olmayan

yastım, yassı, yayvan, alçak, əğik.




ucbəyi

mərzban, subəyi




ucdan

büsbütün, dibdən, tamamiylə

ucdan atmalısan: tamamiylə rədd etməlisən.

ucdan qırıb tamamladı




ucdan uca

başdan başa

qırdı şəhri ucdan uca, nə iyid qoydu nə qoca.

ucdan uca döşənmiş döşəklər.

xəznə dolmuş mal ilə ucdan uca.

eşittiklərimi ucdan uca söylədim mən.

cihani gəzə ucdan uca, görmüş hər kimsə var uşaqdan qoca.




ucra

dik, uzaq, uc yer, sınır.




ucraca

uzaq, ayrı, aşikar.




uçagəlmək

əcələ ilə gəlmək.




uçkur ev

tuman bağının yeri.




uçqunmaq

çəkinmək, əsirgəmək, verməmək, verməmək üçün geri çəkmək. qıymamaq

ovcundaki çörəyi uçqunan insanlar




uçmaq

qaçmaq

yuxusu uçdu




uçmaq

cənnət

bu evdən əsdi əsən yellər, sanasın verdi uçmaqdan imgələr.

bu gerçəktir yalançı görməz uçmaq, yalançıya gərəkməz huri qoşmaq.

bu məqami gər görsələr hurilər uçmağdan, qoya o uçmağı, bu uçmağa uçmağ istəyə.

əcəlsiz ölən uçmağa dalır.

əsirinəm qaqmağı neylərəm, odundayam uçmağı neylərəm.

görüm səni uçmağa düşəsən dərd əlindən.

iynə yurdundan dəvə keçməyincə, uçmağa girəməzsin.

necəki hurilər uçmağ içi, ağaclar həp donandı bağ içi

rəhmət qılıp mənə, sıratı keçəm, uçmağa girib şarabından içəm.

soyunup uçdum girəli qoynuva yar sənin, uçmağın nə olduğun onda gördüm mən.

sözdən oldu uğrumuz(xeyr) həm şərrimiz, sözdən oldu uçmağu yedi tamu.

tamu ayrılıq, uçmağ birlikin olsun.

tamudan tamuya yol var, uçmaqdan uçmaqa.

tanrım bizi uçmaqa dürüştür, iriştir(əriştür).

uçmağı bəzir, tamuyu qızdırır.




uçuğ

qəşş, oğlancıq sayrılığı, sər'

dili tutulmuş, titrəkə düşmüş, cinə qısılmış, uçuğ tutmuş.




uçuğlu

uçuqlanmış, qəşşli, sarsak, sərsəm, avara, dəli. şeytana vurulmuş, devə qapılmış.




uçuğu dəprəşmək

uçulmaq, özünü itirrmək, qəşş etmək, cin vurmaq.




uçuqmaq

1) yüksəlmək# uçulmaq , 'uç' sözğündə ''uçmaq: qalxmaq'' la ''uçmaq: yıxılmaq'' anlamı var.




uçuqmaq

özün itirib rəh rufu saralmaq




uçunmaq

qorxmaq, qorxusundan özün itirmək, rəh rufu saralmaq

uçunup titrəyə düşdü, bəlanın ağrısı başına üşdü(yığışdi).

uçundum çün gördüm heybətin anın(onun).




uçunmuş

qorkmuş, məğlub




uçurma

yalan, boş, uydurma, lax, laf söz.




uçurmaq

qaçırmaq, göndərmək

məktub uçurmaq.

ölkədə uçurmaq: eşiyə salmaq.




uçurmaq

uçutmaq, ucatmaq, yücətmək, qopatmaq, qapurmaq, çokatmaq, mədh etmək,




uçurmaq

qaçırmaq




ud ağacı

< öt ağacı




ud yeri

həya yeri. göbəkdən aşağı.




uddurmaq

utuzmaq, itirtmək.




udlu

utancaq

bir udlu qonaq gəldi.




udlu düşmək

utanmaq




udlu etmək

utandırmaq

ırağ olsun o duyğularki udlu edə




uduqlamaq

uyuqlamaq. uyumaq.




ufaklamaq

oğaklamaq, oğmaq




ufam ufam

ufan ufan, oğam oğam, oğuq oğuq, balaca balaca, zərrə zərrə, parça parça, qırım qırım




ufatmaq

oğmaq, qırmaq, sındırmaq

malın ayağı buzda ufandı

dolu yağır daşlara dəyib ufanır.

səbir kasası ufandı.






çakşır, şalvar.






1) ox, dirək ) şalvar, çakşır, tuman




uğrağ

düyün

bu çevrən uğrağimış, yol üzərində.




uğramaq

üstələmək, həmlə etmək, saldırmaq. sancışmaq icəşmək, savaşmaq, çarpışmaq, çatışmaq, qovuşmaq,

göz qıpmadan(göz açmadan) uğradılar, vurub qırdılar.




uğramaq

raslamaq, təsadüf etmək, qovuşmaq, qarşılaşıp keçmək, dəyib keçmək

uğradın salam verməz keçdin nədən.

uğruyan kimsə vermə salamı nə olur, yalançı dünya qapar qoparar səni, sənsiz ona nə olur dan yeli, uğruyub yarə salam söylə. əlimdə yox bardaq barı sən söylə.

yanımdan uğradı, heç üzümə baxmaz ağlatır.




uğramaq

uğurlamaq, uğrulamaq, xeyir edmək

yeyən ki uğruya, pisin sava, yeğ oruc tutandan ki dünyanı qova.




uğraş

cəng, döyüş, savaş, qavqa, dalaş, dalaşma. azğaş.

böyləki bir gün uğraş gününə tuş gəlirsin.

uğraşçılarım, yağılarım.

kim ki düşə uğraş içində, düz qalmaya beyni baş içində.




uğraşçı

dalaşan. savaşan.




uğraşmaq

dalaşmaq, savaşmaq.




uğrayugəlmək

rasgəlmək.




uğrulanmaq

uğurmaq, uğrulanmaq, yollanmaq, yerimək,




uğrun

gizli, gizlicə,




uğrun açmaq

yolunu açmaq

ışıq alıp uğrun açdı.




uğrun yol

uğru yol. kəstirmə, qıssa yol.




uğud

iri üğütülmüş un.

çiğ uğut çörək




uğud

bəngi, kefli, sərxoş.

uğut adamdı.

başın itirmiş uğud kişilər.




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin