Taramadan dərləmə sözlər



Yüklə 5,11 Mb.
səhifə33/42
tarix14.01.2017
ölçüsü5,11 Mb.
#5472
1   ...   29   30   31   32   33   34   35   36   ...   42

uğum

istirahat, uğur







uğumça

mütəvazi', uysal, qanıq, qanıqlı.

uğumçalıq kişinin sayqısıdı




uğumlu

uğurlu, dözümlü, səbirli, mütəhəmmil.

gözü açıq ağzı yumulu, sirrlər saxlamaxda uğumlu




uğumsuz

ac göz, keçimsiz




uğundurmaq

uvundürmək, öğündürmək, ökündürmək, ussun huşun ititmək.




uğunmaq

uvunmaq, ökünmək, boğulmaq, bayılmaq, ussun huşun itirmək, keçinmək, nəfəsi kəsilmək, için çəkip keçinmək, qəşş eləmək

sevindiyindən uğundu.

uşaq ağlayıb uğundu.

uğundu döğünməyə başladı.

uğunmuş dəli olmuş, cinlərə vurulmuş.

çoxda belə öğünüb uğunma sən




uğunuk

bayqınlıq, huşdan gedmək.




uğur

ön, yol, hədəf

sel uğrunda(önündə) yatak edənin yeri bəllidi.

su uğruynan gedən dənizə çatar.

uğur(yol) tapan var qılıncsız, qılınc vuran var uğursuz (yolsuz).

islam uğrunda qılınc vurdular.

uğrun gözlə, oku at.

yola salıb uğurunğ dilərik.

tanrı uğrunda verdin, itməsin.

qutlu uğur(yol), varlı uğur.

varlığın iç(sərf ed) qutlu uğurda.

baxtın, uğrundan(yolundan) çönməsin.




uğur əri

xoş niyyətli




uğurqan

urqan: bərk burulmuş bükülmüş ip.




uğurlaıyınacaq

lap gizlicə. heç duymadan.




uğurlamaq

xeyir işə qarışmaq

elə uğrayanlar.




uğurlamaq

uğrulamaqtaraa, oğurlamaq, çalmaq

oğurluk etməyən, yavuzluk qılmayan kişilər.




uğurlanmaq

gizlənmək.




uğurlayın

uğrulayın gizlicə, səssiz.

uğurlayın gəlip uğurlayın geddi.

uğurlayın gözətip.

uğurlayın yükülən(hamilə olan) açıqda buzalar(bizovlar. balalar)




uğurlu ər

xoş niyyətli




uğurmaq

uğurlanmaq, uğrulanmaq, yollanmaq, yerimək,

bu dağdan uğurmaq çox zordi.

bu kənddən o kəndə uğurduq.

uğurmaqdan yeriməkdən yorulmadıq.

uğurmasan tamı yolu, uğruyursan uçmaq yolu.




uladcı

mürəbbi




ulağat

elçilər, çaparlar, ulaklar.




ulaq

bölük, parça, tikə

bir ulak çörək

əti ulak ulak edip böldülər.

ulak ulak olmuş qara topraq.




ulaq

çapar, elçi. xəbər, xəbərçi.

don oldu cana bir duraq, canda oldu don üçün bircə ulağ.

bir ulağçı(xəbərçi) gəldi belə söylədi ki....

ulağçılar saldılar ölkədən ölkəyə....

bütüncə bəylərə saldı ulağı, danışdı cəng üçün qılın yarağı.

ulağlara at verib yola saldı.




ulaqçı atı

çapar atı, yam.




ulaqlıq

vəzifə




ulalmaq

böyümək, yetişmək, yaşlanmaq, tərbələnmək, bollanmaq, bolalmaq, artmaq. çoxalmaq. qocalmaq, yüksəltmək

eykülü ulalır, qabırqalı böyür.

bizə uyan olsa çavımız çoxalar.

toz qopdu geddikcə ulaldı qabardı.

biz burda doğduq ulaldıq ölməliyik.

ulalmış irişmiş ərişmiş.

bala ata ilə ulalır(tərbələnir).

ulaldı balığ oldu.

nəsnələr anla olmuşdur, anın ilə ulalmışdır.

gözətsən oğul ulalır, yaşlasan çubuq əyilir.

isək olsa ağac ulalır, yemiş arturdə, bolalır.

tanrı ağacı kişidi, onu ulatmaq onun işidir.




ulalmaq

başımda yazı imiş nəzmi olkim gözəllər sevqisi birlə qocalam




ulam

sürü

it ulamı




ulamaq

sözü sözə ulamaq.




ulamaq

ulaşdırmaq, çatdırmaq, qatmaq, əkləmək,

gecə gündüzə ulaşdı

dünü günə uluyub(uludub) gedən dünya.




ulamaq

ululamaq, tutmaq, işə bağlamaq

bu sözləri uların.

tanrı buyruğun ullamaq(yapmaq, qollamaq, kullamaq1).




ulam-ulam

sıra-sıra. ard-arda. arxa-arxaya.

qoşun ulam-ulam yeriyirdi.

nərdivənə ulam-ulam çıxılır.

ulam-ulam gedən istəyə çatdı, ulamsız gedən uluya qaldı




ulanmaq

çatmaq, əklənmək, ilişmək,

bu yol o kəndə ulanır.

o şəhərə ulanan yol hançıdı

ay bəxdimə ulan yollar!

ualansız qalan yollar.

ulamadım yoluma, kəsilsin yollar.




ulanmaq

böyüksünmək, böyüksəmək

nədən belə ulanırsız.

heç nədənsiz ulamaq olarmış, bilmədim mən.




ulaş

təəllüq, yamaq, ulaşı, ulaşlıq, uz, uzunu, tul, vəslət

saxsı qab ulaş (yamaq) götürməz.

ayrılıq qorxusun qoy, ulaş təkyəsin tut




ulaşdırmaq

qonaqlamaq, yığmaq, qondurmaq.




ulaşı

ulaş, ulaşlıq, vəslət

ayrılıq qorxusun qoy, ulaş təkyəsin tut




ulaşıq

bitişik, ilişik, çatıq, ortaqlıq, mürtəbit, bağıntı, irtibat, aşnı, əsgi, ilərdən (qabaqdan) bəri sürüb gələn, adi, mə'muli, qohumluq, yaxınlıq

qaşları ulaşıq.

tanrı istəyin ulaşdırsın.

bitişik, ulaşıq, ortaq sular, dənizlər, boğubdur nə çox sular istəklər.

ulaşığın şüşdi(çözdü)

bu aşnığı, ulaşık sözləri yığışdırın.

aşnığı, ulaşık sözlərə uymuyun: inanmayın onlarnan ulaşıqımız çox pis döndü.




ulaşqan

yapışqan, sırnaşıq, qovuşqan




ulaşmaq

irişmək, ərişmək, girmək, birşmək, birikip yapışmaq, ümüd tapmaq. qovuşmaq, ərişmək. bağlanmaq. yaxınlaşmaq, qohumluq etmək. bulaşmaq, sirayət etmək, tə'sir etmək,

elin içinə, tanrıya ulaşan, ondan qaçanlar.

gecəni gündüzə ulaşdıran.

hançı çaydıki dənizə ulaşmasın.

kişidən kişiyə uğur(xeyir) ulaşır.

qol(gəzər) dolaşmaqda ulaşmaqda işi tünlə günün.

qonşudan qonşuya heç nə ulaşmazsada (çatmasada) duvar ulaşır.

od olub yandırıb ayırmaqdansa, palçıq olub ulaşdırmaq(yapışdırmaq) yey.

sevgi sevgiyə ulaşmaq istər.

ya musa! elə ulaş onları öyrətki tanrı sevgisi ürəklərin qıaq düşməsin.




ulaştırı

davamlı, sürəkli, ardıcıl, dalba dal, müttəsil.

ulaşdırı bir yerə gedip gəlmək yaxcı deyil.

gərəkdiki orucu ulaşdırı tutalar.




ulaşukluk

qohumluq

göyüllər dilədi bunlarınan ulaşıq ola.




ulayu

ardıcıl, ortaklı, davamlı, birikik.

hər gün ulayu bu canu diləyu.

bulut ulayu yağır.

xalqa ulayu yasaq yoxdur.




ulduz qurdu

ipək böcəyi

ulduz qurdu tünün, ışıq kimi yanar durur.




ulu

zəngin, varlılıq.

ululuxdan ziyan olmaz.




ulu

ağır

bu mənə çox ulu gəldi, çəkəmmədim.

yalanla gerçəkdən ulu bir şey varmı?




ulu başlı

uca, böyük kişi.




ulu boy

boydan(soydan, nsildən) böyük olan topluluq

uluğ yurt xanı çəngiz xan.




ulu xatın

böyük xanım, xanım əfəndi.




ulu işli

böyük işlər başaran, yapan.




ululamaq

sayqılamaq, tə'zim etmək




ululuk etmək

kibirlənmək




ulutmaq

ulaltmaq, artırmaq. çoxaltmaq.




umac

omac, yumulan umulan şişirdilən yer.




umac aşı

(< oğmaq). oğmac aşı. içinə çörək pənir soğan yağ qoyulan bir yemək. yağçamur.




umacı

xuxu, cidostarama, uşağı qorxutmaq üçün söylənir.




umağ

istək, hədəf, arzu umağ




umarlanmaq

ummaq, umutlanmaq




umduran

gözlətən, bəklətən. güddürən, isdədən




ummaq

ümüd edmək







ummaq

bəkləmək, gözləmək.

uma uma gələn, uma uma gedən.

bunlar umduqları umucağa çatası deyillər.




ummaq

gözləmək, bəkləmək,

nəqədər ummaq olar

bəsdi umdun!

umarlı, küylü günlər




ummutmaq

küydürmək, gözlətmək, isətətmk, bəklətmək, güddürmək




umsundurmaq

istətmək, umdurmaq.

bulut görüb yağış umsunmaq.




umsunmaq

ummaq, ümüd bağlamaq, canı çəkmək




umu

umucuq, ümüt, əməl, arzu, istək, gözlənən şey.

o(tanrı) nə umar umu səndən, tam umular ondadır umarsın ondan.

sizin umuz nədir.

umduğuz nəyidi tapdığız nə.

umduğun bilməyən yolsuz qalar.

umum tanrım, tapım tanrım.

qorxuyla umu arasında.

cənnətdən umsunmur, tamudan çıkmaq umur.

yarlıqanmaq(bağışlanmaq) umusunda yaşayan özündən olar.

qoymayalım(tərk etməyəlim) gəl nəzmi, ki çələp qullarını suç ilə yindək qaramaz.




umu

başyazı

yoksulun sevilməməsi, qutsuz umusu ucundadı




umu

ümüt




umucu

ümüdvar




umucuq

umu, ümüt, əməl, arzu, istək, gözlənən şey.




umursanmayacaq

önəmsiz, az, əhmiyətsiz




umusuz

naümid




umut

gözlək, intizar, güdək, güdük




unaq

yarar, iyi, yaxci, əverişli.




unözü

nişasda




unurmaq

> onmaq




unutqan

unutsağ.




Unutmaq

ummaq




unutsağ

yaddan çıkaran, unutqan




ur

yumru, dik, baba, qozaq, topuz, qubba




ur

dəniz




uraq

< hörük

duvar uruqu: hörükü.




urəyi qopmaq

ürəyi ağzına gəlmək, çox qorxmaq, ürərəyi hopmaq, çox həyəcanlanmaq.




urəyi oynamaq

urəyi çarpmaq.

ürəyi düp düp oynadı: döyündü.




urqan

uğurqan: bərk burulub bükülmüş ip.




uru yumuru

boğazda olan ur xəstəliyi.




uruq

arslan uruqlu igid oğlan.




uruq

ırq, soy, dal, qol, boy, oymaq.




uruq atmaq

dallanmaq




urulmaq

qurulmaq, yapılmaq, tikilmək

tikintilər urulmuş, qurulmuş.




urva

xəmir açanda yapışmaması üçün səpilən un. bulaşmasın diyə xəmirə saçılan un.




usal

səfeh, karsız, önəmsiz, əhmiyətiz. boş, yumşaq

usal baxışlar usal görüşlər usal davranış usal peynir




usan

gəvşək, boş, təmbəl, qafil, istəksiz, darıqmaq, üşənmək.

usanğ olmuyun işlərizdə.

öz dilizə usanğ olmayın.

usanlar bu yolda itdi geddi.

çox isdəridim usanğ olmazidim, və lakin nişanın bilməzidim.

nə usanıb oturmusan.

usanğlıqla iş yeriməz, kişi yonqamaz.

usanğ olup qalman geri mənzil uzaqdır iləri.




usandırmaq

utandırmaq, üşəndirmək




usanqlıq

qəflət deməkdir. yatmaqdır. boşnalıqdır, yavalıqdır, səfehləməkdir. acizlik, kehlik

usanlıqla vara çatanda var yoxa çatanda, qara üzdə var bəxdi ağara, ağ üzdə var bəxdi qaralur




usanmaq

usan gəlmək, bıkmaq, gəvşəmək, boşalmaq, süst, boş tutmaq, qəflət, darıqmaq, istəksizləmək, yaddan çıxarmaq.

usanqlıq qəflət deməkdir.




usdan alı

ağılsız, səfeh

züleyxa eydür usluyam sənsən dəlü, aşıq olan dəlimi ey usdan alı




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin