Taramadan dərləmə sözlər



Yüklə 5,11 Mb.
səhifə41/42
tarix14.01.2017
ölçüsü5,11 Mb.
#5472
1   ...   34   35   36   37   38   39   40   41   42

yeltəmək

itələmək, alqışlamaq, təşviq edmək, qızdırmaq.

işləyəni yeltəmək gərək.

yaxcını yeltəsən düşünər, yavuzu yeltəsən övünər.

doğru yolda ilətən, əyridə bezdirən

sizləri tanrıya yeltədim.




yeltəmək

ışıqlandırmaq, gücləndirmək, itələmək,

yel vurub odumuzu yeltədi.

özüvi çalışmaqla yeltə oğul.




yeltəmək

qındırmaq, təhrik etmək, meyillətmək, hazırlatmaq girişdirmək, qızışdırmaq.

şeytan pis işlərə yelətən.

kimdir bu işlərə yeltədən?.




yeltənmək

yöltənmək, meyl etmək, quşak bağlamaq, hazırlanmaq, girişmək.

kimdir bu işlərə yeltədən




yeməcüq

yiyəcək




yemək

yenmək,utmaq, üstün gəlmək, qazanmaq.




yemələmək

topallamaq, axsamaq




yencilmək

yancılmaq, yassılanmaq, yassılmaq əzilmək, əzilip yapışmaq.

dilin tutsaydı dinc ağzında ilan, yatardı xoş inində o, çıxarsa dilin başı yancılır, ya çomaq yiyər ya oxa sancılır




yendək

yindək, qırılmaz, dayamlı, davamlı, həmişə.

yindək oturmaq xəstəlik gətirir.

sıma(qırma) gönlün aşağ gönüllülərin, ki yindək əli üstün olmaz ərin.

yindək həvəsləndi qaçdı kef dalıca.

düşmanı yindək oxa oda tutun.




yeng

qoldan əl üzünə enən parça bölümü.




yeng

rəng,

yengili yengili paltarlar.




yengə

(< yeni). yeni gələn artırılan, gəlin.




yengisiz don

kəfən




yengli don

qollu don




yenğmək

yenmək, dözmək, qarşı durmaq, dayanmaq, üstələmək.




yeni

bid'ət

sünnətdən qıraq, yeniləyi qarışılamayız.




yeni yaz

ilk bahar




yeniləmək

bid'ət gətirmək

sünnətdən qıraq, yeniləmək.




yenilmək

(< enmək: düşmək) sınmaq, məğlub olmaq. utulmaq

pislərə yenilməsi uğurlar.




yenilmək

üz vermək, üz görsətmək, baş vermək, olunmaq, görmək

yenildiyi iyi yavız işlər sorular.

o zamandan bəri çox işlər yenilib(olub)

yenilən işlərin başlısı.

yavuzu, iyisi olayların yenilməsinə baxmayaraq.




yenq edmək

çarə qılmaq,

bu dərdə bir yeng elə.




yenqəməz

yenqəlməz, alınmaz, qapsanmaq.




yenqişmək

yarışmaq, qonuşmaq.




yenmək

almaq, qapsamaq.




yenmək

çürümək, aşınmaq




yenmək

yenğmək, dözmək, qarşı durmaq, dayanmaq, üstələmək.




yenmək

utmaq, yemək, üstün gəlmək, qazanmaq.




Yenmək14

əzmək, döymək. qarşı durmaq, qələbə çalmaq, yeğin gəlmək, üstün gəlmək ütmək utməq, sındırmaq, məğlub edmək.

kim kimi yendi.

olmasın ki yenə uğra kötü.

biz düşmanı yendik.




yennəmək

yinnəmək, məmələrə süt gəlmək

qoyun doğmağa yaxılaşıb, əmcəklərinə yenniyib(süt enip)




yenül

yüngül

içildi kamusu açıldı könül, çox ağır baş əsridi oldu yenül(yüngül)




yenül

yüngül

içildi kamusu açıldı könül, çox ağır baş əsridi oldu yenül




yenür

yemək, yeyilən şey




yenür baş

ged gedə ağılanan yara xəstəlik.




yer evi

məxzən




yer qarnı

qəbir, yer altı.




yer yerin

yer inyerin, yer yerindən. hər tərfdən yöndən.




yerbağısağı

yer qurdu, solucan




yerci ulduz

səyyarə




yerdəş

yuddaş, yudaş. həmşəhri




yerdəş

bir elli.




yerdük

yerilmiş, yerilən, pislənən, xor görülən




yerib yecişmək

birbirini qınamaq, hədələmək, alçatmaq, xor görmək, bəğənməmək.




yerib yeçici

deyinən, şikayətlənən




yeriçi

qılavuz




yerimək

gəzmək, dolaşmaq, dönmək, devretmək

bu yerlərdə aslan gəzir.

ayda gündə yerir.




yerimək

gedmək, sürmək, icra olmaq

bu ölkələrdə türk xaqanın sözü yerir, hükm sürür.




yerimək

geçərli olmaq, rayic olmaq

bu ölkədə yeriyən pul nədir.




yerimək

yeriş; yürüş etmək, saldırmaq, hücuma keçmək

onu bu ölkəyə yeriməyə yellətmək.




yerimək

uzaxlaşmaq, savılmaq

bizdən yeri hara gedisən ged.




yerimək

axmaq, tökülmək.

su yerinə qan yeridi




yerindirmək

üzmək, məhrum edmək, darıqdırmaq

yoxsulları yerindürmə.

sakın bir ürəyi yerindirmə.

tanrım səni yerindirməsin




yeringən

çox üzülən, kədərlənən, darıxan.




yerinmək

üzülmək, darıqmaq

keçmişivə yerinməqil.

uşaq üçün yerinir

sevinməkdə yerinmək sənin üçündü.

gələcək üçün nə yerin nə gönən(gevən. sevin.

qocalıqda yoxsulluqdan kim yerinməz.

yerinin öğüşüb ağlaşdılar.

kişi yoxluğdan yerinməsin, ki olur çox görünəndən görünməzin.

zamanıdır əgər bəylər yerinə, ki bağlandı eşşəklər at yerinə.




yerinmək

peşman olmaq

yerinə yerinə geri döndü.




yeriş

rəfdar




yeriş

yürüş, yürüyüş, yeriyiş,




yeritmək

sunmaq, təqdim etmək, gətirmək, yollamaq.

yemək gətirdilər, şarab yeritdilər.




yeritmək

icazə vermək

gəmi yeridən ırmaqlar.




yeritsiz

icazəsiz.




yerli

sabit, əsas

bağadürlər yerli qayalar tək dayandılar.

yerli adam: möhkəm

yerli rəng: əsl rəng.




yermək

qınamaq. tənqiləmək, pisləmək, bəğənməmək. çəkiştirmə.

eli yermə sən, yerilir yerən, sevilür sevən, döğülür döğən

hər nə verdim yerdi(deyindi) yemədi.





yetikli

yararlı, batur, yetkili, yarar

ölkəni qoruyan alp yetiklər gərək.




yetilmək

yetim olmaq, yetimləşmək, çatmaq, ərişmək. ərginləşmək. olqunlaşmaq.

tez yetilmiş qızlar oğlanlar.

uşaq düşürmək yetilməmiş cocikdur.




yetin

> yədərəb, yetək, yədək, dəstrəs




yetincək

təzə gəlmiş.




yetiri

iblağ




yetkili

yararlı, batur, yarar, yetikli

ölkəni qoruyan alp yararlar gərək.




yetkili

yararlı, batur, yarar, cəsur




yeyxamaq

< ırqamaq, titrəmək, silkəmək, dalqamaq, çəkmək, oyan bu yana dəbətmək; sallamaq1, çalxamaq(< çalmaq).




yeynək

yeməli

girdə, tükəli ətməklərdə yeynəkdir(girdə: təndir çörəyi)




yeyni

yüngül, boş, səfeh, axmaq

ağzı dadlı, gözü qapakları, başı papaqlı yeyni ola

ərin ağrısın yeynisin at bilir.

ağır basdıkda yeyni qalxar




yeyni baş

başı boş.




yədəkləmək

çəkmək, çəkip aparmaq, yola salmaq.




yədəkləmək

yola salmaq




yədəmək

(
atın birin mindi, birin yeddi.

ata balasın yədib geddi.

dəvələrin yedip geddilər.

bu yol hara yedir.

əsirləri yədə yədə apardılar.

istəksiz yedilən kişidən ər çıkmaz.

it kimi yeddilər apardılar.

tanrım bizləri uğura yədsin.




yədəmək

çəkmək, dartmaq, sürmək.

atın uyanın mən yədəyim.




yədən

yetici, çəkən, aparan.




yədən

yədəkçi, çəkip aparan




yədici

yədən, qılavuz. yolağcı




yədilmək

yədəkdə götürmək, qılavuzluğ etmək. qatılmaq, təhiyyə olmaq, çəkilmək. hazırlanmaq. düzmək.

xanın əmrinə yədilip geddilər

onun yoluna yədəlüp...

onun sözünə yədəlüp.

bir görünməz qıl ilə tünlə gün yədişir.

haq yoluna yədilənlər gəlsin bizə.

onların önündə neçə atlı yədilirdi.

körpünü keçməyə yədiləndilər.

yedildim o dünyaya köçməliyəm.

bir biri ardınca yedildilər geddilər.

buyruq olsa yedilir bir qıl ilə devlət mana.




yədmək

yanında götürmək, yancamaq, yanqsamaq, yancamaq.




yələ-yələ

yala-yala, yalıya-yalıya.

bir geyik buzağusı ıssıdan dillərin çıxarıb yələ yələ gəldi.




yiği

igid: iyidən payı olan, yaxcı olan, mərtligi olan.




yığın

kümə, tümcə




yığlınmaq

pərhiz edmək

ötə yaşda yağ ətli yeməklərdən yığılmalıyıq.




yığmaq

dirsətmək, dirşürməktarama, qalamaq, toplamaq.




yılabırmaq

yeləbirmək, yelpərmək, yelpələnmək, dalqalanmaq, ıldıramaq, yıldıramaq. Parıldamaq.

bayraqlar yılabır, qılıclar yalabır.

qlıclar yalabırdı, başlar kəsildi.

qılınclar yalabırdı, ölüm gözə göründü.

güllənmiş yalabıran ağaclar.

bulut içində şimşək yalabır.

günəş kimi yalabırır.

şimşək yalabırdı.




yıldırğan

parlayan.




yıldırmaq

qorxutmaq.




yıldırmaq

ivətmək, tələsmək, parıldamaq.




yilə yilə

qaça qaça, qova qova.

yilə yilə səğirtin




yimək

yi qılmaq, edmək, edinmək

yaraq yasaq yimək(= edinmək, + lanmaq). çevrəndə duraqınacan yaraq yiqil




yindi

yiyildi

yemek yindi




yirik

az yırtıq yarıq.

yirik qulağ

yirik dodağ




yirilmək

yırtılmaq, azacıq yarılmaq.




yırlatmaq(türkü)

türkü çağırmaq.




yirmək

yarmaq, yırtmaq. sökmək,




yiv

iv, ev, açıq, dəriz




yoğun

çapca qalın




yoğun

işə yaramaz.




yoğun

yoxluq, itik.




yoğurmaq

həl edmək, qatmaq. qatmaq.




yoğurmaq

qatmaq, yedidmək, pişirmək, sindirmək, çeynəmək

sözü yoğur danış.

yoğut yoğut danışmaqdansa yoğurub danışmaq yeydi

əti əzib yağla yoğuralar.

yoğursuz söz yoğutdu çıxar




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin