Taramadan dərləmə sözlər



Yüklə 5,11 Mb.
səhifə40/42
tarix14.01.2017
ölçüsü5,11 Mb.
#5472
1   ...   34   35   36   37   38   39   40   41   42

yavuz qılıq

bədaxlaq. tərsə, şaş, çaş




yavuz sanılu

yavuz güman, yavuz sanıcı, kötü diləkli niyyətli. bədxah, pis ürəkli

tanrıya yavuz güman iləməkdən sakın.yavuz. sanıclar gedsin, iyku uykular ensin. çıxsın yavuz sanılu kişinin gözü.

sol əlin yavuzluk sanırsa, sağ əlini ona uydurma.

sizə yavuzluk sanan iyilik görməsin, qayğı sanan şazlığa irməsin.

kimisi yavuz sanur, kimisi sanculanur

yavuzluk sananı həqq əridər, duzu suya, suyu duza da yeridər




yavuz yel

qasırqa, bərk yel, fırtına.




yavuz(südü)

soysuz, sütü pozuq.




yavuzçı

yava işçi, yava, fasid.




yavuzçuluk

bozukçuluk, pozqunluq, pislik, pis işlər görmək.

yavuza qədəm(ayaq) basmaq.




yavuzlamaq

pozmaq, xarablamaq. kötüləmək. pisləmək.




yavuzlanmaq

pisəlmək, qızmaq, azqınlaşmaq, qudurmaq




yavuzlıq

gümrahlıq, pislik, yaramazlıq, kötülük, əkişlik(çəkişməklik). azğınlıq. darlıq, öykəlik. ərkəklik, kəskinlik, sərtlik.

iyilik yavuzluq ayırd olsun, doğruluq yerisin(hakim olsun).yavuzluğa yensin

yavuzluqdan bu yorulmaz, arımaz, ona eylük ilə başa varımaz.

yavuzluq qum daşı ilə dolu.




yavuzluq

kötülük, pisəlmək

özü alp, əli açıq, elmi çok, nə kim var yaxuzluq, biri anda yox.





yavuzluq etmək

pis davranmaq, sataşmaq, çatışmaq1

siz mənilən yavuzluq etdiz




yavuzraq

ən pis, ən kötü. şərr

yavuzraq kişi.




yay bağrı

kamanın göğüşü




yay evi

yaz evi, yazlıq ev.




yaya

yayaq, yayıq, yayılmış, sərik, gücsüz, diksiz, ayaksız,

yayan: piyada/

atlı yayak savaşda yaralandılar.




yaya başı

piyada başı, saltər: (< sal: uca böyük) salt + ər: hündür ər. piyadalar içində atlı çəri başı.




yayaklaşmaq

yaraksızlaşmaq,







yayaq




atlı yayak savaşa yaraqlandılar




yayan

yaya, piyada.

gurlayıb düşman yerir atlı yayan.




yayanca

yaya olaraq

biz yayanca yeriməyi bəyənirik




yayılmaq

qaçmaq, dağılmaq, qurtulmaq.




yayındırmaq

bilinməz, tapılmaz duruma gətirmək; dağıtmaq. yalınmaq, yahatmaq.

sevgim özün yayındırıb, izində yuvundurub.




yayını yasmaq

yayın açmaq, açmaq, sərmək, çəkilmək, yazmaq, vaz keçmək




yayını yasmaq

yayın açmaq, açmaq, çəkilmək, yazmaq, vaz keçmək, da'vadan əl çəkmək

yayın yasdırdım: məğlub etdim.




yayqamaq

yıkamaq1. yelxamaq, yumaq.




yayqı

məhkəmə

bəylər yayqıya oturdular.




yayla

yazla




yaylamaq

1) yayı keçirmək ) zamanın xoş keçirmək. ləzzət aparmaq.




yaylım

örü, otlaq , mərtə'




yaylım

otlaq, mal qara otlatılan yeri.

mallar yaylıma yaylanmış.

el köç yolunda yaylıma qondu




yaylım ok

bir çox kişinin tərəfindən atılan ok

düşmanın yaylım oxuna tuşlandıq.




yaymaq

pərişan etmək, dağıtmaq.

ağlı yayıq, könlü yayıq(pərişan, dağılmış),

yayıq könlüm.




yaymaq

toluqda yoğurdu ötə bəri çalkayıb yağın çəkmək.




yayvan

yastım, yassı, ucalığı olmayan, alçak, əğik





yayvan

yassı yatsı olan, çuxurluğu olmayan yayvan qab




yazbaşı

bahar, ilkbahar




yazğarmaq

suçlamaq,







yazı

ova, qır, issiz qır, boş, çöl.




yazı yaban

yaban yazı: yaban yer, yaban yeri, çöl, qır, ova1, düzəngahlıq




yazı yer

yazı yeri. yaz yer, düz yer; ova.




yazığı gəlmək

acımaq, əsrigəmək. rəhm etmək.




yazılmaq

yayılmaq, dağılmaq, açılmaq.

könül sevdiyin görsə qayğıdan yazılar.

keflilikdən yazılmaq.

oxumadıq(çağırmadıq) səni yazılma açılma) igən(çok), böylə böylə güstax olurmu kəni gələn!




yazılmış




yazılmış, görünür.




yazınmaq

kopyalamaq.







yazla

yayla

yazın yazlada, yayın yaylada keçirir.




yazlamaq

yaz olmaq, bahar olmaq




yazlıcaq

yazlıq, yazın oturulacaq yeri.




yazlıq ev

yay evi, yaz evi. o ev ki içində küf küf yellər əsər.




yazmaq

yaymaq, dağıtmaq, açmaq

yazıydı, güllər yazılmışdı dağ çəmənə.




yazmaq

yanılmaq, günah etmək

cihanda kimdurur ''yazmaz yanılmaz'', yanılur gündə yüz kəz amma bilməz.

nəfis tanrı düşmanı, tövbə qıl öldür anı, qurtar yazukdan canı, tövbəyə gəl, tövbəyə.

günahım gey ağırdır, yazuğum çox, yolum qorxulu, yalnız azuğum yox.

gələsi yazukdan sakla, keçmiş yazukdan yarlıqa qıl.

qəlbdən göz yaşlarıyla yu yazuklar kirlərin.




yazmaq

süsləmək, bəzəmək.

üzün bir bən(bənək, mənək) yazırdı.

yazdı ölkəmə bir yazı, çəkəmmirəm artıq, yazmaq istəyirəm bir kərə dahı, yazımdan qazılmış yazım artıq.




yazuk

günah

tarnrım qanmazların yazuqların boşlasın, Amin




yazuq

günahkar

yazuğun bağışla ey tanrım




yedmək

çəkmək

heyvan kimi saqqalından yedər gətirdilər.




yeğ

yey, yiy, iyi, üstün, yaxcı

and içdin andın nədən sıdın, yeğidi ki andın sımayasın.

bəndən daxı yeğ qıl: iyi qıl.

hər kimki kəndindən yiğin sözün tuta, dünyada aləmdə ol devlət uta.

kimsədən özün yeğ görməyə.

qocalara yeğ deyi, igidlərə iyi deyil

yeğrək oldurki dözəsin.




yeğin

< yeğin < yeğ: iti, güclü, basqın, üstün, yekun, iti, yek, iyku, edqu.

yeğin, yekun sözlər; işlər.




yeğin gəlmək

yenmək, yeğin gəlmək, üstün; zor gəlmək

kim kimə yeğin gəldi.

olmasın ki yeğnələ uğra(xeyrə) kötü.

biz düşmana yeğin gəldik.




yeğinlik

üstünlük, ifrat.




yeğinrək

daha ağır; iti.




yeğləmək

üstün tutmaq. tərciləmək

anı sevərim mən yeğləyu.

yeğlək istəyim budu ki.

burda yeğlək şeyiz varmı?




yeğlik

üstünlük, iyilik, nailiyyət. paklıq




yeğlü alulu


yaxcı pis, iyi kötü, yüksək alçaq.

yeğliyi qoyan aluya düşər.




yeğnicək

yumşaqraq, boş, gəvşək.

yeğnicək yay.




yeğrək

iyirək, eyürək. yaxcırak

oğuldan daha dadlıdır, yar əgər doğru isə.

bildiyim mən eddim, yeğrəğin tanrı bilir.

bir dönüm bitnəl arı yer yeğrəkdir, yüz dönüm çoraq yerdən.

yeğin düşmana hilə yeğrəkdir.

yeğrəkti: iyidi, yaxcıdı , yeğdir. cocuğun toxu qonağın acından yeğdir




yekədən

qayqalaq, kibirli, qurumlu, qururlu, çalımlı

yekədən danışmaq: qayqalaq söyləşmək




yeqanə

< yeğyana, üstün.




yel ölçmək

boşuna düşünmək, xəyallanmaq.




yel tutmaq

ağrımaq.




yel yaparaq

çabcaq, tələsik

yel yaparaq gəldi geddi.




yelbazamaq

yelləmək. yelpikləmək




yeldirmək

qaçıtmaq.




yelə yelə

qaça qaça




yeləbimək

yelə vermək, dalğalanmaq.

qılıclar yıldırır bayraqlar yeləbir.




yeləbirmək

yılabırmaq, dalqalanmaq

bayraqlar yılabır, qılıclar yalabır




yeləgən

iti, hızlı. əşgün yorqa at.




yeləgərgən

kərkəs, alaca doğan, kərkənəz, gücüğən quşu.




yeləğim

yelli, havalı




yeləklənmək

yellənmək, qanatlanmaq.




yelər onqmaz

qaçar çatmaz, avara, bacarıqsız.




yelər yel

hızlı yel




yelik

çox qaçan




yelikmək

yellənmək

savaşa gir yelikip güc ilə, sakın olmz bahdırlıq güc ilə




yelim

yapışqan, tutqal, çiriş




yelin

mart




yelin

məmənin əmcəyin yelli sütlü doluqsunan bölümü.

yelinmiş əmcəyin dəliyi daralar.




yelincək

yelcək, yeltək, əcələci, ivəci, ivcik.




yelinmək

yolun davam edmək

yelinən yetər




yelip yortmaq

gedib durma, qaçıp oturmaq.




yelişmək

yarışmaq, qaçışmaq.

at yelişdirmək

yellə yelişdim yolda qaldım, dağa dımaşdım yolda qaldım

atalar sözüü qurana girməz yanınca yelişir.




yelişmək

axtarmaq, çalışmaq




yelişmək

yellənmək, yollanmaq, yönəşmək, qollanmaq,

yelişsən yelilə yolda qalırsın.

onu axtarmağa yelişdilər.




yelkəni suda

dinc, sakin.




yelqovan

boş havayı şey şüy dalısıca qaçan. axmaq.




yelləmək

təşviq edmək




yelli

qaz yapan.




yelmə yoxuş

dik yoxş




yelmək

ivmək, əcələ edmək

nə yelən baxdan uçaq(uzaq) düşəsən, nə yort(otur eldən dalı qalasan




yelmək

əsmək, ivmək, tələsmək.




yelmək

axmaq, tökülmək, düşmək, meyl edmək, səğirtmək1, qaçmaq, sıyrılıb çıxmaq, axın axın gedmək.




yelməşik

yapışqan




yelpaza

kişələk, yelpik




yelpəmək

yalpa vurmaq, əsrəmək, poca vurmaq




yelpəzə

yelpik




yelpik

asm, soluq darlığı.

ösgürəyə düşmüş yelpiklənmiş

qaçmaqdan yelpiklənmiş




yelpik

yelpaza, kişələk




yeltəmə

qızışdıran şovqagətirən hava

ozan gəldi yeltədi məylis alışdı coşdu




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin